SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə25/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   21   22   23   24   25   26   27   28   ...   104

 
Təhıninə  Zaurun  sifətini  qaranlıq  göyün,  ulduzların  haşiyəsində 
görürdü.  Və  bu  an  varlığının  hər  hüceyrəsiylə  inanırdı  ki,  bu  ehtiras,  bu 
intizar,  bu  ağrı,  mütləq,  mütləq nəticələnməli,  sonlaşmalı, yeni  bir  həyata, 
yeni  bir  insana  çevrilməli,  onlar  İkisi  Üçüncünü  yaratmahdır-lar.  Və  bu 
Üçüncü  də  hər  ikisinin  həyatı,  acıları,  sevinclərini  bütün  vağzallarda, 
aerodromlarda, otaqlarda, telefonlardakı gözləmələrini, idarədəki peşələrini, 
ya  evdəki  qayğılarım  və  tək  bunların  yox,  bun-lardan  qabaq  olanlarm  - 
əcdadların  da  varlıqlarım,  ömürlərinin  son  və  ən  vacib  mənalarını,  bəlkə 
Zaurun  anasınm  saçlarının,  bəlkə  Təhmi-nənin  atasınm  gözlərinin  rəngini 
özündə toplamalı, yığmalı, əks etmə-li, təmsil etməlidir. 
 
İnsan nə qədər mürəkkəb olursa da, sonda o özünü nə isə çox qı-sa və 
yığcam bir düsturla ifadə edə bilir. Və bu düstur çaxmaq daşı ki-mi, kibrit 
kimi,  başqa  bir düstura,  başqa  çaxmaq daşma,  kükürdə toxu-nub  qığdcım, 
yeni həyat qığılcımı, yeni həyat yaradır, dünyaya Üçüncünü gətirir. 
 
Bu  Üçüncünün  də  öz  həyatı,  öz  ağnları,  həvəsləri,  meyilləri,  an-
layışları,  zövqü,  kədəri  olacaq  və  o  yenə  başqa  birisinə  rast  gələcək  və 
yenə... 
 
- Əzizim, canım, gözüm, ciyərim, varhğım, - Təhminə elə bil nə-fəsiylə 
sözləri  gözərdirdi,  -  sevgilim,  yarım,  ərim,  gözəlim,  bircə  də-nəm.  - 
Təhminə  boğulurdu.  İnləyir,  söz  axtarırdı.  -  Canım,  ciyərim,  gözüm,  - 
məhəbbət sözləri qurtardı, - axmaq, it, dəli, gic, pişik, dəvə... 
Zaurun  dodaqlarında  Təhminənin  dodaqlarmın,  dərisinin,  boyası-nın, 
pudrasmın  ətri,  bir  də  dəniz  suyunun,  küləyin,  qumların  dadı  bir-birinə 
qarışmışdı. 
 
Zaurun  başını  var  gücüylə  üzünə  yapışdırdı.  Siqareti  divara  basıb 
söndürən  kimi  qızartdaq,  odlu  dodaqlarını  Zaurun  dodaqlarına  sıxıb 
söndürmək istəyirdi. 
 
- Sevirsən məni, sevirsən? - deyə Zaur tələsik pıçıldayırdı. 
 
  Oğlumuz olacaq, Zaur, oğlumuz, oğlumuz... 
 
Maşında oturub zarıyırdı. 
 
  Sətəlcəm olmuşam, - deyirdi. - Allah, Allah, ölürəm, - deyirdi. Zaur 
“bircə düz yola çıxa bilsəydim, - deyə düşünürdü, - onda iş 
 
asandır. Bu qaranlıqda quma batsaq, köməyimizə gələn də olmaz, gə-rək 
səhərəcən qalaq” . 
Saat ikinin yarısı idi. Qalıb səhəri gözləmək oimazdı. Təhminənin halı 
xarab  idi.  Ehtiras  sönəndən  bəri  konyakm  dumam  Zaurun  başın-dan 
çəkildikcə, “bu nə iş idi mən düşdüm” - deyə sakit ola bilmirdi. 
 
- Üşüyürəm, üşüyürəm. - Təhminə yumaq kimi büzüşür, Zaura sığmır, 
ancaq yenə də qızına bilmirdi. - Üşüyürəm, üşüyürəm. 
 
Zaur əvvəlcə gözlərinə inanmadı. Qabaqda qırmızı işıq görmüşdü. Yük 
maşmımn qırmızı dal işığı. Bu işığın ucundan tutub sürdü. Təx-minən yüz 
metrdən sonra şoseyə çıxdılar. 
 
Zaur  rahat  nəfəs  aldı.  Üçə  yaxın  şəhərə  çatddar.  Yatmış  şəhərin  gecə 
vitrinləri işıqlı idi və bu işıqlarda nə isə son dərəcə mehriban, xoş, isidici bir 
məlhəm vardı. 
 
Təhminənin titrəməsi də elə bil kəsildi. Daha uçunmurdu. - 
Siqaret ver bura... 
 
Zaur cibindən qutunu çıxarıb ona uzatdı. 
 
  Al, axırıncı siqaretdir. 
 
  Axırıncıdır? Qoy onda özünə qalsın. 
 
  Yox, evdə varımdır, götür. 
 
Təhminə siqareti dodaqları arasına aldı. 
 
Hansı  radiostansiya  isə  gecə  konserti  verirdi.  Konsert  yəqin  gecə 
klubundan verilirdi. Kişi yumşaq səslə həzin melodiya oxuyur, konfe-ransye 
hansı dildə iso zarafat edir, adamlar gülüşür, əl çahrdılar. 
 
- Bəs kibrit? 
 
Zaur  ciblorini  döyəcləyib  kibrit  qutusunu  tapdı.  Təhminəyə  verdi. 
Təhminə bir-bir kibritləri çıxartdı. 
 
  Hamısı yanıqdır ki, - dedi, qutunu pəncərədən tulladı. 
 
  Ayrı yoxumdur. 
 
“Moskviç”  Təhminəgilin  evinin  qarşısında  dayandı.  Təhminə  qa-pını 
açdı, çantasını götürdü və dedi ki, sonra Zaur nigaran qalar, ancaq qalmasın, 
lap  arxayın  olsun.  Neçə  dəfə  burda  həkimə  getmişom,  elə  Moskvaya  da 
onunçün  getmişdim.  Orda  özümü ən  yaxşı  mütəxəssis-lərə göstərdim.  Lap 
qəti dedilər ki, sənin heç bir vaxt uşağın olmayac-aq. Bəli, belə işlor, əzizim, 
al bu siqaretini, onsuz da kibrit yoxdur. 
 
Zaur  ağzını  açmağa  macal  tapmamış  Təhminə  damağındakı  siqa-reti 
onun dodaqları arasına soxdu. 
 
- Ötürmə, lazım deyil, - deyə tələsik darvazaya tərəf qaçdı, çev-rilib bir 
də əl elədi, güldü. Nə qamma çalındı, nə motosikl uzaqlaşdı... 


Darvazamn qaranlığına girib itdi. 
 
Zaur maşını işə  salıb hərəkətə gətirdi.  Yatmış  şəhərin  adamsız,  səssiz-
hənirtisiz  küçələriylə  soyuq  neon  işıqh  vitrinlərin  yanmdan  ötüb  keçirdi. 
Radioda gecə konserti qurtardı. Radio da susmuşdu. 
 
Bir an Zaura elə gəldi ki, ağzındakı bu siqaretlə bütün dünyada lap tək 
qalıb. 
 
Tərs kimi kibrit də yoxdur... 
 
ZAURUN TƏHMİNƏYƏ MƏKTUBU 
 
Təhminə!  Mən  bu  məktubu  indi  yazıram.  Səndən  ayrılandan  bir  saat 
sonra. Sənə qəribə gələcək ki, biz aynlandan bir saat sonra, özü də gecə saat 
4-də  məktub  yazmaq  nə  vacib  düşüb.  Bəlkə  də  səninçün  bu  vacib  deyil. 
Amma  mənimçün  çox  vacibdir.  Məktubu  niyə  yazıram.  Çünki  məktubda 
deyəcəyim  şeyləri  elə-belə,  sözlə,  sənin  üzünə  de-məyə,  hətta  telefonla 
deməyə belə heç vaxt cəsarət etməzdim. Heç bilmirəm, demək istədiklərimi 
məktubla  deyə  biləcəyəmmi.  Demək  istədiyim  odur  ki,  Təhminə,  mən  bu 
gün  çox  şeyi  başa  düşdüm.  Gülmə,  Təhminə,  yəqin  ki,  sən  məni  uşaq 
sayırsan,  hissə  qapılan  sa-dəlövh  bir  uşaq.  Nə  olar,  say.  H  ər  halda 
mənimçün  bu  çox  vacibdir.  Heç  bilmirəm  nə  yazıram.  Elə  hey  yazıram 
vacibdir, vacibdir, nədir vacib? Heç özüm də bilmirəm. Bircə onu bilirəm ki, 
bu gün mənim gözüm açıldı, elə bil çox şeyi təzədən gördüm, anladım. Bir 
yandan  Məmməd  Nəsirin  təkbaşma  nərd  oynaması,  bir  yandan  bizim 
bugünkü  səfərimiz,  xüsusən  sənin  son  sözlərin  (həkimlərin  sənə  dediyi 
sözlər).  bütün  bunlar  hamısı  elə  bil  mənim  varlığımı  alt-üst  etdi.  Bilirsən, 
əg-ər mən yazıçı olsaydım, bütün bu hissləri, bu psixoloji incəlikləri da-ha 
dəqiq  təsvir  edə  bilərdim.  Ancaq  məndə  bu  məharət  yoxdur,  odur  ki, 
fıkirlərimi, hisslərimi də belə dolaşıq ifadə edirəm. Nə isə mənə elə gəlir ki, 
mən  indiyə  qədər  hamım  və  birinci  növbədə  də  özümü  al-datmışam. 
Həqiqətdən  qorxmamaq,  həqiqət  nə  qədər  acı  olsa  da,  onun  düz  gözünün 
içinə baxmaq lazımdır. Bunu mənə sən öyrətdin. Doğru-dan da dünyada ən 
murdar  şey  riyakarlıqdır,  ruslar  buna  xanjestvo  dey-irlər.  Mən  də  başa 
düşdüm  ki,  bundan  sonra  mən  heç  bir  vaxt  nə  heç  kimi,  nə  də  özümü 
aldatmamahyam . Bilirsən, Təhminə, səndən ayrı-landan sonra maşınla boş 
küçələri dolaşırdım və başıma min cür fıkir gəlirdi. Bir istəyirdim gedib bu 
saatca Manafa teleqram vuram ki, bə- 
 
sdir  bu  yalan,  Təhminə  səni  sevmir,  məni  sevir,  biz  onunla  bir-birimi-zi 
sevirik.  Biz  evlənəcəyik.  Gəl  Bakıya,  məhkəməylə  Təhminəylə  bo-şanm... 
Sonra istədim təzədən Pirşağıya dəniz qırağma, həmin o yerə gedəm. Sonra 
istədim  maşınımı  divara  vurub  əzəm.  Sonra  qərara  gəl-dim  evə  gedib  ata-
anamı  oyadam.  Hər  şeyi  onlara  damşım,  deyim  ki,  çox  sağ  olun,  məni 
dünyaya gətirmisiniz. Ancaq adam gərək iki dəfə doğulsun. Bir dəfə onu ata-
anası  dünyaya  gətirir.  İkinci  dəfə  o  özü-özünü  dünyaya  gətirir,  özü  özünə 
dünyada  bir  yer  qazanır.  İndi,  əziz  ata-anam,  mən  hələ  bircə  dəfə 
doğulmuşam. Mən hələ özüm yaran-mamışam. Hələ ancaq sizin yaratdığınız 
kimi, sizin istədiyinizə uyğun olaraq yaşayıram. Çox sağ olun əziz ata-anam, 
məni  böyüdüb  boya-başa  çatdınnısınız,  oxutmusunuz,  saxlamısımz, 
geydirib-yedirtmisiniz,  mənə  maşın  almısımz.  Amma  mən  daha  özüm 
yaşamalıyam.  Götürün  bu  “Moskviç”i.  O  sizindir.  Mənim onu  öz maşmım 
hesab  eləməyə  haqqım  yoxdur.  Nə  maşınımı,  nə  geyimimi,  nə  otağımı. 
Bundan  sonra  belə  olmayacaq.  Mon  öz  əlimin  zəhmətiylə  dolanmaq 
istəyirəm,  öz  iradəmlə,  öz ağlımla  yaşamaq  istəyirəm.  Yoxsa  mən  başdan-
ayağa  özümü  kiminsə  borcu  hesab  edirəm.  Kiminsə  qaytarılmamış  borcu. 
Adımı siz qoymusunuz, məktəbimi, ixtisasımı, iş yerimi siz təyin etmisiniz. 
Bütün həvəslərim, işlərim də sizin razıhğımzla olub. Bəs mən özüm nəyəm, 
kimom, hardayam? İndi ilk dəfə mənim həyatıma elə bir adam daxil olub ki, 
o yalnız mənimdir, yəqin siz onu qəbul et-moyəcəksiniz. Yəni bu keçori bir 
həvəs  olsaydı,  siz  qarışmazdınız.  Siz  heç  vaxt  mənim  belə  işlərimə 
qarışmırsınız.  Ancaq  biləndə  ki,  məso-lə  ciddidir,  siz  hay-haray 
qaldıracaqsınız.  Ancaq  mən  də  ondan  keç-məyəcəyəm.  Çünki  o  mənim 
özlüyümdür, özlüyümün tosdiqidir, o mənim etirazımdır. Təhminə, gör mən 
nə səfeh-səfeh sözlər yazıram sənə. Oxuyub gülocəksən. Bilirsən, mən bütün 
bunları  tamam  başqa  cür hiss  eləyirəm,  ancaq  kağızda  yazanda hər  şey  nə 
cürsə bayağılaşır, adiləşir, gülməli görünür. Gülmə, Təhminə, bəlkə mən bu 
məktubu  heç  sono  göndərmədim,  cırıb  atdım.  Ancaq  göndərsəm  də, 
göndərmə-səm də, mən artıq sənsiz yaşaya bilmərəm. Sən elə bilirsən mən 
kütəm,  keyəm,  heç  nə  başa  düşmürəm.  Mən  sənin  bütün  dediklərini, 
duyduqlarını  hiss  eləyirəm.  İnan  mənə  ki,  hiss  eləyirəm.  Mən  bilmi-rəm 
bizim uşağımız olacaq, ya  yox, ancaq mən səninçün həm ər, həm də övlad 
olmaq  istəyirəm.  Sənin  davamın  olmaq  istəyirəm,  həyatının  mənası  olmaq 
istəyirəm. Mən səninçün həm İkinci, həm də Üçüncü, 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə