SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə10/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   6   7   8   9   10   11   12   13   ...   104

 
O gecə dar daxmasma getmədi. Səhərəcən küçələri hadırladı. Sə-hərəcən 
Sürəyya da onunlaydı. 
 
Aman Allah! Elə bil bütün bunlar dünən olmuşdu. Ya da min il bundan 
qabaq. İndi, on il sonra o mart gecəsinin uzaq ürkək xatirələ-rini düşündükcə 
Nemət gülümsünürdü. 
Həyat  qəribə  gözlənilməzliklərlə  doludur.  On  il  bundan  qabaq,  o  mart 
gecəsi Nemətə ömrünün bax bu gününü, 65-ci il 5 iyun gününü damşsaydılar, 
inanmazdı. 
Bu  gün  səhərdən  bəri  baş  vermiş  ən  adi,  xırda hadisələr  - Sürəy-yanm 
onu  yuxudan  oyatması,  qarşı-qarşıya  oturub  çay  içmələri,  qənd-qabını  bir-
birinə ötürmələri, evdən çıxarkən sağollaşmaları - bütün bunlar hamısı on il 
bundan  qabaq  Nemətə  mümkünsüz  bir  xülya,  çatıl-maz  bir  röya  kimi 
görünürdü. Doğrudan belədir e... 
 
Bu fıkirdən başqa bir xoş ümid də doğdu. Bəlkə on il sonra həya-tında 
olacaqları da bu gün heç təsəw ürünə gətirə bilmir. Nemət ən gizli arzulannı, 
quyular  dibində  gizlətdiklərini,  heç  bir  zaman  həyata  keçəcəyinə 
inanmadıqlarmı  yada  salmağa  çalışdı.  Yadma  saldı,  düşündü,  güldü.  Yəni 
doğrudan bir vaxt gələcək, bütün bunlar realhğa, doğruya çevriləcək? Çətin 
ağlım  kəsir.  Amma  məgər  on  il  bundan  qa-baq  bu  günümü  danışsaydılar, 
inanardım? Yox. Deməli... 
 
Deməli,  hər  şey  ola  bilər.  Fikrimdən  qovduqlarım,  quyular  dibin-də 
basdırdıqlarım,  haqqında  düşünmək  belə  istəmədiklərim  hamısı  bir  gün  —
beş ildən, on, on beş ildən sonra, həyatım ola bilər. 
Ancaq bu fikirdən sevinmədi. Çünki bu fikrin ardmca ikinci bəd-bin fikir 
də gəldi: bəlkə bütün bunlar realhğa, doğruya çevriləndə, 
 
ömrüm  olanda  onlar  da  bugünkü  həyatım  kimi  adi,  vərdişli,  gündəlik 
olacaq... 
 
Bir  gün  Nemət  həmişəki  kimi  qızlarla  məşğul  olmaq  üçün  Əsədgi-lə 
gələndə çöl qapılarını taybatay açıq gördü. Qonşular, qohumlar, ta-nıdığı və 
tanımadığı  çoxlu  adam  girib-çıxırdı.  Dəhlizdə  Alyanı  -  Sürəyyanm  böyük 
bacısını gördü. Əvvəl geyiminə diqqət elədi  —gey-imində nə isə bir tələsik 
matəm, lapdan düşmüş yas əlaməti vardı: ba-şma qara örpək salmışdı, ancaq 
paltarı  ala-bəzək  idi.  Sonra  sifətini  gördü.  Gözləri  şişmişdi,  qıpqırmızı  idi, 
amma dodaqları boyalıydı. 
 
Nemət hövlnak içəri keçdi. 
 
O gün gündüz saat ikidə Əsəd elə idarədəcə keçinmişdi. Ürəyi partlamışdı. 
Meyit  balaca  otaqda  idi.  Arvadlar  olan  otaqda.  Böyük  otaqda  divar 
boyunca çoxlu stul düzülmüşdü. Qonşulardan yenə də daşıyırdılar. Nemətin 
tamdığı və tammadığı kişilər oturub xısm-xısın Əsədin özündən, rəhmətlik 
atasmdan,  ölümün  qaşla  göz  arasmda  olmasmdan,  əcəldən,  ürək 
xəstəliyindən,  ümumiyyətlə,  xəstəliklərdən  söhbət  edirdilər.  Qara  boz 
köynəyini  şalvarınm  üstündən  salmış,  buxara  pa-paqlı,  çal  topasaqqalh, 
Nemətin tanımadığı qoca bir kişi: 
 
- Ölüm var ki, ölümdür, ölüm də var zülümdür, - dedi. - Bunun-ku lap 
zülüm oldu. 
 
Yeddisi çıxanacan Nemət səhər-axşam hər gün gəlirdi. 
 
Yeddisi günü axşam camaat dağılışanda Sürəyya Nemətə yanaşdı: -  Bu 
günlər aləm qarışdı, -  dedi. Karmen onsuz da axsayır, indi yəqin, lap geri 
qalıb. Sabahdan yenə məşğul olmağa başlaym, özü də 
lap ciddi. 
 
İki aydan sonra bir gün Nemət utana-utana Sürəyyaya yanaşdı: 
-  Sürəyya  bacı,  -  dedi.  Çoxdan  bəri  demək  istədiyi  sözləri  necə 
deyəcəyini  bilmirdi.  —Bilirsiz,  Sürəyya  bacı,  mən  elə  alışmışam  ki,  si-zin 
ailənizə... istəyirdim deyəm sizə ki, mənə... pul-zad lazım deyil. Karmenlə 
də, Cildayla da elə-belə məşğul olacam... 
 
Sürəyya güldü: 
 
-  Nə  danışırsız,  Nemət!  -  dedi.  -  Bir  də  belə  sözü  ağzımza  al-mayın. 
İnciyərəm. Möhkəm inciyərəm. 
Yayı  Sürəyyagil  heç  hara  getmədilər.  Bakıda  qaldılar.  Əsədin  ilini 
verdilər.  Bir  payız  axşamı  söz  təzə  filmdən  düşdü.  Sürəyya  dedi  ki,  heç 
axırıncı dəfə kinoya getdiyi gün yadma gəlmir. Səhərisi gün Nemət Ba-har” 
kinoteatrına dörd bilet alıb gətirdi. Karmen və Cildanm səyləriylə Sürəyyanı 
birtəhər  razı  saldılar.  Dördü  bir  yerdə  “Bahar"da  məzəli  bir  komediyaya 
baxdılar:  cavan  sevgililər  öz  ata-analarının  bütün  maneə  və  əngəllərinə 
baxmayaraq,  yüz  cür  kələk  qurub  sonda  bir-birinə  qovuşur-dular.  Sürəyya 
xeyli  güldü.  Kinodan  çıxanda  Nemətə  elə  gəldi  ki,  o  ca-vanlaşıb,  elə  bil 
birdən-birə  birillik  matəmi  üzündən  yuyulub  tökülüb.  Sürəyya  əvvəlki 
Sürəyya, Əsədin sağlığmdakı Sürəyya idi. Bəlkə də da-ha əvvəlki Sürəyya, 
Nemətin  onu  hələ  tanımadığı  bir  vaxtın  Sürəyyası.  Əsədə  getməmişdən 
qabaqkı çağm, qız çağının Sürəyyası. 
 
İki-üç dəfə də birlikdə kinoya getdilər. Dördü bir yerdə. Maraqlı xarici 
fiılm gedirdi. On altı yaşına çatmamış uşaqları buraxmırdüar. Bu fılmə ikisi 
getdi... Sürəyya və Nemət. 


Bəzən  bulvara,  parka  gəzintiyə  çıxırdılar.  Sürəyya,  Karmen,  Cil-da, 
Nemət. Bir dəfə dəniz seyrinə çıxdılar. 
 
Payız, asqılıqdan palto götürən kimi, ağacların başından küləyi götürüb 
getdi. Səssizlik çökdü təbiətə. Bir gecə sükut və sakitlik için-də aram-aram, 
yavaş-yavaş, yumşaq-yumşaq qar yağmağa başladı. Qar gecəni ağartdı. Qış 
gəldi. 
 
Nemət timsah ağzı kimi aralanmış ayaqqabılarında artıq gəzə bil-mirdi. 
Özünə təzə çəkmə aldı, paltoya pulu çatmadı. “Eybi yoxdur, pencək müəllim 
bu qışı da bizi birtəhər yola verər” - deyə düşündü. 
 
Bir  gün  Sürəyyagildən  gedəndə  Sürəyya  ona  qəzetə  bükülü  iri  bir 
bağlama  uzatdı.  “Evdə  açarsan”  -  dedi.  Nemətin  səbri  çatmadı,  elə 
pilləkəndə  açdı.  Dərhal  geri  qayıtdı.  “Bu  nədir?  -  dedi.  -  Mən  sizdən 
inciyərəm. Eyib deyilmi?” . O, doğrudan pərt olmuşdu. 
 
Uzun mübahisələrdən, xeyli çənə-boğaz olandan sonra Sürəyya onu razı 
saldı. Nemət evə təzə paltoda getdi. Evdə gördü ki, karıx-dığından paltonun 
mağaza kağızmı da çıxartmayıb, bütün yolu belə gəlib. 
 
Qış günlərindən birində qızlarla məşğul olub, evinə gedirdi. 
Sürəyya: 
 
- Otur bizimlə nahar eləyək, - dedi. - Yarpaq dolması bişirmişəm. Nahardan 
sonra “ləzgi qonağı” kimi dərhal durub qaçmaq olmaz-dı. Oturub 
Sürəyyayla söhbət etməyə başladılar. Qızlar öz otaqlarına 
 
gedib yatdılar. 
 
Nemət özü haqqmda danışmağı sevməzdi. Bəlkə də bacarmırdı, Amma 
indi qəribə bir həvəslə Sürəyyamn suallarına müfəssəl, yerli-yataqlı cavablar 
verirdi. 
 
Ə w əl söhbət atasmdan düşdü. “Yadıma gəlmir,  - dedi. - Lap du-man 
içində xatırlayıram ki, boyu çox uca idi. Ya bəlkə o vaxt mənə elə gəlirdi. 
Axı onu aparanda beş yaşım vardı..” 
 
“Bəli,  düzdür.  Zakfederasiya  vaxtı  narkom  olub,  axır  illərinə  qədər 
böyük  vəzifələrdə  işləyib,  35-ci  ildə  Samuxda  ispalkom  işləyib.  Anam 
danışardı,  deyir,  camaat  onun  başına  and  içirdi,  evlər  tikdirmişdi,  yol  sal-
dırmışdı. Evindən aparmağa qorxublar. Bakıya çağınb burda tutublar”. 
“Hə,  otuz  səkkizinci  ildə  Bakıya  köçdük.  Camaat  qoymurmuş,  anama 
deyiblər ki, sən arxayın ol, səni də saxlayacayıq, uşağınızı da böyüdəcəyik. 
Amma  anam  razı  olmayıb.  Köçüb  Bakıya.  Dayım  Bakı-da  imiş.  Elə  mən 
indi olduğum həmin bu evi də dayım tapıb. Hə, ba- 
 
lacadır, çox balacadır, amma daha neyləyəydik. Hələ, siz onu deyirsi-niz... 
bura  təzə  köçəndə  qonşularımız  bilirmiş  ki,  atamı  apanblar.  Anam, 
rəhmətlik,  deyirdi  ki,  adamın  Allahı  var,  insafən  üzümüzə  vur-murdular, 
amma öz aralarında danışırlarmış. Qonşumuzun bir oğlu vardı. EIə mənimlə 
yaşıd  idi,  beş-altı  yaşmda  olardıq  o  vaxt.  Həmişə  çıxıb  bizim  damımızda 
oynayır,  atıhb  düşürdü.  Anam  danışırdı  ki,  çı-xıb  deyirəm:  ay  bala,  orda 
atılıb  düşmə,  qırı  xarab  eləyirsən,  yağış  yağanda  bütün  su evimizin içində 
olur. Uşaq nə desə yaxşıdır? “Çox danışma, siz qraq narodsuz”. O vaxtdan 
anam həmişə acı-acı gülüb: neyləyək, a bala, qraq naroduq da, - deyərdi. 
 
-  İnişil  anam  ağır  xəstə  yatanda...  hə,  vərəmdən  öldü.  Üstəlik  yel 
xəstəliyi də vardı, hə, anam inişil xəstə yatanda o uşağın atası bizə dəyməyə 
gəlmişdi.  Anamdan  çıxmayan  iş,  danışdı  bu  əhvalatı.  Kişi  qıpqırmızı 
qızardı. “Bəs o vaxt mənə niyə xəbər eləməmişsiniz, - dedi, - öz damıma qır 
saldıranda sizin damımza da saldırardım” . Eh, nə isə... 
 
Sonra Sürəyya danışmağa başladı. 
 
Nemət indiyəcən heç bilmirdi ki, Əsədlə Sürəyya həm də Sürəy-yanm 
anası tərəfdən yaxın qohum imişlər: dayıoğlu, bibiqızı. 
 
Əsəd də Nemət kimi uşaq yaşmdan yetiın qalıb. Onu Sürəyyanın atası 
Fəttah  kişi  böyüdüb,  Kiyevdə  oxutdurub.  Rəhmətə  getməmişdən  bir  az 
qabaq  Əsədi  yanına  çağırıb,  deyib  bax,  bu  üç  qızımı  sənə  tapşı-rıram. 
Aralığa  müharibə  düşüb.  Müharibədə  Əsəd  cərrah  kimi  yaman  ad  çıxarıb. 
Cəbhədə, deyir, qiyamət eləyirmiş. Ölüləri dirildirmiş. Təcrübəsi çox olub. 
Özü deyirdi ki, elə bil on akademiya qurtarıb gəl-dim. Gələndən üç il sonra 
professor olub. 
 
Fəttah  kişinin  külfəti  müharibə  vaxtı  çox  qıtlıq  görübso  də,  Əsəd 
qayıdandan  bəri  bir  şeydən  korluq  çəkməyib.  Sürəyyanm  böyük  bacı-sı 
Alyanı Əsədin cəbhə dostu Murtuz adında bir polkovnik alıb. 
 
-  Tahirə,  ortancıl  bacım  institutdan  bir  oğlanla  gəzirdi,  həmin  bu 
Cabbarla, bir qrupda oxuyublar, elə ona da getdi. 
 
...Bir  gün də  görürəm anam məni  çağırıb  deyir,  bala,  bacıların get-di, 
səninçün də yol açıldı, bəs, səni Əsəd istəyir. 
 
On  doqquz  yaşım  vardı.  APİ-də  oxuyurdum.  Sonra  ki,  Karmen  ol-du, 
institutdan çıxmalı oldum. Əsəd elə hey deyirdi ki, heç olmasa qi-yabi oxu 
qurtar. Amma hardan? Cilda oldu. Başım elə qarışmadı ki... 
 
oxumaq yadıma düşsün. Eh, nə bilim, vallah! 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə