Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə19/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   15   16   17   18   19   20   21   22   ...   184

 

46

Otağa keçib küçə  pəncərəsini açdı  və küçəyə boylandı  və birdən-birə ona elə 



gəldi ki, bu saat bu küçə ilə tabut aparacaqlar. Yandakı pəncərədən qapıbir qonşusu 

artist də küçəyə boylanırdı  və C. Səlimovu görən kimi həmişəki kimi şit-şit 

gülümsədi və salamlaşdı: «– Axşamınız xeyir, qonşu». 

Sonra C. Səlimov divanda oturdu və  qırmızı  rəngli ayı balasına baxdı: «– 

Axşamınız xeyir, qonşu!» 

Nə olardı, bir möcüzə baş verəydi: bu qırmızı rəngli ayı balası bu saat yerindən 

durub dombalaq aşaydı. 

Möcüzə ancaq nağıllarda olur. 

Leyla da bilirdi ki, möcüzə nə deməkdir və deyirdi ki, düz deyil, möcüzə ancaq 

nağıllarda olmur, mən özüm televizorda görmüşəm, quş dönüb adam olur. 

Bir də Leyla deyirdi ki, ayı ayı deyil, çünki heyvanxanadakı ayı qırmızı deyil, 

ayı isə, qırmızı olur, mənim ayım kimi. 

Bu qırmızı ayı balasını keçən il Leylanın dörd yaşı tamam olanda babası 

almışdı,  Şəfiqənin atası, Mədəd kişi. Srağagün bura gəlmişdi, oğrun-oğrun baxırdı 

bu ayı balasına; yəqin utandı, yoxsa götürüb aparardı, yəqin Leyla hər gün onu dəli 

edir ki, hanı mənim qırmızı ayım? 

 C. Səlimovu bu saat bütün dünyada hər şeydən və hamıdan artıq bu qırmızı ayı 

balası  sıxırdı, nəfəs almağa qoymurdu onu, çünki bu eyni ifadə, bu eyni duruş 

müsibət idi, çünki bu qırmızı ayı balası Leyla ilə birlikdə olanda həmişə gülərdi, 

həmişə Leyla ilə oynayardı; bu qırmızı ayı balası Leylanın ilk dostu idi. 

 Əlbəttə, C. Səlimov bu qırmızı ayı balasını götürüb tullaya bilərdi, amma onda 

hər şey bitərdi, qurtarardı hər şey. 

 Məgər hər şey bitməyib? Bitib hər şey. 

 Srağagün Mədəd kişiyə də belə dedi: hər şey bitib. 

 Mədəd kişi bura guya Şəfiqədən xəbərsiz gəlmişdi, deyirdi ki, uşaqlıq 

eləməyin, heç bir şeyin üstündə özünüzü bədbəxt eləməyin, deyirdi ki, dur gedək 

Şəfiqəgilin yanına, ya da heç olmasa dur zəng elə, düzələr hər  şey. O da dedi ki, 

yox, hər şey bitib daha. Bəlkə elə doğrudan da, Şəfiqədən xəbərsiz gəlmişdi Mədəd 

kişi, ola bilər, yaxşı adamdır Mədəd kişi. Deyirdi ki, tərslik eləmə... 

 Qonşu artist yenə  də divarı döyəcləməyə başladı: qışda deyir ki, divara xalça 

vururam (gecə saat birdə), bəs yayın bu cırhacırında nə edir? 

 C.  Səlimovu tər basmışdı, qalxıb köynəyini çıxardı – sıxsaydın, suyu çıxardı; 

sıxıb eyvandakı kəndirdən asa bilər, subay vaxtları kimi. 

 Subaylıq sultanlıqdır, amma evlənəndən sonrakı subaylıq yox.  

 Bir az zarafat elə öz-özünə, bir az dola öz-özünü, bir az kitab oxu, bir az 

televizora bax, bir az radioya qulaq as, bir az zavod barədə fikirləş, sonra da yat, 

sonra da səhər tezdən dur, sonra da işə get, sonra da yenə bu cür. 

Nə vaxta qədər? 

Ürəyini sıxma, bir az gül öz-özünə, bir az sevin öz-özünə, hava da bürkü deyil, 

insanlar da gözəldir, bu siqareti də tulla, bax, bu qırmızı ayı balası da bu saat durub 

dombalaq aşacaq, nə var ki, götür öz əlində fırlat, özü də çox dərinə getmə, bəsdir 

donkixotluq etdin – nə birinci, nə də axırıncısan. 




 

47

C. Səlimov qalxıb küçə pəncərəsinə yaxınlaşdı, eyni damlar, eyni ağaclar, eyni 



bürkü; bu eynilik Şəfiqəgil gedəndən sonra başlamışdı. Artist yenə başını  çıxarıb 

gülümsədi. C. Səlimov soruşdu ki, nə var, nə olub? Artist də soruşdu ki, bəli? C. 

Səlimov bir də soruşdu ki, deyirəm yəni nə var, nə olub, bir maraqlı hadisə baş 

veribsə, deyin biz də gülək. Artist çox ciddiləşdi, bir az qızardı da deyəsən – axşam 

idi, bilinmirdi – sonra soruşdu ki, siz Bədir Bədirlinin  əsərlərini oxumusunuz? C. 

Səlimov cavab verdi ki, xeyr, oxumamışam, çox gülməli kitabdır? Artist də dedi ki, 

yaman gülməlidir, ailə  həyatının dağılmasının sinir sisteminə  təsirindən danışır, 

sonra yenə gülümsədi. C. Səlimov da dedi ki, mən sizin yerinizə olsaydım, Bədir 

Bədirlinin kitablarını oxumazdım. 

C. Səlimov siqareti külqabına basıb söndürdü və divanda oturdu. Birdən-birə 

ona elə  gəldi ki, kim isə arxadan zəndlə ona baxır, kim isə gözlərini düz ona 

tuşlayıb; boynu yandı bu baxışlardan, amma dönüb arxaya baxmadı, çünki bilirdi, bu 

«kim isə» – telefondur, dəhlizin başındakı kiçik dolabın üstünə qoyulmuş telefon; 

dönüb baxmadı, çünki Mədəd kişigilin telefon nömrəsini yadından çıxara bilmirdi, 

bu telefon nömrəsi başından çıxmırdı ki, çıxmırdı: 22-76-84; Şəfiqə də, Leyla da 22-

76-84-də idi. 

Sonra o, qırmızı ayı balasına baxdı və səksəndi, elə bil bütün bədənindən sızıltılı 

üşütmə keçdi – ona elə  gəldi ki, bu saat bu qırmızı ayı balası ayağa qalxıb onun 

əlindən tutacaq və  çəkə-çəkə telefonun yanına aparacaq, dəstəyi götürüb nömrəni 

yığacaq: 22-76-84, sonra da dəstəyi ona verəcək, başının üstündə dayanacaq ki, 

danışsın, başının üstündə dayanacaq – qırmızı geymiş cəllad kimi. 

Niyə cəllad kimi? 

Leyla bu saat öz qırmızı ayı balasını orada gözləyir – 22-76-84-də, öz nağıllarını 

da orda gözləyir, orada gülür, orada küsür, orada ağlayır, orada darıxır;  Şəfiqə  də 

oradadır, gülmür Şəfiqə, qocalıb Şəfiqə otuz yaşında. 

Niyə cəllad kimi? 

Artist divarı yenə  də döyəcləməyə başladı – qışda soruşanda deyir ki, xalça 

vururam divara, bəs indi görəsən nə vurur? Nə desən vurar, lap elə-belə  də 

döyəcləyər.  

Biz hamımız nə desən edərik,  ən ağla gəlməyən işlərə qadirik və bu ağla 

gəlməyən işlərin dərdinə tab da gətirə bilərik, yəqin elə buna görə də bu işləri edirik, 

hərçənd əvvəlcədən bu barədə fikirləşsək, dəhşət basar bizi. 

Hər şey baş verənəcəndir – trolleybusda bir qadının ayaqlarını basdalamaq da, 

bir adamı öldürmək də; baş verdikdən sonra hər  şey qurtarır, sınır, çilik-çilik olur 

hər şey. 

Biz hamımız  şüşədənik, çoxumuz bunu bilmirik, çoxumuz bilmirik ki, biz 

şüşədənik, amma biz şüşədənik, bəzimiz sınıb çilik-çilik olanda da çoxumuz bunu 

hiss etmir, amma sınıb çilik-çilik oluruq, sınıb çilik-çilik olandan sonra bəzən 

təzədən yapışırıq, bütöv oluruq, amma çoxumuz bu bütövlükdəki yapışqanı, ləkələri, 

xırda şüşə qırıntılarını hiss etmirik.  

Bəsdir bu fəlsəfəbazlıq, heç bir fövqəladəlik də olmayacaq, heç bir cəllad da 

yoxdur, bu qırmızı ayı balası bu eyni duruşla, bu eyni ifadə ilə  həmişəlik belə 

qalacaq, möcüzə yalnız nağıllarda olur, bir də televizorda quş dönüb adam olanda.  



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə