SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə28/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   24   25   26   27   28   29   30   31   ...   104

 
Şir, pələng kimi oğlan idi, yazıq. 
 
V. hərfmdə  iki  ad  yazılmışdı:  “Validə” .  Validə  Minanm kiçik  bacı-sı 
idi.  İki  ildir  əriylə  Nuxaya  köçüb  gediblər.  Bir  də  “Vahidov”  .  Vahi-dov 
kimdir? Səfdər dayı nə qədər fikirləşdisə də yadına sala bilmədi. 
 
Q.  hərfındə  yazılmış  ad  bərk-bərk  qaralanmışdı.  Mina  qaralamış-dı. 
Yazıq yaman kölgəsindən qorxan idi. Əlbəttə mənimçün qorxurdu. 
 
Qulamı aparanda qaralayıb, 55-ci ildə Qulam qayıtdı gəldi. Amma daha 
o  20  il  bundan  qabaqkı  nömrəsini  qaytarmayacaqdılar  ki...  Yəqin,  təzə 
nömrə veriblar. 
 
  hərfındə  Dadaşın  nömrəsi  yazılmışdı.  Səfdər  dayı  Dadaşa  zəng 
eləmək  istəmirdi.  Cavanhqda  bərk  dost  idilər.  Sonra  aralandılar.  Ba-yaq 
Məmməd Nəsir nə gəvəzələyirdi? Ay səni, Məmməd Nəsir. O vaxt Dadaşı 
giində  çağırırdılar.  Yaxşı,  məni  niyə  çağırmırdüar,  Məm-məd  Nəsiri  niyə 
çağırmırdılar? Əlbəttə. Dadaş gedənlərin çoxuyla da-ha artıq bağlıydı. Bəlkə 
ona görə çağırırlarmış. İndiki kimi yadımda-dır, bir gecə bizə gəldi. “Arağın 
var?” “Bilirsən içən deyiləm"- dedim. “Bilirəm, - dedi, - onunçün də özüm 
gətirmişəm.  Barı  bir  şey  ver”.  Pendir-çörək  gətirdim,  bir  az  da  göyərti. 
Oturdu  yarım  litrəni  təkbaşı-na  içdi.  Özü  də  dinməz-söyləməz.  Bir  kəlmə 
dinib damşmır. Mən də oturub buna baxıram. İçdi, şüşəni başa çatdı. “Eh, ay 
Səfdər,  -  dedi,  -  birini  bilirsən,  birini  bilmirsən”  .  Sözləri  indiyə  kimi 
qulağımdadır: - “Sənə nə var ki, xoşbəxt adamsan” . Papağım qoydu getdi. 
O gündən gördüm, bəli, deyəsən mənə bir az suçlu baxır, belə bir cür gen 
gəzir. Mən də özümü heç o yerə qoymadım. Daha heç soruşub, eləmədim ki, 
bəs nə olub? Salaməleyküm, əleykəsalam, Vəssalam, Dadaş beiə Dadaşdı. 
 
  hərfı boş idi. 
 
 
hərfı “Əliyev Tahir” . Əliyev Tahir? Hə, hə, yadıma düşdü. Bir vaxt 
qonşu idik. Amma neçə ildir bir-birimizə rast gəlmirik. Küçədə görsəm heç 
tanımaram. Yəqin, mənim heç adım da onun yadmda deyil. 
İ.  “İdris”  .  Maşallah,  İdris.  Məndən  üç  yaş  böyükdür,  amma  turp  ki-
midir. Həmişə dağda-daşda. İndi də eşitmişəm Zaqatala tərəfdə qızıl axtarır. 
Bu telefonu niyə  çəkdirib bilmirəm. Heç  vaxt Bakıda tapılmır-lar, nə özü, 
nə arvadı. “Geoloq babayam, - deyir,- şəhərdə nə işim var? Mənimki dağdı, 
daşdı” . Bəikə indi mənim bəxtimdən şəhərdə ola? Qoy bir zəng eləyim. 
 
Dəstəyi götürüb nömrəni yığdı. Uzun zaman aralı siqnallara qulaq asdı. 
“Hardan  olacaq?  İndi  görəsən  hansı  dağda,  hansı  meşədə  çadır  qurub 
oturub?!” . 
M. Məmməd Nəsir. “Ay onun başı batsın. İndi yəqin, lüi atəşdi. Fağır 
oğlu  məhv  elədi  özünü,  zay  oldu  bu  içkiylə.  Əvvəllər  yenə  bir  əndazası 
vardı. İndi lap ağ  eləyib. Adama nə qədər deyərlər, nə qədər öyüd-nəsihət 
eləyərlər. Uşaq deyil ki, sinli kişidir, saçı, saqqalı ağarıb. Ağlayır, söz verir, 
üç  gündən  sonra  yenə  görürsən  lülqəmbərdir.  Özü  də  kimnən  gəldi  içir, 
başlayır,  ağzını  Allah  yoluna  qoyub  axvayı-ax-vayı  danışmağa.  Uşaqlar 
yaxşı deyirlər ki, Məmməd Nəsirin qamını doldur, ürəyini boşaltsın. 
 
N.  “Nəbiyev  Əsgər”  Əsgər  yazıq  da  bildir  öldü.  Evə  gəlib  pencə-yini 
çıxardıb.  “Arvad,  mənə  bir  çay”  deyib,  elə  oradaca  canı  çıxıb.  Bu  ürək 
zəhrimarın da belə işi var da! 
 
  Rəhim.  “Yox,  bala.  Rəhim  indi  böyük  adamdır.  Əli  böyüklərin 
ətəyindədir.  Zəng  eləyəcəyəm,  deyəcək  görəsən  nə  işi  düşüb.  Bir  də  ki, 
yəqin, heç bu nömrə də düz deyil. Axı böyük adamlar vəzifəyə ke-çən kimi 
o saat telefonlarını dəyişirlər. 
 
  “Səfdər  Atayev”  4-15-20.  Bu  səhifədə  nömrəsini  öz  xəttiylə 
yazmışdı. 
  “Teyyub”  .  Şənbə  günü  Teyyub  Bakıda  qalan  deyil.  Mərdəkan-da 
beli alıb əlinə, düşüb bağın canına. Bu il də yəqin, mütləq bir səbət üzüm 
göndərəcək. Yadından çıxan deyil. 
 
X. H. Ç. - səhifələr ötdükcə Səfdəri qüssə basırdı. Elə biJ yegano kibrit 
qutusunda ancaq yanıq kibritlər qalmışdı. 
 
F. “Fərhad” . Forhad Moskvadadır. 
 
U.  “Ulduz”  .  Ulduzgil  təzə  evə  köçüblər.  Yəqin,  hələ  telefon  çok-
dirməyiblər. 
 
Doftər köhnə orfoqrafıya vaxtından qalmışdı. Holə iki hərf durur- 
 
du. Ö və Ə. 
 
Ö horfı boş idi: 
 
Sofdor dayı aramla, ehmallıca son səhifəni açdı. 
 
Ə sohifəsindo “Yaşar” sözü yazılmışdı, amma nədənsə telefonunu 
yazmaq unudulmuşdu. Telefon nömrəsi yox idi, - elə yalın-yalxı Yaşar. 
 
Doftəri qapadı və birdən gözü arxa cilddə yenə Minanın xəttino sataşdı. 
Mina iri çap hərfləriylə: 
Yanğın 01 
 
Milis 02 
 
Təcili yardım 03 
 
yazmışdı. 
 
Səfdər dayı öz-özünə giilümsünüb dəstəyi qaldırdı. 


Sıfırı çəkdi, əlini birə uzatdı, birdən ağlına gəldi ki, yanğm idarə - siylə 
zarafat eləmək olmaz. Adamın atasını yandırarlar. Hər halda, te - lefonu lap 
yəqin kəsdirərlər. 
 
İstəmirdi ki, telefonunu kəssinlər. Dinməsə də qoy bir qıraqda d u - rub 
qalsın. Necə olsa bir həyandır. 
 
02 ilə də zarafat etmək olmazdı. 03-nən də həmçinin. 
 
Bəs,  04?  Görəsən,  04  telefon  varmı?  Görəsən,  haradır?  Bəlkə  bu 
nömrəni  yığıb  elə-belə  danışmaq  olar?  Səni  sorğu-suala  tutmadan  ik  i-üç 
kəlmə  xoş  söz  deyərlər,  hal-əhval  tutarlar,  kefıni  soruşarlar,  ürək  -  dirək 
verərlər? 
 
Səfdər  dayı  04  yığdı.  Telefondan  heç  bir  səs  çıxmadı.  Nə  uzun  siq  - 
nallar, nə də qısa! Heç bir səs gəlmədi. Sanki bu, mövcud olmayan bir ərazi 
idi. 
 
05-i çəkdi. Yenə səs çıxmadı. 
 
06-da hay vermədi. 
 
07-də tez-tez qısa siqnallar eşidildi. Məşğul idi. 08 
də məşğul idi. 
 
Səfdər dayı son nömrəni - 09-u çəkdi və dəstəkdə dərhal səs eşi-dib 
özünü itirdi, karıxıb: 
 
  Salaməleyküm,  Səfdərdir,  -  dedi. 
Quru bir səs eşidildi: 
 
  Kim? Familini aydm deyin. 
 
  Famili?.. Atayev. Atayev Səfdər. 
 
  Ünvan? 
 
  Mirzə Fətəli, 45. 
 
  Gözləyin. 
 
Məsələ Səfdərə sonra çatdı. Başa düşdü ki, məlumat bürosuna zəng 
eləyib, arvad da elə bilib bu telefon nömrəsini istəyir. 
Onu gülmək tutdu, amma dəstəyi asmadı. Dəstəkdən səs gəldi: 
 
  4-15-20. Səfdər: 
 
  Lap düzdür, - dedi, - üç şahı, bir abbası. 
 
Ancaq qız onun sözlərini eşitmədi. Dəstəyi qoymuşdu. 
Səfdər dayı da dəstəyi qoydu. Pıqqıldayıb güldü. 
Birdən fıkirləşdi ki, görəsən, adam öz telefonuyla öz nömrəsinə zəng 
eləsə nə olar? 
 
Görək. Dəstəyi götürüb nömrəni çəkdi. 4, 1, 5, 2, 0... Aha. Tələ-sik, 
aramsız, kəsik siqnallar eşidilməyə başladı. 
 
- Du, du, du, du, du, du, du... 
 
Səfdər dayı: 
 
- Məşğuldur, danışır,- dedi. Güldü, sonra nədənsə bir az tutulan kimi oldu. 
 
Dinləməyə başladı. Bir xeyli qulaq asdı. 
 
Dəstəkdən zahlətökən bir ardıcıllıqla səslər eşidilirdi: du, du, du, du, 
du... 
 
Elə bil payız günü evin damır... 
 
NƏRMİNƏNİN ATASI SƏFDƏRƏ 
 
VƏ ANASI MİNAYA MƏKTUBU 
 
Mənim  əzizlərim!  Ana  və  ata!  Uzaq  Qvineya  diyarından  sizə  çox-lu-
çoxlu  salam  göndərirəm.  Sizinçün  bumumun  ucu  göynəyir.  Əv-vəlcə,  sizə 
bir şad xəbər vennək istəyirəm: hər ikiniz baba və nənə ol-musunuz. Özüm 
qəsdən  bu  barədə  sizə  heç  nə  yazmırdım  ki,  anam  ni-garan  qalmasm. 
Bilirəm axı, yaman vasvasıdır. İndi hər şey yaxşı qur-tarıb və on gün bundan 
qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü deyir ki, atama oxşayır, 
ancaq  bumu  lap  səninkidir,  ay  ana.  Adı-nı hələ  qoymamışıq.  Ay  ata, mən 
istəyirəm sənin adını qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın 
adını  qoymazlar.  Dedim,  siz-lərdə  qoymurlar,  amma  bizlərdə  qoyurlar. 
Dedim  bizlərdə  belə  qayda  var  ki,  birinci  uşağa  babasmın  adım  qoyurlar. 
Heç  özüm  də  bilmirəm  belə  qayda  var,  ya  yox,  ancaq hər  halda  Hüsünün 
başını tovlamaq üçün belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam, 
ay  ata.  Uşağın  admı  çağıranda  elə  bilərəm  siz  də  yammdasınız  bu  qərib 
yerdə. Qız olsaydı sənin adını qoyacaqdım, ay ana. Ay ana, qurbanın olum, 
sən-dən  yaman  nigaranam.  Hər  gecə  səni  yuxuda  görürəm.  Elə  qatmaqa-
rışıq yuxular görürom ki, heç olmasa mənə bir əlcə kağız yazaydın. Atama 
bax, gözünə su ver, hər ay müntəzəm mənə məktub yazır. Bi-zim əhvalımızı 
xobər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman hörməti var. 
Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə xəstəliklər var ki, Allah 
göstərməsin. Camaat çox mehribandır. Amma çox kasıbdırlar yazıqlar. 
 
 
Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, köpək-oğlu 
yaman qarınquludur. 
Öpürəm sizi bərk-bərk: 
 
P.S. Hüsü sizə çoxlu salam göndərir. 
 
Qızınız Nərminə 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə