SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə11/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   7   8   9   10   11   12   13   14   ...   104

 
Söhbətləri  çox  uzandı.  Nemət  birdən  saata  baxdı  və  ürəyi  tupp  elədi: 
birin  yarısı  idi.  Heç  vaxt  bu  evdə  belə  gec  qalmamışdı.  Ayağa  durmaq 
istəyəndə  birdən  gözləri  Sürəvyanın  gözlərinə  sataşdı.  Necə  olub  bayaqdan 
bəri bunu görməyib? Sürəyyanın gözləri dolmuşdu. Yanaqlarına iki gilə yaş 
axmışdı. Nemət lap özünü itirdi. Nə etməyi, hansı sözlərlə ovutmağı, təsəlli 
verməyi bilmirdi. Karıxıb qalmışdı. Sürəyya  onun bu təlaşmı gördü, baftalı 
kiçik dəsmalını çıxarıb göz yaşlarını sildi, gülümsəməyə çalışaraq: 
 
  Eybi  yoxdur,  -  dedi,  -  mənə  fıkir  vermə,  keçər.  Susdu  və  qəfıl-cən 
Nemətin heç gözləmədiyi sözləri əlavə etdi: 
  Allah  mənə  bir  oğul  vermədi.  -  Nemət  bu  sözlərdə  nə  isə  bayaq-kı 
qəmli söhbətə bənzəməyən başqa bir həyəcan duydu, sövq-təbii bir hisslə bu 
həyəcanın xalmı, çalarım anladı və özü də həyəcanlandı. 
 
Elə həmin andaca Sürəyya alayavaş səslə: 
 
  Elə istərdim ki, oğlum olsun, - dedi, - özü də heç olmasa bir az sənə 
oxşasm. 
 
Nemətin ürəyi şiddətlə döyünməyə başladı. Qızardığını hiss etdi və bunu 
hiss  etdiyindən,  qızarmamağa  cəhd  göstərdiyindən  və  bacar-madığından 
daha da pörtdü. 
Sürəyya  onun  üzünə  baxırdı,  əvvəl  iki  yanağından  çıxan  iki  “qır-mızı 
turpu”,  sonra  bütün  sifətini  bürüyən  rəngi  görür  və  Nemətin  ha-lını  başa 
düşürdü. O, mehriban və bir qədər şıltaq təbəssümlə əlini Nemətin saçlarına 
çəkdi. Həmin dəqiqədəcə Nemət əsəbi və kəskin hərəkətlə Sürəyyamn əlini 
qapıb cod öpüşlərlə aramsız öpməyə baş-ladı. Abajur çayın rəngi kimi dibə 
çökdü.  Tavan  uzaqlaşdı,  qaraldı,  it-di.  Bir  an  Nemət  məkan  hissini  itirdi, 
ancaq bir fıkir beynində titrəyib duruldu ki, Sürəyya əlini çəkmir. Və qəfü 
qərarla  Nemət  illərdən,  ay-lardan  bəri  rütubətli  daxmasında  boğduğu 
çılğınlıqla Sürəyyanı qolla-rı arasına aldı, bağrına basdı və tez-tez öpməyə 
başladı.  Dodaqlarını axtardı.  Sürəyyanın  çovuyan,  itən dodaqlarını axtardı, 
tapa bilmədi, göz qapaqlarından, alnmdan, çənəsindən, boynundan öpdü. 
 
Nemətin  iyirmi  üç  yaşı  vardı  və  həyatmda  ilk  dəfə  barmaqlarmda, 
dodaqlarında bəyaz qadın dərisinin hamarlığını duyurdu... 
 
- Icazə verin. 
 
Nemət  başmı  qaldırıb  ona  tərəf  əyilmiş  kişini  gördü.  Siqareti  dama-
ğından  götürüb  kişiyə  uzatdı.  Kişi  siqareti  papirosuna  dirəyib  sümürdü, 
yandırdı, “təşəkkür” deyib getdi, bağın içindən çıxdı, uzaqlaşdı. 
Bir aydan sonra evləndilər. Sürəyya nə məharət işlətmişdisə, o gündən 
bəri  Karmen  də, Cilda  da  Neməti  “ata”  bilirdilər.  Nemət  də  onları doğma 
övladı sayırdı. 
 
57-ci  ildə  Sürəyyanm  Nemətdən  bir  qızı  da  oldu.  Sürəyyanın  ana-sı 
Bikə  xala  qızı  Nemətə  gedəndən  bəri  bir  il  idi  onlarla  küsü  saxlayır-dı. 
Sürəyyanın  Nemətə  getməsiylə  heç  cür  barışa  bilmirdi.  “Ay  vira-nanın 
övladı, bizi el içində xar etdin. O cür kişinin arvadı, yaraşar ki, ərinin meyiti 
soyumamış belə dılğırın, uşaq-muşağın birinə getsin?! Ə w əl, səndən neçə 
yaş  balacadır.  Sonra  lüt-üryanm  biridir,  o  necə  ailə  saxlayacaq,  özüvü,  o 
böyründəki  tifılləri  necə  dolandıracaq?”  Bi-kə  xala  çox  dedi,  Sürəyya  az 
eşitdi. Bikə xala da axırda qızının daşmı atdı. Bir il qapısım açmadı. 
 
Uşaq olandan sonra naəlac qalıb barışdı. Doğum evinə qızını gör-məyə 
gəldi. Nemətin də üzündən öpüb: “Qismət belə imiş, Allaha qurban olum, - 
dedi, - olacağa nə çarə! Yazılana pozu yoxdur!" 
Sonra Nemətlə evə gəldi, biş-düş elədi. Karmenlə Cildanın pal-paltanm 
yudu. “Bizim soyumuz belədir, - dedi, - oğlan doğmuruq. İki bacı biz idik. 
Mənim üç qızım var. İndi Sürəyyamn da üçüncü qızı oldu” . 
 
(İki aydan sonra Bikə xalanı birtəhər dilə gətirdilər. Evini satıb ta-mam 
Sürəyyagilə  köçdü.  Sürəyyaya  kömək  oldu.  Yoxsa  yazığın  lap  kələyi 
kəsilmişdi.) 
 
Ata-ananın birgə istəyilə qızın adını Nərgiz qoydular. Yalnız met-rikada 
adı  yazdırıb  evə  qayıdarkən  yolda  Nemətin  ağlına  gəldi  ki,  yax-şı,  axı 
“Nərgiz” də opera var. Deməli, qeyri-ixtiyari yazıq Əsəd kişi-nin ənənəsini 
davam etdiriblər. Amma Sürəyyaya bu barədə heç nə demədi. 
 
Yenə  də  dayanaq  tərəfdən  ləhləyib  yoxuşu  çıxan  avtobusun  səsi 
eşidildi. Nemət nömrəsinə baxdı, durub dayanağa tərəf addımladı. 
 
Adam  seyrək  idi.  Pəncərənin  yanında  oturdu.  Nemətin  ardınca  av-
tobusa qalxan çadralı qarı keçib onun qabağmda əyləşdi. 
 
Qarşıdan  gələn  trolleybusun  “buynuzları”  havada  telindən  çıxdı,  yana 
əyildi. Sürücü yerə düşüb kəndiri çəkməyə başladı. 
 
Nemətin başına qəribə bir fıkir gəldi: “Trolleybus müəyyən marş-rutla 
gedir. Yolundan çıxa bilməz. Bir balaca yolundan sapsa, “buy-nuzları” hava 
telindən çıxar. Trolleybus hərəkətsizləşib qalar. Tram-vay da sabit, dəyişməz 
yol üzrə hərəkət edir. Relsindən çıxsa qəzadır. 


 
Yaxşı, bəs bu minik, bax bu marşrut avtobusu adlanan salxaq araba niyə hər 
gün,  hər  saat  eyni  yolla  gedir,  hər  gün  bazarın,  poçtun,  ban-km,  kinonun, 
hamamın,  dəlləkxananm  qabağından  keçir?  Axı  o,  hansı  yolla  istəsə  gedə 
bilər,  hansı  küçəyə  kefi  gəlsə  burula  bilər?!  Ağzmda  “marşrutlu  avtobus” 
deyirsən.  Onun  taleyi  daha  mürəkkəbdir.  Trolley-bus  və  tramvayın  yolunu 
dəyişməsinə  texniki  əngəllər  mane  olur.  Av-tobus  isə  mənəvi  qadağalann 
əsiridir.  Onun  qadağası  daxildəndir,  qə-bul  olunmuş  qayda-qanunlardan, 
razılaşdırılmış, təsdiqlənmiş hərəkət  cədvəlindən asılıdır.  O,  bu  cədvəli,  bu 
bir  dəfə  qəbul  olunmuş  qayda-qanunları  poza  bilməz,  yolunu  aza  bilməz. 
Pozsa, azsa... Bəh, bəh, lap şeir çıxdı ki...” 
 
Nemət düşündü ki, doğrudan da bu barədə fəlsəfı şeir yazmaq olardı. Adı 
da “Qiyam etmiş avtobus” və yaxud “Qiyamçı avtobus!” 
 
On  bir  yaşmda  olanda  Nemət  şeir  yazmışdı.  Bircə  son  misraları  ya-
dındaydı: 
 
Stalin rəhbərim izdir, 
 
Qələbə də bizimdir. 
 
Dayısına  oxudu. Dayısı dedi ki, bala, sən niyə şeir yazırsan? M əş-hur 
adam olmaq istəyirsən? Hə, onda bil ki, Əhməd Namazovun oğlu istəyir lap 
İlyas  Nizami  olsun,  onu  üzə  çıxmağa  qoymazlar.  Şair  olub  daldeydə 
daldalanmaq nəyinə gərəkdir? Ondansa sal başım aşağı, dər-sini oxu, bəlkə 
axırm bir yana çıxdı. 
 
Amma Nemət bir müddət yenə yazdı. On üç-on dörd yaşmacan. Xəlvət 
yazdı, heç kəsə göstərmədi. 
 
Dadaş: 
 
  Yerin  məlum,  -  dedi,  -  bu  saat  sporumuz  düşmüşdü. 
Nemət: 
  Hər vaxtınız xeyir, - dedi, - nədən spor eləyirdiniz ki? Qapmın 
yanmda oturmuş cürübbəz Yəhya cır səslə çığırdı: 
 
  Dadaş müəllimlə mərc çəkmişəm ki, sabah Xusainov oynama-yacaq. 
 
Nemət dinib-danışmadan “Futbol” qəzetinin bir nüsxəsini Dada-şın 
masasmın üstünə qoydu. 
 
- Burda komandaların tərkibini veriblər, - dedi. 
 
Dərhal bütün otaqdakılar fırtınanın əydiyi gəminin göyərtəsindəy-mişlər 
kimi bir tərəfə - Dadaşm masası tərəfə axışdılar. 
Dadaş bir qədər suçlu hərəkətlə qəzeti açdı. - 
Ham? 
 
Nemət yerini tapdı: 
 
  Budey. 
 
  Aha, Kavazaşvili, Voronin... 
 
İri gövdəli kişi quş kimi yerində atıldı: 
 
-  Budur  bax,  Xusainov,  hə,  gördün,  yaxşı  bax,  hə,  nədən  mərc  çək-
mişdik?  -  Kişinin  sevinci  yerə-göyə  sığmırdı.  Onun  fərəhi,  səs-küyü  otağı 
qüdrətli radiostansiya efıri dolduran kimi doldurmuşdu. - Əşi, sən yəni belə 
ağız bəhəm eləmisən ki, mənimlə futboldan mərc çəkirsən? 
 
Otaqda  bir  mərəkə,  bir  səs-küy  qopdu,  gəl  görəsən.  Dadaşın qə-ləbəsi 
bütün şöbənin təntənəsinə çevrildi. Yəhya elə bil bir az da cü-rübbəzləşdi, 
büzüşdü.  Bumunun  altında  mızıldanmağa  başladı.  Dada-şm  səsi  gur-gur 
guruldayırdı. 
 
- Əşi, deyirəm iki oyundu onu buraxmırlar, sabahkı görüşə sax-layırlar, 
deyir yox, xəstədir, ayağı zədələnib. Əşi, mən bilirəm axı... 
Qurban: 
 
  Gərək  interesə  mərc  çəkəydiniz,  -  dedi. 
Cümşüd: 
  Hə, düz deyir, interessiz ləzzəti yoxdur, - dedi. 
 
Şöbələrində  altı  iş  stolu  qoyulmuşdu.  Stollardan  birinin  açıq  tərə-fi 
qəzetlərlə  örtülmüşdü.  Bu,  Təhminənin  stolu  idi.  Şöbənin  qalan  iş-çiləri 
kişilərdi.  Qurbandan  başqa  hamısı  futbol  cəfakeşi  idi.  Təhminə-nin  də  əri 
Manaf  cəfakeş  idi.  Manaf  futbola  da  Dadaşgillə  gedərdi,  sta-dionda 
abonement  yerləri  yan-yana idi.  16-cı  sektor,  31-ci  sıra.  Dal-badal:  Dadaş, 
Nemət, Manaf, Yəhya, Cümşüd. 
İndi Nemətə qəribə gəlirdi ki, nəşriyyata işə girməzdən əvvəl, o, futbol 
azarkeşi  deyildi.  Uşaqlıqda  özü  dalanlarında  çox  oynamışdı,  amma 
böyüyəndən sonra biganələşmişdi, ildə, ayda bir dəfə futbola ya gedəydi, ya 
getməyəydi. Dadaş başda olmaqla şöbələrinin futbol aza-rı ona da yoluxdu. 
İndi o da ən aktiv cəfakeşlərdən olmuşdu. İndi özü də başa düşə bilmirdi ki, 
bir vaxtlar futbol kimi bir gözəlliyə necə bi-ganə qala bilirmiş? İndi oyunun 
öz  ləzzətindən  başqa,  onun  bütün  dəm-dəsgahı  da  Nemətə  xüsusi  zövq 
verirdi:  hələ  çox  erkən,  yaz  ay-larından  abonement  tədarükü,  sonra  futbol 
mövsümünün təntənəli açı-lışı,  futbol  günləri  boşalmış  küçələrdən  stadiona 
axışan  adamların  nəqliyyat  rəqabəti  və  nəqliyyat  həmrəyliyi,  stadion 
radiosuyla verilən 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə