Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə142/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   138   139   140   141   142   143   144   145   ...   184

 

316


Diş  həkimi Müseyibin əlləri qızıl idi və bunu kiçikdən tutmuş böyüyəcən 

Bakının bütün stomatoloqları  təsdiq edirdi və bu stomatoloqların arasında,  əlbəttə, 

Müseyibi istəməyənlər də vardı, ona paxıllıq edən, onu gözügötürməyənlər də vardı, 

amma onlar da təsdiq edirdi ki, bəli, bu kürən və codxasiyyət adamın əlləri qızıldır 

və  hərgah diş  həkimliyi də vergiylədisə, Allah bu vergini birinci elə Müseyibə 

vermişdi. 

Müseyib Allaha inanan adam idi və sovet vaxtı düz on bir il – 1979-cu ildən 

1990-cı ilə, yəni, camaat Kommunist partiyasından qaçmağa başladığı vaxta qədər – 

işlədiyi poliklinikanın – Bakının  ən böyük stomatoloji poliklinikasının ilk partiya 

təşkilatının katibi oldu, amma o on bir ildə bir gün də olmadı ki, Müseyib 

anasındanqalma kiçik bir «Quran»ı pencəyinin döş cibində,– özü də sol tərəfdə – 

gəzdirməsin və  əlbəttə, o zaman partiya iclaslarına yığışan partiyaçı stomatoloqlar 

və poliklinika işçiləri ağıllarına gətirməzdilər ki, iclası aparan partkomun, yəni, 

Müseyibin cibində «Quran» var, amma, kim bilir, bəlkə o iclas iştirakçılarının 

özlərinin də arasında eləsi, yaxud elələri var idi ki, o da (onlar da) cibində 

(ciblərində) «Quran» gəzdirirdi, bunu kim biləcəkdi? o adamdan və o adamın 

Allahından başqa heç kim və bir dəfə (onda Qorbaçov hakimiyyətə  təzə  gəlmişdi, 

amma «perestroyka» hələ başlamamışdı) partiya iclası ateizmin təbliğinə  həsr 

olunmuşdu, məruzəçi də Müseyib idi və Müseyib məruzə etdikcə, dinin əleyhinə 

danışdıqca, Islamı xaçpərəstliyə, xaçpərəstliyi musəviliyə qatıb, hamısını ifşa 

etdikcə, Leninin «Din xalqlar üçün tiryəkdir»– kəlamını sitat gətirdikcə, tez-tez əlini 

pencəyinin sol yaxasına toxundururdu, ona elə  gəlirdi ki, cibindəki o balaca 

«Quran» indicə cibindən düşüb, qaçıb gedəcək. 

Hərdən Müseyibə elə  gəlirdi ki, sağ tərəfindəki o ağrı da əslində elə o partiya 

iclasından sonra başlamışdı, amma belə deyildi, o ağrı son ayların, uzaqbaşı, bu 

axırıncı bir ilin işi idi və nəhayət ki, bu gün səhər tezdən «Mersedes»i işə salıb sağ 

tərəfindəki o ağrıya görə Bakı Diaqnostika Mərkəzinə gedəndə, elə ilk yadına düşən, 

gözünün qabağına gələn də o uzaq illərin həmin o partiya iclası oldu və Müseyib 

qeyri-şüuri  əlini sol döşünə toxundurdu, amma iyul ayının o istisində, təbii ki, 

pencək  əynində deyildi və ümumiyyətlə, o balaca «Quran» daha o pencəyin sol 

cibində deyildi, çünki daha «Quran»ı gizlətməyə ehtiyac yox idi, Sovet Ittifaqı 

dağılıb getmişdi və indi Müseyibin evində  ən nəfis  şəkildə  nəşr olunmuş bir-

birindən gözəl «Quran»lar var idi, amma bu gün səhər tezdən ki, Müseyib 

«Mersedes»inə minib Bakı Diaqnostika Mərkəzinə gedirdi, heç xoşuna gəlməyən, 

nəinki xoşuna gəlməyən, bir andaca əməlli-başlı ürəyini qısan bir hissiyyat birdən-

birə onun bütün içini bürüdü: ona elə  gəldi ki, o zaman, ateizmə  həsr olunmuş o 

partiya iclasında onun pencəyinin sol tərəfində, cibində saxladığı, anasındanqalma o 

balaca «Quran», həqiqətən, cibindən düşüb qaçıb çıxıb, getmişdi... 

...həmişəlik getmişdi... 

 

* * *



 

 

Elə  həmin isti iyul səhəri də  Əliqulu elektrik qatarının o gözəl çuqqa-çuku 



içində yol gedirdi və  Əliqulu o isti iyul səhəri yadından çıxarmaq istəyirdi və 

yadından çıxarırdı da ki, bu qatar (bu gözəl çuqqa-çuku!) onu üfunət dolu bir 

Zibilliyə aparır. 



 

317


Əliqulunun həyatında bir həqiqət var idi və elə bil, illər keçdikcə, bu həqiqət özü 

ilə bir qəmginlik gətirirdi: bütün həyatı ərzində Əliqulu bu elektrik qatarından başqa 

heç bir qatara, heç bir təyyarəyə, heç bir gəmiyə minməmişdi, çünki ömründə 

Bakıdan kənara çıxmamışdı  və bütün ömründə bircə gecə  də olsun, rəhmətlik 

Nəcəfəlidən (yoxsa Əlinəcəfdən?) miras qalmış o ikiotaqlı, birmərtəbəli evdən 

kənarda yatmamışdı. 

Abşeron çölləri ilə gedən bu elektrik qatarının beləcə çuqqa-çuku Əliqulunun 

həyatında hansısa səyahətdən xəbər verən yeganə bir...  

nə idi?..  

yeganə bir... nişanə idi və o da Əliqulunu Zibilliyə aparırdı  və  həmin isti iyul 

səhəri birdən-birə  Əliquluya elə  gəldi ki, o elektrik qatarı, o çuqqa-çuku, əslində, 

onu ömrün son məqamına, torpağa aparır və bu, düzdü, bir az qəmgin bir hissiyyat 

idi, amma burda təəccüblü də bir şey yox idi, çünki Əliqulunun həyatı da elə o 

üfunətli zibillik kimi bir şey idi. 

Əliqulu bir-bir vaqonun pəncərəsindən ötüşən elektrik dirəklərinə baxa-baxa öz-

özünə: 


«– Olsun də!» – dedi. 

 

* * *



 

 

Bakının «Sabunçu vağzalı»ndan çıxan elektrik qatarı ilə dörd dayanacaq 



getdikdən sonra, stansiyanın qarşısındakı şose yolu keçirsən və qumluqla, baxımsız 

adda-budda zeytun ağaclarının arasından ötüb günbatana tərəf gedirsən və birdən-

birə  dəniz sahilinin o gözəl havası  dəyişməyə başlayır, get-gedə üfunət iyi aləmi 

bürüyür və kor da olsan, o üfunəti tuş tutub gəlib həmin Zibilliyə çıxacaqsan. 

Zibil maşınları Bakının o əraziyə yaxın rayonlarından, qonşu qəsəbələrdən 

gətirdikləri zibili bura boşaldırdılar və sovet zamanı burada xüsusi briqadalar kağızı 

ayrı  yığırdılar, dəmiri ayrı  yığırdılar və sairə  və bunların hamısını  təkrar emala 

verirdilər, yerdə qalanı isə yandırılırdı, amma elə ki, Sovet Ittifaqı dağıldı, elə bil, bu 

Zibilliyin də sahibi öldü, buralar itin-pişiyin, milçəklərin ümidinə qaldı  və 

ümumiyyətlə, Zibilliyin Sovet Ittifaqında olan möhtəşəmliyi get-gedə azalmağa 

başladı, maşınlar zibilləri vaxtında yığmırdılar, vaxtında gətirib bura boşaltmırdılar 

və daha dəmir-dümür də heç gedib zibil yeşiklərinə çatmırdı, müştərilər onları 

əvvəldən yığıb-yığışdırıb aparıb qaramalçılara satırdılar, kağız-kuğuz da tamam 

azalmışdı və kağız-kuğuzun əvəzinə külli miqdarda sellofan torbalar peyda olmuşdu 

və xüsusən Abşeronun məşhur küləkləri  əsəndə o sellofan torbalar uçub ağacların 

qol-budağına, evlərin qapı-pəncərəsinə ilişib qalırdı. 

Üstü sellofan torbalarla dolmuş qoca bir əncir ağacının yanından ötəndə Əliqulu 

fikirləşdi ki, dünya, deyəsən, doğrudan da, dəyişib, indi quşların  əvəzinə  ağaclara 

sellofan torbalar qonur. 

  

* * *



 

 

Müseyibin  əlləri yalnız məcazi mənada qızıl deyildi, bu əllər həm də  həqiqi 



mənada qızıl istehsal edirdi, yəni, bu əllərin qabiliyyəti, bacarığı sayəsində Müseyib 

hələ Sovet Ittifaqı zamanı Bakının ən nüfuzlu gizli qızıl...  

bunu necə deyək?..  

gizli qızıl...  




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə