Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə141/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   137   138   139   140   141   142   143   144   ...   184

 

314


* * *

 

 

Dünyanın  ən gözəl səsi nə  səhərin gözü açılmamış böyük bir dəstə ilə 



məhəllədəki qoşa tut ağacına qonmuş sərçələrin cik-ciki idi, nə qonşuları Fətullanın 

klarnetinin səsi, nə də bir başqa səs – bunlar gözəl idi, öz yerində, amma dünyanın 

ən gözəl səsi elektrik qatarının təkərlərinin çuqqa-çuku idi və  Əliqulu həmişə 

elektrik qatarının o çuqqa-çuku altında vaqonun pəncərəsindən eşiyə baxanda bütün 

bədəninə bir rahatlıq gəlirdi, altmış altı illik həyatının işıqlı  nə xatirəsi varıydısa, 

yadına düşürdü və o məqamlarda qətiyyən fərqi yox idi ki, qatar getdikcə 

pəncərədən görünən və bir-birini əvəz eləyən Abşeron mənzərələri nədən ibarət idi? 

o dəm Əliqulu gözünün qabağındakı o xatirələrin içində olurdu, misal üçün, birinci 

sinifə getməsini yadına salırdı, düzdü, yeddinci sinifi güc-bəla ilə qurtardı, sonra 

daha məktəbi buraxdı, çünki oxumağa nə  həvəsi var idi, nə  də  şəraiti və gedib 

vağzalda paravoz kömürü daşımağa başladı, amma o birinci sinifə getdiyi günün 

tərtəmizliyi, o balaca Əliqulunun məktəbə getməyi münasibətilə anasının qayçılayıb, 

guya, sahmana saldığı pırpızaq saçları, elə anasının da mürəkkəbqabı qoymaq üçün 

qalın pambıq ipdən toxuduğu mürəkkəb torbacığı, «Əlifba» kitabındakı o şəkillər 

gözlərinin qabağına gəldi; həmin qatar çuqqa-çukuda basma kağız mürəkkəbi özünə 

necə  çəkirdisə,  Əliqulunu da eləcə özünə  çəkirdi və qatarın o gözəl çuqqa-çuku 

altında zibil eşələməyə getməyi, xüsusən də yay vaxtı zibilliyin qurdlamış iyi-

üfunəti tamam yaddan çıxırdı. 

Sovet hökumətinin vaxtında Bakının mərkəzində bir çox hündürmərtəbəli 

binalar var idi ki, onların sakinləri, xüsusən arvadlar, yəni, ev sahibələri bu 

qısaboylu, arıq kişini – Əliqulunu yaxşı tanıyırdılar: səhər tezdən günortayacan 

Əliqulu çiynində torba o hündür binaların həyətinə girib və başını qaldırıb: «– 

Butulka pakupayu-u-u!.. Butulka pakupayu!..»– deyə qışqırırdı və elə ki, çiynindəki 

o böyük torba səkkiz qəpiyə, on qəpiyə, on bir qəpiyə aldığı çaxır, su, araq, kefir 

şüşələri ilə dolurdu, aparıb Şüşəalma Məntəqəsində onları on qəpiyə, on iki qəpiyə, 

on dörd qəpiyə dövlətə təhvil verirdi və pis də qazanmırdı. 

Sonra sovet hökuməti dağıldı  və aradan keçən bu müddət  ərzində Bakı 

camaatının bir qismi harınlamışdı, boşalmış şüşələri atırdı zibil yeşiyinə, qalan qismi 

də tamam kasıblamışdı və hərgah onların evində bir şüşə boşalırdısa, özləri aparıb 

Şüşəalma Məntəqələrinə  təhvil verirdilər və o Şüşəalma Məntəqələri də daha 

dövlətin deyildi, ayrı-ayrı adamların idi və onlar hər şüşəni bittə-bittə yoxlayırdılar. 

Indi daha hündürmərtəbəli binaların həyətinə girib:  

«– Butulka pakupayu!.. Butulka pakupayu!..» – qışqırmağın mənası yox idi və 

indi Əliqulu belindəki həmin torba ilə o hündür-mərtəbəli binaların həyətlərinə girib 

çubuqla zibil yeşiklərini eşələyirdi və tapdığı  şüşələri də ordan yığıb belinə 

şəlləyirdi və aparırdı Şüşəalma Məntəqəsinə. 

Düzdü, indi yüz cürə içki peyda olmuşdu və o içkilərin də yüz cürə şüşəsi var 

idi, amma qazanc sovet hökumətinin vaxtındakından az olurdu və ümumiyyətlə, indi 

belə  məlum olurdu ki, sovet hökuməti elə, doğrudan da, fəhlələrin hökuməti imiş, 

bir də ki, məsələ hökumətdə deyildi, sovet vaxtı kim pis yaşayırdısa, elə indi də it 

günündə yaşayır, yox, kim ki, o vaxt yaxşı yaşayırdı, indi də elə həmin adamlar o 

vaxtkından da yaxşı yaşayırdılar. 

Fikirlər gəlib bu məqama çatanda, Əliqulu ürəyində deyirdi: 

«– Halal xoşları olsun!»  

Həyatın öz qanunları var...  



 

315


 

* * *

 

 

Göydəki o ulduzların sayı-hesabı yox idi və dünyaya gəlib-gedən insanların da 



bu ulduzlar kimi, sayı-hesabı yox idi. 

Və belə məlum olur ki, kürreyi-ərzdə insana doğma olan ən birinci bir şey varsa, 

o da torpaqdır, çünki bu qədər insan ki, dünyaya gəlib, sonra da köçüb gedib, onların 

adı da yaddan çıxıb, kim kimin əcdadıdı?– o da itib gedib və onlardan nəsə bir iz-

soraq qalıbsa, o da torpaqdadı, torpaqda əriyib bir-birinə qarışıb və deməli, 

Əliquluya da, o birinə də ən doğma bir şey – torpaqdır. 

  

* * *

 

 

Ən çox şüşə Bakının mərkəzindəki o hündürmərtəbəli binaların həyətindəki 



zibil yeşiklərində olurdu, amma zibil maşınları Bakıda, ilk növbədə, elə o 

həyətlərdəki zibil yeşiklərini səliqə ilə boşaldıb aparırdı  və  Əliqulu çox zaman 

mərkəzə o zibil yeşiklərinin boşaldılmış vaxtlarında gəlib çıxırdı  və belə vaxtlar 

belindəki o torba da, əlbəttə, boş qalırdı. Onda, yəni, belindəki o torba tamam boş 

olanda  Əliqulu elektrik qatarına minib Zibilliyə gedirdi, sonralar isə, hərdən səhər 

evdən çıxanda heç o hündürmərtəbəli binaların həyətindəki zibil yeşiklərinə baş da 

çəkmirdi, elə birbaşa Zibilliyə yola düşürdü, uzun çubuğu ilə Zibilliyi eşələyib 

tapdığı şüşələri torbasına yığırdı, geri qayıdıb Şüşəalma Mərkəzinə təhvil vrirdi. 

Və Əliqulu sabah səhər Zibilliyə gedəcəkdi. 

 

* * *



 

  

Neçə illərsə bundan əvvəl Əliqulu cırılmış bir jurnal səhifəsində rəngli bir şəkil 



görmüşdü, o şəkili çəkən rəssamın adı nə idi?– bilmirdi, amma bir dəfə gördüyü o 

şəkil heç yadından çıxmırdı: yekə bir saat idi, amma o saat elə bil ət parçasıydı, ya 

qalın və yaş  əsgi parçasıydı, ya nəydisə, yarısı mizin üstünə  sərilmişdi, yarısı da 

mizin üstündən yerə sallanmışdı  və  Əliqulu nə üçün o şəkili heç cürə yadından 

çıxara bilmirdi?– bunun da səbəbini bilmirdi, amma hərdən ona elə  gəlirdi ki, hər 

gün sübh tezdən çiyninə salıb evdən çıxdığı o boz torba, bax, həmin o saat kimi bir 

şey idi... 

 

* * *



 

 

Elə bil ki, damın üstündəki o yorğan-döşək damın üstündə yox, elektrik 



qatarındakı vaqonda salınmışdı və o elektrik qatarı da Abşeronun qumsallığı ilə yox, 

baxımsız qalmış qədim zeytun və əncir ağaclarının arası ilə yox, biri qurtarıb, o iri 

başlayan qəsəbələrin kənarından yox, göy üzünü bürümüş o ulduzların arası ilə 

gedirdi və o elektrik qatarı adamı yayın bu cırhacırında üfunətindən baş gicəllənən 

Zibilliyyə yox, harasa naməlum bir uzaqlığa aparırdı və o uzaqlıqda nə o üfunət var 

idi, nə də o Zibillik, orada hər şey başqa cürə idi, – necə idi?– Allah bilirdi, amma 

tamam başqa cürə idi... 

 

* * *



 

 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə