sancağında yaşayan müsəlman əhalisindən olan idarəçiləri və
hərbçiləri də nəzərə alsaq, onda burada müsəlman əhalinin üstünlük
təşkil etməsi qənaətinə gəlmək olar [12, s. 13]. Digər tərəfdən 1727-
ci ildə öz yurdlarını tərk etmiş 86 yaşayış məskəninin əhalisi
müsəlman şiələrdən ibarət olmuşdur. Müfəssəl dəftəri tərtib edənlər
bir çox kəndlərin əhalisinin şiə olduqları iiçiin əraziləri tərk
etdiklərini və daha geri qayıtmayacaqlarını bildirirdilər [12, s. 324-
325]. Deməli, Naxçıvan sancağı osmanlılar tərəfindən ələ keçirilənə
qədər, burada türk-müsəlman əhali daha çox olmuşdur.
1727-ci ildə qəsəbə kimi qeydə alınan Ordubad şəhərində 359
evli, 230 subay müsəlman yaşayırdı [12, s.222-236]. Ordubad
şəhərində xristian əhali qeydə alınmamışdı.
Araşdırılan dövrdə Naxçıvanda olmuş səyyahların məlumatları da
əhəmiyyət kəsb edir.
Bu məlumatlardan xanlıqlar dövründə
Naxçıvan
xanlığının
əhalisinin
əksəriyyətinin
Azərbaycan
türklərindən ibarət olduğu məlum olur. XVlll əsrin 80-ci illərində
Naxçıvan xanlığında 500 həyət xristian qeydə alınmışdı [5, s. 19].
XIX
əsrin əvvəllərində Azərbaycanm şimal xanlıqlarının Rusiya
imperiyası tərəfindən işğalından sonra rus məmuıiarı tərtib etdikləri
kameral təsvirlər bir sıra hallarda qüsurlu olsa da mühüm əhəmiyyət
kəsb edir.
Naxçıvan xanlığının Rusiya tərəfindən işğalına qədər burada 5538
azərbaycanlı ailə yaşayırdı və erməni ailələrinin sayı köçürmələrə
qədər 930 ailə təşkil edirdi [8, s. 119]. “Qafqazarxası vilayətlərin
icmalT’nda isə köçürmələrə qədər burada yaşayan crməni ailələrin
sayı 533 ailə, yəni daha az idi [14, h. IV, s.317].
Naxçıvan xanlığında əsas əhalinin Azərbaycan tiirklərindən ibarət
olmasını Nikitin də təsdiq edir: “Qədim zamanlardan kəngərlilərin
məskunlaşdığı Naxçıvan xanlığında tatarlar (Azərbaycan türkləri -
İ.M.) böyük əksəriyyət təşkil edirdilər [13, s. 127]”. 1826-cı ildə
Naxçıvan xanlığında 12 min tatar (Azərbaycan türkü - İ.M.), 3800
ailə erməni qeydə alınmışdı [7, s. 26]. Köçürmələrə qədər Naxçıvan
xanhğında yaşayan 39500 nəfərdən 30320 nəfəri Azərbaycan türkü,
9180 nəfəri isə erməni olmuşdur [3, v. 7]. Köçürmələrdən sonra
burada erməni əhalinin sayı süni surətdə çoxaldılmışdı. 1829-cu ildə
N'axçıvan əyalətində 822 ev erməni qeydə alınmışdı [16, v. 2 arxa;
15, v. 2 arxa]. 1828-1831-ci illərdə Naxçıvan bölgəsinə 2387 erməni
ailəsi köçürülmüşdü [19, s. 637].
1831-ci ildə Naxçıvan şəhəri və Naxçıvan əyalətinin kəndlərində
Xoy (408 ailə), Təbriz (53 ailə), Marağa (69 ailə), Səlmas (1302 ailə
- Səlmas və Xoydan 384 ailə), Deykərxan (26 ailə) və Urmiyadan
(27 ailə + mənbədə ümumilikdə verilən Urmiya və Səlmasdan Məzrə
kəndinə köçürülən 22 ailə) 2291 erməni ailəsi (mənbədə müəllif
\erilən rəqəmləri səhv hesabladığından 2285 erməni ailəsi yazır -
İ.M.), Ordubad dairəsinə isə Təbriz(84 ailə) və Marağadan (182 ailə)
266 erməni ailəsi - ümumilikdə 2557 (müəllif səhv olaraq 2551
crməni ailəsi verir) erməni ailəsi köçürülmüşdü [17, s. 125-127].
1832 idə Naxçıvan, İrəvan və Ordubadın daxil olduğu “ Erməni
vilayəti”ndə köçiirmələr nəticəsində ermənilərin sayı 82317-i nəfərə
çatdırılmışdı [20, s. 67]. Həmin kameral təsvirə görə, Naxçıvan
əyalətində 3859 ailə tatar və ya türkmən (Azərbaycan türkü - İ.M.),
533 ailə rus işğalınadək bura köçürülən erməni ailəsi və 1828-ci ildə
İrandan köçürülmiiş 2145 crməni ailəsi yaşayırdı [14, s. 317].
Göründüyü kimi, 1832-ci ilə aid məlumatda İrandan Naxçıvan
əyalətinə köçiirülən crməni ailələrinin sayı 1831-ci ilin statistikasına
nisbətən daha az vcrilmişdir, yaxud da qəsdən azaldılınışdır.
Həmçinin, Ordubad dairəsinə İrandan köçürülən crınənilərin sayı da
1831-ci ilə nisbətən daha az - 216 nəfər kişi cinsi göstərilmişdir [14,
h. IV, s. 354].
İ. Şopenin ınəlumatına görə XIX əsrin 30-cu illərində kcçmiş
Naxçıvan xanlığının ərazisində ümumilikdə 5538 ailə (24385 nəfər)
miisəlınan əhali, 3325 ailə (17097 nəfər) xristian crınəni yaşayırdı.
Naxçıvan əyalətində müsəlmanların sayı 3863 ailə (17138 nəfor),
erməmiərin sayı isə 2675 ailə (13369 nəfər) təşkil edirdi [19, s. 635-
638].
Göründiiyü
kimi,
hətta
Rusiya
imperiyası
tərəlindən
erməmiərin Naxçıvan ərazisinə köçüriilməsindən sonra bclə burada
Azərbaycan türkləri üstünliiyə malik idilər.
N a x çıv a n
şəhərinin əhalisi.Naxçıvan şəhərinin əhalisi haqqında
məlumatlar ya Naxçıvan xanlığının yaranmasmadok, ya da xanlığın
Rusiya tərəfındən işğalından sonrakı dövrə təsadüf edir. Xanlıqlar
dövründə Naxçıvan şəhərinin əhalisi haqqında kasad olan məlumatlar
şəhərin
əhalisinin
etnik,
dini,
say
və
sosial
tərkibinin
müəyyənləşdirilməsində əhəmiyyətə malikdir.
XVIII
əsrdə Naxçıvanda olmuş fransız səyyahı J. Şardən şəhərin
80% dağıdıldığını və tədrieən bərpa olunduğunu, burada 2 min evin
olması haqqında məlumat verirdi [18, s. 63]. Digər fransız səyyahı Q.
Druvil də şəhərin dağıntılara məruz qaldığını bildirirdi [6, s. 18; 9, s.
3].
1727-ci ildə Naxçıvan şəhərində 867 vergiödoyon (789 müsəlman
+ 78 qeyri-xristian) qeydə alınmışdı. Yuxarı mohəllədə 399 türk
vergiödəyən, Aşağı məhəllədə isə 390 türk vo 78 qeyri-xristian
vergiödəyən yaşayırdı [12, s. 37-50]. Ümumilikdə, Naxçıvan
şəhərində türk-müsəlmanlar 91 %, xristianlar isə 9 % təşkil edirdilər.
XVIII
əsrin
əvvəllərində
kəngərlilər
Naxçıvan
şəhərinin
idarəsində və əhalinin say tərkibində xüsusi yer tuturduılar. Şəhərdə
4-5 min əhali yaşayırdı [11, s. 101]. Nikitin şəhərdə 6 min nəfərin
yaşadığını və müsəlman tatarların (Azərbaycan lüı kü - İ.M.) şəhərdə
böyük əksəriyyət təşkil etdiyini bildirirdi [13, s. 1 14-115, 127]. 1796-
cı ildə şəhərdə yalnız 700 ailə qeydə alınmışdı [20, s. 26].
1806-cıl ildə Naxçıvan şəhərində 5 min nəfərdən çox [4, s. 76],
1807-1828-ci illərdə isə 1100 ailə yaşayırdı [19, s. 540; 20, s. 26].
Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindon işğalı ərəfəsində
şəhər əhalisi 4360 nəfər təşkil edirdi [8, s. 100].
Arxiv sənədlərinə görə Türkmənçay müqavilosi bağlanan zaman
Naxçıvan şəhərində 873 ev vardı. Bu evlərdə 1330 ailə yaşayırdı,
əhalinin ümumi sayı isə 5470 nəfərə çatırdı. 5470 nəfərdən 1110-nu
buraya rus işğalından sonra köçürülən ermənilər toşkil edirdilər [2, v.
8-9]. Türkmənçay müqaviləsi imzalanandan sonra İrandan Naxçıvan
xanlığına və eləcə də Naxçıvan şəhərinə erməni ailələri köçürüldülər.
“ Statistik təsvirin” məlumatına görə, Naxçıvan şəhərinə Xoy
şəhərindən 166, Təbriz şəhərindən 53, Marağa şohərindən 69, Səlmas
dairəsindən 97, Deykərxandan 26, Urmiya şəhərindən 5 erməni ailəsi
(ümumilikdə 416 erməni ailəsi) köçürülmüşdü [17, s. 125]. Naxçıvan
xanlığının Rusiya tərəfındən işğalından və ermənilərin buraya
köçürülməsindən sonra şəhərin əhalisi 3641 nəfər (66,6%) tatardan
(Azərbaycan türkündən - İ.M.), 1829 (33,4%) nəfər ermənidən,
iimumilikdə isə 5470 nəfərdən ibarət idi. Şəhərdə olan 873 evdən
712-i tatarlara (81,5%), 122-si (14%) ermənilərə, 39-u isə xəzinəyə
məxsus
idi
[19,
s.
478-479].
Deməli,
ermənilərin
şəhərə
köçürülməsindən sonra belə Azərbaycan türkləri böyük əksəriyyət
təşkil edirdilər. Ermənilərin Naxçıvan şəhərinə köçürülməsindən
sonra türk-müsəlman əhalinin vəziyyəti pisləşdi. Qriboyedovun qraf
Paskeviçə 1828-ci il 1 noyabr tarixli məlumatından bunu aydın
görmək olar: “ İrəvana nisbətən, Naxçıvan vilayətində ermənilərin
buraya köçürülməsindən sonra daha çox sıxıntılara və nizamsızlığa
yol açdığını gördüm. Tatarların (Azərbaycan türklərinin - İ.M)
narazılığı ən yüksək həddə çatmışdır. Onlar çarəsizlikdən təsərrüfat
və əmlaklarını ata bilərlər, və bu halda biz nahaq yerə onların bizi
tərk
etmələrini
İranın
təsiri
kimi
qiymətləndirməliyik!”
Bu
məlumatdan bəlli olur ki, 1828-ci ildə şəhərdə 392 müsəlman ailəsi,
114 bura rus işğalından əvvəl köçürülən erməni ailəsi, 285 isə rus
işğalından sonra köçürülən erməni ailəsi yaşamışdır [1, s. 647; 7, s.
89-90; 9, s. 6].
1830-cu ildə şəhərin 4 məhəlləsində 700 ev var idi. Şohorin
müsəlman evlərindən 4-ü xanlara, 47-si sultan vo bəylorə, 3-ü
axundlara, 7-i mollara, 18-i seyidlərə, 34-ü xan nökərlorinə, 386-ı
(254 ev kəngərli tayfasımn nümayəndələrinə ınoxsus idi) vergi
mükolləfiyyəti daşıyan tatarlara (Azərbaycan türklərino - İ.M.)
moxsus idi [ 17, s. 68-69, 130-131].
Mənbəyə görə, şəhərin əhalisi 1330 ailədən: 905 müsolınan, 156
ermoni (rus işğalınadək bura köçürülən - İ.M.) və 269 rus işğalından
sonra köçürülən erməni ailəsindən ibarət idi [14, s. IV, s. 332]. Əgər
Paskeviçin məlumatından şəhərdəki erməni ailəlorinin (xanlığın
Rusiya tərəfindən işğalınadək buraya köçürülon) sayı 114 verilirso,
“Rusiyanın
Qafqazarxası
mülklərinin
icm alf’nda
bu
ermoni
Dostları ilə paylaş: |