Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə154/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   150   151   152   153   154   155   156   157   ...   184

 

341


Oğlu bu sağlığı söyləyəndə, sonra da kürəkəni bu sözləri deyəndə, Əminə xanım 

eynəyinin qalın  şüşələri arxasından zəndlə, çarpayıda uzanıb başını iki ağappaq 

qalın balıncın üstündə dikəltmiş  şairə baxdı:  şair, xəstələnəndən sonra daha da 

nazilmiş və tamam solmuş dodaqları ilə gülümsədi və başını yavaş-yavaş tərpədib, 

elə bil, oğlunun dediklərini təsdiq etdi və şairin gözlərindəki o ifadə o Yeni il gecəsi 

Əminə xanımın bütün içini qəhərlə doldurdu – şairin gözlərindəki o ifadədə bir 

minnətdarlıq var idi, elə bil, şair oğluna, qızlarına, kürəkəninə, bəlkə elə  Əminə 

xanımın özünə də təşəkkür edirdi ki, onlar heç hara getməyiblər, bu Yeni il gecəsini 

onunla bir yerdə keçiriblər... Hətta Məmməd müəllimə... Məmməd müəllimə  də 

təşəkkür edirdi ki, icazə verib, böyük qız, kürəkən, Əminaşka bu gecə onlara, yəni, 

Məmməd müəllimgilə yox, bura – şairin yanına gəliblər... 

O ağrılar şair kimi bir şəxsiyyəti sındırmışdı...  

Şairin əzablarını ancaq morfi iynəsi azaldırdı. 

Əminə xanım qorxdu ki, özünü saxlaya bilməyib ağlayar, mətbəxə keçdi, 

mikrodalğalı sobanın qapağını açıb, içində  cızhacız qızaran qaza baxdı  və bu vaxt 

oğlu mətbəxə gəlib sevinclə: 

– Papa soruşur ki, qaz necədi?– deyə xəbər verdi. 

Əminə xanım bayaq oğlunun dediyi o sözlərdəki minnəti yadından çıxardı 

(doğrudan da, o sözlərdə elə də bir qəbahət yox idi, qarışqadan fil düzəltmək lazım 

deyil və heç kim də o sözlərə fikir vermədi) və şairin əvvəlki gözəl Yeni il gecələri 

kimi, mikrodalğalı sobanın içində  qızaran qazla maraqlanması  Əminə xanımın 

kefini, elə bil, bir az durultdu və o, qaza baxa-baxa: 

– Əladı!– dedi. 

Sonra daha bir möcüzə baş verdi: şair zəif səslə, amma, az qala, tamam 

unudulmuş bir şövqlə dedi: 

– Mən də araq vuracam! 

Oğlu qədəhlərə araq süzdü, şair arıqlayıb uzanmış  və saralmış barmaqları ilə 

qədəhi özü tutub, neçə vaxtdan bəri ilk dəfə araq içdi və düzdü, arıq çənəsindən bir 

az araq süzülüb yaxasına töküldü, amma o araq neçə aydan bəri, elə bil ki, kiçik 

gözlüyü də olmayan və havasızlıqdan boğulan bu otağın pəncərələrini taybatay açdı, 

içəri təzə hava əsdirdi. 

Və o gecə  Əminə xanımın ürəyində belə bir dəli ümid baş qaldırdı ki, bəlkə, 

həqiqətən, bir möcüzə baş verəcək? bəlkə,  əri, doğrudan da, sağalacaq, ayağa 

qalxacaq,  əvvəlki kimi olacaq? amma elə ki, bir azdan – hələ yeni 2002-ci il 

gəlməmiş şairi yuxu apardı, gecə keçdi, sübh tezdən şairin dəhşətli ağrıları yenə, ilan 

başı kimi, başını dik qaldırdı, yenə gəlib morfi vurdular, Əminə xanımın ürəyindəki 

o dəli ümid də həmişəlik sönüb getdi.  

 

* * *



 

 

Elə bil ki, nə isə dartınıb şairin içindən çıxmaq istəyirdi, onun bədənindən azad 



olmaq istəyirdi, amma çıxa bilmirdi, əlləşirdi-vuruşurdu,  şairin bütün içini ələk-

vələk eləyirdi, vurnuxurdu, eşiyə  çıxmağa, qarışqa yuvasının deşiyi kimi bir yer 

axtarırdı, amma çıxa bilmirdi və doğrudanmı, içində beləcə vurnuxan, eşiyə beləcə 

can atan, beləcə azadlığa çıxmaq istəyən şairin təbi idi? 

o təb onu qoyub niyə qaçmaq istəyirdi? 

o təb onsuz nə edəcəkdi? 

boşluq olacaqdı o təb, hava olacaqdı, nə olacaqdı? 



 

342


hər şey keçmişdə qalıb... quyunun dibində... qapqaranlıq quyunun dibində... 

o quyunun dibindən heç kim qalxmayıb və heç kim də qalxmayacaq... 

o quyunun ağzı bu dünyadadı, dibi isə tamam başqa bir dünyadadı... 

 

* * *



 

 

Heç kim bilmirdi ki, onun iki yaradıcılığı var:  



a) yazılmış  şerləri (poemaları, mənzum pyesləri, Puşkindən, Nekrasovdan, 

Mayakovskidən, Nazim Hikmətdən, Yeqor Isayevdən, Eduardas Mejelaytsinin (bu 

Litva şairinin Lenin mükafatı aldığı vaxtlar), Pablo Nerudadan, Tunis şairi və SSRI-

nin dostu Mustafa əl-Farsinin ruscaya çevrilmiş  şerlərindən, Sovet Ittifaqı 

dağılandan sonra isə Mandelştamdan, Svetayevadan, Iosif Brodskidən, Mehmed 

Akifdən tərcümələri və s.  

b) və bir də – bax, bunu heç kim bilmirdi!– yazılmamış şerləri. 

Şairin yazılmamış o şerləri, eləcə yazılmadı və heç zaman da yazılmayacaq. 

O yazılmamış şerlərdən min dəfə yaxşıları yazılacaq, yəqin onlardan pisləri də 

çox yazılacaq, amma onun o yazılmamış şerləri heç zaman yazılmayacaq. 



* * *

 

 

Beş il bundan qabaq – şairin 60 yaşı tamam olanda – düzdü, respublikanın 



rəhbərləri onu təbrik etdi və bu təbriklər qəzetlərdə dərc olundu, televiziya ilə onun 

haqqında verilişlər verildi, o, müstəqil Azərbaycan Respublikasının «Şərəf» ordeni 

ilə  təltif olundu, universitetlər, elmi institutlar, bir sıra  şəhər və rayonların (kiçik 

qızının hesablamasına görə, onların sayı 23 idi) icra hakimiyyətləri onunla görüş 

keçirdilər, amma şair Respublika Sarayında təntənəli yubiley gecəsindən imtina etdi: 

– Qarabağ ermənilərin  əsarətindən azad olunmayanacan, mən heç bir yubiley 

istəmirəm! – dedi.  

Və şairin bu bəyanatını bütün qəzetlər çap elədi. 

Əminə xanım: 

– Qarabağın dərdini çəkmək elə bizə qalıb də!– dedi. 

Kiçik qızı dərindən ah çəkib: 

– Papa belədi də!..– dedi. 

Əminə xanım: 

– Öküz kimi oğlanlar bığlarını bura-bura bazarda pomidor satır, amma 

Qarabağın dərdini biz çəkirik!..– dedi. 

 

* * *



 

 

Yazılmamış şerlərdən: 

 

 xatirələr 



 bu yağışlı günlərdə 

 güzgü kimi 

 sınır bir bir 

  

 yerə tökülmüş  



 güzgü qırıqlarında 

 gün işığı  

 ocaq şöləsi  

 qulaq parası  




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə