Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə170/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   166   167   168   169   170   171   172   173   ...   184

 

380


Anam deyir: 

– Yox, Səlim, sən hələ balacasan, yuxun gələr, yatarsan... 

Anamla atam gedir teatra. Mən qalıram evdə nənəmlə. 

Atam ova gedəndə deyirəm: 

– Ata, məni də özünlə ova apar. 

Atam deyir:  

– Yox, Səlim, sən hələ balacasan, yorularsan... 

Atam gedir ova, anam gedir işə. Mən qalıram evdə nənəmlə. 

Səhər qonşumuz, mənim dostum Dadaş çantasını götürüb məktəbə gedir. 

Deyirəm: 

– Dadaş, məni də məktəbə apar.  

Dadaş deyir: 

– Yox, Səlim, sən hələ balacasan, oxuya bilməzsən... 

Dadaş gedir məktəbə. Atam gedir işə, anam gedir işə. Mən qalıram evdə 

nənəmlə. 

Nənəm də Laləni qucağına götürüb həyətdə gəzdirir. Lalə mənim bacımdır. Lap 

balacadır. Mənim üç yaş iki ayım var, onun – hi, hi, hi, adamın gülməyi gəlir!.. – 

heç bir yaşı da yoxdur. 

Həyətdə nənəmə deyirəm: 

– Nənə, Laləni ver bir az da mən gəzdirim. 

Nənəm deyir: 

– Yox, Səlim, sən hələ balacasan, gücün çatmaz, yıxarsan... 

Nənəm özü Laləni gəzdirir, mən də onun arxasınca gedirəm. Belə də iş olar?.. 

Bəs necə olur ki, televizorda məndən də çox-çox balaca – bax, bu boyda, lap bir 

cıqqanaq!.. – adamlar, özləri tək ova da gedirlər. Amma heç yorulmurlar, teatra da 

gedirlər, amma heç yuxuları gəlmir, məktəbə də gedirlər, «beş» alırlar, hələ müəllim 

də olurlar, maşın da sürürlər, təyyarədən də paraşütlə tullanırlar, gəmidə də üzürlər? 

Hə? Bəs necə olur? 

«Balaca Səlim...» Belə də iş olar? 

 

 



 

 

 

 

 

MƏN HƏR ŞEYI BILIRƏM 

 

Mən babamı çox istəyirəm. Bax, bu qədər! Hələ qollarım çatmır, göstərim ki, nə 



qədər!.. 

Biz Bakıda yaşayırıq, babam kənddə. Babam tez-tez bizə  gəlir. Mənə çoxlu 

meyvə gətirir. Bilir ki, yaman meyvə yeyənəm. Indi də babam mənə meyvə gətirib: 

alma, armud, şaftalı, gavalı... Mən də oturub yaxşıca-yaxşıca yeyirəm. 

Babam deyir: 

– Hayıf, bu il meyvə az oldu, Səlim... 

Mən deyirəm: 

Niyə bu il meyvə az oldu, baba? 

Babam deyir: 



 

381


– Çünki bu il quraqlıq oldu. 

Mən deyirəm: 

– Quraqlıq nədi, baba? 

Babam deyir: 

– Yağış yağmayanda, ağacları sulamayanda, meyvə az olur. Buna da quraqlıq 

deyirlər. 

– Yağış yağsa, meyvə çox olar? 

– Əlbəttə.  

Eh, hayıf ki, babamın Dadaş kimi yoldaşı yoxdur. Dadaş  mənim dostumdur, 

bizim həyətdə olur. Həmişə mənə deyir: 

– Sən mənim ən birinci dostumsan, Səlim! 

Dadaşın portfeli var, özü də məktəbə gedir. Dadaş hər şeyi bilir, mənə də deyir. 

Mən də hər şeyi bilirəm. Bax, yağış buxardan əmələ gəlir. Su istidə buxarlanır. Indi 

gördünüz ki, mən hər şeyi bilirəm? 

Eh, hayıf ki, babamın Dadaş kimi yoldaşı yoxdur. Eybi yox. 

Mən deyirəm: 

– Baba, yağış buxardan əmələ gəlir. 

Babam deyir: 

– Doğrudan? 

Mən deyirəm: 

– Bəli, baba, doğrudan. Mən hər  şeyi bilirəm. Mən kənddəki evimizə  gələndə 

yağış yağdıracağam. Onda meyvə də çox olar. 

Babam deyir: 

– Sən bunu necə edəcəksən, Səlim? 

Mən deyirəm: 

– Gedərəm bağa. Qazanı su ilə dolduraram. Qoyaram ocağın üstünə. Su qızar, 

buxar olar. Onda yağış yağar, meyvə  də çox olar. Gördün, baba, mən hər  şeyi 

bilirəm!  

Babam deyir: 

– Gördüm, Səlim. Doğrudan da, sən yaman bilənsən! 

Sonra babam ürəkdən gülür. 

Yenə mənə gülürlər... 

 

 

 



 


 

382


AYSUNUN, HUMAYIN, GÜNAYIN,  

YALÇININ VƏ NIGARIN NAĞILLARI 

 

 

BALACA QIRMIZI ÇIÇƏK 



 

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı 

Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı  xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, 

kəpənək qonsaydı  əzilərdi. Buna görə  də  kəpənəklər o Balaca Qırmızı Çiçəyin 

ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa 

güllərə, başqa çiçəklərə qonurdu. 

Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o 

rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa 

güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı 

Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü 

və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.  

Həmin gün elə bil ki, günəş də sevinirdi, şüaları bütün çəməni qızdırırdı. Həmin 

gün çəməndəki güllərin, çiçəklərin rəngləri də sevinirdi, qırmızı göyə qarışmışdı, 

göy sarıya, sarı yaşıla, yaşıl məxməriyə qarışmışdı  və elə bil ki, həmin gözəl yaz 

günündə çəməndəki bütün rənglər gülürdü.  

Bülbüllər də  çəmənin sevinən rənglərinə baxırdı  və gözəl nəğmələr oxuyurdu. 

Bülbüllərin həmin yaz günündəki nəğmələri dünyanın yaxşı  işlərindən, gözəl 

hadisələrindən xəbər verirdi, anaların laylasından, uşaqların yuxusundan deyirdi. 

Günəş də, güllər də, çiçəklər, kəpənəklər, bülbüllər də sevinirdi, təkcə... təkcə o 

Balaca Qırmızı Çiçək qəmgin idi. 

Balaca Qırmızı Çiçəyin zərif çiçəkləri gülə bilmirdi, onlar da o qədər incə  və 

zəif idilər ki, həmin isti, günəşli yaz günü, hətta bir az üşüyürdülər də. 

O qırmızı çiçəyin yanında Böyük Sarı Gül bitmişdi. Çəməndə bütün güllər, 

çiçəklər, otlar Böyük Sarı Gülə hörmət edirdi. Böyük Sarı Gül hər şeyi bilirdi, hər 

şeydən xəbərdar idi. Çəməndə güllərin, çiçəklərin nə sualı olsaydı, Böyük Sarı Gülə 

verərdi. Çünki Böyük Sarı Gülün yaşı çox idi; Böyük Sarı Gülün qönçələri artıq düz 

yeddi gün idi ki, açmışdı. 

Böyük Sarı Gül Balaca Qırmızı Çiçəyə baxdı, qıpqırmızı incə  ləçəklərdəki 

qəmginliyi gördü və dedi: 

– Bu gün gözəl gündür... Bütün çəmənimiz sevinc içindədi... Bəs sən nə üçün 

sevinmirsən? Nə üçün günəşin şüaları ilə qızınmırsan? Sən nə üçün qəmginsən? 

Balaca Qırmızı Çiçək zəif, incə ləçəklərini yüngülcə qaldırıb Böyük Sarı Gülə 

baxdı və nazik, titrək səsi ilə dedi: 

– Bax, o balaca qızın anası var... Bax, o balaca buzovun anası var. Bax, balaca 

bülbülün anası var... Bəs niyə mənim anam yoxdur? 

Anası balaca qızını qucağına alıb çəməndəki cığırla kəndə tərəf gedirdi. 

Inək buzovu yanına salıb qarşı dağın döşündən keçirdi. 

Bülbülün balaları  çəmənə bitişik ağaclıqda başlarını yuvalarından qaldırıb 

analarının səsinə səs verirdi.  

Böyük Sarı Gül o balaca qızın anasına, o ana bülbülə, o inəyə baxdı, gülümsədi, 

sonra, elə bil, daha da mehribanlaşdı. Balaca Qırmızı Çiçəyə dedi: 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə