SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə19/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   15   16   17   18   19   20   21   22   ...   104

Zaur: 
 
  Eh, kim kimədir, - dedi. Bir qədər susandan sonra Məmməd Nə-sirlə 
əlaqədar başqa bir əhvalatı xatırladı.  - Məmməd Nəsirin müdiri-mizlə olan 
əhvalatmdan xəbərin var? 
  Yox. 
 
  Bir gün Cəfər müəllim küçədə Məmməd Nəsirə rast gəlib. De- 
 
yib: axşamın xeyir, Məmməd Nəsir. Bir də görüb ki, Məmməd Nəsir iki əlini 
başına  çəkdi  ki,  vay,  Cəfər  müəllim,  bütün  mayam  batdı.  Ki-şi  başa 
düşməyib:  -  Nə  danışırsan  Məmməd  Nəsir,  nə  mayabazhqdır?  Deyir:  bəs, 
Cəfər  müəllim,  əməlli-başlı  özümə  maya  qoymuşdum.  İçib  əntiqə  dəm 
olmuşdum. Sizi gördüm tamam ayıldım. Bütün ma-yam batdı. 
 
Təhminə güldü, Zaur: 
 
  Neyləsin yazıq Məmməd Nəsir,  - dedi. - O da kamım içməkdən alır. 
Tək  kişidir.  Ürəyi  darıxır,  içir  də.  Bədbəxt  oğlu  vaxtında  bir  halal  süd 
əmmişin  başım  bişirib  evlənməyib  də,  -  udqunub  əlavə  etdi,  -  əl-bəttə, 
bişirmək onunçün o qədər də asan deyil, amma... 
 
Təhminə: 
 
  Səninçün necə? - dedi, - səninçün asandır? 
 
Zaur çırtmayla siqaretinin külünü atdı. 
 
  Baxır  da,  -  dedi  və  güzgüdə  Təhminəyə  göz  vurdu.  -  Baxır  atə-şin 
hərarətinə. 
 
  Onda mənə bir siqaret ver, bir də atəş. 
 
  Oho, sən çəkirsən? Heç bilməzdim. 
 
Kibrit çəkdi. Maşının içindəki ycldöyəndə kibritin odu yaralı quş kimi 
çırpınıb söndü. 
 
Təhminə ikinci kibriti çəkib əlləriylə odu bələdi, bürüdü, ovucla-rının 
içində gizlətdi. Bir qullab vurub: 
 
  Sən hələ çox şeyi bilmirson, əzizim, - dedi. 
 
  Bircə onu bilirəm ki, bu maşının içində indiyə kimi belə dünya gözəli 
oturmayıb. 
 
  Yəni bura çox dünya gözəli mindirmisən? 
 
Zaur nə isə qeyri-müəyyən bir səs çıxardı, həm təsdiq, həm inkar kimi 
qəbul etmək olardı. 
 
  Maşını çoxdan almısan? 
 
  Yeddi ay olar. 
 
Kaş soruşmayaydı ki, hansı pula? “Atamın puluna” demək istə-mirdi. 
Təhminə soruşmadı. Yəqin hamı kimi o da bunu bilirdi. 
 
  Yaxşı işləyir, - dedi. Yarısual, yarıtəsdiq ifadəsi ilə dedi. 
 
  Ceyran kimi qaçır. Zarafat deyil e, əlli at gücü var burda. 
 
  Necə? 
 
  Əlli. 
 
  Mənim  bir  tanışım  vardı.  “Volqa”sı  vardı.  Elə  hey  qürrələnirdi  ki, 
yetmiş  at  gücündədir.  Bir  dəfə  lap  zəhləmi  tökdü,  dedim  bilirsən  nə  var, 
maşmın yetmiş at gücündədir, amma başında yeddi at beynicə ağ-lın yoxdur. 
Küsdü məndən, o gedən getdi. 
 
  Kimdi ki o? 
 
  Çox bilsən, tez qocalarsan. - Zaurun tutulduğunu görüb, - elə-belə, bir 
tanışım idi, - dedi, - aramızda heç bir şey yox idi. 
Zaur  düşündü  ki, ağlına  gələn  sualı  versin,  ya  verməsə  yaxşıdır,  sonra 
qərara gəlib. 
 
- Təhminə, - dedi, - bağışla, sənə bir şəxsi sual verim. Amma incimə. 
 
  Aha. 
 
  Bəs, Manaf səni qısqanmır? 
 
Təhminə  gülüb  əlini  onun  başına  çəkdi,  saçlarını  qarışdırdı.  Xoş  bir 
gizilti iynə-iynə Zaurun bədənini dolaşdı. Bir an gözləri dumanla-nan kimi 
oldu, əlində rul oynadı, maşın sərxoş kimi ləngər vurdu. 
 
Təhmino müvazinətini güclə saxlayaraq: - 
Oho, nə yaman odlu cavansan, - dedi. 
 
Zaur cəld özünü olə aldı. Bir qədər əsəbi güldü. 
 
Maşın yolu yumaq kimi təkərlərinə sarıyırdı. Ağaclar, teleqraf di-rəkləri 
arxaya yıxılıb qalırdı. Uzaqda asfalt üzərində ilğımlar-gölmoçə-lər parlayır 
və yoxlaşıb gedirdilər. Maşın yolu hərisliklə udur, udurdu. 
 
Təhminə: 
 
Məndən  səno  əmanət,  -  deyə  sükutu  pozdu,  -  əgər  günlərin  bir 
günündo  işdi-şayəd  evlonib  eləsən,  mütləq  arvadını  qısqan.  Qısqanc-lıq 
duydun,  duymadın,  əsasın  oldu,  olmadı,  heç  təfavütü  yoxdur,  ogor 
istoyirsonsə  arvadın  səni  saysın,  sənə  hörmot  eləsin,  yerini  bilsin,  mütləq 
qısqan  onu.  Əlbəttə,  daha  lap  xırdaçılıq  eləyib  zəhlosini  tök-mə,  yazıqdır. 
Göriirsən elə kişilər olur e, yerli-yersiz səfeh-səfeh qıs-qanıb arvadı çərlədir, 
dığ edirlər. Əlbəttə ki, o cür yox, aırıma belə öz qaydasında, həmişə gərək 
arvadın  elə  bilsin  ki,  sən  onu  dəlicəsinə  qıs-qanırsan,  amma  ağır  kişisən, 
büruzə vermirsən. Onda bütün işlər yax-şı gedər. Görürsən sənə necə məişət 
dərsi verirəm, desələr kim öyrət-di, denən elə özüm bilirdim. 


 
  Çox  sağ  ol,  artıq  dərəcədə  minnətdaram. 
Uzun bir qullab vurub sözünə davam etdi: 
 
  Çünki bilirsən, qısqanmamaq arvadı təhqir edir, fıkirləşir ki, yə-qin ya 
ərim mənə biganədir, sevmir məni, ona görə qısqanmır. Ya da ərimin rəyincə 
mən  elə idbar  bədəncərəyəm  ki, heç  kəs, heç  bir  kişi  ömründə mənə  yaxın 
düşməz.  Bildin?  Necə  deyərlər,  əndazədən  çıx-madan,  həddi-ölçünü 
itirmədən belə qaydasmca bir balaca qısqanmaq mütləq lazımdır. 
 
  Sənin ərin belə edir? 
 
Təhminə onun atmacasmı qulaqardma vurdu: 
 
- Sənə bir dərs də verim, - dedi. - Heç olmasa bugünkü səfərimiz-də təzə 
bir  şey  öyrən.  Əgər  arvadın  bilsə  ki,  ona xəyanət  etmisən,  co-şub  özündən 
çıxa bilər, qab-qacağı sındırar. Çox dəlisovdursa, nə bi-lim, lap vurar özünü 
yandırar,  ya  gedib  rəqibinin  saçmı  yolar,  üz-gözünü  cırmaqlayar,  dağıdar. 
Yox  əgər  insan  adamdırsa,  nəcibdirsə,  xasiyyətcə  həlimdirsə,  üzə  vurmaz, 
içinə  salar,  içini  yeyər,  içəridə  ya-nıb-yamb  qovrular.  Ərinə  qəzəblənər, 
qızar,  nifrət  eləyər.  Amma  bu  hisslərin  heç  biri  həqarət  deyil.  Ərə  qarşı 
həqarət, ikrah hissi ancaq bir halda baş qaldırır. O vaxt ki, arvad özü ərinə 
xəyanət edir, həm də bi-lir ki, əıi bunu hiss eləyə-eləyə özünü bilməməzliyə, 
eşitməməzliyə,  görməməzliyə  qoyub.  Bax,  onda  arvad  kişidən  iyrənməyə 
başlayır.  Bütün  başqa  hisslər,  qəzəb  də,  nifrət  də  sovuşub  gedir,  sönür, 
soyuyur, amma bu hiss, iyrənmək hissi ömürlük qalır. O adama daha yaxm 
du-ra bilmirsən. Elə bil qurbağa, kərtənkələyə toxunmaqdan çimkinən ki-mi 
çimkinirsən. Bildin?  - O, əlini yenə Zaurun saçlarına tərəf uzatdı, lakin tez 
çəkdi. - Yox, yox, sən allah, - dedi, - yaxşı yadıma düşdü. Sən elektriklisən. 
Sonra maşını aşırdarsan, xataya düşərik. 
 
Zaur: 
 
  Bütün  bunlar  mənimçün  çox  ınürəkkəbdir,  —dedi,  -  onunçün  də 
evlənmirəm. 
  Bir yana baxanda elə yaxşı eləyirsən. 
 
Yenə  bir  müddət  sükut  çökdü.  İki  dolu  taksi  hay-haraylı  siqnallar-la 
onları  haqlayırdı.  Qabaqdakı  maşının  sürücüsü  əlini  siqnala  batırıb 
çıxarmırdı. Zaur çəpəki güzgüyə baxıb, ayağını qaza basdı. Maşının şüşələri 
titrədi. İndi maşınlar döş-döşə gedirdi. 
 
Sürücünün yanında oturmuş bığlı kişi onlara baxıb irişir, dişlərinin iki 
cərgəlik qızılmda günəşi əks etdirirdi. 
Təhminə: 
 
- Nə oyun çıxarırsan? - dedi. - Nə bəhsə-bəhsə girmisən? Qoy keçib 
getsinlər... Yavaş-yavaş sür, söhbət eləyirik. 
 
Zaur ayağını pillə—pillə qazdan çəkdi. 
 
Hər iki taksi güllə kimi ötüb qabağa çıxdı. Kəsik-kəsik siqnallarla 
qələbələrini qeyd etdilər, uzaqlaşdılar. 
 
Təhminə: 
 
- Mən idarəyə gələndə uzun zaman işçilərlə dil tapa bilmirdim, - dedi. - 
Mənə  elə  gəlirdi  ki,  çox  kütdürlər.  İçlərində  bircə  Nemət  ağıl-lı,  mədəni 
adama oxşayırdı. O da həmişə elə qayğı içində idi, elə bil alnmda yazılmışdı 
ki, “neyləyim, necə eləyim, nə cür dolanım?” M ə-nə elə gəlirdi ki, heç vaxt 
onlarla  dil  tapa  bilməyəcəyəm.  Amma  vaxt  adamı  bilirsən  necə  dəyişir! 
Adam  heç  özü  də  bilmir,  -  maşının  külək-lik  pəncərəsini  açıb  siqaretin 
kötüyünü  bayıra  vıyıldatdı,  -  bax,  saatı  göriirsən,  saniyə  əqrəbi  necə  tez 
qaçır.  Gözünü  zillə  bax,  gör  heç  saat  əqrəbinin  hərəkətini  görə  bilərsən? 
Amma  gözünü  çək,  iki-üç  saatdan  sonra  bax,  görəcəksən  ki,  burdan  bura 
gəlib.  Adam  da  belədir.  Uşaq-lıqda  tez-tez  dəyişir.  Saniyə  əqrəbi  kimi. 
Böyüyəndə  isə  yavaş-yavaş.  Saatlar,  günlər  gedir,  ömürdən  gedir,  gündə 
necə  dəyişdiyini  duymur-san, ancaq hər  dəqiqə, hər  saat  dəyişirsən.  İki-üç 
ildən sonra birdən baxırsan özünü tanımırsan. Əşi, yəni bu mənəm? 
 
   İndi sən də belə dəyişmisən? 
 
   Hərdən  düşünürom  özümü  tanımıram.  Necə  oldu  ki,  mən  bu 
adamlarla  uyuşdum?  Uyuşdum  yox  e,  dostlaşdım,  mehribanlaşdım,  ey-
niləşdiın... 
 
  Nə  olar  ki?  Dostlaşmısan,  dostlaşmısan  da.  Dostlaşmaq  bəyəm  pis 
işdir? 
 
--  Demirəm  ki,  pisdir.  Məsələ  onda  deyil.  Mən  onlara  alışdım.  Ba-şa 
düşürsən,  meyillərinə,  həvəslərinə,  sözlərinə,  zarafatlarına,  ibarə-lərinə. 
Özlərinin,  arvadlarının,  uşaqlarının  ad  günlərinəcən  əzbor  bili-rəm. 
Mövqelərinə də bələdəm, məclislərinə də, tostlarına, tamadala-rına... əh! 
 
  Yəni belə pis adamlardır? 
 
  Eh,  sən  nə  yapışmısan:  pis-pis!  Heç  nə  başa  düşmürsən.  Pis  adam. 
Yaxşı  adam!  -  əlini  başına  apardı,  küləyin  dağıtdığı  saçlarını  səliqəyə 
salmağa başladı, - dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun 
çəkir  ki,  ancaq  pis  olmağa,  ya  ancaq  yaxşı  olmağa  heç  kəsin  höv-sələsi 
çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis... 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə