SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə23/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   19   20   21   22   23   24   25   26   ...   104

kənar-kənar işlərdən danışasan, göstərəsən ki, yox heç vəchlə ola bil-məz ki, 
mənim  fikrimdə  bir  elə  o  məsələ  olsun.  Yox,  yox,  əksinə,  bu  heç  mənim 
ağlıma  da  gəlmirdi.  Sən  nə  damşırsan?  Yox,  yox...  Ay-hay!  Bu  yalan, 
riyakarlıq  kimə  gərəkdir?  Dedim  ki,  gedək  plyaja  iki-miz,  ha,  bax  mən  o 
sözləri  deyəndən,  sən razüaşandan indiyəcən  bütün  keçən  vaxt  ərzində, nə 
damşırıq danışaq, ikimizin də fikrində bir budur. Sənin də, mənim də. Yaxşı 
bəs  bütün  uzun  müqəddimələr,  uvertüralar,  bu  cürbəcür  don  geyindirmək 
komediya deyil, nədir? 
Heç olmasa mənimlə dənizə girəydi. Bəlkə dənizdə adam yarım-çılpaq 
olanda,  sözlərə,  istəklərə  də  don  geyindirib  bəzəmək  lazım  ol-mur.  Bəlkə 
dənizdə  bu  boş  sözlərsiz  də  keçinmək  olar.  Deyərdim,  gəl  sənə  üzmək 
öyrədim, toxunardım, qucaqlardım, sinəmə sıxardım. Vəssalam. 
 
İndi  sahildə  gərək  bütün  mərhələləri  keçəsən.  “Saçların  nə  gözəl-dir, 
qoy  sığallayım,  bəli,  əlini  saçma  çəkirsən,  sonra  boynuna,  sonra  birdən 
qəfilcən,  guya  ki,  coşub  qucaqlayırsan,  bəli,  ehtirasın  aşıb-da-şıb,  sonra... 
tfu! 
 
Sahilə tərəf üzməyə başladı. Təhminə görünmürdü. Sahilə çıxdı. 
Boylandı. “Bəli də, işimiz var!” Bərkdən çağırdı: 
 
  Təhminə! 
 
  Burdayam. 
 
Başını qaldırıb qayanın zirvəsində Təhminəni gördü. 
 
  Ehtiyath ol, yıxüarsan! 
 
  Qorxma. Aparatı götür. Çək mənim şəklimi bax burda. 
 
  Yaxşı. 
 
Aparatı götürdü. Sayğacına baxdı. Lent çoxdan qurtarmışdı. - 
Tərpənmə, - dedi, sakit dayan. - Aha, oldu. 
 
  Belə də çək. Bax bu cür. 
 
  Yaxşı. Aha. Oldu. Di düş bura. 
 
Təhminə qayaların üstündən keçi kimi tullana-tullana lap aşağı düşdü. 
 
Zaur yerə sərələnmişdi, özünü günə verirdi. Tüklü sinəsi qabarıb-enirdi. 
Sonra üzüstə çevrildi, torpağa sərilib quyu qazmağa başladı. 
 
Təhminə çantanı açıb yuxa, göyərti, qırmızı turp, ağ pendir çıxart-dı. 
Kiçik salfeti sərdi. 
 
Həmişə kefdə-damaqda yaşayan bu məclislər gözəli elə bir evdar-lıqla 
süfrə açırdı ki, Zaur ona sonsuz bir təəccüblə baxırdı. 
 
- Mən heç bilməzdim ki, səndə belə evdarlıq daman var. 
 
  Bayaq  dedim,  yenə  də  təkrar  edə  bilərəm  ki,  sən  hələ  çox  şeyi 
bilmirsən.  Bax,  məsələn,  bilmirsən,  mən  bu  çantada  sənə  nə  sürpriz 
hazırlamışam. 
 
Zaurun barmaqları qazdığı quyuda suya çatdı. Başmı qaldırıb: 
 
  Nə sürpriz? - deyə soruşdu. 
 
Təhminə  cavab  vermədən  olini  çantamn içinə  salladı.  Tünd  rəngli  bir 
şüşə çıxartdı. 
- Moskvadan gətirmişəm, - dedi. - Bir il idi gizlədib saxlamışdım. Sənin 
qismətin  imiş.  Fransız  konyakıdır.  “Kamyu”  .  Düzdür,  konyakı  belə 
zakuskayla içməzlər, amma daha keçib. 
 
“Vallah, bəhməz almışanı, bal çıxıb, - deyə Zaur düşündü və öz-özünə 
zarafat elədi. - bax Zaur kişi, almaq-boşamaq söhbəti olma-sın” . 
 
  Nəyə gülürsən öz-özünə? 
 
  Heç, vallah, Təhminə, səndən bircə dənədir. 
 
Sonra Günəş qürub etməyə başladı. Paslı qürub dənizə də pas sal-dı. 
Sonra içdilər. Bir də içdilər. Bir də. Bir də. Sonra ay çıxdı. 
 
Sonra Zaur qolunu Təhminənin boynuna saldı. Təhminə onun qo-Iunu 
şarf kimi boynundan açdı. 
  Dayan, - dedi, - dayan. Sən fotoqrafsan, gərək biləsən, məhəb-bət də 
foto kimi qaranlıqda aşkar olur. 
 
Sonra Təhminə: 
 
  Gol gecəni burda qalaq, - dedi. 
 
Zaur cəmisi dörd qədəh içmişdi və düşündü ki, keçən ay iki yüz manat 
vcrib  “Moskviç”ino  ölüm-zülümlə  dörd  dəno  qottəzə  “yaros-lavski 
pokrışka”  alıb.  Bu  çöllü-biyabanda  qalsalar,  gecə  gəlib  maşını  tamam 
soyub-talaya  bilorlor.  Əlbəttə,  o,  idmançıdır.  Ştanqadan  dorə-cəsi  var. 
İkisini-üçünü şil-küt eləyo bilər. Amma birdən dəstoylə gol-dilor, silahla? 
 
Sonra o bir qədəh də içdi vo: 
 
- Gözəl fikirdir, - dedi, - qalırıq gecəni burda. 
 
Sonra  Təhminə  uşaqlığından  danışmağa  başladı.  Üçüncü  sinifdə 
oxuyanda  bir  rəfiqəsi  onu  ərlə  arvad  arasındakı  əlaqələrdən,  uşaqların 
doğulmasından  agah  edib.  -  Axmağm  birisi,  -  dedim,  -  sənin  öz atan-anan 
belə eləyir, mənim atam-anam heç vaxt belə iş tutmaz. O, sırtıq-sırtıq üzümə 
baxdı, güldü: - Axmaq sən özünsən,  - dedi. - Bəs, onda sən necə dünyaya 
gəlmisən,  hə,  necə?  Mən  onunla  dalaşdım,  kü-süşdük.  Amma  düşünüb 
bildim ki, düz deyir. Cürbəcür şeylər yadıma 


 
düşdü. Neçə gün ata-anamın üzünə baxa bilmirdim. Elə hey soraşur-dular ki, 
qızım, sənə nə olub? Cavab vermirdim. Ürəyimdə deyirdim ki, nə olub, nə 
olub? O olub ki, sizdən zəhləm gedir, utanmazlar! 
Sonra  Zaur  dedi  ki,  yenə  ər-arvad,  uşaq  söhbəti  salma,  içirəm  sə-nin 
sağlığma. 
 
Təhminə: 
 
- Mən də sənin sağlığma, - dedi, - uşaq istəmirəm, ancaq səndən istərdim. 
 
Zaur  dedi  ki,  xeyr,  bağışlayacaqsan,  sonra  əlavə  etdi  ki,  heyif  duz 
yoxdur. Turpu duza batıranda ayrı ləzzətdir. 
 
Sonra  ulduzlar  çıxdı  və  Təhminə  dedi  ki,  elə  bil  göyə  duz  səpib-lər. 
Duzlayıblar göyü elə bil, duzu səninçün səpiblər, batır turpu ul-duzlara, ye, 
Zaur dedi ki, onda ulduzları hər nə istəsən, təsəvvür etmək olar, məsəlçün, 
tum. 
 
Təhminə dedi ki, əlbəttə, olar, gəl götürək ulduzları çırtlayaq. Tamam 
qaranhq oldu və Zaur əlini Təhminənin paltarmdakı düy- 
 
mələrə atdı. Təhminə onun əlini kənara çəkib dedi ki, dayan, sənə bir nağıl 
danışım. Zaur da dedi ki, nağıl istəmirəm, səni istəyirəm. Təh-minə də dedi 
ki, elə bu nağıl monim özüm haqqındadır. Bu nağılı ona nənəsi danışıb, lap 
çoxdan. Əsliynən Kərəmin nağılıdır. Deyir, toy günü Əslinin atası Əsliyə bir 
paltar  bağışlayır.  Bax  lap  bu  mənim  pal-tarım  kimi  yaxadan  dizəcən 
düyməli. Sən demə bu paltar tilsimlənib-miş. Toy gecəsi Kərəm gəlib bir-bir 
düymələri açır, axırıncı düyməyə çatanda, bütün düymələr təzədən bağlanır. 
 
Zaur dedi ki, çox sarsaq nağıldır. Kərəm də əfəlin biriymiş, heç vacib 
deyil ki, axırıncı düyməni açasan. 
 
Təhminə dedi ki, elə əsil sarsaq sən özünsən, nağıl isə dahiyanə nağıldır, 
özü  də  lap  mənim  haqqımdadır.  Çoxları  elə  bilir  ki,  mənim  bütün 
düymələriırıi  açıblar,  qalır  lap  axırıncı,  mən  isə  təzədən  yaxa-macan 
düymələnib kilidlənirəm. 
 
Zaur dedi ki, zərər yoxdur, açarıq diiymələrini. 
 
Təhminə dedi ki, belə sitizə gülmə, sənə yaraşmır, belə güləndə sən də 
başqalarma  oxşayırsan.  Amma  mən  istəmirəm  ki,  sən  onlara  oxşayasan. 
İstəyirəm  sən  heç  kəsə  oxşamayasan.  İstəyirəm  ki,  səndən  uşağım  olsun. 
Sənə oxşasın, amma sən heç kəsə oxşama. 
 
Zaur dedi ki, əşi, nə uşaq-uşaq salmısan! Belə uşaq istəyirsən təş-kil elə 
də, maşallah ərinə nə gəlib. Yoxsa ərin... 
Təhminə  qədəhdəki  konyakı  Zaurun  başına  tökdü  və  dərhal  peş-man 
oldu. Dedi ki, heyf o konyakdan, sənin boş başma tökülməkdən-sə, mənim 
qamıma getsəydi daha yaxşı olardı, hər şeyi unudardım. 
 
Sonra Təhminə  əyilib  onun üzündən  öpdü  və  dərhal kənara  sıçra-dı,  - 
vəssalam, - dedi, - mənə yaxm gəlmə. 
Sonra  dedi  ki,  əgər  uşaq  istəsəydim  on  səkkiz  yaşında  olanda  do-
ğardım.  Dedi  ki,  on  səkkiz  yaşında  mən  uşaq  saldırmışam.  Dedi  ki,  bu 
mənim ilk eşqim idi. İlk və son eşqim. 
 
Sonra  Təhminə  ilk  və  son  eşqini  danışmağa  başladı.  Dedi  ki,  on  al-tı 
yaşmda olanda o adama rast gəlib. Onun adını çəkməyəcəyəm. Çünki onu 
hamı tanıyır, bəlkə elə Zaur da tamyır. Yox, axmaq, əlbət-tə, Dadaş deyil, nə 
yapışmısan bu Dadaşdan? Dadaş nə zibildir onun yanında? Dadaş onun heç 
dımağı da ola bilməz. O, dünyalar gözəli idi, mən onu məlaikə, huri-qılman, 
Yusifı-Kənan, nə bilim, şahzadə, al-lah, peyğəmbər bilirdim. Onun yolunda 
hər şeyə hazır idim. Onu gö-rəndə ağlımı itirirdim, öl desəydi ölərdim, qal 
desəydi  qalardım.  Bir  gün  bildim  ki,  hamiləyəm.  Axmaq  camm  həm 
qorxudan ödümü ud-muşdum, həm də sevinirdim. Getdim ona da dedim, elə 
bildim  o  da  se-vinəcək.  Axı,  bilirdim  ki,  uşaqları  yaman  sevir,  özü  də 
deyirdi ki, bu yaxmda ev alacam, onda evlənəcəyik. Bax, bu kağız rəngində 
oldu. - Nə damşırsan, - dedi, ayağıma yıxıldı, yalvarmağa başladı. - Bədbəxt 
eləmə  məni,  mənim  rayonda  ailəm,  uşaqlarım  var.  Apardı  məni  Ermə-
nikənddə  bir  həkimin  yanına.  Saldırdım  uşağı.  Bu  da  mənim  həyat 
universitetiırı idi. Eh, nə isə, gəl içək. 
 
İçdilər, sonra Zaur soruşdu ki, bəs Manaf? 
 
- Eh, nə Manaf! Bilmirəm bu Manaf səni niyə bu qədər maraqlan-dırır? 
Manaf kimdir? Mənimçün Manaf bir heçdir, sıfırdır, yoxdur. Odey Tiflisdə 
arvad-uşağı var, getsin onların yanına. 
 
  Uşağı da var? 
 
  Qızı var. Yeddi yaşında. Bu il məktəbə gedəcək. Çanta-zad ahb 
 
ona  aparıb.  Guya  mən  bilmirəm.  Gizlədir  məndən.  Vaxtilə  Manaf  mə-nim 
dərdimdən  ölürdü.  Amma  ona  mən  heç  məhəl  qoymurdum.  De-yirdi 
öldürərəm öziimü, gərək səni alam. Axır bir gün lap məni cəza-na gətirdi, 
zəhləmi tökdü, dedim, bilirsən nə var? Bax, aç qulağını eşit: səndən əvvəl 
mənim  adamım  olub,  özü  də  onunla  əməlli-başlı  yaxın  olmuşam.  Üzünə 
Ipaxdım,  yazığım  gəldi.  Ağappaq  ağarmışdı,  barınaq-larını  qulaqlarına 
tıxadı, indiki kimi  yadımdadır,  sonra  üzünü  örtdü,  bir müddət heykəl  kimi 
donub qaldı. Sonra çıxıb getdi. Üç gün ilim-ilim 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə