Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə146/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   142   143   144   145   146   147   148   149   ...   184

 

324


Böyük oğul o boş şüşəni Müseyibdən aldı və qapıya yaxınlaşdı. Əliquluya elə 

gəldi ki, o nəhəng oğlan bu saat o boş şüşəni onun başına çırpacaq, hətta o məqamı 

gözləyə-gözləyə  Əliqulu gözlərini də yumdu, amma belə olmadı, nəhəng oğlan 

şüşəni Əliqulunun qoltuğuna dürtdü, sonra barmağını da uzadıb, az qala, bu balaca 

adamın gözünün içinə soxa-soxa: 

– Sən öləsən,– dedi,– bir də buralara gəlib kişini narahat-zad eləsən, sənin 

gözlərüvü çıxardacam! 

Sonra böyük oğul hirslə qapını çırpdı və bu dəfə o tünd qəhvəyi qapı, həqiqətən 

də, Əliqulunun burnuna dəydi.  

 

* * *



 

  

Allahın qisməti iki cür olur. 



Varlının bir qisməti var, kasıbın başqa qisməti. 

Və Allahın işinə qarışmaq olmaz, naşükür olmaq da lazım deyil. 

Beş «şirvan», bu da üç «şirvan», elədi səkkiz «şirvan». 

Səkkiz «şirvan»dan ötrü neçə gün zibil yeşiklərini axtarmalıydın? 

Hələ bir tərəfdən də o bahalı boş şüşə... 

  

* * *



 

 

Hara uçdu o ulduz? 



Bu gecə də dünənki gecənin eyni idi, göyün üzü ulduzla dolu idi. 

Dünənki kimi və əlli il bundan əvvəlki o gecə kimi. 

Gecə yarını keçmişdi və indi Bakı sakinləri bürkünün fərqində deyildi, Bakı 

yatmışdı.  

Müseyib yenə taybatay açdığı o geniş pəncərənin qarşısında dayanıb göydəki o 

ulduzlara baxırdı. 

O ulduz əlli il bundan əvvəl axıb getmişdi. 

Bu əlli ildə nələr olmuşdu... 

Müseyibin ürəyi birdən-birə bir siqaret istədi, amma siqaret yox idi, Müseyib ki, 

üç il bundan əvvəl oğlanlarının tələbinə davam gətirmədi və siqareti tərgitdi (gərək 

heç tərgitməyəydi!), onlar bu evdə bircə  dənə  də siqaret qoymadılar, hamısını 

yığışdırıb aparıb tulladılar, ya kiməsə bağışladılar və Müseyib də daha siqaretsizliyə 

öyrəndi, üç ildən artıq idi ki, heç yadına da düşmürdü. 

Amma indi birdən-birə ürəyi siqaret istədi. 

Məsələ burasında idi ki, Müseyib oğlanlarını aldatmışdı. 

Səhər tezdən Diaqnostika Mərkəzində tanış  həkimlərlə zarafatlaşıb müayinəyə 

başlayandan bir az sonra həkimlərin sifətində zarafatdan əsər-əlamət qalmadı  və 

fəhmi çox həssas olan Müseyib bunu o saat hiss etdi. Müayinə qurtarandan sonra, 

həkimlərin dili topuq vurmağa başladı. «Mənim işlərim necədi? «Gərək... 

məsləhətləşək...» «Kimlə  məsləhətləşəcəksiz?» «Görək də...» «Kimlə?..» «Gərək 

götür-qoy eləyək...» «Kimlə?» «Fərəcovla...» 

Fərəcov Bakının ən məşhur onkoloqu idi. 




 

325


Müseyib Diaqnostika Mərkəzindən çıxıb «Mersedes»i birbaşa Onkologiya 

Institutuna sürdü və köhnə tanışı  Fərəcovun kabinetinə girdi, özünü müayinə 

elətdirdi. «Hə, köhnə dost, de görək nə gəzdiririk içimizdə?» «Sən get, dincəl, mən 

də bir əməlli-başlı götür-qoy eləyim, sabah söhbət edərik.» «Mənə diqqətlə qulaq as, 

köhnə dost! Belə başa düşürəm ki, işlərim yaxşı deyil. Əgər, sən bu fikirdəsən ki, 

indi mən gedəcəyəm, sən də  oğlanlarımı çağırıb özümə demək istəmədiklərini 

onlara deyəcəksən,– elə  şey yoxdu! Nə varsa, elə indi özümə deyəcəksən!» «Get 

istirahət elə, sabah danışarıq.» «Xərçəngdi?» Və Müseyib göy gözlərini Fərəcovun 

gözlərinin lap dərininə zillədi. Fərəcov bu baxışlara açıq-aşkar dözə bilmədi və 

guya, ciblərində nəsə axtarmağa başladı. «Səninləyəm, xərçəngdi?» Fərəcov güclə: 

«– Deyəsən...»– dedi. «Vaxtı keçib?» «Gec gəlmisən...» Fərəcovun kabinetində bir 

anlıq sükut çökdü, sonra Müseyib kreslodan qalxıb qapıya tərəf addımladı. «Mən 

getdim.» «Analizlər...» Müseyib Fərəcovun daha nə dediyini eşitmədi və qapıdan 

çıxdı.... 

... hara uçdu o ulduz? 

... harasa, naməlum, tanınmaz-bilinməz bir məkana... 

 

* * *

 

 

Kimsə səhər evdən çıxıb balıq tutmağa gedir və burada nə əcaib bir şey var? 



Kimsə də evdən çıxıb şüşə yığmağa gedir və bu da...  

bu da...  

bu da elə qaydasında olan bir şeydi... 

  

* * *



 

 

Bu gecə də dünənki gecənin eyni idi, göyün üzü ulduzla dolu idi, bir dırnaq ucu 



da desən, bulud parçası yox idi və hava da tamam dayanmışdı, elə bil ki, ortada – 

ötən gecə ilə bu gecə arasında – bu boyda bir gün olmamışdı  və bir də ki, bu 

ulduzlar ki, bu qədər uzaqlardadır, bu ulduzlar ki, bu qədər saysız-hesabsızdır, yəni, 

bu dünya ki, bu qədər sirri-xudadı, bu sirri-xudanın, bu uzaqlığın və bu çoxluğun 

müqabilində dünənki gecə ilə bu gecə arasında fərq var idi? yox idi?– bu, tamam 

mənasız bir şey idi. 

Neçə illər idi Əliqulunun ürəyində heç kimə demədiyi bir istək yaşayırdı, 

xüsusən də yay vaxtları, damda yatanda, xüsusən də hava bu cür dayanıb duranda, 

göyün üzü də beləcə tərtəmiz, beləcə aylı-ulduzlu olanda o istək birdən-birə tərpənib 

canlanırdı, gözəl bir arzuya çevrilirdi, elə bil ki, susuzluqdan saralıb-solmuş bir şitil 

idi,– nə bilim, pamidor şitili, ya bibər, ya da bir başqa şey,– birdən su verirdin ona, 

gözgörəsi özünə gəlirdi, yarpaqları qalxırdı, boyu dikəlirdi, yaşılı qayıdırdı. 

Indi də o istək beləcə birdən-birə Əliqulunun içindən baş qaldırdı. 

Əliqulu eşitmişdi ki, guya, başqa ulduzlardan Yer kürəsinə  əcaib-qəraib 

məxluqlar uçub gəlir, «uçan boşqab» deyirlər onların minib gəldiyi o təyyarə kimi 

şeylərə və onlar, guya, yerdən adamları oğurlayıb özləri ilə aparırlar, öyrənirlər ki, 

yer kürəsindəki insanlar necə məxluqlardı və Əliqulu çox istəyirdi günlərin bir gözəl 

günündə o əcaib-qəraib məxluqlar gəlib onu da eləcə oğurlayıb aparsınlar, aparsınlar 

o uzaq-uzaq yerlərə, həmişəlik aparsınlar, bir də heç vaxt kürreyi-ərzə qayıtmasın. 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə