SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə12/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   8   9   10   11   12   13   14   15   ...   104

pozuq  melodiyalar  (bunun  da  öz  ləzzəti  var)...  Minlərlə  adamın  saat  kimi 
dəqiq  bir  ritmlə  tum  çırtlaması,  avarçı  qollan  kimi  qalxıb-düşən  əllər, 
xeyrimizə  vurulan  toplann  müştərək  sevinci,  məğlubiyyətlərin  müştərək 
kədəri. 
Hələ  oyundan  qabaq  stadionda  dost-aşnayla  birlikdə,  sırf  kişi 
“kampaniyasında”  subayvarı  pivələmə...  (istər  meydançada,  istər  tri-
bunalarda,  istərsə  də,  ümumiyyətlə,  futbol  aləmində  zənən  tayfasının 
olmaması  da  az  məziyyət  deyil.  Heç  olmasa  stadionda  saat  yarım  ada-mm 
qulağı dinc olur.) 
 
“Bu  zəhər  tuluğu  Qurban  pul  qırpmaqdan  başqa  dünyada  heç  nəy-lə 
maraqlanmır.  Hələ  bizə  də  rişxənd  eləyib  deyir  ki,  siz  ürəkdə  heç  biriniz 
futbol cəfakeşi-zad deyilsiz. Elə-belə boynunuza düşüb. Bütün bu marağmız, 
ehtiraslarımz da saxtadır, deyir. Axmaq adam, bəs nə bi-zi məcbur edir ki, 
bu  futbol  zəhrimarın  yolunda  bu  qədər  can  qoyaq?  Maraqlanmasaq, 
yanmasaq,  nə  düşüb  axı  bizə,  işimizi-gücümüzü  atıb  cumaq  stadiona, 
radioya  qulaq  asaq,  yüz  minnətlə  qəzet  tapaq?  Deyi-rəm,  görürsən  başmı 
bulayır, cavab verməyə söz tapmır, axı nə cavab verəcək? Gah da görürsən 
deyir  ki,  bircə  Dadaş  əsil  “bolelşikdir”,  siz  hamınız  ona  yarınmaq  üçün 
futbolbaz  olmusuz.  Axmaq  adam.  Belə  sə-feh  fikir  elə  onun  başına  gələr. 
Gah da deyir ki, vaxtınızı bilmirsiniz nəynən doldurasımz, onunçün, deyir, 
cəfakeş olmusuz. Həyatmızda, deyir, vakuum var, futbolla doldurursunuz bu 
vakuumu. Futbol, deyir, tiryək kimi, nəşə kimi şeydir. Başı qatıb, gündəlik 
həyatı  unutmaq  üçündür.  Əşi,  qoy  danışsın  da,  əbləh  adamdır,  zoğallayır 
özüyçün, kimdir onun ağzına baxan...” Cümşüd: 
 
  Dadaş  müəllim,  -  dedi,  -  siz  futbolun  cikini  də  bilirsiniz,  bikini  də. 
Sizcə, biri gün hesab necə olar? 
Bir həftə idi ki, bütün şöbə birigünkü oyunun intizarıyla  yaşayırdı. Bu 
oyunun  şöləsi  bütün  idarə  və  ev  söhbətlərinin,  işin  və  məişətin  üstünə 
çökmüşdü.  Bir  sözlə,  bu  həftəni  İrlandiyayla  oyun  doldurmuş-du.  Gələn 
həftə də vacib oyun vardı: Tiflislə Moskva “Torpedo”su. Gələn həftəni bu 
oyun  dolduracaqdı.  Ancaq  birigiinkü  oyun  keçmə-yincə,  o  biri  oyun 
haqqında  damşan  yox  idi.  Həmin  günü,  ümumiyyət-lə,  böyük  futbol 
günlərini bir təntənə, bayram, yeni il kimi, toy-büsat kimi gözləyirdilər. 
 
Dadaş qəti bir səslə: 
 
  3:0, - dedi. 
 
Cümşüd: 
 
  Gör  e!  3:0  -  deyə  təəccübləndi.  O  bunu  elə  dedi  ki,  guya  artıq  bu 
fərziyyə  doğrulmuşdu.  İrlandiya  3:0  hesabıyla  uduzmuşdu.  -  Amma 
İrlandiya da güclü komanda idi ha! - Dadaşm fərziyyəsindən sonra Cümşüd 
birigünkii oyun haqqında keçmiş zamanda danışırdı. 
Yəhya: 
 
  Heç vaxt, - dedi. - Ni za çto! Hesab iki-iki olacaq. Gəlin mərc 
 
çəkək. 
 
Dadaş: 
 
  Sən yenə mənimlə mərc çəkirsən? - dedi. - Bayaqkı dərs ol- 
 
madı? 
 
Yəhya tərs idi: 
 
  Yox, görərsiniz! İki-iki. 
 
Yenidən  mübahisə  qopdu.  Ağız  deyəni  qulaq  eşitmirdi.  Bayaqkı  kimi 
“Futbol” qəzetini masanın üstünə qoyub məsələni ayırd etmək də mümkün 
deyildi. 
  Keçən səfər mən deyən oldu, yox? 
 
  Yox, sən demişdin birinci taymda iki top vuracaqlar, amma... 
 
Nemət başa düşdü ki, bu fısqırıqda məsələni qaldırmağın yeri de- 
 
yil. Kirimişcə otaqdan çıxdı. 
 
Dəhlizin  başında,  açıq  pəncərənin  qabağında  Təhminə  və  Zaur  söhbət 
edirdilər.  Zaur  pıçıltıyla  nə  isə  deyirdi.  Təhminə  şaqqanaq  ço-kib  gülürdü. 
Onun  qəribə  gülüşü  vardı.  Ha,  ha,  ha...  Elə  bil  pianoda  qamma  çalınır. 
Yaxud motosikl uzaqlaşıb gedir... 
 
Zaur  özü  gülmürdü.  Yəqin,  Təhminə  gülən  müddətdə  düşünüb,  yada 
salıb başqa bir zarafat, ya məzəli söz hazırlayırdı. Gözləriylə də Təhminəni 
yeyirdi. 
 
Zaur  başqa  şöbədə  işləyirdi.  Hər  dəfə  onu  görəndə  Nemətin  ağh-na 
nədənsə “qoltuğuna qarpız veriblər” ifadəsi gəlirdi. Ancaq məcazi yox, hərfi 
mənasında. Elə bil Zaurun hər iki qoltuğunda görünməz iri qarpızlar vardı, 
ona görə əzələli qolları gövdəsindən belə dairəvi şə-kildə aralı qalmışdı. 
 
Axır  vaxtlar  Zaurla  Təhminəni  tez-tez  söhbət  edən  görəndə  Nemətin 
başına başqa qəribə bir fıkir də gəlirdi. Ona elə gəlirdi ki, Za-urun ən böyük 
istəyi  Təhminəylə  plyaja  getməkdir.  Axı,  niyə  məhz  plyaja?  Bəlkə  də  bu 
fikir ondan doğmuşdu ki, Zaurun şəxsi maşını vardı, tez-tez plyaja gedirdi. 
Bəlkə də onun Təhminəyə “kor-kor, gör- 


gör” belə iştahla baxması Neməti bu qənaətə gətirmişdi. Hər halda plyaj 
Zaurun əzələlərini nümayiş etdirməsi üçün münasib yer idi. 
 
Nemət onlara yanaşdı: 
 
  Zaur,  belə  olmaz  ha,  -  dedi.  -  Bax,  Manafa  deyəcəyəm.  -  Manaf 
Təhminənin əri idi. Bir ay idi Moskvadaydı, ezamiyyətdə. - Sən ştan-gistsən, 
amma o da köhnə pəhləvandır. 
  Çəkimiz düz gəlməz. Mən ağır çəkiliyəm, o yüngül. 
 
  Ay qız, doğrudan ərin yüngüldür? 
 
Təhminə  güldü.  Əlbəttə,  bayaqkı  kimi  gülmədi.  Xəfıfcə  gülüm-sündü. 
Nemətin  zarafatı  ortalıqda  qalmasın  deyə  güldü.  Nemət  özü  də  bilirdi  ki, 
zarafatı  bəzi  qəzetlərdə  dərc  olunan  bayram  şarjları,  dostluq  şarjları  kimi 
duzsuzdur.  Amma  “ər-arvad”  mövzusunda  sataşmalar  şö-bələrinin  klassik 
yumoru idi. 
 
Birdən Nemətin gözü Təhminənin paltarma sataşdı. İki düyməsi açıq idi 
və oradan mavi alt paltarı görünürdü. 
 
Nemət fıkirləşdi ki, bu mavi ərazi tamam başqa bir dünyadır  - paltarın 
altındakı  Təhminə,  paltarsız  Təhminə.  Bir  də  onu  fıkirləşdi  ki,  bu  ərazi 
onunçün əbədiyyən yasaq ərazidir. Bəlkə Dadaşın ora vizası var. Zauru da 
bilmirəm,  deyə  bilmərəm,  amma  mən  heç  vaxt,  ömrümdə  heç  vaxt  bu 
əraziyə  keçə  bilməyəcəyəm  .  Yalnız  onun  bir  qarışmı  -  iki  açıq  düyməlik 
maviliyini görə bilərəm. 
Gözünü çəkdi. 
Təhminə: 
  Zaura  yuxumu  danışırdım,  -  dedi.  -  Yuxuda  Riqanı  görmüşəm.  Ən 
qəribəsi odur ki, ömrümdə Riqada olmamışam. 
Mavi ərazi yenə Nemətin gözünə doldu və o dedi: 
 
  Bir  vaxtlar  mən  də  yuxumda  heç  bir  zaman  olmadığım  şəhərləri 
görərdim...  nə  bilim,  London,  Paris...  -  o,  pəncərəyə  baxdı.  Pəncərəyə 
səmamn  mavisi  dolmuşdu.  -  Ümumiyyətlə,  pis  vərdiş  deyil.  Otağın-dan 
çıxmırsan,  yatağından  durmursan,  pulsuz-pənəsiz  bütün  dünyanı  gəzirsən. 
Bilet də lazım deyil, viza da. 
 
“Viza”  sözünü  qəsdən  işlətdi.  Bayaqkı  fıkrini  yada  salıb  özüyçün 
işlətdi. 
  Bəs, indi nə görürsən? 
 
  Eh, ay Təhminə, indi yuxularımm bütün fantaziyası qaçıb. İndi yuxu 
görmürəm,  həyatdan  parçalar,  fraqmentlər  görürəm.  Gündüzkü  həyatımm 
davamım görürəm. Məsələn, gündüz yarım list tərcümə 
 
eləmişəmsə,  yuxuda  dalını  tərcümə  edirəm,  qonorarım  da  alıram,  ya,  da 
mağazada  növbədə  dayamram,  kimsə  növbəsiz  almaq  istəyir,  onu 
məzəmmət  eləyirəm,  ya  da  bazarda  çənə-boğaz  oluram.  Ən  böyük 
fantaziyam  o  olur  ki,  Kislovodsk-Bakı  qatarına  bilet  alıram.  Ya  da  ida-
rəmizi görürəm. İşçiləri - Səfdər daymı, Məmməd Nəsiri, Dadaş müəl-limi, 
Qurbanı - əlavə etmək istədi “səni” ancaq Zaura baxıb demədi. 
 
Zaur  açıq-aşkar  əsəbiləşirdi.  Nemətin  gəlib  söhbətlərinə  qarışma-sı, 
Təhminənin diqqətini yayındırması onu heç açmırdı. Zaur: 
 
-  Mən  heç  vaxt  yuxu  görmürəm,  -  dedi,  -  hələ  ömrümdə  bir  dəfə  də 
görməmişəm. 
Təhminə: 
 
- Sən nə danışırsan? Ola bilməz! Heç vaxt inanmaram, 
dedi. 
 
- Canımçün düz deyirəm. Heç bilmirəm yuxu görmək nəyə deyir-lər, nə 
deyən şeydir. 
 
Zaur çox cavan idi, lap uşaq idi və Nemət başa düşürdü  ki, bu qə-ribə, 
lakin  yüz  faiz  uydurma  iddiayla  o,  yalnız  yenidən  Təhminənin  diqqətini, 
marağını özünə qaytarmaq istəyir. 
 
Nemət: 
 
- Mənim bir dostum vardı, - dedi, - deyərdi ki, yuxu görməyən adamlar 
Avstriyaya, İsveçrəyə bənzəyirlər. 
 
Təhminə suallı baxışlarla Nemətə baxdı. Yenə də onu təəccüblən-dirən, 
marağını cəlb edən Nemət olmuşdu. Zaur bir qədər kəskin tonla: 
  Niyə məhz Avstriya, İsveçrə, məsələn, Kamboca yox? - dedi. 
 
  Kamboca?  -  deyə  Nemət  təkrar  etdi  və  xəyalında  xəritəni  can-
landırmağa çalışdı. - Yadımda deyil Kamboca dənizin sahilindədir, ya yox. 
O,  Avstriya  və  İsveçrə  deyirdi,  çünki  bu  ölkələrin  dənizə  çıxışı  yoxdur.  O 
deyirdi  ki,  yuxu  görməkdən  məhrum  adamlar  dənizdən  məhrum  ölkələr 
kimidir. Avstriya, İsveçrə, daha hansı ölkələr dəniz-sizdir? 
 
Təhminənin təəccübü açıldı: 
 
  Aaa, o mənada... 
 
Sükut çökdü, Zaur cibindən daraq çıxarıb, bir qədər əsəbi hərəkət-lə 
saçlarını daramağa başladı. Nemət: 
 

Yaxşı, - dedi, - bağışlayın, söhbətinizə mane oldum. 

“Görəsən bütün günü belə gəzəcək, düymələrini düymələmə- 
 
yəcək?” - deyə düşündü və bir neçə addım aralanandan sonra özünü saxlaya 
bilmədi, dönüb bir də Təhminəyə baxdı: 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə