SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə16/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   12   13   14   15   16   17   18   19   ...   104

 
Məmməd Nəsir: 
 
- Bircə tas, - dedi, - sən mənim canım. 
 
  Ay kişi, dedim də, tələsirəm ... 
 
Məmməd Nəsir: 
 
  Yeddi dəfə orfoqrafıyanı dəyişdilər, - dedi. - Amma məni işdən xaric 
eləyə  bilmədilər. Hər dəfə qaydaları əzbərləyirəm . Qoy gəlsin sənin cavan 
korrektorların. Görək hansımız yaxşıyıq. Əski əlifbanı da bilirəm, latım da, 
indikini də. 
 
  Yaxşı, a kişi, burax qolumu... 
 
  Yox,  dayan,  sən  cavansan,  görməmisən.  Kişilər  vardı,  kişilər.  Kişi 
deyirəm e sənə. Kişi. Bax həmin bu yerdə Teymur Mahmudov məni tutdu. 
Deyir:  “Nə  olub,  Məmməd  Nəsir,  gözümə  bir  az  turş  dəy-irsən?”  Dedim: 
“Yox,  sağ  oluz,  yaxşıyam”. Eh  kişilər  vardı.  Hər  biri-si  bir  şiri-nər,  aslan, 
bəbir. 
 
Zaur qolunu qopardıb götürüldü. 
 
Məmməd Nəsir onun dalınca baxıb, baxıb, başım buladı. Öz-özüylə 
danışa-damşa pilləkəni enməyə başladı. 
 
- Deyirəm, əmim Türkiyəyə gedib, mənim nə təqsirim? Niyə daş eləyib 
ayağıma bağlayırsız... Deyirlər, yox, ot kökü üstə bitər. Deyi-rəm, əşi, o vaxt 
mən  uşaqdım.  Nikolay  vaxtı  çıxvb  gedib.  Özü  də  Əli-qulu  kişi  hardan 
mənim köküm oldu? Üzünü də görməmişəm. Deyir-lər yox ki, yox, yox oğlu 
yox. Niyə gizlətmisən ki, əmin xaricdədir? Çıxardırıq səni işdən. - Pilləkəni 
qalxan  qızlara  salam  verdi:  -  Salam-əleyküm,  xamm  qızlar,  hər  vaxtınız 
xeyir. - Qızlar pıqqıldayıb gülüş-dülər. Məmməd Nəsir onlara fıkir verməyib 
öz-özünə  damşmağmı  davam  etdirdi:  -  Çıxarırsız  çıxarın,  neynək.  İndi  də 
viqovor verirlər ki, içirsən. Eh, mənə nə var, bir həsirəm, bir Məmməd Nəsir. 
İçirəm, neçün ki, lazımdır. Yəhya, ay Yəhya, mən ölüm, gedək bir nərd ataq. 
 
  Yekə kişisən, get özünə iş tap. 
 
  Ay Cümşüd, sən atovun goru, mən nə dedim ki. Deyirəm, gedək nərd 
ataq, bəyəm bimərifət söz dedim? 
Yəhya: 
 
  Məmməd  Nəsir,  deyəsən,  yenə  o  söz,  -  dedi  və  çırtmayla  boğa-zma 
vurdu. 
  Ay bic xərəngə, - deyib Məmməd Nəsir göz vurdu. - Məmməd Nəsiri 
el içində xar eləmə. Açma sandığı, tökmə pambığı. 
Cümşüd: 
  Məmməd Nəsir, şöbə müdirisən, yoxsa, idarənin müdiri? - deyə xəbər 
aldı. 
 
  Hə?  Yox,  hələ  redaktoram,  ha,  ha,  ha...  Vur  bura,  mən  ölüm.  - 
Məmməd Nəsir otuz beş il idi bu idarədə korrektor işləyirdi. Amma deyirdi 
ki, üçüncü qədəhdən sonra oluram redaktor, beşincidən sonra şöbə müdiri, 
yeddincidən  sonra  idarənin müdiri.  Sonra  daha hesabı  iti-rirəm.  Ancaq  bir 
vaxt  görürəm  ki,  zamministrəm.  Sonra  ministr.  Sonra  Hindistan  padşahı. 
Sonra allah... 
 
  Deməli, redaktorsan? Nə əcəb bəs, belə az vurmusan. Bu gün ki, 
 
şənbədir. Əsil məqamdır. 
 
  Ay Cümşüd, bəlkə gedək bir nərd ataq? 
 
  Sabah, Məmməd Nəsir, sabah. 
 
Yəhyayla Cümşüd yarımçıq qalmış söhbətlərini davam etdirə-etdirə 
pilləkənlə düşməyə başladılar. 
 
- Bəli, indi Nemət olub gülməşəkər. Getmə gözümdən, gedərəm 
özümdən. 
 
- Əşi, dünən Dadaşla xosunlaşırdılar, mən bildim ki, işin içində iş 
 
var. 
 
Məmməd Nəsir: 
 
  Sabah bazardır, - deyə onların dalınca qışqırdı, amma cavab al-madı. 
Zümzümə eləyə-eləyə dəhlizlə getdi: 
  Bilsən nə qədər, sevgili canan, can alansan. 
 
  Xeyir ola, Məmməd Nəsir, yenə segah deyirsən? 
 
Az qala makinaçı Tavusla toqquşdu. 
 
Məmməd Nəsir: 
 
  Segah deyil, qızım, dilkeşdir, - dedi və sonra əlavə etdi, - ay sə-ni xoş 
gördük, ohvali-şərif? 
  Sağ ol, duaçıyam. 
 
  Çoxdandır gözüırıə dəymirsən? 
 
  Rayona getmişdim. Anama dəyməyə. Bizim tərəflərdə olmamı- 
 
san ki? Bir gözəl, səfalı yerlərdir, iki göz istəyir tamaşasına. Bu səfə-rimdən 
çox razı qaldım. 
 
Məmməd Nosir. 
 
  Ən yaxşı səfər... - deyə sözə başladı. 
 
  Bilirəm nə deyəcəksən. - Tavus onun sözünü ağzında qoydu, - 
 
ən yaxşı səfər şərab kuzəsinin boğazından dibinə səfər etməkdir. Yüz dəfə 
eşitmişəm. 


  Ay  sağ  ol.  Bu  yolu  ki,  keçirsən,  çatırsan  şüşənin  dibinə,  düşürsən 
cənnətə.  Bəli,  hurilər,  qılmanlar,  məlaikələr...  Ozləri  də  qələt  eləyir-lər, 
cənnətdə  “suxoy  zakon"zad  yoxdur.  İçki  bax  buracan  -  əlini  hul-qumuna 
dirəyib  elə  bil  mişarladı.  -  Bəli,  iki  saat,  üç  saat  olursan  cən-nətqradda. 
Yanmda da sənin kimi bir canalan canan. Bax, bir var can, bir var canan, bir 
də var canalan... 
 
Tavus: 
 
  Ala ey, - deyə iki əlini çətir kimi Məmməd Nəsirin başına tut-du, - ətin 
tökülsün, kişi, ətimizi tökdün. 
  Hə, cənnətdə ki bir az cövlan eləyirsən o yan-bu yana, sonra uzadırlar 
səni  xərəyə,  yəni  ki,  çarpayının  üstünə,  gətirirlər  obratnı  ge-ri.  Ayılıb 
görürsən bəli, yenə öz otağındasan ki, varsan, həmin-zəmin, Məmməd Əmin. 
 
Tavus çıxıb getmişdi. 
 
Məmməd Nəsir onun dalınca baxıb: 
 
-  Qudurasan  qurbağa,  - dedi,  -  bizim rayon,  sizin rayon... Mərdan  kişi 
düz  deyirdi  ki,  bu  bakıhlar,  qarabağlılar,  qazaxlılar,  nə  bilim  gən-cəlilər, 
göyçaylılar, naxçıvanlılar içində azərbaycanlı olmaq çox çətin məsələdir. 
 
Məmməd,  Nəsir  belini  büküb  dəhlizlə  yolunu  davam  etdirirdi.  Evə 
gedən  işçilərə  kamal-ədəblə:  “Salaməleyküm,  hər  vaxtmız  xeyir,  xoş 
getdiniz, sağ olun, gülə-gülə” deyirdi. 
 
Həmişə  aşağı  baxdığındanmı  beli  bükülmüşdü,  ya  beli  bükülü  ol-
duğundanmı həmişə aşağı baxırdı? 
 
Dadaşgilin qapısına çatdı. Qapını elə açırdı, elə bil qapıdan üzr is-təyirdi 
ki,  bağışla  səni  açıram.  Qapını  açıb  yan-böyürü,  barmaqlarmın  ucunda, 
tələsik içəri şütüyürdü. 
Dadaşgilin otağına elə girdi ki, elə bil otaqda yatan, ya xəstə var. Dadaş 
kağız-kuğazım iri şişman portfelinə yığışdırırdı. Portfel elə 
 
yekəqarın idi ki, bura lap adamı da yerləşdirmək olardı. 
 
Təhminə siyirtməsindən balaca güzgüsünü çıxarıb dodaqlarını boyayır, 
sonra diliylə boyanı yalayırdı. 
Qurban başını aşağı sallayıb nə isə yazırdı. 
Məmməd Nəsir: 
 
  Salaməleyküm,  -  dedi,  -  xanım  qız,  səni  görməmişəm. 
Təhminə güzgüsünü çantaya qoyub: 
  Salam, Məmməd Nəsir, - dedi. 
 
Dadaş: 
 
  Nədi,  Məmməd  Nəsir,  sözlü  adama  oxşayırsan?  -  dedi. 
Məmməd Nəsir dımaqlarım çeynəyə-çeynəyə: 
  Deyirəm, bəlkə bir ataydıq... - dedi. 
 
  Canımçün  tələsirəm,  yoxsa  məmnuniyyətlə,  -  mixəyi,  zəhmli 
portfelini əlinə götürdü. Ötkəm səslə: “Di salamat qalın” - dedi. 
Dadaşm  enli  kürəyi  bir  anlığa  qapmı  tamam  tutdu. 
Məmməd Nəsir üzünü bu kürəyə tutub: 
  Sağ oluz, gülə-gülə, - dedi, bir-iki dəfə başını əyib kürəklə vi-dalaşdı, 
beli daha da büküldü, yarıqat oldu, - sağ oluz, xanım qız, sən də xoş getdin. 
 
Qapı örtüldü. Dadaşın ağır addımlarımn səsi gəlirdi: elə bil dəhliz-də bir 
cüt ütü yeriyirdi. Bu səsə Təhminənin dikdaban çəkmələrinin addım səsləri 
calandı: elə bil döşəməyə gilə-gilə su damırdı. 
 
Səslər uzaqlaşdı, itdi. 
Qurban başını qaldırdı: 
  Məmməd Nəsir, düzdü, deyirlər sənin bu Dadaşla xüsusi zarafa- 
 
tm var? 
 
  Necə  bəyəm?  Nə  zarafat? 
Qurban qımışdı: 
  Nə bilim vallah, uşaqlar danışır. Deyirlər bərk içəndə gecə saat 
 
ikidə,  üçdə  gedirsən  bunlara.  Zəngi  basırsan,  arvadı  oyanıb  gəlib  qa-pını 
açır.  Deyir nə  olub,  nə  təcili  işdir  ki?  Deyirsən  bəs  çox  təcili  iş-dir.  Bəli, 
Dadaş bir tuman-köynəkdə gözünü ovuşdura-ovuşdura qa-pıya çıxır. Deyir 
nə olub, nə var, nə xəbərdir, ay Məmməd Nəsir, ge-cənin bu vaxtında? Sən 
də ki, - Qurban papiros çəkənlərin xırıltılı gülüşüylə güldü, - sən də ki, çırtıq 
çalıb deyirsən: 
 
Tupbuludu, tupbulu. 
 
Cupbuludu, cupbulu. 
 
Məmməd Nəsir də bərkdən güldü. Ağzmda bir dənə sağ dişi yox 
 
idi. 
 
-  Olub-olub,  -  dedi,  -  əşi,  mən  bu  Dadaşın  dabbaqxanada  gönünə 
bələdəm. Neçə il yoldaş olmuşuq. Sən o vaxt uşaq olardın. Birinci bu-ra işə 
mən gəlmişəm. Elə o vaxtdan korrektor işləyirəm. Yeddi dəfə orfoqrafıyanı 
dəyişdilər. Hamısım da əzbərlədim. Latını da bilirəm, 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə