SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə9/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   5   6   7   8   9   10   11   12   ...   104

 
  Sabah  yadıma  sal,  -  dedi.  -  Müqavilə  bağlayaq  səninlə.  Oturub rahat 
işləyə biləsən. 
  Çox sağ olun. 
 
Pis  kişi  deyil  bu  Dadaş.  Görüb-götürmüş  adamdır.  Özü  deməyinə  qırx 
ildir nəşriyyatda işləyir. Deyir başımın tükü sayı adamlar gör-müşəm burda. 
Otuz beş il bundan qabaq kuryerlikdən başlayıb... 
 
Ay Dadaş, başıva daş. 
 
Tərpənm ə belə yavaş. 
 
Bəli, şunu götür, şunu qoy. Ora qaç, bura qaç. Ora-bura qaça-qa-ça bir 
gün  olub  korrektor,  sonra  redaktor,  sonra  şöbə  müdiri...  nə  isə,  indi 
nəşriyyatda  heç  beş  də  yox,  üç  kişinin  biridir.  Hörməti,  sözkeçər-liyi 
müdirdən heç əskik deyil. 
Amma,  insafən,  heç  özünü  dartmağı-zadı  yoxdur.  Böyüknən  böyükdü, 
kiçiknən kiçık. Boş damarı da ki, futbol. Pah atonnan! Bu yaşda belə həvəs?! 
Futbol  adı  gələndə  kişinin  gözü-başı  qaynayır.  Elə  “FutboT’un  ikinci 
nüsxəsini də onunçün götürmüşdü. 
 
Avtobus  dayanacağa  çatıb  nəfəsini  dərdi.  Qapıları  açıldı,  düşüş-miniş 
başlandı. Nemət nömrəsinə baxdı. Yox, mənimki deyil. Onun avtobusunun 
nömrəsı Nemətin yaşına uyğun idi - 33. 
 
Görəsən,  camaatın  dediyi  nə  dərəcədə  həqiqətə  uyğundur?  Yəni 
doğrudan Dadaşla Təhminənin arasında ayrı haqq-hesab var? Heç ina-nılası 
deyil.  Dadaş hara, Təhminə hara?  Təhminə!  Kaman-qız!  Bəli,  bu  da  sənin 
kaman-qızın.  Şaquli  qadın.  Yox  əşi,  inanmıram,  sözdür.  Camaatdır  da, 
danışmağa qeybət gəzir... Amma bir yana baxanda... 
 
Dadaş  da  az  aşın  duzu  deyil  ha,  yüz  fırıldaqdan  çıxıb.  Bildir  Daşkəndə 
konfransa gedəndə yadımdadır nə oyunlardan çıxırdı. 
 
Nemət bir də Dadaşla Təhminəni gözlərində canlandırdı. Dadaşm yekə 
qammı, daz başını, ziyilli bumunu... bir də Təhminənin uzun qıç-larını, uzun 
qollannı. 
 
Üz-üzə  dursaydılar  Dadaşın  başı  Təhminənin  çiyninə  çatmazdı.  “Dola 
qollarını  boynuma!”  Qollarını  Dadaşm  yoğun  peysərinə  dola-maq  üçün 
Təhminə  gərək  dizi  üstə  çökəydi.  Ya  da  Dadaş  taburetkamn  üstünə 
çıxaydı... 
Nemət  xəyalında  canlandırdığı  mənzərəyə  özü  də  güldü.  Dadaş 
taburetkanm üstündə! “Əşi, mənim nə borcuma! Onun əri var, bunun arvadı: 
özləri bilərlər. Bu gün mənim müqaviləmə qol çəksin. Vəssa- 
lam, şüttamam. Onda yayın pulu düzəlir. Onda bu gün dublyajdan mə-nə 
çatacaq pula maqnitofon alaram. Karmenə çoxdan söz vermişəm” . 
 
Karmen Nemətin böyük qızı idi. Üç qızı vardı, Ortancıh Cilda, ki-çiyi 
Nərgiz. 
 
Nemət  nə  səsini  itirmiş  sabiq  müğənni  idi,  nə  də  opera  dəlisi.  Ope-ra 
dəlisi rəhmətlik  Əsəd  kişi  idi.  Karmenlə Cildanm atası,  Sürəyyanın  birinci 
əri. 
Nədənsə bir səhnə heç Nemətin gözləri qarşısmdan getmirdi: Əsəd kişi 
iri lırt meşin kürsünün lap dibinə çöküb. Bir dizinin üstünə Karmeni alıb, bir 
dizinin üstünə Cildam. Hardansa tapdığı nadir opera vallarma qulaq asırlar. 
 
Karmen  olardı  o  vaxt  yeddi-səkkiz  yaşlarında,  Cilda  beş-altı  ya-şında. 
İndıki kimi yadımdadır, qızların cüt paltarları vardı. Moskvadan gətirmişdi, 
çəhrayı paltarlar, qırçınlı, göm-gödək... Başlarmda iri çəh-rayı bantları vardı. 
Yanaqlarmdan  da  qan  damırdı.  Qıpqırmızı.  Üzləri-ni  Əsəd  kişinin  üzünə 
qoyub  saatlarla  qulaq  asardılar.  Əsəd  kişi  də  elə  bil  cənnətin  tən  ortasında 
oturub, aldığı zövqdən-səfadan gözlərini yumardı. 
 
Bir  dənə  də  qəribə  abajurları  vardı.  Elə  xoş,  ilıq  işıq  salırdı  ki,  bütün 
otaq isti pürrəng çay rənginə çalardı. 
Karmen  məktəbə  gedəndə  dərslərindən  axsamağa  başladı.  Əsəd 
professor idi, məşhur cərrah idi, ora-bura çəkirdilər, uşaqla məşğul ol-mağa 
hövsələsi hardandı? Elə boş vaxtı olan kimi valları qoyub çorta 
 
gedirdi. 
 
Uzun sözün qısası, soraqlaşıb Neməti tapdılar. Köhnə pulnan ayda 150 
manata Nemət Karmenlə məşğul olurdu. Cildanı da mektəbə ha- 
zırlayırdı. 
 
55-ci  il  idi.  Nemətin  23  yaşı  vardı,  mətbəədə  mürəttib  köməkçisi 
işləyirdi, universitetdə də qiyabi oxuyurdu, biblioqrafiya şöbəsində. 
 
Anası  bir  il  bundan  qabaq  rəhm  ətə  getmişdi.  Omür  vəfa  eləmədi  ki, 
atasınm  şad  xəbərini  alsın.  Arvadı  basdırandan  iki  həftə  sonra  Ne-mətə 
atasının bəraət kağızını təqdim elədilər. 
 
Əsəd Sürəyyadan iyirmi iki yaş böyük idi. Müharibədən qayıdan-dan bir 
il sonra Sürəyyayla evlənmişdi. 
 
Qısa müddətdə Nem ət Əsədgilin ailəsinə çox isnişdi. Kasıblıq çəkdiyini 
bilirdilər,  tez-tez nahara  saxlayırdılar:  Tələbə  babasan,  otur,  görək  Sürəyya 
xanım bizi nəyə qonaq edəcək —deyə Əsəd onu 


masanın  başma  dəvət  edərdi.  Həmişə  arvadma  “Sürəyya  xamm”  de-yərdi. 
Nemət  bir  defə  də  olsun  eşitməmişdi  ki,  Əsəd  arvadmı  eləcə  “Sürəyya” 
çağırsın, “xammsız” , yox, həmişə “Sürəyya xanım” ki, “Sürəyya xanım!” 
 
Böyük  otaqları  vardı.  Yumşaq  xalılarla  döşənmişdi.  Xalılar  addım 
səslərini su hopduran kimi canlarına çəkirdi. Divarda Əsədin atasınm iri şəkli 
asılmışdı. 
Qonaqları oldu, olmadı, fərqi yoxdur, həmişə masanm üstünə ağ-appaq, 
nişastalı  süfrə  sahnardı.  Bahalı  qab-qacaq,  gümüş  çəngəl-bıçaq  düzülərdi. 
Ailə üzvləri yaxalarına ağ salfet salıb eyni vaxtda masanın başına keçərdilər. 
 
Ev-eşik par-par parlayardı. Nemət heç bir dəfə də olsun Sürəyya-nı, ya 
qızlarmı səliqəsiz görməmişdi. Həmişə paltarlan ütülü, saçları daranmış. 
 
Hər  dəfə  Nemətə  elə  gəlirdi  ki,  Sürəyya  hamamdan  bax  bu  dəqi-qə 
çıxıb: əl-üzü tərtəmiz, ağappaq. Dərisi hamar-hamar... 
 
Çox  vaxt  Nemət  İçərişəhərdəki  dar, rütubətli  daxmasma  qayıdıb  bütün 
gecəni yata bilmirdi. Gözünü əhəngi tökülmüş divarlara zilləyib,  yerində o 
yan-bu yana qurcuxurdu, yatanda da elə bil yuxusuna od tökülürdü. 
 
Novruz  bayramı  axşamı  Neməti  yenə  saxladılar.  Ağ  süfrəyə  yaşıl 
səmənilər,  nazik,  rəngbərəng  şamlar,  boyalı  yumurtalar,  bəzəkli  xon-ça 
düzüldü. Şəkərbura, paxlava gəldi. 
 
Əsəd: 
 
  Yaxşı,  xoş  bayramdır,  -  dedi.  -  Amma  heyif  ata-babalarımız  bir  az 
xərifləyiblər içkini haram eləyəndə... İçkisiz məclisin nə duzu? 
Nemət gülümsündü. O bilirdi ki, Əsəd içən deyil. Bu sözləri də yüngül 
zarafat naminə, məzəyçün deyir. 
  Deyirəm, Nemət müəllim, - o yenə qımışdı: “Nemət müəllim”, 
 
  gəlsənə bu köhnə bazara təzə mrx qoyaq. Bir balaca qədim ənənəni pozaq. 
Deyirəm  o  rəhmətlik  kişilər  bizdən  inciməz,  həmi?..  Əslinə  qalsa,  onların 
özlərinin də içməklə araları saz imiş. 
 
Əsəd kişi uzun bir əhvalat danışdı, 22-ci ildə 17 yaşında, ilk dəfə Bakıya 
gəlməsindən,  əhli-kef  əmisiylə  içki  məclisinə  düşməsindən  (indiki  zabitlər 
evi  var  ha,  bax,  onun  yerində  restoran  idi),  ömründə  ilk  dəfə  dilinə  araq 
vurmasından, sonra da halının xarab olmasından, bia-bırçılıqdan... Susdu və 
əlavə etdi: 
 
  Gəl  adama  bir  azacıq  konyak  içək.  Şimiyyatın  malı  konyakdır. 
Sürəyya xırda, zərif qədəhlər gətirdi. 
 
  Sağ  olaq!  Deyirəm  gəl  içək  Sürəyya  xanımın  sağlığına! 
Nemət: 
  Sağ olunuz! Sürəyya bacı, sizin sağlığımza! - dedi və həyatında 
 
ilk dəfə içdi. 
 
İkinci qədəhdən imtina etdi. “Gərək abırlı gedəm” deyə düşündü. Amma 
abajurun işığı o qədər mülayim, ilıq, mehriban, çay o qədər ətirli, Əsədin 
çaldırdığı musiqi o qədər həzin idi ki, heç durub getməyi 
 
gəlmirdi. 
 
Əsədgildən  çıxanda  gec  idi.  Küçədə  dönüb  bir  də  onların  dördgöz 
pəncərəsinə baxdı. İki pəncərə qaranlıq idi  - qızlar yatmışdılar. İki pəncərə 
isti pürrəng çay rəngli idi. Onların ardında musiqi səsləri yumşaq xalçalara 
hopub itirdi. 
 
Nemət  bu  pəncərələrə  baxdı,  baxdı,  birdən  tramvayın  xırıltısmı  eşitdi, 
bildi  ki,  son  tramvaydır,  götürüldü,  sürüşüb  yıxıldı,  tələsik  dur-du,  yenə 
qaçdı və özünü zorla çatdırıb, axırıncı vaqonun dal qapısın-dan içəri atıldı. 
 
Tramvay  bomboş  idi.  Nədənsə  içəridə  işıq  da  söndürüldü.  Relslər 
üstündə  taq-taq taqqıldayan tramvayın  axırıncı  vaqonunda bir  Nemət  qaldı, 
bir də pəncərələrdə əks olunan ulduzlar. Qabaqkı vaqonda kon-duktor qızla 
sürücü oğlan bərk mazaqlaşırdılar. Dünyayi-aləm gözlə-rində deyildi. 
 
Havada baharın nəfəsi duyulurdu. Yaz gecəsinin nəfəsi. 
 
Bir  fıkir-hiss  qəfıl  külək  kimi  Nemətin  içində  qopdu,  bayraq  kimi 
qəlbində dalğalandı: birdən-birə dərk etdi ki, Sürəyyaya aşiq olub.  Bu kəşf 
damardakı  qan  kimi təpədən  topuğacan içini  dolaşdı,  dövran  etdi,  qızdırdı. 
İçində nə isə uçub dağıldı. Düşündü, anladı ki, bu, hədər, ümidsiz, gümansız 
bir  sevgidir.  Nə  əvvəli  var,  nə  axırı.  Sürəyya  onun-çun  əbədiyyən 
çatılmazdır.  Və  bu  fikrin  mütləqliyi  xəstə  bir  ehtiras  kimi  onu  daha  da 
gözərtdi, qövr etdirdi, elə bil qəlbinə, beyninə bir qom qor atdılar. 
 
Kədərlənmədi.  İlıq, titrək, nigaran  bir  duyğu  bütün  varlığını  lim-həlim 
doldurmuşdu.  Elə  bil  tramvay  silkələndikcə  o  bu  hissin  bir  gi-ləsinin,  bir 
damcısının dağılacağmdan qorxurdu. 
 
Tramvay  relslərdə  çaqqaçuruq  atlandıqca  pəncərələrdə  ulduzlar 
diksinirdi... 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə