SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə21/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   17   18   19   20   21   22   23   24   ...   104

 
Zaur: 
 
- Lazım deyil, - dedi, - danışma. Keç ayrı söhbətə. 
 
  A... belə de. Bu cür söhbətlər sənin zərif qəlbinə toxunur. Bəs, özünü 
elə göstərirdin ki, müasir oğlansan, həyatın hər üzünü görmüsən, dəyirmanın 
bu  başmdan  girib  o  başından  çıxmısan,  -  gözlərini  qapama-dı,  amma 
gözlərinin  içindəki  quyunun  ağzı  tutuldu,  gözləri  yenə  də  hə-mişəki  kimi 
şıltaq və işvəkar, şux və işıqlı idi, - nə oldu, xoşun gəlmir belə söhbətlərdən? 
Həyatdır da bu, oğlum, həyat demirsən, qulaq as! 
 
  İstəmirəm.  Bu  həyat  deyil,  həyatın  astarıdır.  Mənim  belə  söhbət-
lərdən  xoşum  gəlməz.  Görürəm  səninçün  damşmaq  ağırdır,  danışma,  nə 
vacib olub... 
  Ağırdır? Əksinə. Ağır neçin olur? Ağır-zad deyil. - Uzun zaman yola 
baxdı, sonra, - mən Manafı başa düşürəm, - dedi, - cavanlıqda çətin dolanıb. 
Ailə  saxlayıb.  İndi,  necə  deyərlər,  bolluğuna  düşüb.  Ya-şı  keçdikcə 
cavanlıqda  ötürdüyü  dəmlərin  əvəzini  çıxmaq  istəyir.  Dünyada  ən  yaman 
dərd görməmişlikdir. 
 
Siqaret  tüstüsündən  boğuldu.  Bir  xeyli  öskürdü.  Sonra  birtəhər  sa-kit 
oldu. 
 
  Tiflisdən  gələndə  də  yoluna  yemək  qoyurlar,  -  dedi,  -  qab-qacağı 
bilmirəm  gizlədir,  ya  atır.  Bir  dəfə,  bilmirəm,  içmişdi,  ya  kef  başma 
vunnuşdu,  çaşıb  evə  Asyanın  qab-qacağını  gətirmişdi.  Tiflisdəki  ar-vadın 
adı  Asyadır.  Belə  göy  kasa  idi.  Noxud-noxud  ağ  naxışlı.  Mən  də  götürüb 
gizlətdim.  Gələn  səfər  Tiflisə  gedəndə  yeməyini  o  kasaya  qoydum.  Elə 
bilirsən, başa düşdü? 
 
  Deyirsən iki evin qab-qacağım əzbər bilsin? 
 
  Yox, heç olmasa Asya xanım onu başa salaydı. 
 
  Nə  bilirsən,  bəlkə  Tiflisə  çatanda  da  sənin  qab-qacağmı  gizlədir? 
Təhminə şaqqıldadı. 
 
  Bax, bu, mənim ağlnna gəlməmişdi. Yox, bala, gələcəyin par-laqdır, - 
sonra çılğınlıqla əlavə etdi: - Dünyada ən çox acığım gələn şey riyakarlıqdır, 
bir də yalan... 
 
Zabratın  yamndan  Pirşağı  yoluna  buruldular.  Avtobus  dayanaca-ğmda 
bir kişi uzaqdan “Moskviç”i görüb əl qaldırdı. 
  Saxla götürək onu. 
 
  Bir o çatmırdı. 
 
  Xahiş edirəm saxla. Yoxsa bütün söhbətlərimiz qurtardı, danış-mağa 
sözümüz qalmadı, heç olmasa saxla görək nə istəyir. 
 
Zaur ayağını əyləco basdı. Maşın sürüşüb dayandı. 
Kişi sadə kəndli geyimində idi. Yanında çarşablı bir arvad da var-dı. 
Maşın dayanan kimi kişi zənbilini qapıb maşına tərəf gəldi. 
 
  Qardaş,  -  dedi,  -  Pirşağıyacan  apararsan  bizi? 
Təhminə: 
 
  Gəl  aparaq,  -  dedi,  -  gör  nə  yorğundurlar. 
Zaur: 
 
  Yaxşı, oturun, - dedi. 
 
Kişi arvada əl elədi. Sonra ucadan qışqırdı: - 
Bəri gəl, Əlmərdan. 
 
Dayanaq köşkünün altmdan ucaboylu bir oğlan çıxdı. Axsaya-ax-saya 
maşına tərəf gəlməyə başladı: 
 
Zaur: 
 
- Ancaq iki yerim var, - dedi və Təhminəyə tərəf dönüb əlavə etdi. - Ya 
moqu vzyat tolko dvoix. Vstretiş qaişnikov, nepriyatnostey ne obe-reşsya. 
Hara gedirsən, bunlar kimdir? Özün bilirsən də... budut spraşivat i o tebe. 
 
Oğlan axsaya-axsaya gəlib maşına çatdı. 
Zaur: 
 
- Əmi can, - dedi, - iki yerim var. Ancaq ikiniz otura bilərsiniz. 
 
  Ikimiz? A bala, bəs bu üçüncü yoldaşı neyləyək? 
 
  Uçüncü kimdir? 
 
  Üçüncü?  Gözümün  ağı-qarası.  Bircə  oğlum.  Gedib  şohərdə  im-
tahanlarmın hamısım beşə verib. Boyuna qurban olum onun. 
 
Z au r əllorini yelləd i. 
 
- Təbrik edirəm, - dedi, - gözünüz aydın. Ancaq... daha neyloyək, 
yerimiz ikidir. 
Əlimərdan: 
 
  Dədo, ay dodə, - odey, bax avtobus gəlir... 
 
  Ay səni xoşxəbər olasan. Əşi, bir saatdır gözləyirdik. Oğlum, bağışla, 
sizi də yoldan elədik. 
 
Allah bağışlasın. 
 
“Moskviç”  hərəkətə  gəldi,  uzaqlaşıb  getdi. 
Təhminə: 
 
- Radio işləyir? - dedi, - bir şey tut. 
 
- Hələ tezdir. Bir azdan... 
 
Şlaqbaum  lap  “Moskviç”in  bumunun  qabağında  endirildi.  Maşın  yero 
mıxlanmış kimi dayandı. Dəmir yolunun o biri tərəfində də iri yük maşınları 
dayanıb gözləyirdi. Təhminə: 


- Bilmirəm niyə, - dedi, - axır vaxtlar tez-tez yuxumda şlaqbaum 
görürəm. Zol-zol şlaqbaum. 
 
Zaur: 
 
- Səndən də sözlər çıxrr a, - dedi, - adam da yuxuda şlaqbaum görər? 
 
  Deməli,  görərmiş  də  ki,  görürəm.  Ə  w  əllər  həmişə  yol  görərdim. 
Uzun-uzadı  yol.  Getdikcə  gedirsən,  getdikcə  gedirsən.  Heç  hara  da  gəlib 
çıxmırsan. İndi də şlaqbaum görürəm. 
 
Uzaqdan  qatar  göründü.  Yaxınlaşdı,  hay-küylə  keçib  getdi.  Səs-küy 
içindən Təhminənin sözləri qırıq-qırıq eşidildi: 
  Görürəm... haçan... zolaq... 
 
Yol gözətçisi qalın məftilli hərləngəci fırlatmağa başladı, şlaqba-um 
yuxarı qalxdı. 
 
Hər iki tərəfdə dayanmış maşınlar irəli cumdu. Zaur “Moskviç”i qabarıq 
relslər üstündən ehmallıca keçirdi. Maşınsız yola çıxıb sürəti artırdı. Külək 
pəncərələrdən içəri doldu. 
 
Təhminə: 
 
  Üçüncü!  -  dedi.  -  Fikir  verdin?  Yaxşı  sözdür,  hə?  Bayaqdan  bə-ri 
fıkirləşirəm. Bundan yaxşı söz tapmaq çətindir, hə? Nə qədər məna var bu 
sözdə? 
 
  Hansı sözdə? 
 
Suala cavab vermədi. 
 
  Həyatm mənası da elə budur da! 
 
  Xeyir  ola,  yenə həyatın mənasından dəm  vurursan?  Yoxsa,  sənin  də 
könlünə fılosofluq düşüb? 
  Bəs, nə bilirdin? Bilmirsən ki, mən filosofam, diplomum da var hətta? 
Fəlsəfə fakültəsini qurtarmışam. 
 
  Yox əşi... Yatsam yuxuma da girməzdi. 
 
  Sən ki yuxu görmürsən. 
 
  Görsəm də, görməsəm də, hər halda heç təsəw ür eləyə bilməz-dim ki, 
sən fılosofsan. 
  Niyə? Fəlsəfə hara, mənim kimi yelbeyin hara, hə? 
 
  Yox, mən elə demək istəmirdim. Amma, ümumiyyətlə, mənə elə gəlir 
ki, fəlsəfə arvad işi deyil. 
  Yox, əzizim, əsil elə arvad işidir. İntəhası kişilər fəlsəfəni kitab-lardan 
çıxarırlar, arvadlar  qarmlarından.  Bağışla a,  deyəsən  bir az  ko-bud  çıxdı... 
Xətrinə dəymədi ki... Sən geofakı qurtarmısan da? 
 
  Bəli. 
 
  Diamat keçmisən? 
 
  Keçmişom. 
 
  Bilirsən tezis, antitezis, sintez nədir? 
 
  Məni imtahan eləyəcəksən? 
 
  Yox,  bir  fıkir  ver.  Birinci  tezis,  həmi?  İkinci,  onun  əksi  antitezis. 
Üçüncü ikisinin sintezi, hə? 
  Yaxşı, nə olsun? 
 
  O  olsun  ki,  bax,  uşaq  da  üçüncüdür  -  sintez.  Qadm  tezisdir.  Kişi 
antitezis. Uşaq sintez. Bax, mən tezisəm, sən antitezissən... - qəfilcən susub 
dayandı. 
 
Zaur:  “İşə  düşmədik,  -  deyə  düşündü,  -  heç  bilməzdim  ki,  belə  səf-
tərəngidir. Sən tezis, mən antitezis, uşaq sintez. Bircə uşaq çatmırdı...” 
 
  Heç fikirləşmisən ki, dinin də, fəlsəfənin də, cürbəcür etiqadla-rm da 
osasmda üç rəqomi var? Çünki həyat elə bu üçlük deməkdir. Üçüncü - uşaq 
deıuəkdir, noticə, çıxış, yol, məna, məntiq deməkdir. Son deməkdir. Bolko 
elə  ona  görə  do  uşağı  olmayan  adama  sonsuz  deyirlər.  Sonsuz!  Dəhşotli 
sözdür, eləmi? 
 
  Yaxşı,  bu  qodor  “uşaq,  uşaq”  deyirsən,  bəs,  özünün  niyo  uşağın 
yoxdur? 
Mənim? Ha, ha, ha. Mənim ha? Əzizim, bütün bu dediklorim no-zəri 
mülahizəlordir. Dəliyəm ki, uşağım olsun? Dünya beş gündür, ozizim, goz, 
dolan, kefini çək. 
 
  Manaf da belo deyir? 
 
  Manaf?  Yox,  Manaf  yəqin  istəyir.  Kişilərə  nə  var  ki?  Onlara  nə 
əziyyot  düşür?  Amma,  bəs,  mən  yazıq  deyilom  ki,  cavan  ömrümü  uşağın 
cığ-vığında  çüriidüm?  Yox,  əzizim,  uşaq  saxlamaq,  böyütmok  mənim 
tobiotdo  adamçün  deyil.  Odur  qonşumuzda  bir  arvad  var,  Mə-dino. 
Görürom do, uşaq dığ eioyib onu, canını boğazma yığıb. İndi üç yaşındadır. 
Arvada göz verir, işıq vermir. Əri də yazığı atıb gedib. 
 
Atıb gcdib? 
 
Ho.  Elə  birinci  il.  Uşaq  olandan  altı  ay  sonra.  Bir  yandan  na-
mordlikdir, bir yandan baxanda da, yazıq başını götürüb qaçıb. Uşaq aman 
vermirdi ki... Sutkada 24 saat ağlayırdı. 
 
Aralığa  yenə  sükut  çökdü.  Dəniz  hələ  görünmürdü.  Amma  elə  bil 
nofəsi, havası, iyi duyulurdu. 
  Uşaq olmamışdan kişi lap Mədinəni divara çıxardırmış ki, bəs, uşaq 
istoyirom. Sonra bir gün Mədinə deyib ki, hamiləyəm. Kişinin az 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə