SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə24/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   20   21   22   23   24   25   26   27   ...   104

itdi. Üç gündən sonra gəldi ki, bəs ölüb qurtarmışam. Doğrudan da üç günün 
içində gədənin ordu orduna yapışmışdı, gözləri düşmüşdü çu-xura. Dedi ki, 
mənim üçün daha heç bir şeyin dəxli yoxdur. Qəbulum-san. Elə günü bu gün 
gedək ZAQS-a. Dedim xeyr, əvvəlcə şərtimi bil. Heç vaxt o adam haqqında 
nə m əndən bir şey soruşacaqsan, nə də ay-rı yerdən bilməyə  çalışacaqsan. 
Bu  bir.  Heç  vaxt  üzümə  vurmayacaq-san...  -  Sən  nə  danışırsan,  -  dedi.  - 
Əlbəttə. Daha bu barədə danışma-dıq. İki gündən sonra getdik ZAQS-a. 
 
Toyumuz axşamı baxdım ona,  yazığım gəldi. Gördüm çox sınıqdı. Bir 
gözü gülür, biri ağlayır. Dedim, bilirsən nə var, şərtimiz şərt yerin-də. Amma 
qoy sənə deyim: həmin o adam mənim nişanlım idi. Toyu-muz bir həftədən 
sonra  olacaqdı.  Amma...  uşaqlıq  elədik...  bilirsən  də,  olanda  olur... 
axmaqlıq...  Toyumuza  iki  gün  qalmış  getdi  dənizdə  bat-dı.  Vallah,  elə  bil 
dünyam  Manafa  bağışladılar.  Az  qala  ayağıma  yıxı-lıb  ağlayacaqdı.  Ay 
Allah, kişilər nə yaman axmaq olur! 
 
Təhminə  danışır,  danışırdı.  Zaur  onun  səsini  eşidir,  ancaq  sözləri-ni 
qavramırdı.  O,  arxası  üstə  uzamb  ulduzlara  baxırdı,  saçlarmda  qum-ların 
gecə  nəmliyini  -  torpağm  tərini  duyurdu.  Uzaq  ulduzlara  baxır,  dənizin 
xışıltısını, Təhminənin səsini eşidir və Məmməd Nəsirin çox sevdiyi və tez-
tez təkrar etdiyi bir fıkri xatırlayırdı. Düz deyir Məm-məd Nəsir, dünyada ən 
gözəl  səfər  içki  şüşəsinin  boğazından  dibinə  etdiyin  səfərdir.  Bu  səfərə 
ikimiz çıxmışıq. Gəlib çatmışıq lap şüşənin dibinə. Dibinə lap az qalır. İndi 
başqa bir aləmdəyik. İsti, mehriban, xoş, içki şüşəsinin dibi kimi kədərli bir 
aləmdə...  xoş  hara,  kədərli  ha-ra?  Eh,  aləm  başımda  qatışıb!  Təhminə! 
Təhminə! 
 
Təhminə  də  düşünürdü.  Danışa-danışa  düşünürdü.  İçməklə  yox, 
keçmişiylə  sərxoşdu.  Elə  bil  uzaq  günləri  içib  dəm  olmuşdu.  Danışıq-ları 
qarmaq  kimi  keçmişə  ilişir,  illər,  aylar  arxasında  qalmış  xatirələri  çəkib 
çıxarırdı. Təhminə düşünürdü ki, adam heç vaxt qəlbən, ya zeh-nən, fıkirlə, 
ya  hisslə  bəxtiyar  olmur.  Bəxtiyarlıq  ancaq  keçəri  duyum-ların 
təsadüflüyüdür. Unudulmuş bir qorxunun, bir səsin, sözün, toxu-nuşun qəfıl 
külək kimi yaddaşa qayıtması... 
 
Təhminə xoşbəxt olduğu anlar haqqında düşünürdü, bu anlar o qə-dər 
tələsik,  keçəyən,  ötəyən  idilər  ki,  onların  xatirələrini  də  beyində  ay-dın 
canlandırmaq  olmurdu.  İllah  da  içkiylə  dumanlanmış  beyində.  Anc-aq  bir 
neçə cizgi, boya... yay gecəsi, Pirşağı bağı, gecə, ulduzlu göy... 
 
Təhminə lap balacadır. Nənəsiylə axşamdan yatıb. Gecə səslərə oyamr, 
qatmaqarışıq səslər eşidir, adamların kim olduqlarını təyin edə 
 
bilmir, ancaq bilir ki, qohum-qardaşdır, şəhərdən qonaq gəliblər. De-məli, 
səhər  hamısı  dənizə  gedəcək.  Sevincli  bir  hiss  qəlbini  bürüyür.  Yenidən 
yuxu onu çəkib aparır... 
 
...Hər gün düz saat on iki radələrində dənizin üfüq xəttində təyya-rələr 
görünür.  Dənizin  üstüylə  ucadan  uçurlar.  Paraşüt  buraxırlar.  Ağ-appaq 
paraşütlər  qönçə  kimi  açılır,  çiçək-çiçək  mavi  dənizə tökülür.  Nənəsi hələ 
sağdır. 
 
...Sahil...  Güclü  xəzri.  Atasıyla  qayanın  üstündə  dayanıblar.  Atası-nın 
qıçına sığmıb. Dəniz dalğalarmı bayraq kimi qaldırıb. Dəniz nümayiş kimi 
üstlərinə gəlir. 
 
“Səni gördüm. İllərlə səni görməyə bilərəm. Təki biləm ki, sən varsan. 
Varlığmı uzaqdan-uzağa da duya bilərəm. Sahil kəndlərinin sakinləri dənizi 
görməsələr  də,  duyduqları  kimi.  Ancaq,  əzizim,  dəh-şət  odur  ki,  bir  gün 
gedib  görosən  dəniz  yox  olub”  .  -  Uzun  kişi  bar-maqları  Təhminənin  sağ 
əlinin bannaqlarmı bir-bir sığallayır, bir, iki, üç, dörd, beş. Sonsuz təəccüblə 
Təhminədən soruşur: əzizim, sonin beş barmağın varmış? 
 
Moskva.  Biz  Moskvaya  gələndə  may  bayramının  ərəfəsi  idi.  Ae-
rodromdan  şəhərə  gəlirdik.  Hor  yan  qırmızı  geymişdi.  Qırmızı  bayraq-lar, 
qınnızı şüarlar. Taksiylə morkəzə gəlirdik və hor dəqiqə işıqfor-ların qırmızı 
işığına büdrəyib dayanırdıq. 
 
Biz  Moskvadan  gcdondə  hor  yan  yaşıl  geyinmişdi.  Ağaclar,  otlar, 
sarmaşıqlı  eyvanlar.  İşıqforun  yaşıl  işıqları,  yaşıl  yarpaqlar  kimi,  yağışlı-
günəşli  küçolərə  -  aerodroma  tərof  yönələn  maşınımızın  tə-kərlori  altına 
sopolonmişdi. Hor dofə içən kimi Moskvadayam. Yağış yağır. Yay  yağışı. 
Göy guruldayır. Adamlar qaçışırlar. Yağış kosir. Ha-va açılır. 
 
Altıncı mortobodə bir ev. Pəncəro. Pəncorodə uzun, ağ, qırmızı, çəhrayı 
qladioluslar. 
Pirşağı. İlkindi çağı şohoro gcdon elektrik qatannm fıt sosi uzaqla-şır, 
itir...  Yayın  son  günü,  payızın  ilk  günü.  Sakit  qumlar.  Adamsızlaş-mış 
bağlar. Boş boz sahil. Boz teleqraf dirəkləri, arxayın bir sükut. Sossizlik... 
 
Moskva. İsti, yumşaq xalı döşənmiş otaq. Yarımçıq işıq. Çöldə çov-ğun, 
qar, külok. İçorido qazla yanan soba. Radioda uzaq, kəsik melo-diyalar. Öz 
aramını, sonunu tapa bilməyən sorgərdan bir melodiyanın yorğun, usanmış 
kədəri... Uzaq dənizlərin, təlatümlii okeanların ardın- 


 
dan  gələn,  çovğunlu,  boranlı  efırdə  gah  itən,  gah  eşidilən  bir  səs.  Ərəb 
qızının  yanıqlı  mahnısı.  Elə  bil  oxuyan,  gecə  özüdür.  Uzun,  qüssəli  Şərq 
gecəsi.  İçini  dolaşıb  keçə  kimi  isidən  konyak.  Ağ  yun  toxunma  köynəkli 
dünya gözəli. 
 
  Nədən  qorxursan,  dəli,  nədən  qorxursan? 
Təhminə hönkürüb ağlamağa başladı. 
Zaur  onu  ovutmaq  istədi. 
Təhminə: 
  Yaxşı,  ağlamıram,  heç,  keçər,  sən  fıkir  vermə,  -  dedi.  -  Sən  ar-
vadlarm göz yaşlarma çox da fıkir vermə, çox vaxt özümüz də bilmi-rik ki, 
niyə ağlayırıq. Gəl içək. 
 
Son qədəhi içdilər. 
 
  Zakuskamız da qurtarıb. 
 
Təhminə: 
 
- Odey, ayı görürsən? - dedi. - Konyaka ən əla zakuskadır. Sən sağ 
tərəfmi dişlə, sol tərəfini m ənə saxla. 
 
İçdilər. Hərəsi ayın bir tərəfındən dişlədi. Təhminə: doymadıq, - dedi, - 
gəl ulduzlardan plov bişirək, yeyək. 
 
Göyü dənizin üstünə tutub ulduzları süzdiilər. Bişirdilər, yedilər. 
Təhminə Zaurun üstünə qum səpməyə başladı: 
 
  Gəl  səni  qumda  basdırım. 
Zaur: 
  Cavanam,-  dedi,  —yazığam.  Anamı  ağlar  qoyma.  İndidən  niyə 
basdırırsan, hələ muradıma çatmamışam. 
 
Sonra yadma bir əhvalat düşdü. Təhminəyə danışdı. 
 
Bir  dəfə  ər-arvad  axşam  tərəfi  plyaja  çimməyə  gedirlər.  Arvad 
xostəymiş, qum vannası qəbul edirmiş. Kişi basdırır a 
rvadı  boğazınacan  qumun  içinə,  bircə  başı  çöldə  qalır,  özü  də  ge-dir 
dənizə çimməyə. Hava bir az da qaralır. Arvad da qumun içində xumarlamr, 
mürgüləyir.  Qaranlıqda  plyajnan  səssiz,  işıqsız  gedən  bir  maşın  arvadın 
başını  görmür,  basıb  üstündən  keçir,  heç  xəbəri  də  ol-mur.  Kişi  dənizdən 
çıxıb görür ki, arvadı, bəli, xurd-xəşil olub ölüb. Az qala dəli olur, deyir öz 
əlimlə torpağa basdırdım. 
 
Zaur başını qaldırıb Təhminəni görmədi. Ora-bura boylandı, qay-alara, 
sahilə, dənizə, göylərə baxdı. 
Göyə  təzə  ay  çıxmışdı,  təzə  ulduzlar  düzmüşdülər.  Ay  işığında 
qayaların kölgələri daha da uzanmışdı. Sarı qumlar gümüşə çalırdı. Ay 
dənizə saldığı yolu pul-pul döşəmişdi. Bir səs, hənirti duyulmurdu. Bir an 
Zauru soyuq vahimə basdı. 
 
Dəniz uğuldayır, uğuldayırdı. Qumlar ürpərir, ürpərirdi. 
Təhminə qeyb olmuşdu. 
 
Zaur  durub  üstündən  qumu  çırpdı,  ora-bura  qaçdı.  Qayaların  la-
ğımlarına baxdı. Birdən dəniz tərəfdən hənirti eşitdi. Dönüb baxdı. Elə bildi 
yuxu görür. 
 
Dənizdən  çıl-çılpaq  bir  qadın  çıxırdı.  Elə  bil  ay  işığından  heykəl 
düzəltmişdilər. 
 
Lap  yaxına  gələndə  Zaur  onun  soyuqdan  titrədiyini  gördü.  Bir  an 
içərisində  onu  qolları  arasına  aldı.  Qucağına  qaldırdı.  Qayaların  altına 
apardı. 
 
Təhminə: 
 
- Sə'ni istəyirəm, səninəm, - deyə odlu-odlu pıçıldayırdı. - Sən-dən uşaq 
istəyirəm. 
 
Zaur  hər  şeyi  -  özünə  çoxdan  aydınlaşdırdığı,  qəbul  etdiyi  davra-nış 
qanunlarmı  da,  bütün  qadağaları,  xəbərdarhqları,  məsləhətləri,  tövsiyələri, 
bütün ehtiyatlarını unutdu. Hər şeyi unutdu. 
 
Bir  an  onun  bütün  varlığı,  məni,  keçmişdi,  indisi,  gələcəyi,  atası-nın 
maşını,  anasımn  şəhərdə  qalmaq,  nəşriyyatda  işləmək  təkidi,  bütün  keçən 
sərgüzəştləri,  bığlarına  hopmuş  bütün  qadın  öpüşlərinin  ətri,  yağış  altında 
gözləmələri,  xəlvəti  telefon-avtomat  söhbətləri,  duyduğu  bütün  qoxular, 
eşitdiyi  bütün  nəğmələr,  oxuduğu  bütün  ki-tablar,  ona  gülümsünon  bütün 
gözlər, içinə dik baxa bilmədiyi başqa gözlər, uşaqlıq dəcəllikləri, yetkinlik 
çağının  həvəsləri,  idman  yarışla-rı,  institut  həyatı,  məşqlər,  səfərlər, 
leksiyalar və imtahanlar, maşın sürmək ehtirası, yaddaşındakı bütün sözlər, 
adlar,  telefon  nömrələri,  damarındakı  bütün  dadlar,  çəkdiyi  cürbəcür 
siqaretlər,  qulağındakı  səslər,  bu  gün,  dünən,  bu  axşam,  bu  gecə,  dənizin 
səsi, ay, burdakı ul-duzlar - hər şey, hər şey yığılıb, bir vəhdətə çevrilmişdi. 
İstək,  ehtiras, həyəcan  dolu,  gözləyən,  tələsən,  axtaran  bir vəhdotə.  Və  bu 
vəhdət başqa bir möcüzəyə, qaranlıq, gizli, dar vəhdətə qovuşmalı idi. Başqa 
bir  insanın  bütün  həyatını,  keçmişini,  indisini,  gələcəyini,  fikrini,  qəl-bini, 
kədərini, ümidini, sevincini, aldanışlarım, bezarlığmı, onun - Za-urun heç bir 
zaman bilmədiyi və bilə bilməyəcəyi mübhəm bir aləmi özündə cəmləşdirən 
vəhdətə qovuşmalı idi, qovuşurdu... 
 
Zaur Təhminənin üzünü, saçlarmı, iztirablı gülüşünü qumların ha-
şiyəsində görürdü. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə