SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə7/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   2   3   4   5   6   7   8   9   10   ...   104

ki, tarixin nəticələndirdiyi bu ideyalarm həyata keçirilm əsi realhqdır. Bu gün Azərbaycan 
- Türkiyə əlaqələrinin gerçək durumu, dövlətim izin regionda apardığı siyasət, uluslararası 
m  ünasibətlərdə  ölkəm  izin  siy  asi-iq  tisad  i  mövqeyinin  getdikcə  m  öhkəm  lənm  əsi,  A 
zərbaycanın  Qafqazda  liderliyə  y  e  t-məsi  prosesi  bu  özünüm  üəyyənləşdirm  ə, 
özünüüstünlətm ə, m ədəniyyət və m ənəviyyatda olduğu kimi siyasətdə də “aşağüıq kom 
pleksi”ndən qürtulm a strategiyasmm düzgün seçildiyini təsdiq edir. 
 
D  ünya  və  Azərbaycan  m  ədəniyyəti  irsinə,  onun  ədəbi-fəlsəfı,  b  ə  d  ii-  e  s  -  tetik, 
dini-tarixi dəyərlərinə dərindən b ələd olan Anar, əslində, milli m ə d ə - niyyətim izi Şərq 
və Qərb m ədəniyyətləri sintezində təsəvvür etm əyə im kan verən bir sənətin yaradıcısıdır. 
 
Dünya  m  ədəniyyətinin  şəhdi-şirəsi  A  zərbaycan  m  ədəniyyətinə,  A  z  ə  r-baycan  m 
ədəniyyətinin  şəhdi-şirəsi  Anar  yaradıcılığm  a  süzülüb.  Ona  görə  də  bu  yaradıcılıqdan 
dünyanın dərin m ənalarına çıxmaq, dünyadan bu yarad ı-cılığm derin m ənalarm a enm ək 
mümkündür. 
O xuculara təqdim olunan bu kitab A zərbaycanm xalq yazıçısı, əm ək d ar incəsənət 
xadim i, Azərbaycan D övlət m ükafatı laureatı, Azərbaycan R espub - 
 
likası M illi  M əclisinin üzvü, A zərbaycan 
Yazıçılar  Birliyinin  sədri, 
M illi 
M əclisin  m ədəniyyət komissiyasmm  sədri, 
bir  çox  fəxri  adlara layiq 
g ö - 
rülmüş,  m əktəblidən 
akadem ikə qədər ham ının 
sevimlisi, 
respublikam ızm 
m üstəqilləşm əsində 
və  m ədəniyyətim izin 
inkişafında  mühüm  xidm ətləri 
 
olan  yazıçı,  dramaturq,  publisist,  esseist,  kinorejissor,  bütün  həyatını  V  ətən  i-mizin, 
xalqım ızın tərəqqisinə, gözəl əsərlər, duyarlı sözlər, tutarlı obrazlar, yozum lu hikm ətlər 
yaratmağa həsr etmiş görkəm  li ictim ai-siyasi xadim , “İstiqlal” ordenli  A nann təqribən 
45 illik ədəbi-ensiklopedik fəaliyyətinin bir qismini əks etdirir. 
 
Çağım ızın dünyaünlü böyük qırğız sənətkarı Çingiz Aytmatovun d e  - yimincə, “öz 
ədəbi dinastiyasını yaratm ış A narın” ərən ruhu və susmaz q ə lə - mi onun müdrik, barlı 
yaşmda  bundan  sonra  da  çiçəkloyəcək,  m  ədəniyyəti-mizi  əvəzsiz  incilərlə 
zənginləşdirəcəkdir. 
 
Rahid U lusel 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN RESPUELİKAS) PREZİDENTİNİN 
 
İŞ LƏ R
 
İD A R Ə S İN İN 
 
K İ T A B X A N A S I 


GÜNLƏRİN BİR GÜNÜ 
 
  Üç yüz otuz üç! Heç 
kəs hay vermədi. 
 
Kassaçı ucadan təkrar etdi: 
 
  333! 
 
Birdən  Nemət  duman  içində  dərk  elədi  ki,  deyəsən,  onu  çağırırlar. 
Yaxasından  döşlük  kimi  asılmış  kərpicvarı  ağ  lövhəyə  baxdı:  lövhənin 
üstündəki üç iri rəqəmi aydın gördü və var gücüylə bağırdı: 
 
- Mənəm, Namazov Nemət! 
Səsi lap yavaşdan çıxdı. 
 
Növbədə dayanmış adamlar ona məzəmmətlə baxırdılar. Susmuş-dular. 
Yorğun,  kədərli  görkəmləri  vardı.  Çoxusunun  sifəti  Nemətə  ta-nış  gəlirdi, 
amma kim olduqlarını təyin edə bilmirdi. Bu adamları har-da görüb, haçan? 
 
Səssiz addımlarla kassaya yanaşdı. 
 
  Hara bilet almaq istəyirsiniz? 
 
  Bakıya. 
 
  Hansı qatara? Kislovodsk-Bakı, yoxsa Krasnovodsk-Bakı? 
 
  Kislovodsk-Bakı,  -  dedi  və  fıkirləşdi  ki,  yaxşı,  bəyəm  biz  Kis-
lovodskda deyilik? 
Kassaçı  Səfdər  dayı  eynəyinin  ardından  mağmın-mağmın  Nemətə 
baxdı, sonra zəhmlə soruşdu: 
  Bakıya getməyə icazon var? 
 
  İcazə lazımdır? Mən üç ildir növbəyə yazılmışam. 
 
  Dəxli yoxdur. Neçə bilet istəyirsən? 
 
Nemət barmaqlarını yummağa başladı. 
 
  Bir, iki, üç, dörd, beş, altı. Altı. Plaskart. Kupe. 
 
  Kimə-kimə? 
 
  Arvadım bir. Mən iki. Qayınanam üç. Üç də qızım. 
 
  Qızlar sənin deyil. 
 
Nemət təəccüb etdi: kassaçı qadın bunu hardan bilirdi? 
 
  Biri mənimdir, ikisi... 
 
  Birinə bilet verə bilərəm. O ikisinin də öz ataları gəlib alsın. Neməti 
qüssə bürüdü. Gərək həmişə belə bir əngəl çıxsın. Özü də 
lap son dəqiqədə. Üç il gözləyəndən sonra. Bu zaman yadına başqa bir 
məsələ də düşdü: “Qoy bunu da deyim, sonra bu da bir iş olar” . 


 
- Pişiyimiz də var, - dedi, - pişiyə də bilet almaq lazımdır? 
 
  Mütləq. 
 
  Yaxşı, onda deməli, beş bilet verin, - barmaqlarım bir-bir yum - du, - 
arvadım, mən, qaymanam, kiçik qızım, pişik. 
Kassaçı biletləri yazmağa başladı. 
 
Bu vaxt növbədən kimsə çıxıb kassaçıya yanaşdı, əyilib qulağına nə isə 
pıçıldadı. 
 
Kassaçı diqqətlə Neməti süzdü: 
 
- Eyib olsun sənə, —dedi, —aldadıbsan bizi. Bir əyninin geyiminə bax. 
 
Nemət əvvəl öz geyiminə, sonra isə növbədə dayanmış yorğun, əzgin 
adamların geyiminə baxdı. 
 
Növbədə dayanan kişilər və qadınlar eyni rəngli boz zolaq-zolaq pijama 
və xalat geymişdilər. Təkcə Nemətin əynində mavi rəngli saya pijama vardı. 
 
Adamlar ona məzəmmətlə baxırdılar. 
 
Bu zolaq-zolaq adamlarm içində Nemət qərib və əcaib görünürdü. 
Hammm yaxasmdan kərpicvarı lövhə asılmışdı, üstündə də qara 
 
rəqəmlər. 
 
  Axı,  mən  növbəyə  yazılmışdım.  -  Nemət  adamlara  yalvardı.  -  Üç 
həftə  bundan  qabaq,  yox,  üç  il.  Üç  il  bundan  qabaq.  Bilirdim ki,  bi-let  işi 
çətindir. Nömrəm də 333-dür. 
  Ham? - deyə bayaq kassaçıyla pıçıldaşan kişi Nemətə  baxdı. - Sənin 
nömrən yoxdur. 
 
Nemət  yaxasmdakı  lövhəyə  baxdı:  doğrudan  da,  lövhə  ağappaq  idi. 
Nemət yavaş-yavaş aradan çıxıb okilmək istədi. Kassaçı Səfdər dayı arxadan 
onu harayladı. 
 
  Nemət, al biletini... 
 
  Bəs axı... 
 
  Bir bilet verə bilərəm. Pişik üçün. Çünki o, zol-zoldur. 
 
Nemət böyük mavi dənizin sahilinə çıxdı. “Kislovodskda dəniz? - deyə 
təəccüblə  düşündü.  -  Bəlkə,  bura  Kislovodsk  deyil,  Krasno-vodskdır.  Aha, 
belə de. Bəs, mən onda qatara niyə bilet alıram? G ə-miylə də getmək olar. 
Onda anamla atamı da apara bilərəm, axı onlar da hardasa bu tərəflərdədir” . 
 
Kislovodsk parkımn ağ sütunlu qapılarından yaşıl xiyabana daxil oldu. 
Söyüdlər sərin-sərin xışıldaşırdı. 
“Amma  insafları  varmış.  Səfalı  yerə  sürgün  eləyiblər.  Atamı  deyə 
bilmərəm, amma anam yazıq istiyə dözə bilmir” . 
 
Nə qədər cəhd elədisə də, anasınm sifətini yada sala bilmədi. Birdən 
xatırladı ki, gedib zol-zol pijama almalıdır. Yoxsa qatara 
bilet verməzlər. 
 
Kislovodskın  məşhur  “Pyataçok”  küçəsinə  çıxdı.  Küçəni  keçəndə 
arxadan milis fıti eşitdi. Ona aid idi; hərəkət qaydasım pozmuşdu. Mi-lis bir 
də  aramsız  fit  çaldı.  Nemət  dayanmadı.  Addımlarını  becidləşdir-di. 
“Bacarırsa  qoy  çatsm”  -  deyə  sürətlə  uzaqlaşdı.  Milis  isə  şəhərlər-arası 
telefon zəngi kimi aramsız fıt çalırdı. 
 
Birdən  fıt  səsi  kəsildi.  Nemət  cəld  tini  buruldu,  nəfəsini  dərib  ge-ri 
qanrıldı:  onu  təqib  edən  yox  idi.  Qəflətən  ağlına  gələn  fıkirdən  Ne-məti 
soyuq tər basdı. “Bilirsənmi daha niyə fıt çalmır, niyə təqib et-mir? Nömrəni 
yazıb, vəssalam. Bəs elə bilirdin qaçıb qurtarmısan? Lap arxaym ol, nömrəni 
yazıb götürüb, bütün postlara xəbər verəcək” . 
 
Gözü  divara  sataşdı.  Divarda  tumbul  bir  qız  uşağmın  şəkli  asılmış-dı. 
Qıvırcıq  saçları,  çəhrayı,  gödək,  qırçınlı  paltarı  vardı.  Yanaqların-dan  qan 
damırdı.  Şəklin  altında:  “Ata,  Kislovodskdan  mənə  səsli  mək-tub  yaz” 
sözləri yazılmışdı. 
 
Nemət  “Pyataçokun”  hündür  yerindən  üç  nəfərin  ona  tərəf  gəldi-yini 
gördü. Biri böyük qızı idi, qızı ona yanaşıb: 
 
- Ata, mənə maqnitofon al, - dedi. 
 
İkincisi anası idi. Nemət onun üzünün cizgilərini ayıra bilmirdi. Amma 
bilirdi ki, anasıdır. 
 
Üçüncüsü Sürəyya idi - Nemətin arvadı. 
Sürəyya saatı soruşdu. 
 
Nemət iri küçə saatına baxıb: - 
Üç tamam, - dedi. 
 
Arvadının səsi lap yaxmdan eşidildi: 
 
- Ay Nemət, oyan görək! Saatı soruşuram. 
Nemət gözlərini açdı. 
 
  Nə? 
 
  Deyirəm saat neçədir? Mənim saatım yatıb. 
 
Nemət qol saatına baxdı. 
 
  Doqquza iyirmi dəqiqə qalıb, - dedi. 
 
  Sən allah, dur get çörək al. Çörəyimiz qurtanb. 
 
  Yaxşı, bu saat. Beş dəqiqədən sonra. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə