SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə15/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   11   12   13   14   15   16   17   18   ...   104

 
Bayaqdan bəri dinməz-söyləməz ona tamaşa edən rəqib koman-danın 
kapitanı: 
 
- Ala! - dedi və özü saymağa başladı. 
“İndi gör bu necə sayacaq!” 
 
Bu  kapitan  elə  bil  ayağı  zəncirli  dustaq  kimi  yeriyirdi  -  dıpbır-dıpbır. 
Penalti yeri lap yaxın oldu. Təzədən haray qopdu. 
 
Nemət özü də bilmirdi ki, nə səbəbdən işini-gücünü atıb burada dayamb, 
belə maraqla bütün bu şeyləri izləyir, ayrılıb gedə bilmir. 
 
Kövrək uşaq xatirələrinin riqqətindən başqa bu futbolda nə isə başqa bir 
şey  də  var  idi.  Hisslərin,  həvəslərin  çılpaqlığı,  təməmıasız-lığı,  saflığı, 
təmizliyi... 
 
Görəsən bizim şöbənin cəfakeşləri bu oyuna baxsaydılar, nə de-yərdilər? 
Əlbəttə,  Qurban  zəhər  tuluğudur.  Dedikləri  də  hamısı  tikan-lı  sözlərdir. 
Ancaq  bəlkə  onun  dediyində  bir  faiz,  yarım  faiz,  çərək  fa-iz  həqiqət  var. 
Futbol  marağmda  bəlkə  də  çirkin  bir  şey  yoxdur,  anc-aq  hər  halda,  çox 
kədərli bir şey var. “Boşluğu doldurma” . “Cəfakeş-lik çoxunuzun boynuna 
düşüb”  .  Ay  səni,  Qurban!  Amma  bəlkə  cəfa-keşliyə  səbəb  işdaşlarm 
söhbətindən, marağından, həvəsindən geri qalmamaq istəyidir? Deməli, belə 
çıxır ki, hamı bir-birinin ucbatından cəfakeş olub. Bir-birinin xətrinə. 
 
- Qol! Qol! - deyə uşaqlar qışqırışdılar. 
 
Studiyamn kassası qarşısmda xeyli adam vardı. Nemət yarım saa-ta 
qədər növbədə durdu. Zənd-zəhləsi getdiyi İ. də burda idi. 
 
İrişə-irişə: 
 
- Görürsən də, - dedi, - soyuruq hökumətimizi. Bir 
xeyli pul aldı. 
 
- Kasıbçılığımızı eləyirik də. - İrişə-irişə saydı. Nemətə tərəf uzatdı: 
 
  Sən mənim canım, buyur üstündən götür. 
 
  Çox sağ ol. Özüm alacağam. 
 
İrişə-irişə cibinə qoydu: - 
Di sağ ol! 
 
Irişə-irişə çıxıb getdi. 
 
Nemət:  “Pulu  da  adamlar  cürbəcür  alır  -  deyə  düşündü.  -  Biri  halal 
zəhmətinin dəyəri kimi, açıq üzlə. Birisi də bax bunun kimi, elə bil qəbih bir 
iş tutur, qanunla aldığı pulu da oğru təki alır. Elə bil haram mal yeyir, üstünü 
açmasmlar deyə də hamıya irişir. Eh, nə isə...” 
Deməli, belə. İndi gedək, maqnitofon alaq. 
 
Poçtamtın yanmdan keçəndə əlini döş cibinə atdı. Pasportu yanın-da idi. 
İçəri girdi “Do vostrebovaniya” yazılmış pəncərəyə yanaşdı: 
“Mənim bura gəlməyim nəyə oxşayır? Elə bil qəbir üstünə gəli-rəm. Ya 
da suyu qurumuş dəyirmana. Yox, bu bənzətmələrin heç biri düz deyil. Bu 
pəncərənin  ardında  heç  kəsi  basdırmamışam.  Burda  qu-rumalı  bir  şey  də 
yox idi” . 
 
Hər  dəfə  yolu  bu  küçədən  düşəndə  poçta  girər,  pasportunu  uzadrb 
gözləyərdi.  Qəribə  bir  həyəcanla  gözləyərdi.  Kağızçı  səliqəylə  zərf-ləri 
yoxlayar,  hər  dəfə  də  eyni  sözləri  deyərdi:  bir  şey  yoxdur.  Mək-tub  hələ 
yəqin, yoldadır. 
 
Hardan da olaydı? Nemət bilirdi ki, yolda-zadda da deyil. O heç yerdən, 
heç  kimdən  məktub  gözləmirdi:  Yox  yerdən  məktub  çıxma-yacaqdı  ki... 
Yaddaşını ələk-vələk eləsə də başqa şəhərdən ya Bakı-nm özündən ona “do 
vostrebovaniya” məktub yazacaq bir adam xatır-laya bilməzdi. 
 
Amma  nədənsə  bu  küçədən  tək  keçəndə  hər  dəfə  həmin  pəncə-rəyə 
yanaşırdı. Yanmda bir sənəd olmayanda heyifslənirdi: 
 
- Namazov, aha, var. Yox, bu, Namazov Nadir imiş. Siz Nemətsi- 
 
niz! 
 
- Bəli, mən Nemətəm. 
 
Kağızları bir-bir ötürüb son zərfı də bir qırağa qoydu: 
 
- Hələlik heç nə yoxdur, - dedi. Şüşənin yarımdairəvi kəsiyındən 
 
pasportu qaytardı. 
 
Nemət ağır-ağır pəncərədən aralandı. Qəfılcən fıkrində gözlənil-məz bir 
bənzətmə oyandı. “Bu da mənim qəribəliyimdir, - deyə düşündü. - 
M əm m 
əd
 Nəsirin Krasnovodsku kimi... Hər şeydə məna axtarsan...” 
 
Siqaretini odlayıb küçəyə çıxdı. 


NƏRGİZİN XORUZ BABAYA MƏKTUBU 
 
Salam, Xoruz baba! 
 
Xoruz baba, mənim adım Nərgizdir. Xoruz baba, mənim doqquz yaşım 
var.  Xoruz  baba,  mən  bu  məktubumda  sizin  tapşırdığmız  quş  adlarını 
yazıram.  Quş  adları:  göyərçin,  qaranquş,  sərçə,  sığırçın,  bil-dirçin,  qarğa, 
ağacdələn,  sağsağan,  qartal,  şanapipik,  qaraquş,  tovuz  quşu,  turac,  laçın, 
qırqovul,  cüllüt,  dolaşa,  duma,  bayquş,  kəklik.  Ev  quşları:  toyuq,  xoruz, 
ördək, hind toyuğu, qaz. İyirmi altı quş. 
 
Xoruz  baba,  mənim  Rəhilə  yoldaşım  var.  Rəhilə  yaxşı  oxuduğu  üçün 
ınüəllimə  onu  sinifkom  seçib.  Onların  maqnitofoniarı  var.  Xoruz  baba,  ora 
sizin səsinizi yazıblar. Sən Rəhilənin adını radioda demisən. Rəhilənin atası 
səni yazıb maqnitofona, sən deyirsən Rəhilə Həsəno-va mənə məktub yazıb. 
Xoruz  baba,  mən  də  sənə  məktub  yazmışdım.  Xoruz  baba,  atam  bizə  də 
maqnitofon  alacaq.  Xoruz  baba,  mənim  adı-mı  da  radioda  de.  Atam 
maqnitofon  alanda  mən  deyərəm  səni  maqni-tofona  yazsın.  Maqnitofon 
almağı  Karmenlə  Cilda  istəyir.  Atam  onlar-çün  alacaq.  Atam  dedi  ki, 
dərslərini  yaxşı  oxusan,  Xoruz  baba  sənin  də  adını  çəkər.  Rəhilə  deyir  ki, 
Xoruz baba sənin adım deməz, sən hesab-dan üç almısan. Xoruz baba, mən 
hesabdan  beş  alacam.  Xoruz  baba,  mən  yaxşı  qızam.  Xoruz  baba,  mən 
ailəmizdə kiçik yaşlı olduğum üçün, atam, anam, nənəm və bacılarım mənə 
hönnət  bəsləyirlər.  Mən  anamın  sözünə  qulaq  asıram.  Nənəmə  kömək 
eləyirəm. Mənim nə-nəm mənə çoxlu nağıllar danışır. Xoruz baba, mən çoxlu 
nağıllar,  mahmlar,  şeirlər  bilirəm.  Mən  pianinoda  “Kukla”  mahnısmı  çala 
bili-rəm.  Xoruz  baba,  mən  həmişə  radioda  sənin  bizim  üçün  verdiyin  nağ-
ıllara  qulaq  asıram.  Xoruz  baba,  sabah  radioda  mənim  də  adımı  de.  Xoruz 
baba, mən yaxşı qızam. Mənimçün “Telefon” mahnısını çaldır. 
 
 
Imza: Sizin kiçik nəvəniz 
 
Namazova Nərgiz Nemət qızı 
İKİ-BİR 
 
Fələk iki-bir atdı 
 
Bəxtimin nərdi kimi 
 
Zaur bilirdi ki, axır Təhminəni razı salacaq, çünki bu elə bir təklif idi ki, 
ilk  dəqiqədən  həqarətlə  rədd  olunmamışdısa,  deməli,  gec-tez  qəbul 
olunacaqdı. 
 
  Axı niyə mütləq plyaja getmək istəyirsən? 
 
  Yadında, mən “Moskviç”imi alanda sən dedin ki, yaxşı oldu, 
 
yayda bizi plyaja apararsan. 
 

M ən deyirdim  bütün şöbəynən gedərik, demirdim ki, ikimiz... 

Bütün şöbə? -  Zaur rişxəndlə sadalamağa başladı,-  Dadaş, Ne- 
 
mət, Qurban... 
 
Təhminə uğunub getdi. 
 
  Axv, Zaur, başa düş, eşidən-bilən nə deyər, mənim ərim... 
 
  Biz nə günah işlədirik ki... ərin Bakıda olsaydı... amma indi bur- 
 
da yoxdur... gedək çimək, iki saata qayıdarıq. 
 
  İki  saata?  Yəqin?.. 
“Vəssalam!”. 
 
  Lap yəqin. Söz verirəm. 
 
Təhminə alt dodağmı dişləri arasma alıb, başmı yana əydi. Saçları 
 
çiyninə axdı. 
 
- Gedim qarajdan maşını götürüm, iyirmi dəqiqədən sonra gəlirəm 
evinizin qabağına. 
  Yox, yox, evin qabağına gəlmə. Evimizin yanında bağ var e, onun sol 
tərəfındə gözlə. 
  Oldu. Çox gözəl. 
 
Zaur üçüncü mərtəbəyə dırmaşmağa başladı. Pillələri beş-beş atı-hr, 
bığaltı gülümsünür, zümzümə edirdi. Uçmağa qanadı çatmırdı. 
 
Pilləkənin başında Məmməd Nəsirlə toqquşdu. Tünd çaxır iyi Za- 
 
urun bumunu çaldı. 
 
M əmməd Nəsir onun qolundan yapışdı. 
 
- Mən ölüm, - dedi. - Gedək bir nərd ataq. 
- Məmnuniyyətlə, Məmməd Nəsir, gələn səfər. İndi yaman tələ- 
 
sirəm. 
 
Dartınıb çıxmaq istədi. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə