SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə18/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   14   15   16   17   18   19   20   21   ...   104

qala  işdən  qovacaqdılar.  Qoymadım.  Durdum  dedim,  atacaqsınız  bay-ıra, 
neyləyəcək?  Bayıra  atmaq  asandır.  Gəlin  bir  məsləhət  eləyək,  qo-lundan 
tutaq,  kömək  eləyək.  Köhnə  işçidir,  idarənin  veteranıdır.  Sa-vadlı 
korrektordur. Hələ siz cavanlar ondan çox şey öyrənə bilərsiniz. Bilirsiniz də 
professor, cavanlardır, odlu-odlu danışırlar, elə bilirlər hamıdan ağıllıdırlar. 
Deyirəm  onlara  ki,  biz  sizin  yaşda  olmuşuq,  am-ma  siz  hələ  bizim  yaşa 
çatmamışsınız. Odur ki, siz biləni biz çoxdan bilirik, amma biz biləni siz hələ 
bilmirsiniz. Uzun sözün qısası, saxlat-dım Məmməd Nəsiri. Sizi də köməyə 
çağırdım.  Dedim  bəs  professor  da  eşitsə,  bizdən  inciyər,  axı,  M  əmm  əd 
Nəsiri bura işə o götürüb. 
 
Nə isə, əziz professor. Sizə xeyli başağrısı verdim. Ancaq Sizə bir işim 
də düşüb. Bilirəm, indi Sizin yerinizə başqa adam olsaydı, düşünə bilərdi ki, 
hə,  işin  düşüb,  elə  məktubu  da  onunçün  yazmısan.  Ancaq  mən  sizin 
qəlbinizin  genişliyinə  bələdəm,  bilirəm  ki,  belə  dar  fıkirlə-rə  düşməzsiniz. 
Hər  halda,  mənim  haqqımda  belə  düşünməzsiniz.  M  əsəle  ondadır  ki,  biz 
burada  “Tarixi  şexsiyyətlər”  seriyası  buraxmaq  haqqmda  təşəbbüs  irəli 
sürmüşük və prinsipial razılıq almışıq. İndi bu məsələnin təsdiqini Moskvada 
bir  az  tələsdirmək  lazımdır.  Mən  özüm  bu  iş  üçün  Moskvaya  gəlmək 
istəyirdim. Ancaq sonra fıkirləşdim ki, heç kəs bu işə Sizin kimi kömək edə 
bilməz.  Sizin  orada necə  böyük  nüfuza malik  olduğunuzu yaxşı  bilirəm  və 
odur ki, Sizdən artıq dərəc-ədə xahiş edirəm, bu işə himayədarlıq edin. Əgər 
prinsip  etibarilə  razısmızsa,  konkret  m  əsələlər  barəsində  Sizə  yeni  bir 
məktub yaza-ram: 
 
Ayrı elə bir yenilik yoxdur. Bizim Aqil bu il orta məktəbi qızıl me-dalla 
bitirib. Meyili də Moskvayadır. Ali məktəbi orda oxumaq istəy-ir. Deyirəm, 
elə  bilirsən  asandır  Moskvada  imtahan  verib  ali  məktəbə  qəbul  olunmaq? 
Amma  heç  bir  şey  eşitmək  istəmir.  Hələ  özü  də  bil-mir  hansı  sahəyə 
gedəcək. Bəlkə Siz bir məsləhət verəsiniz. Nə isə... 
 
bu da bir problemdir. 
 
Hörmetli professor. Cavabmızı səbirsizliklə gözləyirəm. Daha böyük bir 
intizarla Sizin özünüzü burada gözləyirik. 
 
Dərin hörmət hissiylə Dadaş 5 
iyun 1965 
 
ÜÇÜNCÜ 
 
Siqareti siqaretə calayırdı: “Əgərdolamaq istəyirmişsə, çox məna-sız 
zarafatdır”. 
“Bəlkə bağın o biri tərəfıni deyib? Yox, orda maşm saxlamaq qa-
dağandır. Sol tərəfı dedi. Sol tərəf buradır da” . 
 
Zaur maşının saatına bir də baxdı, sonra qol saatına baxdı. Sözləş-dikləri 
vaxtdan düz 45 deqiqə keçirdi. 
 
“On  beş  dəqiqə  də  gözləyim.  Olsun  bir  saat.  Əgər  gecikirsə,  bir  saat 
bəsidir.  Ondan  artıq  mən  heç  Bricit  Bardonu  da  gözləmərəm.  Yox,  egər 
mənimlə  zarafat  eləmək  fıkrinə  düşübsə,  nə  olar,  heç  eyib  etməz,  mən  də 
papaq altında qalan oğlanlardan deyiləm” . 
 
Yeddi dəqiqə də keçdi. 
 
Son siqareti damağına qoydu. Boşalmış qutunu xışmalayıb ovcun-da 
əzdi, tuşlayıb səkidəki zibil qutusuna atdı. 
 
Maşının gözünü açıb təzə qutu götürdü, cibinə qoydu, rulu tumar-
lamağa başladı. 
 
Lap qulağınm dibində səs eşitdi: 
 
- Bağışla, deyəsən, bir az gecikmişəm. 
 
Bayaqdan bəri bu səsi gözləyirdisə də diksindi, qanrılıb baxdı. 
Təhminənin qınnızı paltarınm ağ düymə cərgəsini gördü. 
 
- Zərər yoxdur, 
dedi, - keç bu tərəfə. 
 
Qapını açdı. Tohmino içəri keçdi, əlindəki iri ala-bula çantanı Zaura 
uzatdı. 
 
Zaur: 
 
- Ver çantanı bura, - dedi, - arxaya qoyum. No yığmısan bura bir belə?.. 
 
- Heç, bir az yemək götürmüşəm. 
 
Zaur maşını işə saldı, hərəkətə gətirdi... 
 
- Yemək? Yemək neyləyirsən, evdə yeyəydin də, - üzünü Təhmi-nəyə 
tərəf çevirib bığaltı gülümsündü, - iki saata qayıdarıq da... 
Təhminə maşının güzgüsünü üzünə tuşlayıb, saçlarmı düzoldirdi. 
 
  Yeməyinə yemişəm. Dedim birdən yubandıq. Acsaq... 
 
  Aa... belə de, - mənalı-mənalı Təhminəni süzdü. “Pah atonnan! 
 
  deyə düşündü, - gör dünyamn nə günüdür?! Yad kişiylə plyaja ge-dir. Özü 
də bilir niyə gedir, amma tədarükünü də yaddan çıxarmır. 


 
Qamının da qeydinə qalır. Bəli, XX əsrdir, Zaur kişi. Romantika vax-tı 
çoxdan keçib” . 
 
  Hansı tərəfə gedək? - deyə Təhminədən soruşdu. Təhminə dərhal: 
 
  Pirşağı  tərəfə,  -  dedi.  -  Pirşağıdan  da  o  tərəfə  bir  plyaj  var.  Yax-şı 
yerdir, sakit, adamsız... 
“Görünür, yaxşı bələddir.  Kişinin qızımn  əməlli-başlı  səriştəsi 
 
varmış. Kül başına, Manaf!” 
 
  Uşaqlıqda  Pirşağıda  bağımız  vardı.  Atam  sağ  olanda.  Çimməyə 
həmişə o tərəfə gedərdik. Bir qiyamət qayalıq var orda... 
 
Səs-küylü,  adamlı küçələrdən  keçib  geniş  şoseyə  çıxdılar. Yol  ba-sırıq 
idi.  Şənbə  günü  axşama  doğru  elə  bil  bütün  şəhər  maşın-maşm,  avtobus-
avtobus  sahil  bağlarına  tərəf  axışırdı.  Maşınların  dal  şüşələri  bostam 
andırırdı: xiyar, qovun pomidor... 
 
Boy-buxunu, yaraşıqlı sifəti, idmançı inadı və başqa keyfıyyətləri Zauru 
erkən  kişiləşdirmişdi.  İyirmi  üç  yaşında  çox  şey  görmüşdü.  Təcrübədə 
kamilləşmiş fitri bir məharətlə hər növ, hər çeşidli qadınla söhbət sala bilir, 
söhbətdə  hər  şeyin  faizini,  dərəcesini,  məqamını  da  bilirdi.  Nə  dərəcədə 
qəlizdən  qırddatmaq,  neçə  faiz  yumor,  ikibaşlı  eyhamlar.  İncə  mətləblərə 
keçmək məqamını da duyurdu, incə söh-bətdə müvazinət saxlamaq ustalığı 
da  vardı.  Yeri  gəldikcə  gah  adam  üzünə  həyəcan  göstərir,  tutulur,  özünü 
itirir,  gah  da  adamma  görə  açıq-saçıq  danışırdı.  Təhminənin  özüylə  də 
küncdə-bucaqda müxtəlif çeşidli söhbətlərdən az eləməmişdi. 
 
Amma  bax  indi,  onun,  nağıllarda  demişkən,  arzu-kamına,  muradı-na 
çatmasına  lap  az  qalan  bir  zamanda,  onu  məqsədinə  doğru  saatda  80 
kilometr  sürətlə  aparan  bu  maşının  içində  gözlənilməz  bir  acizliklə 
damşmağa  söz  tapmırdı.  Bilmirdi  nədən  başlasın,  hansı  səmtdən  gəl-sin. 
Təhminə də susmuşdu. 
 
Birdən Zaurun yadına Məmməd Nəsir düşdü. 
 
  Nə olub, niyə gülürsən? 
 
  Heç  əşi,  yadıma  düşdü  bir  şey.  Bayaq  qayıtmışam  idarəyə,  bir  də 
gördüm... 
 
Məmməd Nəsirin öz-özüylə nərd oynamasını yerli-yataqlı danış-dı. 
Deyəsən, əhvalatın duzu Təhminəyə çatmadı: 
 
  Bəyəm adam öz-özüylə nərd oynaya bilər? 
 
  Yox da elə mesəle ondadır. Heç kəsi tutub tovlaya bilməyib, odur ki, 
öz-özüynən oynayır. 
Təhminə: 
 
  Məmməd Nəsir çox qəribe tipdir, - dedi. 
 
  Əşi,  ayrı  aləmdir.  Keçon  yay  bunun  bacısı  qızı  universitetə  girir. 
Yəqin  içib  dəm  olub,  lovğalamb  ki,  bəs  mən  düzəldərəm.  Mənim  bir 
yoldaşım universitetdə işləyir, o danışır: deyir, görürəm bir gün bu Məmməd 
Nəsir dayanıb universitetin qabağında yetim quzu kimi büküb boynunu. İçəri 
buraxmırlar. Özü də bir balaca dəmdir. Bəs, qa-pıçıya dedim ki, burax onu, 
bilirsən bu kimdir? Böyük adamdır. Bu-raxdırdım onu içəri. Bacısı qızı da 
yanında imiş. Deyir içəri keçən ki-mi belini düzəltdi, yanındakı qızın elindən 
dartdı  birbaş  imtahan  veri-Iən  otağa.  Mən  də,  deyir,  düşdüm  bunların 
dalınca, görüm bu neylə-yəcək. Açdı, deyir, sinif qapısım, girdi içəri, bəli, 
imtahandır, uşaqlar oturub. Komissiya-filan. Komissiyada da bir Rəhim var, 
odur,  bir  de  Cavanşir  var,  köhnə  müəllimlərdəndir,  odur.  Bəli,  Məmməd 
Nəsir, deyir, kamal ədəblə bunlara salam verdi, dedi, bəs Cavanşir, məni ta- 
 
nıyırsan? - Bəli, tamyıram. - Çox əcəb, çox gözəl. Rəhim, sən necə? - Bəli, 
mən də tanıyıram, Məmməd Nəsir. - Çox əcəb. Bax bu mənim bacım qızıdır. 
Bildiniz də? Daha ayrı söz demirəm. Bacım qızı! Bildi-niz? - Bəli bildik. - 
Hə,  qızım,  keç  otur.  Xatircəm  ol.  Vəssalam!  Di  salamat  qalın,  -  deyib 
otaqdan  çıxıb,  bir  də  qayıdıb  ki,  bağışlayın  a,  siz  də  bağışlayın,  uşaqlar. 
Sonra çıxıb gedib, bacısıgildə basıb kəsib ki, bəs, sən arxayın ol, ürəyini buz 
kimi elə. Elə bil ki, qızın oturub universitetdə leksiyada. 
 
Maşm bol gediş-gəlişli şəhərbasardan çıxıb, getdikcə seyrəkləşən yolla 
irəliləyirdi. 
Susmuşdular. Bir azdan sonra Təhminə: 
 
  Yaxşı, nə olub, qəbul eləyiblər qızı? - deyə soruşdu. 
 
 Hardan qəbul eləyəcəklər? Tökülmüşdü. Kəsiblər gedib. 
 
  Niyə? 
 
  Necə  niyə?  Məmməd  Nəsirin  ağzına  baxan  kimdir?  Adamı  o  cür 
tapşırarlar? 
 
Təhminə: 
 
  Əlbəttə, - dedi, - tapşırmağın da öz ritualı, qayda-qanunları var. Necə 
deyərlər,  zəngin  adət-ənənələri.  Əvvəlcə  kənar  söhbətlər,  sizin  it  bizim 
ərsini apardı, o yandan, bu yandan, havalar xoş keçir, daha nə var, nə yox, 
sonra belə sözarası kiçik bir işarə, ehyam, arifsən, gərək başa düşəsən, sən 
mənim işimi düzəlt, biz də xəcalətdə qalmarıq, filan-peşməkan, əl-əli yuyar, 
əl də üzü... 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə