SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə22/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   18   19   20   21   22   23   24   25   ...   104

 
qalıb  ürəyi  getsin.  Başlayıb  şadhğma  şitlik  eləməyə.  Səhərisi  gün  qo-yun 
kəsdirib. Mədino deyir ki, doqquz ay başıma pərvanə kimi dolan-dı. Deyir, 
gəlib qulağım qoyardı qamıma, qulaq asardı, görsün nə eşi-dir; uşaq hərəkət 
eləyir,  yoxsa  yox.  Diqqətlə,  deyir,  qulaq  asırdı,  də-qiqələrlə.  Lap  saatsaz 
saata qulaq asan kimi, - adəti üzrə yenə qəfılc-ən susdu, söhbətini yarımçıq 
kəsdi. Baxışları yenə də maşmın gü-zgüsündə toqquşdu. Təhminənin gözləri 
uzaqlaşmışdı.  Harasa  çox-çox  aralı  bir  aləmə  çəkilmişdi.  Susması  kimi 
yenidən danışmağa baş-laması da qəfıl, gözlənilməz oldu, - axı mənim atam 
saatsaz idi. Ya-dımdadır, xarab saatları gətirərdi. Düzəldərdi, sonra qulağına 
qoyub dinlərdi. Tam dəqiq işləyib-işləmədiyini səsiylə təyin edərdi. Bax, o 
kişi  də  arvadımn  qarnma  belə  qulaq  asarmış.  Bir  kinoda  görmüşəm, 
kəndçilər  də  torpağa  elə  qulaq  asırlar.  Gördüm,  lap  atam  yadıma  düşdü. 
Geoloqlar  da  bəzən  yerə  qulaqlarmı  qoyurlar.  Düzdür,  hə,  axı,  sən 
geoloqsan? 
 
  Hə, düzdür. 
 
  Yaxşı, bəs geoloq dağda-daşda olar, sən nəşriyyatda niyə iş-ləyirsən? 
 
  Bu, uzun söhbətdir. Sonra damşaram... Deməli, kişi arvadmm 
 
qamına qulaq asıb-asıb, nə eşidibsə qaçıb gedib. 
 
  Yox, uşaq olandan altı ay sonra getdi. Dedim ki, bayaq sənə. İndi 
dənizin nəfəsi, havası lap aydın duyulurdu. 
 
  Bilirsən, Mədinə damşır ki, hamilə vaxtı adam içəridən uşağın istisini 
hiss edir... Elə bil qamında soba gəzdirirsən. 
Zaur: 
 
  Personalnaya peredvijnaya peç, - dedi, - zapas batarei 9 mesyat- 
 
sev. 
 
  Gülmə. Gör bir sənə bu gün nə qədər bilik verdim. 
 
  Xüsusilə ginekologiya  -  mamaçalıq  cəhətdən.  Sabahdan rahat  gedib 
doğum evində işləyə bilərəm. 
Əlini uzadıb radionu qurdu. “Araz” proqramımn çağırtısı eşidildi. Sonra 
qadm diktorun səsi gəldi: 
  Danışır  Bakı!  Yerli  vaxtla  saat  17-dir.  Son  xəbərlər.  Nyu-York. 
Birləşmiş Millətlər Təşkilatımn təhlükəsizlik şurası səhər iclasında... 
Təhminə əlini uzadıb radionu keçirdi. 
 
  Bilirsən,  mən  həmişə  nə  fıkirləşirəm.  Amma  gülmə.  Bax,  uşaq 
dünyaya gələn kimi ağlayır. Hə? Görəsən bəs ana bətnində də ağlayır? 
Zaur cavab vcrmədi. Çönüb Təhminəyə baxdı, başını buladı. 
Təhminə hırıldadı: 
 
  Təsəvviir eləyirsən? Küçədə arvad gedir, qamı bumunda. Öz qamını 
sığallayır, “ağlama, bala, - deyir, - ağlama, ağlama” - əlloriy-lə qulaqlarının 
ucunu dartdı, - Allah göstərməsin, - dedi, - Allah gös-tərməsin! 
 
  Olmaz keçəsən ayrı söhbətə? 
 
  Ayrı söhbətə? Yaxşı, bu saat sənə gülməli şey danışacam. M ə-dinə 
ərindən aynlandan sonra... 
  Yenə Mədinə? 
 
  Yox,  dayan,  indi  ayrı  şey  danışıram.  Kişi  Mədınədən  ayrılanda, 
deməli,  otaqları  böldülər.  Biri  qaldı  Mədinəyə,  biri  -  kişiyə.  Sonra  ki-şi 
dəyişdi, amma bir müddət qonşu oldular. Hə, Mədinə danışır, deyir bir gün 
Rafıqi  yatızdırmışam,  yaydı,  çıxmışam  şüşəbəndə,  oxuyuram  özüm  üçün. 
Yaman deyib-gülon, çalıb-oynayan arvaddır. Ölmüşiin yaxşı da sosi var. Hə 
deyir, oxuyuram, o mahnı var e, “Ətrini yastığın-dan alıram, sənsiz?” Bəli, 
oxuyuram,  getmişəm  özümə,  bir  do  görü-rom  o  biri  otaqda  kişi  pohopəh 
bərk boğazım arıtlayır. Dayandım, fı-kirləşdim, dcdim ağrım ürəyino, sonra 
clə bilər onunçün oxuyuram, onun ətrini yastığından alıram. Külbaş homişə 
tənbəki iyi vcrərdi. Ay sən öləson, dedim, yalansa səni görüm torpaq sondən 
hündiir olsun! Nə uzadım, deyir, getdiın, cvdo nə ki balış vardı, haınısının 
üziinü  çı-xartdım,  yudum,  sordim  eyvandan,  lap  qapısınuı ağ/.ından.  Niyo 
gülmürsən, gülmoli dcyil? 
 
  Əcob arsız arvaddır! 
 
  Yamanca  arsızdır.  Görürsən  deyir  ərindon,  kişini  yaş  yuyur,  qu-ru 
sərir,  söyür,  no  bilim  qarğayır,  ağlayır,  sonra  başlayır  oğlunu  öp-məyə, 
dişlomoyo,  deyir  qurban  olum  buna,  or  noyimo  lazımdır,  atam  da  budur, 
qardaşım da, ərim də. Bir də görürsən gözlərinin yaşı quru-mamış götürdü 
uşağı, düşdü ortalığa, başladı süzüb oynamağa. 
 
Zaur: 
 
  Bu da doniz, - dedi. 
 
Holə  çokilib  bitirilməmiş  rəsm  kimi  idi  dəniz.  Elə  bil  rəssam  ko-tana 
yalnız  bir  neçə  cizgi  çəkmişdi  -  sahilin  köbori,  iifüq  xətti,  nöqto-nöqtə 
qayalar. Vur-tut ikicə də rəngə əl atmışdı: maviyə, soma və do-niz üçün, bir 
də  sarıya,  sahil  qumları  üçün. Elə  bil  seyrək  kətanın  üstündə hələ  çəkiləsi 
çox şey vardı. Səmaya pərən-porən buludları, 


dənizə  köpüklü  dalğaları  əlavə  etmək  olardı.  Göydə  qağayılar  çəkm  ək 
olardı,  yerdə əlvan  köşklər,  suda ağ  yelkənlər.  Sahildə,  dənizdə  adam  - lar 
çəkmək  olardı.  Ancaq  hələ  heç  biri  çəkilməmişdi.  Nə  dalğalar  var-dı,  nə 
yelkənlər, nə qağayılar, nə də adamlar. 
  Bax, bu yol Pirşağıya gedir, ancaq sən bu yana burul, aha, bax be-lə, 
indi tut bu yolun ucundan, sür. Gedib mən deyən yerə çıxacaqsan. 
 
Maşın torpaq yolla atılıb-düşməyə başladı. 
 
  Hələ çox gedəcəyik? 
 
  Gəlib çatdıq. Saxla. 
 
Dişdəm-dişdəm  qayalar  bu  plyajı  sahilin  o  biri  sahələrindən  ayı-rırdı. 
Bura lap xəlvət yer idi. Təpə tənha. Torpaq yol da gəlib qumlar-da itirdi. 
 
Maşını  saxlayıb  qumluğa  düşdülər.  Təhminə  ayaqqabılarım  çıxa-rıb 
əlinə götürdü. Ayaqlarında narm qumlarm xoş qıdığım duyanda elə bil vaxt 
uzaqlarmda  qalmış  qərib  bir  diyara  -  uşaqlıq  diyarına  düşdü.  Boğazmda 
qəhərlənən  ilıq,  sentimental  bir  dalğadan  boğulacağmdan  qorxaraq,  dərhal 
özünü ələ aldı, bütün oyanan, baş qaldıran xatirələri süpürüb atdı. 
 
  Çantam bəri ver, - dedi. Arxa pəncərənin qabağında fotoaparatı görüb 
bu mövzudan yapışdı. Uşaqlıq diyarından qaçdı. 
  Sən foto çəkirsən? 
 
  Hərdən-birdən. Aparat çoxdan yadımdan çıxıb maşmda qalıb. 
 
  Götür, şəklimi çəkərsən. 
 
“Yox, əzizim, keçəl suya gedən deyil, - deyə Zaur düşündü - Zaur kişi 
lap sən deyən uşaq deyil, şəkil sənəddir. Mənim də belə-belə sə-nədlərdən 
xoşum gəlməz” . 
Ləpədöyənə çatdılar. Zaur əlini suya vurub: 
 
- Qiyamət sudur - dedi və soyunmağa başladı. 
 
Mis  kimi  qaralmış  bədəni  boynundan  topuqlarmacan  əzələ  idi.  Hər 
hərəkətində  əzələlər  oynayırdı.  O  özü  də  bu  əzələ  oyunundan  və  oyu-nun 
yaratdığı mənzərədən həzz alırdı. 
 
  Bəs niyə soyunmursan? 
 
  Mən hələ çimmirəm. 
 
  Niyə? 
 
  İstəmirəm. 
 
Elə  qəti  səslə  dedi  ki,  Zaur  inad  eləmədi.  Əllərini  torpağa  qoyub,  iki 
dəfə mayallaq aşdı. Bir neçə kərə tullandı, əl-qol atdı. Sonra dəni-zə cumdu. 
 
Bayaqdan  bəri  gözlərini  ondan  çəkməyən  Təhminə  paltarını  so-
yunmadan dənizin içinə girdi, su dizinə qalxanacan irəlilədi. 
 
Zaur bir-iki dəfə suya baş vurdu. Həftənin, işin, yolun ağırlığı qat-qat, 
qabıq-qabıq  canından  çıxırdı.  Suyun  üzdə  yuxu  kimi  ilıq,  dərində  soyuq 
axım  dərisini  oxşayır,  əzelələrinin  gərginliyini  boşaldır,  əsəb-lərini 
sakitləşdirirdi.  Nənəsinin  sözü  yadına  düşdü.  “Xalçanı  yatımına  görə 
sığallayarlar”  .  Elə  bil  dəniz  onu  yatımına  görə  sığallayır,  oxşay-ır, 
dincəldirdi. 
 
Üzüb uzaqlara getdi, sahil kiçildi, maşın sarı fonda yaşıl ləkəyə çevrildi. 
Təhminə görünməz oldu. Su boy vermədi. Dənizin əzəmətli hüdudsuzluğu, 
ləpəsiz  hamarı,  dəniz  sakitliyinin  baş  gicəlləndirən  ahəngi  bir  an  vahimə 
kimi onu basdı, eyməndirdi. 
 
Lakin  dərhal  özünü  topladı.  Uzun  illərin idman  məşqlərini,  üzgüçülük 
məharətini  xatırlayıb  rahatlaşdı,  toxtadı.  Bildi  ki,  bu  hiss,  su  boy 
vermədiyindən,  bir  də  dənizin  aram  ləngərindən  oyanır.  Qollarım  açdı, 
dənizin üzündə xaçvarı uzandı. Göyü gördü. Hardansa gəlib ke-çən seyrək 
buludlara baxdı. 
 
Təhminəni  düşündü.  Onun  qənirsiz  gözəlliyini,  boyalı  dodaqlarım, 
sürməli  gözlərini,  uzun  ayaqlarını.  Gülüşündəki,  səsindəki,  qoxusun-dakı 
qadın  cazibəsini.  Xasiyyətindəki  qəribəliyi,  pərakəndəliyi,  söz-söhbətinin 
dağtnıq məntiqsizliyini... 
 
İstədiyi  və  isindiyi  başqa  qadınları  xatırladı  və  etiraf  etdi ki, həlo  heç 
birisi onu bu dərocədə cəzb etməyib. Sövqi-təbii, ancaq qəti bir arxayınlıqla 
bilirdi ki, özü də Təhminənin xoşuna gəlir. “Yaxşı, bəs, beləysə, biz sadəcə, 
bir-birimizin  ola  bilmərikmi?  Bəs  nə  üçün  bu  to-bii,  insani  istoyə  mütləq 
cürbəcür  don  geyindirmək  lazımdır  -  nə  bi-lim  hiss,  duyğu,  mohəbbət, 
intizar, nə bilim daha nə cür təmtəraqlı, boş-boş bekara sözlər. Nə üçün, axı 
nə  üçün  bu  qədər  yersiz  hədor,  havayı  söz  demok  lazımdır?  Nə  üçün  bu 
qədər  danışmaq  lazımdır?  Əgər  biz  hər  ikimiz  bunu  istəyiriksə,  bu 
olmalıdırsa,  mütləq  olacaqsa,  bütiin  bu  sözlər,  nə  mənim,  nə  də  onun 
inanmadığı  sözlər,  duymadan,  istəmədən  kimo  lazımdır?  Mənə  yox,  ona 
yox. Bəs kimə? Burada biz-dən başqa kim var ki? Heç kəs... Ancaq yenə də 
nə mənə, nə də ona lazım olan sözlər deyilməlidir, sanki burda kimsə, başqa 
bir  görünməz  var,  onun  xatirinə,  onun  başını  tovlamaq  üçün.  Nə  qəribə! 
Bəlkə bu da bir dəbdir, adət-ənənədir? 
 
0 , Təhminənin bütün yoldakı danışıqlarını da bax elə bu dəbin 
nömrələri sayırdı. Gərək mütləq əvvəl-əvvəl o yandan-bu yandan, 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə