SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə14/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   10   11   12   13   14   15   16   17   ...   104

Bülbülü Şeydanm halm sorm a nasehdən, fəqir, 
 
H ər tikəndə qanı vardır, könlünü güldən soruş. 
 
Hə,  onu deyirəm axı, həmin  bu  Səlim  Şeydadır,  mənəm,  bir  də  Sərraf, 
mömin  kişilərdən  biri  idi.  Gündüz  mollahq  edirdi,  axşamlar  Əsli  Kərəm 
oxuyurdu. Hə, üçümüzük - Məmməd Nəsir əlini boğazı-na çəkdi, - bax bura 
qədər içmişik, nuş olmuşuq. Amma indi gərək paxmellənək. Di gəl bir qara 
qəpik  pulumuz  qalmayıb.  Bir  də  gördük  Sisyanov  küçəsiylə  Bandelninin 
tinindən Əhməd Fani gəlir. Getdik tutduq onu, dedik bəs Mirzə, sən bilirsən 
ki, biz sənin dostunuq. Dedi, bəli, bilirəm. Niyə də bilməyim, axı? Dedim: 
bəs bilirsən ki, biz ölmüşük. Dedi: xeyr. Bunu bilmirdim, çünki bu gün hələ 
qəzetlərə  baxmamışam.  Yəqin,  nekroloqdan-zaddan  çıxmamış  olmaz. 
Dedim: bəs, qəzeti görsən inanarsan? Dedi: bəli, inanaram, Dedim: Hüseyn 
Sərraf, cum bir qəzet al. Dedi: köhnəsini, təzəsini? Dedim: hansından tapsan. 
Bəli,  aldı  gətirdi.  Dedim  sər  bura.  Sərdi  Əhməd  Faninin  aya-ğının  altma. 
Dedim:  bəs,  Mirzə,  üçümüz  burda  uzamb  qalsaq,  inanar-san  ki,  ölmüşük? 
Dedi:  bəli,  indi  inandım.  Çıxartdı  bir  qızd  Nikolay  onluğu  verdi.  Onluq 
deyirəm sənə, onluq, qızıl onluq... Bəli, getdik, bir həftə kefın istəyən içdik. 
Bir-birimizi  səhər  tapdıq,  axşam  itirdik.  İn-di  pulumuz  qurtarıb,  gərək 
paxmel olaq. Neyləyək? Üçümüzük. Mə-nəm, Səlim Şeydadır, bir də Hüseyn 
Sərraf. Gedirik Tarqovıynan... 
 
Nemət gördü ki, canını asanhqla qurtaran deyil. 
 
- Məmməd Nəsir, - dedi, - de görüm Krasnovodska haçan gedirik e? 
Məmməd Nəsir bir an söhbətinə ara verdi. Nemətin sözlərini dərk 
 
etmək istədi. Döyükdü. Sonra birdən başa düşdü. 
 
  Krasnovodska? Hə, hə, bildim. Haçan istəyirsən. Sənin könlün haçan 
istəsə, Məmməd Nəsir qulluğuııda hazır. 
Nemət  bura  təzə  işə  girəndə  bir  gün  Məmməd  Nəsir  onu  tutdu  ki,  gəl 
minək gəmiyə gedək Krasnovodska. 
Nemət təəccübləndi. 
 
  Krasnovodskda nə var? 
 
  Heç nə. Elə-belə. İndi şənbədir. Minək gəmiyə gedək. Çaxır gö-türək, 
bala-bala  vuraq  özümüzçün.  Dənizin  seyrinə  dalaq,  külək  də  bala-bala 
üzümüzə  vursun.  Düşək  Krasnovodskda  bir  yaxşı  xudmani  yer  ta-paq. 
Oturaq  bir  balaca  vuraq.  Sonra  yenə  minək  gəmiyə,  bala-bala  vura-vura 
qayıdaq geri. Səhər də beçə xoruz kimi çıxaq işə. Necədir sənınçün? 
 
Nemət: 
 
- Yox, - dedi, —bu işdə bir məna görmürəm. 
 
Məmməd Nəsir kəhrəba təsbehini pencəyinin sürtülmüş qoluna keçirtdi: 
 
- Oğul, - dedi, - hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı. 
 
Çıxıb getdi. Sonralar işçilər Nemətə dedilər ki, Memməd Nəsir bu təklifı 
hamıya eləyir. İndiyəcən heç kəs də razı olmayıb. 
 
“Krasnovodsk! Barı bir səfalı yer ola. Deyirlər, nə su var, nə də bir 
kölgəlik” . 
 
Məmməd Nəsirin dumanlı yorğun gözlərində nə isə bir həvəs qı-ğılcımı 
oyandı: 
 
   Bu  gün  şənbədir,  verək  özümüzü  sübh  obaşdannan.  Mən  bu  gün 
özümə əməlli maya qoymuşam. Amma səniynən yenə içərəm. 
   Gələn  şənbə,  Məmməd  Nəsir.  Allah  qoysa,  gələn  şənbə  mütləq 
gedərik. 
 
  Eh, - deyə Məmməd Nəsir əlini yelləyib getdi. Nə qədər sərxoş olsa 
da, başa düşdü ki, nisyə söhbətdir. 
İdarənin çöl qapısının ağzında anqutboğaz bir oğlan Ncməto miira-ciət 
etdi: 
  Nəşriyyat buradır? 
 
Nemət bu oğlanı ilk dəfə görürdü. Qoltuğunda iri bir qovluq vardı. - 
Sizo kim lazımdır? 
 
Oğlan boğazını arıtladı. 
 
- Monə, - deyə kəkələdi, - burda kitablara kim baxır? 
 
  Kitablara? 
 
  Hə, kitab çap eləmək işinə. 
 
Nemot: “Yəqin, cavan yazıçıdır, aman Allah” - deyə düşündü. 
 
   Kitab yazmısan? 
 
   Boli. 
 
  Nədəndir? 
 
  Bizim müasir cəmiyyətin həyatmdan. 
 
  Hekayədir, romandır, poemadır? 
 
  Hamısı var. Hekayə də, şeir də. Altı ildir yazıram. Apardım jur-nala, 
dedilor  nəşriyyata  aparsan  yaxşıdır.  Birbaşa  kitabın  çıxar.  Dedi-lor,  onlar 
belə şeylər axtarırlar. 


Bir an içində kinolent kimi səhnələr Nemətin gözü qarşısından keçdi. Bu 
nataraz  gəncin  ömrünün  epizodları:  oxuduğu  kitablar,  izlə-diyi  mətbuat, 
yazmaq  meyili,  qaraladığı  səhifələr.  Müxtəlif  redaksiy-aların  daş  qapıları. 
Qarşılarındakı adamın cızmaqaraçı olduğunu təyin edən, şəbədə üçün obyekt 
axtaran bəzi redaksiya işçilərinin nabələd adamçün aydın olmayan dolamaq 
priyomlan.  Nəzakət  pərdəsiylə  örtülmüş  istehza,  rişxənd,  lağ.  Yaxa 
qurtarmağın yetmiş iki müxtəlif fəndi. Sanki bütün bunlan Nemət öz gözüylə 
görmüşdü. Daha doğru-su, görmüşdü də. 
 
Bu və buna bənzər yüzlərcə hədər həvəs... 
 
Bütün  bunlar  Nemətə  nə  qədər  tanış  idi!  Öz  başına  gəlməmişdisə  də, 
onda elə bir duyğu vardı ki, guya bütün bu işlərdən özü keçib. Hər halda, o 
bu gəncə nə qədər acı və kədərli, mütləq lazımlı söz deyə bi-lər, həyat dərsi 
verə bilərdi. 
 
Birdən-birə Nemət istədi ki, qayıdıb Məmməd Nəsiri, məhz Məm - məd 
Nəsiri, ayrı adamı yox, tapsın, bu gənci də götürsün, gedib xud-mani yerdə 
otursunlar, bala-bala içsinlər, içib səmimi olsunlar, bala-bala söhbət eləsinlər, 
ürəklərini boşaltsınlar, çünki Məmməd Nəsir demişkən, qammı doldurmasan, 
ürəyini boşalda bilməzsən. Düz deyir. Ayıq  vaxtı ürəyinin dibində pas atıb 
qalanlan,  çürüyüb  ürəyində  itən-ləri  üzə  çıxarıb  özgəsinə  açmaq  olmur. 
Onlar da qalır, kif atır, çürüyüb ürəyini də çürüdür, ömrünü də. 
 
İçəndən  sonra  Nemət  bu  anqutboğaz,  bu  yöndəmsiz  geyinmiş  oğ-lana 
deyərdi ki, bala, mənə qulaq as. İnan, hələ gec deyil. Mənim da-yım, Allah 
ona  rəhmət  eləsin,  Allah  bütün  ölənlərinizə  rəhmət  eləsin,  mənim  dayım 
demişkən,  İlyas  Nizami  deyilsənsə,  vaz  keç,  boşla,  gi-rişmə  bu  işə.  Özüvə 
peşə  seç.  Texniki  peşə  olsa  daha  yaxşı.  Yazıqsan,  bala.  Sonra  başına 
döyəcəksən, gec olacaq. Bunun axın yoxdur. Sənin kimi yüzlərcə, minlərcə 
gənc bax bu saat, sənin yazdığını, lap elə sə-nin yazdığın kimi, ya bir az ayrı 
cür,  heç  təfavütü  yoxdur,  bir  az  daha  yaxşı,  ya  daha  pis,  daha  savadlı,  ya 
daha  bisavad,  hə,  sənin  yazdıqları-nı  onlar  da  yazır.  Hələ  gec  deyil, 
cavansan. Ömrün qabaqdadır. At bu işin daşını. Əlbəttə, əgər İlyas Nizami 
deyilsənsə! Yox, bəlkə İlyas Nizamisən? Hə, onda başqa məsələ. Bəlkə elə 
doğrudan İlyas Nizami oldun. Kim bilir? 
 
Nemət: 
 
- Çıx üçüncü mərtəbəyə, - dedi, - on birinci otaq. 
Nəşriyyatdan çıxıb studiyaya tərəf getdi. Meydançadan keçəndə gördü 
ki,  on  bir-on  iki  yaşında  uşaqlar  futbol  oynamağa  hazırlaşırlar.  Ayaq 
saxladı. Dayanıb onları izləməyə başladı. 
 
İçlərində ikisi lap balaca idi. Yeddi-səkkiz yaşmda. Yəqin, onlan qapıçı 
qoyacaqlar. Həmişə uşaqlar ən balacaları, ən zəifləri qapıçı tə-yin edirlər. 
 
Oğlanlardan biri daş qoydu  - ştanqa! Bir neçə addım saydı, ikinci daşı 
qoydu. Bu bir qapı! Sonra gedib eyni üsulla ikinci qapmı düzəlt-dilər. 
 
Doğrudan da balacaları qapıçı qoydular. İki dəstəyə bölündülər. Üç-üç. 
Bir nəfər artıq idi. 
 
- Sən sudya! 
 
“Sudya” cığallığa başladı. 
 
  Özün ol sudya. Mən istəmirəm. Mən oynamaq istəyirəm. 
 
  Yaxşı,  indi  sən  ol.  Üç  qoldan  sonra  mən  olaram,  sən  oynayarsan. 
Razılaşdılar. Kapitan yerdən çöp götürüb yumruğunda gizlətdi. O 
biri komandanın kapitanı tapdı. 
Oyun başlandı. 
 
Nemətin  öz  uşaqlığı  yadma  düşdü.  O  qədər  bax  lap  bu  cür  futbol 
oynayıb  ki...  Küçə  futbolunun  ənənələri,  texnikası,  qanunları  dəyiş-məzdir. 
25 il bundan qabaq da hər şey beləcə idi. Daş ştanqalar. Ba-laca qapıçılar. 
Vaxt yox, qol hesabı  oyun. Qollarm cığallanması. “Yox,  yan getdi”, ya da 
“hündürdən  getdi,  ştanqanın  üstündən”  -  hər  şey,  ey-nilə  olduğu  kimi 
qalmışdı. 
 
  Tofıq, ver mənə! Özün çıx. Ala, Nazim! 
 
  Ruka! Ruka! - deyə qışqırışdılar. 
 
Əli topa toxunmuş oğlan küçə futbolunun əfsanəvi qanununa isnad etdi. 
“Prijataya ruka” - dedi. Mübahisə başlandı. Birdən kiminsə ağlı-na gəldi ki, 
hakimin do bir rolu ola bilər, hakim amiranə bir səslə: 
 
-  Pinal,  -  dedi.  Nəhayət,  o  da  bir  anlıq  xəlifə  olmuşdu.  Cərimonin 
səbəbkarı  bir  kəlmə  də  kəsmədi.  Dinməzcə  penalti  yerini  təyin  etməyə 
başladı:  qapıdan  addımladı.  “İndi  gör  necə  addımlayacaq!”  Doğrudan  da 
addımlarını elə iri atırdı ki, qorxurdun bağanağı aralı qalsın. 
 
Belə  saya-saya  onuncu  addımda  gəlib  rəqibin  qapısına  çıxdı.  Özü  də 
başa düşdü ki, deyəsən çox ağ eləyib. Sonuncu addımını bir az qı-sa etdi. 
 
- Bax, buradır, - dedi, - vurun! 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə