SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə48/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   44   45   46   47   48   49   50   51   ...   104

  Keçən  il  Londondan  qayıdanda  Varşava  qəbul  eləmədi,  Praqaya 
uçınalı olduq, ırıən idim, professor Speranski idi. - Bəhram Zeynallı deyirdi 
bunu... 
 
  Apardı  məni  sklada,  mama,  dedi,  seç  hansın  bəyənirsən,  vallah, 
Rüxsarə xanım, nə gizlədim, gözüm dörd oldu, day könlün nə istəyir 
 
  nə  rəng,  nə  fason,  nə  biçimdə  -  hamısı  var.  -  Alya  deyirdi  bunu.  H  ə  - 
mişəki kimi oğlu Spartakm şücaətindən basıb-kəsirdi. Spartak haçan-sa onu 
cürbəcür qıt mallarla ağzınacan dolu olan qeyri-adi anbara apa-rıbmış, - bu 
əhvalatı Alya xanım azı bir on dəfə danışıb Zivər xanıma və Zivər xamm da 
azı bir yeddi dəfə Zaura. Spartak Alya xammm se-vimli mövzusu idi, amma 
yeganə mövzusu  deyildi.  Spartak mövzusun-dan  başqa iki daimi mövzusu 
da var idi - əri Murtuzun xidməti və qı-zı Firəngizin isməti... 
 
  Lazım gəlsə mən elmi katiblə də danışa bilərəm, mənim xətrimi çox 
istəyir, təşkil edərik sizi də müdafıəyə buraxarlar. - Bunu Cabbar deyirdi və 
Zaur da: 
  Bəli, bəli, əlbəttə, - deyirdi ona. 
 
Zivər xanım mətbəxdən otağa gəldi: 
 
- Ay Zaur, - dedi, - qonaqlarımız darıxmır ki, bəlkə televizoru qu-
rasan... 
 
Zaur televizoru qurdu və bir azdan sonra qonaqların canlı səsləri-nə 
televizorun səsi də əlavə olundu. tdman şərhçisi: 
 
- Voleybolçu qızlarımız inadla mübarizə aparıb layiqli qələbə qa-
zandılar, - deyirdi... 
 
Bəhram Zeynallı: 
 
- Praqada da mühazirə oxumalı oldum, - deyirdi. 
Murtuz Murtuzov: 
 
-- O gün axır yaxaladım küçadə, - deyirdi. 
 
Alya xanım anbardakı dublyonkalardan, Rüxsarə xanım komis-yondakı 
servizdən, Tahirə yayda dincəldikləri kurortdan danışırdı. Cabbar: 
 
 İstəyirsiz,  lap  rektorun  özüylə  danışaram,  -  deyirdi.  -  Məncə  eti-raz 
eləməz... 
 
 Praqadan  daha  qatarla  gələsi  oldum.  Speranskiylə  bir  kupeyə 
düşmüşdük... 
 
 Yapışdım yaxasından, adə, qırışmal, məni tanımırsan sən? 
 
 Day  bir  şey  götürmədim,  bax,  bu  paltarı,  Firoçkayçün  fransızski 
sapojki, iki dənə yorğan örtüyü - Firoçkanın cehizliyi, bir də bir-iki 
 
xırda-xuruş. Spartak deyir, mama, dünyanın axırı ha deyil, haçan kefın 
 
istəsə yenə gətirərəm səni bura... 
 
-  İstəyirəm  alım o servizi, bizim bir dostumuz var - 
Şamxal, 
 
müstəntiqdir, onun arvadı Tamaranın ad günüdür, ona hədiyyə apar- 
 
maq istəyirəm... 
 
- Mən Krımda da olmuşam, Soçidə də... amma bura başqa aləm - 
 
dir... Qum mirvari kimi, dəniz tərtəmiz, korpuslar elə rahat, elə səli- 
 
qəlidir ki... 
 
 Kişi  voleybolçular  isə  bu  mövsümdə  hələ  ki,  müvəffəqiyyət  qa-zana 
bilməyiblər... 
 
 Rektor nə deyəcək ki?.. Bizim institutda, hətta, Tiflisdən, Yere- 
 
vandan gəlib müdafıə edirlər... 
 
  Buyurun, stolun başına keçin! 
 
  Şahin, zəhmət olmasa, badələri doldur. 
 
  Bəs, Spartak niyə gəlməyib? 
 
  Allah bilir haradadır indi... 
 
  Yaxşı, tamadamız kim olacaq? 
 
  Murtuz Balayeviç, polkovnik Murtuzov... 
 
 Xeyr, hcç elə söhbət yoxdur, professor, professor yaxşıdır... 
 
 Hansı professor, professor burda ikidi. 
 
 Zcynallı... 
 
 Zcynallı da ikidir. 
 
 Yox, əlbottə, professor Bəhram Zeynallı, Məcid day ev yiyosi- 
 
dir, ev yiyəsindən tamada olmaz ki... 
 
 Çox  sağ  olun,  Zivər  bacı,  deməli,  mən  ev  yiyəsi  deyiləm,  mən 
özgəyəm? 
 Yox, ay Bohram qardaş, siz də ev yiyəsisiniz, əlbəttə, öz eviniz- 
 
dir bura, elo ona görə də xahiş edirik ki, Zaurçikin məclisini siz apa-rasınız 
da. 
 Yox, Murtuz yaxşıdır, - dedi Bəhram. 
 
Heç elo söhbət yoxdur, əsil tamada Bəhram müəllimdir, - dedi 
 
Murtuz. 
 
  Onda içək Bəhramın sağlığına, - dedi Məcid. 
 
 Yox, madam ki, mənim boynuma qoyduz tamadalığı, sözümə 
 
qulaq asın. Zaurun sağlığına içək, - dedi Bohram. 
 
 Sağ ol, Zaur, - dedi Şahin. 
 
 Sağ ol, bala, - dedi Zivər. 
 
  Sağ ol, - dedi Məcid. 


 Sağ olun, Zaur, - dedilər. Rüxsarə xanım, Alya xanım, Tahirə xanım... 
Firəngiz heç nə demədi... 
 
 Sizin sağlığınıza, Zaur, - dedi Cabbar. 
 
 Dobrıy veçer, doroqie telezriteli, - dedi Təhminə. 
 
Zaur  diksinib  televizora  tərəf  çevrildi...  Flamı  qədəhlərini  Zaura  tərəf 
uzatmışdı, hamı qədəhlərini  bir-birinə  vururdu  “sağ  olun,  sağ  olun”  deyib 
içirdi. Zaur isə elə bil bütün məclisi duman içində görürdü və bu dumanın 
içində bircə sifət durulub aydın seçilirdi - Təhminənin sifəti, bu hay-küydə 
bircə səs aydın eşidilirdi - Təhminənin səsi: 
 
- Mı naçinaem proqrammu azerbaydcanskoqo televideniya. Mı privezli 
vam iz naşeqo solneçnoqo Baku... 
 
Zaur artıq sözlərin də fərqinə varmırdı. Təhminənin nə danışdığı-nı da 
əməlli-başlı  qavramırdı,  yalnız  səsinin  ahəngini  dinləyir  və  do-daqlarına 
qonmuş  xəfıf  təbəssümü  görürdü...  Təhminə  otaqdakıların  da  diqqətini 
çəkmişdi: 
 Buna baxın, Moskvadan verirlər, bizim Bakı verilişidir. 
 
 FIə qəzetdə yazmışdılar da... 
 
 Bu kimdir, təzə diktordur? 
 
 Hə də, nodi onun adı? 
 
Alya xanım quru bir tərzdə: 
 
 Təhminə, - dedi, - indi də diktor olub... 
 
Murtuz: 
 
 Bu ki, həmin o arvaddır, bizim... 
 
 Hə, hə, - deyə Alya ərinin sözünü kosdi və Zaur bilirdi ki, kəs-mosəydi 
Murtuz Balayeviç Spartakın adını çəkəcokdi. 
 
Təhırıinə  danışırdı,  gülüınsünürdü,  milyon-milyon  tamaşaçıya 
gülümsünürdü,  tək  bircə  Zaura  gülümsündüyü  kimi,  plyajda,  ırıaşının 
içində, Murtuzovların bağlarında gülümsündüyü kimi... 
Otaqda iso hamı bir ağızdan Tohminonin geyimini, sir-sifətini, du-rub-
oturmasını, bütün həyatmı müzakirə edirdi. Kişilər dodaqaltı qı-mışırdılar, 
qadınlar  paltarına,  saçının  burumuna  ağız  büzürdülər,  bir-birilorinin 
qulaqlarına  oyilib  no  isə  pıçıldaşırdılar  və  yeni  məlumat  al-mış hər adam 
“vay, vay, vay” deyə mozommətlə başını bulayırdı... 
Kimsə dedi ki, Təhminənin əri Manafı tanıyır, əməlli-başlı abırlı adamdır 
yazıq, indi başına nə kül töksün ki, bütün şohərdo biabır olub. Kiırısə cavab 
verdi ki, qadam onun ağzına, o da adını kişi qoyub, başı-na papaq geyir... 
Kimso dedi ki, Tohminə elə bəzənib-düzənib, clə bil bayram xonçasıdır... 
Kiırıso dedi ki, bəs görəsən adamı televizornan 
 
milyon  adamın  qabağına  çıxardanda  bir  maraqlanmırlar  torcümeyi-ha-
lıynan,  kimdir,  nəçidir,  no  yuvanın  quşudur...  Bu  vaxt  qapılarının  zəngi 
çalındı. Şahin gedib açdı, Spartak içori girdi, salamsız-kalamsız ana-sma: 
 
-  Qapım  bağlayıb  getmisiz,  məniırı  açarım  sondədir  axı,  -  dedi.  Alya 
xanımın  tənbehindən  sonra  ("Zaurun  yaşıdır,  niyə  təbrik  eləmir-sən") 
çevrilib Zaura baxdı, Zaurun əlindoki “Ronson"a xüsusi bir diq-qətlə nəzər 
saldı,  mənalı-mənalı  gülümsündü  və  hamının  televizora  tamaşa  elədiyini 
görüb Spartak da ekrana tərəf çevrildi: 
 
- Oho, - dedi, - əhsən, Taxmuşa... 
 
Sonra  Spartak  çıxıb  getdi.  Təhmino  də  ekranda  yerini  ifaçılara  verdi, 
mahmlar səsləndi və qonaqlar konserti dinləyə-dinləyə oxuyanlar, ça-lanlar 
barədə  danışmağa  başladılar...  Filan  xanəndə  Parisdən  nə  gətirib,  fılan 
bəstəkar ayda no qədər qazanır, fılan rəqqasənin neçə yaşı olar... 
 
Tahirə deyirdi ki, Emin Sabitoğlunun mahnılarım sevir, Caboş deyirdi 
ki, Zaur mütloq onların institutunda müdaflə eləməlidir. Mur-tuz deyirdi ki, 
bütün  bu  xanondələr,  oxuyanlar  müftəxordurlar,  ortada  yeyib  qıraqda 
gəzməyi  sevirlər,  dava  vaxtı  çoxusu  ön  cobhoyo  gct-məkdən  camnı 
qurtarırdı,  amma  ad  almaq-fılan  gəlondə  özlorini  bi-rinci  qabağa 
dürtürdülor...  Bohraırı  dcyirdi  ki,  indiki  oxuyanlar  dava  vaxtı  çoxusu  hcç 
anadan olmamışdı, olanları da südəmor uşaqlar idi. 
 
Tahiro dcdi ki, Polad Bülbüloğlunun mahnılarından da çox xoşıı gəlir. 
Riixsaro  xanım  dcdi  ki,  paxlavaya  söz  ola  bilməz,  bilmirəm niyo  gizlədir 
Zivər xanım bunun sirrini bizdən. Alya dcdi ki, gorok bir xol-vot golib göz 
qoyam,  öyronom  Zivor  xanımın  sirrini.  Zivor  xanım  da  güldü,  dedi 
pcşkoşdir  sizo  bütün  rescptlər.  Murtuz  Balayeviç  do  dcdi  ki,  ho,  nədi  bu 
oxuyan  godo,  bir  belo  saçın uzadıb  qız  kimi,  bu moddu, nodi  yoni  bclo?! 
Cabbar  dedi  ki,  yüz  faiz  arxayın  olun,  ırıon  bu  müda-fıə  mosolosini 
boynuma götürürəm vo Təhminə dedi: 
 
Naşa pcredaça okonçena. Do novıx vstreç. Bir an duruxdu vo olavə 
ctdi:  Mne  xoçetsya  pozdravit  tex  telezritelcy,  u  kotorıx  sc-qodnya  dcn 
rojdcniya. 
 
Zaur bir an donub qaldı və nədənsə dərhal anasına baxdı. Anası da cold 
ona  baxdı  vo  Zaur  başa  düşdü  ki,  anasıyla  Zaurdan  başqa bu  otaq-da hcç 
kos  Tohminonin  son  cümləsinin  fərqinə  varmamışdı.  Birco  anası  bunun 
kimə aid  olduğunu  başa  düşmüşdü  və  Zaur  bir  buna  göro anasını  bağrına 
basıb öpmək istəyirdi... 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə