SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə17/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   13   14   15   16   17   18   19   20   ...   104

ərəbi  də,  indikini  də.  Bir  gün  Parapetin  tinində  Mirzə  Cəlilə  rast  gəl-dim. 
Göy parusin pencəyi vardı. Əlində də əsası. Dedi: “Məmməd Nəsir, axı biz 
belə  deməmişdik,  qardaş”  .  Eh,  ay  Qurban,  adamlar  var  idi,  adamlar 
görmüşdük. 
Qurban: 
 
  Dadaş da o vaxtdan işləyir? 
 
  Yox,  birinci  bura  mən  gəlmişəm  .  Sonra  dartdım  Səfdəri  gətir-dim. 
İndi baş mühasibdir e... o vaxt kassir köməkçisi idi. Şunu götür, şunu qoy. 
Bu Dadaş da var ha... Bunu da bura mən işə düzəltmişəm. Bir gün bax elə bu 
yerdə,  söz  yerinə  çəkər  Teymur  Mahmudova  rast  gəldim.  Dedi:  nə  var, 
Məmməd  Nəsir,  gözümə  bir  az  turş  dəyirsən?  Dedim:  bəs  sağ  oluz, 
sağlığımza dolanırıq. Amma bir yoldaşım var. Mümkün eləsəydiniz, onu işə 
götürərdiniz. Dedi: bəs nə yoldaş? De-dim: bu Dadaş. Dedi: bəs nə bacarar? 
Dedim:  Bəs  hər  nə  desən.  Dedi  gəlsin  kuryer  götürüm  onu  hələlik,  sonra 
baxarıq. Eh, kişilər vardı o vaxt, ham indi onlar!.. Qaldıq uşaq-muşaq əlində. 
İndi hər yerindən duran... 
 
  Bəs,  düzdür  ki,  bu  Dadaş  Teymur  Mahmudovdan  material  verib? 
Məmməd Nəsir çiyinlərini çəkdi: 
 
  Əşi, gedək bir nərd ataq da... 
 
  Deməli,  Dadaşı  işə  sən  düzəltmisən.  Kuryerlikdən  başlayıb  gör hara 
qalxıb! 
  Hə, o vaxt yäman ləng idi. Elə hey qışqırırdılar: ay Dadaş, di tez ol, 
tərpən.  Əlli-ayaqh  ol  bir  az.  Şeir  də  qoşmuşdular:  ay  Dadaş,  başı-va  daş, 
tərpənmə belə yavaş. İndi gör kimdir! 
Qurban: 
 
  Müdirin  sağ  əli,  -  dedi,  -  sözü  qılınc  kimi  keçir.  Kəsdiyi  başa  sual 
yoxdur. Amma insafən səni həmişə müdafıə eləyir. O səfər töhmət vermək 
istəyirdilər, qoymadı. 
 
Məmməd Nəsir: 
 
  Çox sağ olsun, - dedi. - Mən ki, ondan bir pislik görməmişəm, ancaq 
yaxşüıqdan başqa. Adamın Allahı var. Əşi, kişisən, dur gedək bir nərd ataq. 
 
  Yox,  gərək  evə  qaçam.  Beş  dəqiqə  gec  gəlsəm,  arvad  günümü  göy 
əsgiyə bürüyəcək. Sən belə-belə şeyləri bilməzsən, Məmməd Nəsir, sənə nə 
var ki, subay adamsan... 
  Subaylıq sultanlıqdır. Bir həsirəm, bir də Məmməd Nəsir. 
 
Otaqdan çıxdı. Otaqların çoxu boşalmışdı. Səfdər dayı dəmir qapı-smı 
qıfdlayıb pilləkənə tərəf yollandı. O həmişə işə hamıdan tez gə-lib hamıdan 
gec gedərdi. 
 
Məmməd Nəsir: 
 
- Səfdər, - dedi, - bir nərdlə necəsən? 
 
Səfdər  dayı  fıkirli  və  dalğın  görünürdü.  Səsi  eşidib  diksindi,  başı-nı 
qaldırdı.  Elə  bil  Məmməd  Nəsiri  əvvəlcə  tammadı,  elə  bil  onu  ilk  dəfə 
görürdü. Eynəyini çıxarıb nəfəsini şüşəyə verdi, sonra dəsmalla sildi. 
 
- Ey, ay Nəsir, - dedi, - mən nə hayda, sən nə hayda! 
 
İki ay bundan qabaq Səfdər dayının arvadı rəhmətə getmişdi. 
Məmməd Nəsir: 
 
  Ay Səfdər, - dedi, - vallah, bu dünya bir yer deyil. Bir başım açıhnır, 
bir macal eləyə bilmirəm ki, gedib özümü öldürüm. 
 
Səfdər: 
 
  Özünü  niyə  artıq  zəhmətə  salırsan,  əcəl  onsuz  da  özü  gəlib  səni 
tapacaq. 
Məmməd Nəsir pıçıltıya keçdi: 
 
  Səfdər, deyirlər Dadaş Teymur Mahmudovdan danos yazıbmış, 
 
hə? 
 
Səfdər dayı arı qovurmuş kimi dəsmalım yellədi: 
 
  Məmməd  Nəsir,  sən  ölənlərinin  goru,  xatovu  məndən  uzaq  elə.  Sən 
içmisən, dünya vecinə deyil. 
Tələsik addımlarla çıxıb getdi: tak-tuk, tak-tuk... 
 
Maşını  qarajdan  çıxaranda  Zaurun  yadma  düşdü  ki,  çimmək  palta-rı 
yadından  çıxıb  idarədə  qalıb.  Yay  vaxtı  bu  dənizliyini  həmişə  ida-rədə 
qoyurdu. Görürsən işdən sonra uşaqlarla sözləşib tələsik cumdu- 
 
lar donizə. 
 
Maşını  nəşriyyatın  qabağına  sürdü.  İş  qurtarmış,  camaat  dağılmış-dı. 
Qapını döydü. Qapıçı: heç kəs yoxdur, - dedi, - hamı çıxıb gedib. 
- Bilirəm, - deyo Zaur tələsik onun yanından içəri dürtüldü, - ya-dımdan 
şey çıxıb qalıb. 
 
Öz  otaqlarına  çıxdı.  İçəri  girdi,  siyirməni  çəkdi,  qəzctə  bükülmüş 
dənizliyini götürdü. Saata baxdı və birdən təəccüblə qulaq verməyə başladı. 
 
Bomboş idarənin yuxarı mərtəbəsindən nərd səsi aydın eşidilirdi. “Bıy, 
Məmməd Nəsir burdaymış ki! Görəsən, kimi xamlayıb?” 


Fikirləşdi ki,  qoy  çıxım  baxım,  görüm  kimi xamlayıb.  Ə  w  əl-əv  -  vəl 
Təhminəylə  damşmağa  mövzu  da  olar.  Ümumiyyətlə,  fikir  verib  Təhminə 
Məmməd Nəsirdən damşmağı sevir, o biri məktəb əhvalatı-nı da danışaram. 
“Sonra  da  keçərsən  ayrı  söhbətlərə,  incə  mətləbə,  Zaur  kişi.  Ay 
vələddüzzina!” . 
 
Bığaltı qımışdı, saçlarına sığal verdi, yüyürüb yuxarı mərtəbəyə 
dırmaşdı, nərd səsi gələn otağa tərəf getdi. 
 
Qapını açdı, baxdı. Mat qaldı. 
 
Otaqda Məmməd Nəsirdən başqa heç kəs yox idi. Məmməd Nəsir öz-
özüylə nərd oynayırdı. Zaurun gəlişini duymadı: 
 
  At,  Dadaş,  -  dedi.  Atdı.  -  Aha,  şeş  qoşa. 
Oynadı. 
  İndi lələşün Məmməd Nəsir atsın. 
 
Atdı. 
 
  İki-bir. - Başını qaşıdı. - Yaxşı, mən bu iki-bir andıra qalmışı har-dan 
oynayım?  Əldən  oynasam  bataram  ki...  aynsı  da  yoxdur.  -  Oğrun-oğrun 
ətrafa döyükdü. Zauru yenə görmədi.  - Bu heç, - dedi. - Guya bu olmayıb. 
Qoy bir də atım. Özümüzük də, bilən olmaz. 
Atdı. 
 
  Tfu səni. Yenə iki-bir. Gətirmir də... 
 
Zaur yavaşca qapım örtüb ağır-ağır pilləkəni düşməyə başladı. Başmı 
buladı, gülümsündü. Qapıçıya: 
 
- Sağ olun, - dedi və çıxarıb otuz qəpik verdi. 
Küçəyə çıxanda bir də başını buladı. 
 
 
DADAŞIN PROFESSOR 
 
TEYMUR MAHMUDOVA MƏKTUBU 
 
Moskva 
 
Dobrolyubov küçəsi, 11-ci ev, mənzil 7 
 
Hörmətli  və  əziz  professor!  Atəşin  salamlar.  Cürbəcür  işlər  ada-mın 
başını  elə  qarışdırır  ki,  heç  bir  macal  tapıb  Sizə  məktub  yaza  bil-mirəm. 
Nəhayət, bu gün, şənbə günü öz-özüme dedim ki, daha nə cür olursa-olsun, 
gərək  vaxt  tapıb  Sizə  bir-iki  kəlmə  yazam.  Məktub  yaz-mıramsa,  bu  o 
demək deyil ki, Sizdən xəbərsizəm. Moskvadan gələn 
 
tamş-bilişdən həmişə Sizi soruşuram. Səhhətinizin, kef-əhvalınızın sağlam 
və  gümrah  olduğunu  eşidib  çox  sevinirəm.  Tez-tez  mərkəzi  mətbuatda 
imzamzı  görəndə  ürəyim  dağa  dönür.  Professor,  Siz  bəlkə  heç  özünüz  də 
təsəvvür  edə  bilmirsiniz  ki,  Sizin  adımz,  işiniz,  taleyi-niz,  ömrünüz  bizim 
nəsil üçün nə deməkdir. Mən həmişə əsil insanı, yüksək ülvi bir humanist, 
bütün çətinliklərdən mərd-mərdanə və açıq almla çıxan bir insanı təsəvvür 
etmək istəyəndə məhz Sizi düşünürəm. Sizin necə ağır illərdən çıxıb, haqsız 
ittihamlara məruz qalıb sarsılmaz inam və etiqadla, yenidən qurub-yaradan 
insanların içində belə ləya-qətli yer tutmağınız yalmz cavan nəslə deyil, elə 
bizim yaşlı nəslimi-zə də ibrət dərsidir. Doğrudan, bəzən elə adamlara rast 
gəlirsən  ki,  ki-çicik  bir  haqsızlığı,  ya  kəsiri  görüb  laqeydləşir,  yorulur, 
yaxasmı  kə-nara  çəkir,  heç  nəyə  qarışmır,  başını  girləyir.  “Dəymə  mənə, 
dəymə-rəm  sənə,  ya  azacıq  aşım,  ağrımaz  başım”.  Siz  isə  bütün 
kəşməkeşlər-dən sonra yenə də əw əlki hünərlə, cavanlıq həvəsiylə, gənclik 
ehtira-sıyla  işləyir,  çalışır,  yaradır,  xalqımıza,  millətimizə  xeyir  verirsiniz. 
Əziz Teymur müəllim, bu təmtəraqh və pafoslu sözlər üçün məni bağışlayın. 
Ancaq  inanın  ki,  bu  sözlər  ürəkdən  gəlir,  qəlbimin  ən  dərin,  ən  səmimi 
hissələrini ifadə edir. 
 
Əziz  professor,  keçən  yay  söz  verdiniz  gəlmədiniz,  heç  olmasa  bu  il 
sözünüzün üstündə durun. Universitetdə dərsləriniz qurtaran kımi istirahətə 
bura gəlin, necə deyərlər, doğma vətən torpağı yolunuzu gözləyir. Gedək bir 
əməlli-başlı  Azərbaycanı  gəzək.  Qalxaq  Göy  gö-lə.  Özüm  öz  əlimlə  Sizə 
yaxşı  bir  kabab  çəkim.  Ötək  ordan  Şuşaya,  Laçına,  Kəlbəcər  tərəfə.  Siz  ki 
maşallah,  belə  səyahətlərin  aşnasısınız.  Sonra  da  Bakıda  bizdə  bir  köhnə 
dost-aşnaynan yığışaq, armudu stə-kanlarda bir yaxşı məxməri çay içək, bir 
nərd  ataq.  (Nərd  oynamağı  unutmamısınız  ki?)  Yeri  gəlmişkən,  bildir 
Yəhyayla Sizə bir nərdtax-ta göndərmişdim. Nuxada bir ustaya şəxsən özüm 
sifariş vermişdim. Belə ayrı aləmdi, əl işi... Bilmirəm xoşunuza gəldi, yoxsa, 
yox?  Bur-da  sağ-salamatlıqdır.  Səfdər  kişinin  arvadı  öldü.  Mina  xamm, 
bilmi-rəm yadmıza gələr, ya  yox? Bəli, professor, bizim nəsil də yavaş-ya-
vaş  seyrəlir.  Baxırsan  köhnə  dostlardan  kim  qalıb?  Kimdi  qalan  o  vax-tın 
adamlarından?  O  vaxt,  Sizin  işə  götürdüyünüz  adamlardan  indi  ida-rədə 
qalan bir mənəm, bir Səfdər, bir də Məmməd Nəsir. Məmməd Nəsir zalım 
oğlu  da  elə  hey  içir.  Onu  vaxtında  evləndirmədik  ki,  bəlkə  arvad  ipə-sapa 
yığaydı. Yoxsa indi tək adamdı, nə vecinə? O gün az 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə