SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə13/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   9   10   11   12   13   14   15   16   ...   104

  İşdi  şayət  təsadüfən  yuxumda  Riqaya  düşsəm,  mütləq  səni  axta-rıb 
taparam, - dedi. 
 
Dişləri narın, tən-bərabər, qarğıdah dənələri... 
 
Nemət  otağa  girdi.  Futbol  ehtirasları  sinsiyib  hamımn  içinə  çökmüşdü. 
Başlarmı  aşağı  salmışdılar,  hərə  öz  işiylə  məşğul  idi.  De-yəsən,  Dadaş 
dünənki söhbətdən heç söz salmaq fıkrində deyildi. 
“Üzümə  salım,  deyim.  Yox.  Yaxşı  düşməz”  .  Ancaq  deməsəm  də, 
özünün yadına düşən deyil. Bəlkə bir bəhanə tapıb deyim. Məsələn, “bu gün 
gedəcəm  dublyajın  pulunu  almağa,  deyırdim  sizə,  “Jivıye  i  mertvıye”  . 
Yaxud  “dünən  şkafa  baxdım,  tapa  bilmədim,  bizdə  burda  yoxdur  ki,  o 
roman?”  Yox,  bu  bicliklərin  köhnə  pulnan  qiyməti  beş  qəpikdir.  Dadaş 
qazdan  ayıqdır.  Ya  bəlkə  belə  deyim:  “Dünən  oturub  başladım  bir  az 
romandan  tərcümə  etməyə,  pis  getmir”  .  Yox,  bu  da  yaramaz.  Deyər 
başlamısan, əcəb eləmisən, qurtar gətir, plana salaq... 
 
“Əşi, nə götür-qoy edirəm?” . 
 
  Dadaş  müəllim,  -  dedi,  -  dünən  müqavilə  haqqında  danışmışdıq, 
yadınızda? 
 
Nemət  duydu  ki,  otaqdakılar  qulaqlarını  şəklədilər. 
Dadaş başını qaldırdı: 
 
  FIə, hə, əlbəttə, yadımdadır. Yəhya, zəhmət çək, Təhminəni ça-ğır, bir 
müqavilə doldursun. 
Təhminə  otağa  girdi.  Düymələri  bağlanmışdı.  Görəsən,  Zaur  deyib? 
Siyirtməsindən müqavilə çıxarıb doldurmağa başladı. Atanm adı, ünvanı... 
 
  Dadaş müəllim, neçədən bağlayırsımz? 
 
Bir  an  səssizlik  çökdü.  Guya  Qurban  da,  Yəhya  da,  Cümşüd  də  öz 
işləriylə  məşğul  idilər.  Amma  Nemət  bilirdi  ki,  üçünün  də  qulağı  darı 
dənləyir. 
Nemət  düşünürdü:  “Lap  aşağısı  60,  yuxarısı  150.  Bunlar  heç,  indi, 
görəsən həştad olacaq, yüz, ya yüz iyirmi?”. 
 
Dadaş: 
 
  Yüz  iyirmi,  -  dedi,  -  sanballı  işdir. 
Təhminə yazdı. 
 
  Qol çək. 
 
Nemət qol çəkdi. Dadaş da qol çəkdi. 
 
- Bay, 120 yazmısan ki... - dedi, - bəs mən 100 dedim. Gülüş-dülər. Bu 
da şöbə yumoru qəbilindən idi. Dadaş: 
 
- Daha keçib, qol çəkdik, - dedi, - babalı Təhminənin boynuna. Yazılana 
pozu yoxdur. 
 
Dadaş: “Yazılana pozu yoxdur” deyəndə səhərki xatirə  - Bikə xa-lamn 
doğum evində dediyi sözlər ani bir qığılcım kimi Nemətin fıkrin-də alışıb 
söndü. 
 
Nemət: 
 
- Çox sağ olun, - dedi. - Artıq dərəcədə minnətdaram. 
 
- Beh haqqında ərizəni də yaz, aparım müdir ikisinə bir yerdə qol 
çəksin. 
 
...Dadaş kağızları götürüb otaqdan çıxdı. 
Yəhya başını qaldırıb: 
 
- Sən çaldın, - dedi. 
Nemət: 
 
  Yetim  əlində  qoğal  əcaib?  -  dedi. 
Cümşüd: 
  Ayəndə düşər şənbəyə novruz, - dedi. 
 
Qurban heç nə demədi. Qaşqabağı yemən gedirdi. Nemət bilirdi ki, içini 
gəmirir. 
 
Dadaş qayıtdı: 
 
  Hə,  indi  get  Sofdərə  təzimə. 
Səfdər dayı baş mühasib idi. 
  Yox, yox, indi pulumuz yoxdur. Qəpik də. 
 
Hələ idarənin tarixində elə hadisə olmamışdı ki, Səfdər bir adama gələn 
kimi əlüstü pul versin. 
  Bəs, haçan olacaq? 
 
  On gündən sonra. 
 
Amma  Səfdər  daymın  bir  məziyyəti  var  idi.  On  gündən  sonra  de-
yirdisə, düz on gündən sonra arxayın gedib pulunu ala bilərsən. Sö-zünün 
ağası idi. Dadaş, Səfdər dayı, bir də Məmməd Nosir bu idarə-nin on köhno 
işçiləri idi. 
 
-  Bilirson  ki,  olsaydı,  sənə  yox  deməzdim.  Bayaq  Dadaş  gəlmişdi. 
Alacağı var. Birisi gün Riqaya gedir. Dedim yoxdur. Dalınca göndərə-rəm. 
 
“Deməli, Dadaş birisi gün gedir. Bu nə pis oldu” . 
 
Nemət  çoxdan  nərddə  Dadaşa  bir  düşbərə-qutab  uduzmuşdu.  Özü  də 
əhvalat  yay  məzuniyyətinəcən  olmalıydı.  İndi  bir  sabahkı  gün  qa-lırdı. 
Çatdırmaq olardı. Amma bir az yaxşı düşmürdü. Müqavilə- 


fılan... Elə çıxırdı ki, əvəz-əvəzdi, xəcalətdən çıxır. Yox, əlbəttə, Da-daş onu 
tanıyır, xasiyyətinə bələddir. Bilir ki, elə adamlardan deyil. Ancaq işçilərdən 
elə düşünənləri olacaq. Elə biri bu Qurban... “Gör-dün, lələ, öyrən, bacarana 
can  qurban.  Eh  dünya,  məlik  dünya,  təpəsi  dəlik  dünya!”  və  sair  folklor 
yaradıcılığı... hər halda Dadaşa təklikdə demək lazımdır. Xəbərləri olmasm. 
Ancaq  ə  w  ə  l  “baş  vəkillə”  razı-laşdırmaq  lazımdır.  Dəhlizdən  evə  zəng 
elədi. Mətləbi Sürəyyaya açdı. 
 
  Özün bilirsən də, - dedi, - lazımdır. Bir 
müddət qulaq asdı. 
  Əti özüm tapacam,  - dedi, - səhər tezdən gedərəm. Hər nə la-zımdır 
alaram.  Yox,  heç  kəs,  bir  Dadaş  olacaq,  bir  də  Murtuzgilə  de-yərik. 
Tahirəgilə. Vəssalam. 
Dadaşa dəhlizdə yanaşdı, dedi. 
 
  Əşi, bu nə zəhmətdir, nə xəcalətdir, qoy qalsın payıza. “Görürsən, 
müqavilə, nə bilim, əvəz-əvəz məsələsini heç ağlına 
 
da gətirmir” . 
 
  Yox, cammçün, çoxdan hazırlıq görmüşük. İntəhası bilmirdim ki, biri 
gün gedirsiniz. Odur ki, belə bir az gec deyirəm. 
  Uşaqlara demisən? 
 
Nemət bir an tutulan kimi oldu. 
 
  Yox,  deyirəm,  elə  özümüz  oturaq,  necə  deyərlər,  xudmani,  çünki 
bilirsiz, - dolaşıb səbəb tapmağa çalışdı. Dadaş dərhal onun imdadma çatdı. 
 
  Aa, nə olar, lap yaxşı, deməli, sabah üçdə. 
 
Nemət otaqlarına girib papağmı götürdü, 
 
- Mənim bir balaca işim var gedirəm. Xudahafız. 
 
Pilləkənlə düşəndə kimsə qəfılcən onun qolundan yapışdı. Nemət 
diksinib dayandı. Məmməd Nəsir idi. 
 
  Ay səni xoş gördük. 
 
  Salam, salam, Məmməd Nəsir. 
 
Otuz beş il bundan qabaq Dadaş, Səfdər, Məmməd Nəsir bu idarə-yə bir 
vaxtda  işə  giriblər.  İdarədə  yaşından asılı  olmayaraq hamı Da-daşa  Dadaş 
müəllim, Səfdərə Səfdər dayı deyərdi. Məmməd Nəsiri isə cavan da, qoca 
da, uşaq da, böyük də adıyla çağırırdı. Bu üçündən başqa bütün ayrı işçilər 
idarəyə çox-çox sonralar gəlib. Otuz beş il bundan qabaqkı idarə folklorunu: 
 
“Ay Dadaş, başına daş, 
 
T ərpənm ə belə yavaş” - 
 
misralarmı  da  orta  və  gənc  nəsle  elə  Məmməd  Nəsir  çatdırıb.  İndi  də 
Nemətin  qulağma  əyilib:  “Yenə  onun  şöbəsindəsən?”  -  deyə  xəbər  aldı  və 
simayi-şəms üstündə xısın-xısın oxudu: 
 
A y Dadaş, başına daş... 
 
Nemət bildi ki, yenə dəmdir. Məmməd Nəsirin həyatda iki ehtira-sı 
vardı: nərd atmaq və vurmaq. İçəndə başqa aləm idi. 
 
Məmməd Nəsir beli bükülmüş, saçları seyrəkləşmiş ortaboylu arğaz bir 
kişi idi. Qəribə yazıq təbəssümü vardı. Elə bil icazəylə gülümsünürdü. Həm 
də böyük məşəqqətlə gülümsəməyə icazə almış-dı. Elə bil yerimək, oturmaq, 
yaşamaq icazəsini də böyük çətinlik və yalvar-yaxardan sonra almışdı. Həm 
də müvəqqəti almışdı. 
 
Köynəyinin  yaxası  həmişə  çirkdən  qartmaq  bağlayırdı.  Ayıq  vaxt-
larında savadlı korrektor idi. Bütün aldığını içkiyə verirdi. Arvaddan, oğul-
uşaqdan da heç kəsi  yox idi. Özü deyərdi ki, bir həsirəm, bir də Məmməd 
Nəsir. 
 
Onu  idarədə  Dadaş  saxlatdırırdı.  Dadaş  olmasaydı,  yəqin,  içməyin 
ucbatından  çoxdan  qovulmuşdu.  Bir  vaxtlar,  30-35  il  bundan  qabaq  bərk 
dost imişlər. Can bir qəlb. İndi bu dostluqdan əsər-əlamət qalma-mışdı. Am 
m ahər halda Dadaş həmişə onu müdafiə edirdi: “İşiniz yox-dur, dəyməyin, 
yola verin getsin, bədbəxt adamdır” . 
Məmməd Nəsirdən ucuz şirin çaxır iyi gəlirdi. - 
Ömər Xəyyam deyir ki: 
 
Bər xaki fikondi meyi qulqun m əra 
 
X akəm bədəhən m əgər to məsti robbi! 
 
Yəni mən içmişəm, ay fələk, sən nöş piyansan? Farsların yaxşı bir sözü 
var: rus demişkən, aslan yest aslan. Bir həsirəm, bir Məmməd Nəsir. Bir gün 
mənəm, Hüseyn Sərrafdır, bir də Səlim Şeyda vardı, şair-qəzəlxan idi, şair 
deyirəm  e  sənə,  indikilərdən  yox,  əsil  şair,  gö-rürsən,  dayanıb  səninlə 
danışır,  birdən  susur,  gedir  özünə,  fıkirləşir,  bə-li,  bir  az  keçir,  bir  qəzəl! 
Nədi, təbi gəlib, elə bil ağzından dürr tökür. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə