SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə20/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   16   17   18   19   20   21   22   23   ...   104

  Yox,  baxma,  yenə  adamdan  adama  təfavüt  var.  Məsələn,  tutaq  ki, 
Dadaş necə adamdır? 
 
Güzgüdə  baxışları  toqquşdu. 
Təhminə güldü: 
 
  Ay vələdüzzina, məndən söz almaq istəyirsən? 
 
Zaur: 
 
- Yox, - dedi, - mən camaatm şəxsi işinə qarışmaq istəmirəm. 
Təhminənin baxışında əw ə lcə təəccüb oxundu, sonra nəyisə an- 
 
lamış kimi: 
 
-  A,  belə  de,  -  dedi,  ciddiləşdi  və  əlavə  etdi:  -  Bax,  bir  şey  məni  çox 
maraqlandırır.  Hamı  elə  bilir  ki...  -  bir an  tutuldu, qısa tərəd-düddən  sonra 
davam etdi.  - Mən Dadaşm aşnasıyam. Çox  yaxşı, indi məni maraqlandırır 
görüm, sən bu barədə nə fıkirləşirsən? Bax, sən Zaur Zeynalov. 
 
Zaur: 
 
- Zeynallı, - dedi, - mən? Nə bilim, mənə elə gəlir ki... 
 
  Sən  özün  də  dedin  ki,  mən  dünya  gözəliyəm.  Çox  yaxşı.  Demə-li, 
istəsəm yüz sənin kimi cavan oğlan başıma fırfıra kimi fırlanar. 
 
Zaur kəskin ədayla: 
 
  Fırlansınlar da! 
 
  Oho,  damağına  dəydi.  Yaxşı,  yüz  yox,  on,  beş.  Yaxşı,  səndən  bircə 
dənədir, bax, elə sən özün. Məndən xoşun gəlir, eləmi? 
Zaur: 
 
  Elədir,  lap  elədir,  -  dedi  və  əsəbi  hərəkətlə  qazı  basdı.  Maşm 
zəncirdən açıimış kimi irəli cumdu. 
 
  Yaxşı,  yaxşı,  sakit  ol.  Dediyim  odur  ki,  Dadaş  mənim  nəyimə  la-
zımdır?  Keçəl,  yekəqarın,  yekəburun,  qoca.  Ondan  bir  keçəcəyim,  bir 
təmənnam  da  yoxdur.  Müdirimdir.  Çox  olsun  lap  bəd  başına  məni  iş-dən 
çıxartdıracaq, yəni bir yerdə bir parça çörək qazana bilməyəcə-yəm? Siqaret 
ver görüm... 
 
Yandırdı. 
 
-  Ay  sağ  ol.  Məsələ  ondadır  ki,  Dadaş  özü  də  bunu  başa düşür, hə-rif 
deyil.  - Tüstünü halqa-halqa maşının tavanına üfürdü.  - Dadaş bar-mağının 
ucuyla  da  mənə  toxunmayıb.  Yəni  onda  bir  toxunası  hal  da  yoxdur.  Hay-
hayı  gedib,  vay-vayı  qalıb,  -  güldü,  -  amma  burda  bir məsələ  var.  Dadaşa 
şayiə,  söz-söhbət  lazımdır.  Çünki  o  yaşda,  o  ağız-burunda  mənim  kimi 
cavan, gözəl bir arvadın adamı olmaq onun başı-nın ucalığıdır. 
 
Yolun kənarmda bir neçə nəfər dayanmışdı. “Moskviç”i görüb əl-lərini 
qaldırdılar. Maşın yanlarından ötüb keçəndən sonra arxadan qış-qınşdılar. 
 
  Məndən nə gedir? İndi kı bundan Dadaşın könlü xoş olur, qoy olsun, 
qoca kişidir. 
  Düz  demirsən.  Mən  eşitmişəm  ki,  söz  düşəndə  Dadaş  həmişə  bu 
şayiəni danır. 
  Ay allah, nə yaman uşaqsan sən hələ! Əlbəttə, danacaq. O vaxt ki, bu 
şayiə yox idi, onu yaratmağa cəhd edirdi. Bəli, bəli, bu fıkir onun özündən 
başqa heç  kəsin  ağlına gəlmirdi.  Özü  başladı  belə rəy  yaratmağa.  Əlbəttə, 
çox ustalıqla, altdan-altdan. Nə bilim işdən bir 
 
yerdə  çıxmaq,  məni  ötürmək,  ikibaşlı  sözlər,  mənalı  baxışlar.  M  əsə-lən, 
otaqda  mənimlə  qəsdən  sırf  rəsmi  damşırdı.  Çöldə-bayırda,  dəh-lizdə  isə 
tutub uzun-uzadı söhbət edirdi. Özü də xısın-xısın, pıçıltıyla. Hamı da görür 
axı. Deyirlər, balam, bu nə söhbətdir ki, otaqda hamı-nm yanmda eləmirlər; 
xəlvətə  çəkilirlər?  Sonra  başqa  şeylərdə  vardı.  Məsələn,  bax  belə  xırda 
təfərrüat.  Axşam  bizə  zəng  eləyir,  mənimlə,  Manafla  danışır.  Görürsən, 
deyirəm ki, xəstəyəm, bəlkə sabah işə gə-lə bilmədim. Bəli, səhər, idarədə 
bunu belə xüsusi cür xəbər verir: Təhminə bir balaca kefsizləyib, bu gün işə 
gəlməyəcək. 
 
  Yaxşı, sən də sözbazlıq eləmə də, burada nə var ki? 
 
  Başa  düşmürsən?  Guya  bu  məlumatı  sadəcə  telefonla  almayıb, 
hamıda bclə tosəvvür oyamr ki, guya bu nə isə yaxm, məhrəm adaın-dır, bir 
sözlo, ev adamıdır. Ailənin içindən gəlib işdə xobər vcrir. 
Susdu  vo  bir  qədər  əsəbi  əlavə  etdi:  -  Təhminə  işə  gəlmoyəcək.  Guya 
başqası  bunu  zəng  eləyib  bilə  bilməzdi.  Kibriti  ver  görüm.  Sönüb.  Aha... 
Hə,  sonra  ki,  başladı  söz-söhbət,  eyhamlar,  onda  da  arifdi,  baş-ladı 
danmağa, özü də elə can-başla danmağa başladı ki, yatanları da ayıltdı. Çox 
vaxt görürsən, özü bu söhbəti heç eşitməyənləro eşitdirir-di: əşşi monimçün 
söz  çıxarıblar,  yaxşı  deyil,  qızım  yerindədir;  gedor  orinə  çatar,  duz-çörək 
kəsmişik, fılan-peşməkan. Deyərsən daha bun- 
 
dan  namuslu  adam  yoxdur,  -  istehzayla  əlavə  etdi,  -  qeyrət  dağarcığı,  - 
susdu, sona yenə sözünə davam etdi. - Hə, belə-belə hamıda fıkir oyandı ki, 
bəli, burda mütləq bir iş olmamış deyil. Mən də qaldım gic vəziyyotdo. Hər 
sözümü,  hər  hərəkətimi  başladılar  müəyyən  yero  yozmağa.  Dadaşa 
mehribanlıq da göstərsəm, etinasızlıq da, heç fərqi yoxdur. Hər şeyi bir cür 
başa düşürlər. 


Birdən nədənsə Zaurun Təhminəyə yazığı gəldi. Düşündü ki, bütün bu 
yüngülməcazlığma,  əzilib-büzülməsinə  baxmayaraq,  yəqin,  onun  da  öz 
dərdi-səri var. 
 
Təhminə: 
 
-  Əlbəttə,  -  dedi,  -  mən  də  istəsəm,  yüz  cür  kələk  qurub  işin  için-dən 
çıxaram. Məsələn, bəd ayaqda adımı bir başqasıynan çıxardaram. Dadaş da 
qalar qurumsaq kimi baxa-baxa. 
 
Qəfıldən  maşının  güzgüsündə  gözləri  Zaurun  nigaran  baxışlarıyla 
haçalandı, bir an içində şıltaq bir fıkir beynindən keçdi. 
  Məsələn,  -  dedi,  -  şayiə  buraxardım  ki,  səninlə  sevişirəm.  Hamı  da 
inanardı,  çünki,  maşallah,  şəkil  kimi  göyçək  oğlansan,  özün  də  su-bay,  - 
şaqqıldadı, - bura bax, yoxsa elə bilirsən səninlə plyaja getmə-yə də onunçün 
razı oldum, məqsədim var, hə? Düzünü de, sən allah, elə fikirləşirdin? 
 
  Arvad deyilsən sən, şeytansan, şeytan. 
 
  Nə  olar?  Qoy  şeytan  olurn.  Bir  var  dəli  şeytan.  Mən  də  dərdli 
şeytanam. 
 
  Nədir axı sənin dərdin, Dadaş? 
 
Təhminə bu sözləri də qulaqardına vurdu, cavabsız qoydu. 
 
  Bəli,  çox  şey  edərdim,  -  dedi,  -  etmirəm,  çünki  mən  adamların 
hamısını başa düşürəm. Bilirəm bu dünyada kimə gərək olan nədir. Dadaşa 
ancaq  vur  tut  quru  söz-söhbət  lazımdır.  Necə  deyərlər,  ocağm  tüstüsü.  Nə 
olar, qoca kişidir, qoy könlü xoş olsun. Məndən nə gedir? 
 
  Necə nə gedir? Bəs, adına ləkə gəlmir? 
 
  Əzizim,  -  dedi,  -  adlarına  ləkə  düşməkdən  qorxan  bilirsənmi 
kimlərdir?  O  adamlardır  ki,  təmiz  elə  bir  adlarıdır,  özləri  çoxdan  çir-kab 
içindədirlər.  Ona  görə  də  ancaq  quru  adlarmı  qoruyurlar.  Aman  günüdür 
ləkə  düşər.  Əgər  mən  özümü  ləkəli  bilmirəmsə,  adamlar  adı-ma  nə  ləkə 
vurur-vursun vecimə deyil. 
 
- Bəs, M anaf da belə duşünür? 
 
  0...m ənim ərim ayrı oğlandır. Dünyada tayı-bərabəri yoxdur. Deyir 
ki, ürəyim buz kimidir, arvadımdan arxayınam. Təhminə aydan arıdır, sudan 
duru,  intəhası,  gözəldir.  Gözələ  həmişə  söz  qoşarlar,  o  qədər  paxıl 
gözügötürməyən var ki... Düz demir, sən allah? 
 
  Nə bilim, yəqin düz deyir də. 
 
Təhminə rişxəndlə ona baxdı, 
 
- Elə bilirsən dediyinə özü inamr? Qəlbinin dərinliyində bilir ki, mən 
onu sevmirəm, deməli, ona sadiq də deyiləm. Ancaq bu fıkri bey- 
 
nindən  rədd  edir,  bu  barədə  düşünmək  belə  istəmir.  Amma  orda,  lap,  lap 
ürəyinin  dibində,  barmağmı  Zaurun  köksünə  sarı  uzatdı,  -  bax  bur-da  bir 
quyu var ha, onun lap dibində, özünə belə təsəlli verir ki, nə olsun, mən də 
Təhminəyə  xəyanət  edirəm.  -  Təhminə  bərkdən  güldü.  -  Amma  məndən 
beşbetər  aşnaları  bir  ifritə  bədəncərədirlər,  gəl  gö-rəsən!  İkisini  mən 
tanıyıram.  Biri  Bakıdadır,  biri  Tiflisdə.  Kişinin  oğ-lu  mecduqorodnı  Don-
Juandır.  Yəqin  Moskvada  da adamı  var, amma mən  tanımıram.  Hər halda 
tez-tez bəhanə tapıb cumur Moskvaya. Odey, indi də bir aydır Moskvadadır. 
Deyəsən, günü pis keçmir. Tez-liklə qayıtmaq fıkri yoxdur. 
 
Laqeyd, tənbəl hərəkətlə maşının güzgüsünü özünə tərəf çevirdi, dodaq 
boyasını  çıxarıb  dodaqlarım  boyamağa  başladı.  O,  solğun  boya-lan 
sevmirdi, həmişə dodaqlarına al-qırmızı rəng çəkir, özü də boya-nı dodağma 
elə  sıxırdı  ki,  dodağı  qat-qat  boyanırdı.  Boyam  bağlayıb  balaca  çantasına 
qoydu. 
 
  Amma  zövqü  bir  şey  deyilmiş.  Bilmirəm  heç  məni  necə  bəyənib. 
Bakıdakı dəhrəcanlı bir şeydir, dam boyda. Tiflisdəkı də dəmbərəgöz, Allah 
göstərməsin. 
Zaur: 
 
  Sən də bütün bunlardan belə sakit damşırsan, - dedi və öz sua-Iından 
özü  utandı.  -  “Deyəsən,  hansı  əsrdə  yaşadığını  unutmusan,  Za-ur  kişi”  - 
deyə düşündü. 
 
  Eh, mənə nə! Od ver görüm. Sağ ol. Birinci dəfə eşidəndə pis ol-dum. 
Sonra adət etdim, laqeydləşdim. Ən ləzzətlisi də odur ki, elə bi-lir mənim 
heç  nədən  xəbərim  yoxdur.  Gəlir,  belə  ciddi  tonla  “sovnar-xoza 
çağırmışdılar”  -  deyir.  -  “Tiflisə  bir  həftəliyə  ezamiyyəto  gön-dərirlər”  . 
Mən də bilirəm axı, işdən öz hesabına bir həftəlik məzu-niyyət alıb. “Sabah 
gedirsən?  -  deyirəm,  -  yoluna  nə  hazırlayım?”  Bəli,  Tiflisdə  də  şıdırğı 
hazırlıq gedir. Bir nəfər var, mənə danışıb. Deyir arvadın ayrıca mənzili var, 
iki  otaq.  M  anaf  teleqram  vuranda  ki,  bəli  gəlirəm,  otaqlara  xüsusi  xəli 
döşənir, döşəkçələr, mütəkkələr düzülür, kişinin oğlu keçmiş xansayağı kef 
eləyir. Sonra... 
 
Zaur  çevrilib  Təhminəyə  baxdı.  Təhminə  tuşla  çəkilib  uzadılmış 
kirpiklərini qaldırdı. Birdən Zaur onun gözlərinin lap dibini gördü. Səhrada 
qəflətən  qum axıb-çöküb  quyu  açılan  kimi,  Təhminənin  göz-lərində nə isə 
uçub-dağılmışdı,  gözlərinin  lap  dibində,  bəlkə  də  dib-sizliyində  nə  isə  zil 
qaranhq  bir  lağımın  ağzı  açılmışdı.  Qəlbin  gizlin-lərinə  açılan  bir  lağım, 
uçuruma aparan bir yolun ağzı. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə