Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə150/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   146   147   148   149   150   151   152   153   ...   184

 

333


Mister və missis Blyumentallar sonsuz idi, azdanışan, sakit, rahat, qayğısız 

həyatı sevən adamlar idi.  

Missis Blyumentallın ağappaq bir pudeli var idi və o pudellə daha çox danışırdı, 

nəinki mister Blyumentalla, yaxud da miss Consonla, iti tez-tez təmiz havaya 

çıxarırdı, onu özü təmizləyirdi, özü çimizdirirdi, özü pudeli xüsusi bərbərin yanına 

aparıb yeni dəblə qırxdırırdı, qıvrım tüklərini özü darıyırdı, onu özü yedizdirirdi və 

miss Conson bu itlə bağlı heç bir əziyyət çəkmirdi. 

Mister Blyumentall maliyyəçi dairələrdə məşhur və nüfuzlu bank işçisi olmaqla 

bərabər, məşhur da kolleksiyaçı idi, qədim musiqi alətləri yığırdı  və  işdən gəlib 

yüngülcə bir şamdan sonra, gecənin yarısına qədər vaxtını, ideal bir səliqə ilə 

kolleksiyanı topladığı ayrıca üç otaqda keçirirdi, zəngin kolleksiyasındakı nadir 

nümunələrdən birini götürüb rahat kreslosunda əyləşirdi, böyüdücü şüşə ilə baxa-

baxa o nümunəni santimetr-santimetr tədqiq edirdi, cürbəcür məlumat kitablarına, 

kataloqlara baxırdı və sairə.  

Kolleksiyadakı nümunələrin, o cümlədən, Q. da Salonun bir, A. və N.Amatilərin 

bir, Stradivarinin isə iki (!) skripkasının tozunu da mister Blyumentall şəxsən özü 

alırdı  və bu baxımdan da missis Consonun heç bir qayğısı  və qorxusu yox idi ki, 

birdən nəsə əlindən yerə düşər, əzilər, zədələnər, nəyəsə toxunar...  

 

* * * 

 

Firuzənin nə təqsiri var idi? hə? nə təqsiri var idi? heç nə... gör sən bu evi, bu 



yazıq Firuzəni hansı günə gətirib çıxarmısan ki, meynənin yarpaqlarını yığıb aparıb 

bazarda satmaq istəyir... sənin o atan ki, bu meynəni bu həyətdə əkmişdi, əkəndə heç 

onun ağlına gələrdi ki, haçansa oğlunun ailəsi o günə qalacaq ki, arvadı gedib 

bazarda meynə yarpağı satmağa möhtac olacaq?.. o rəhmətlik papaqçı  Cəfər ki, o 

qoşa hörüklü qızı zurnaçıya vermək istəmirdi (yaxşı da eləyirdi!), klarnetçalana 

verdi (çox da səhv bir iş tutdu!), indi qızının bu gününə  qəbirdə  tərpənməsin, nə 

eləsin?.. axmaq oğlu, axmaq, Firuzənin əlini itələməkdənsə, get, öz başını divara vur 

də, Firuzə neyləsin?..  

... və mizin arxasında dinməzcə oturub, barmaqlarını  sındıran Fətulla, görəndə 

ki, Firuzə  həyət qapısından otağa girdi və Firuzənin gözləri də  ağlamaqdan 

qıpqırmızı qızarıb, özünü güclə saxladı ki, durub Firuzəni qucaqlamasın, «sənin nə 

günahın var, əzvayın biri mənəm!»– deməsin, amma Fətulla özünü saxladı  və 

qorxdu ki, birdən Firuzənin yanında gözləri dolar, ona görə  də gözlərini mizin 

üstündə eləcə ovuşdurduğu barmaqlarından çəkməyə ürək eləməyib təkcə elə: 

– Axı, nədi e?.. – soruşdu. 

Firuzə  də ona baxmadı, mizin üstündəki çay-çörək qalığını  yığışdıra-yığışdıra 

titrək bir səslə: 

– Uşağın kiçik toyu olacaq də... – dedi. 

... indi başa düşdün, kütbeyin oğlu, kütbeyin, başa düşdün, ya yox?.. hədiyyə 

almaq istəyir də, uşağa, nə ilə alsın?.. gedib nə eləsin?.. sənin o klarnetin elə sənin 

başına dəysin!.. nə gətirirsən evə?.. gətirdliyini elə öz qarnına tıxırsan də!.. 

Məsələ burasında idi ki, düz beş gündən sonra – üzümüzə  gələn bazar – 

Fətullanın beş yaşlı  oğlan nəvəsini sünnət edəcəkdilər və Firuzə  də  uşağa hansı 

hədiyyə almaq və o hədiyyəni hansı pulla almaq barədə fikirləşəndə, axırda gümanı 

gələn yer bu qoca üzüm ağacı olmuşdu... 

... başa düşdün, axmaq oğlu, axmaq!.. 




 

334


  

* * * 

 

Əlbəttə, Fətulla bilirdi ki, «Payız yağışı»ndan gələn pul azdı, evin xərcinə  bəs 



eləmir, amma işin lap belə bir vəziyyətə gəlib çıxdığını bilmirdi, çünki pulu gətirib 

verirdi Firuzəyə, evin xərcləri ilə  də Firuzə  məşğul olurdu və Firuzə  də  Fətullaya 

şikayət etmirdi ki, qanı qaralmasın, onsuz da Fətulla əlindən gələni edirdi, yaşının 

bu çağında, kababxanaya gəlib-gedən övladı yaşında müştərilərin (özü də necə 

müştərilərin! biri kefli olurdu, o birisi dalaşqan olurdu, o birisi də, Allah bilir, hansı 

yuvanın quşu olurdu...) sifarişilə klarnet çalırdı – Fətulla bədbəxt, bundan artıq nə 

etməli idi? 

Ancaq kürreyi-ərz alt-üst olsaydı da, Fətulla razı ola bilməzdi ki, onun evində 

elə bir vəziyyət yaransın ki, nəvəsinin kiçik toyuna hədiyyə almaq üçün, Firuzə 

bazara gedib yarpaq satmaq fikrinə düşsün. 

Və bu zaman Fətulla gəlib, Firuzənin xüsusi səliqə ilə  bəzədiyi bufetin 

qabağında dayandı, gözlərini bufetin yuxarı qatında,  şüşənin arxasındakı o qədim 

sədəfli balabana zillədi. Üstü gümüş, sədəf və firuzə ilə  işlənmiş bu balaban 

Fətullaya ata-babasından qalmışdı və Fətullagilin evinin çox əziz bir ərməğanı idi. 

Vaxtilə bu balabandan qəzetlər də yazmışdı, muzeydən də  gəlib onu almaq 

istəmişdilər, amma Fətulla verməmişdi, çünki Fətulla belə fikirləşirdi ki, əgər, bu 

balabanı satsa, ya kiməsə versə, dədə-babasının ruhu qarşısında kişiyə yaraşmayan 

bir iş görmüş olar. 

Və ümumiyyətlə, hərdən Fətullaya elə gəlirdi ki, o gün ki, Fətulla bu balabanı 

yerə qoydu və klarneti əlinə götürdü, o gündən də bu balaban təkcə Fətulladan yox, 

bütün dünyadan küsdü.  

Amma bəzən – ildə bir dəfə, bəlkə də iki ildə bir dəfə Fətulla balabanı bufetdən 

çıxarırdı, həyətə çıxırdı, o meynənin qabağındakı balaca çarhovuzun həmişə səliqə 

ilə  əhənglənmiş sürahisində otururdu, o balabanı sazlayırdı  və bir «Sarı  gəlin» 

çalırdı.  

Və o zaman Fətulla hiss edirdi ki, barmaqları balabanın dəlikləri üstündə 

oynadıqca, balaban onunla barışır və  Fətulla bir də onu hiss edirdi ki, balabanı 

axırıncı  dəfə bufetin gözünə qoyandan sonra, bütün bü müddət  ərzində, balaban 

səbrlə bu günü – həyətdəki bu xudmani «Sarı gəlin» bayramını gözləyib.  

Muzey işçiləri balabanın üstündə  ərəb  əlifbasında sədəflə yazılmış yazını da 

oxumuşdular və Fətulla o yazını kiril əlifbası ilə ağ bir kağıza yazdırıb, muzeylərdə 

olan kimi, balabanın qarşısına qoymuşdu:  

 Il – 923. 

 Camadiül-əvvəl – 6. 

 Təbriz. 

 Usta Məhəmməd ibn Yusif ibn Mütəllib. 

Bu – balabanı Təbrizdə yaratmış ustanın adı və hicri təqvimlə yaranma tarixi idi 

ki, elə həmin muzey işçilərinin hesablamasına görə, milad ilə 1516-cı il iyun ayının 

30-u eləyirdi.  

Sovet vaxtı indiki kimi deyildi, muzeylərin pulu çox idi və o muzey işçiləri çox 

çalışdılar, çox əlləşib-vuruşdular, amma Fətulla balabanı muzeyə satmadı, icazə 

verdi ki, gəlib şəklini çəksinlər, hara istəyirlər göndərsinlər, nə istəyirlər yazsınlar, 

amma o sədəfli balabanın özü eləcə bu bufetin yuxarı qatında qaldı və mötəbərliyi 

daha da artdı.  




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə