Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Ycni qurulan milli
hökumət
bölgələrdə
ermənilərin
həyata
keçirdiyi
qırğınların
dayandırılmasına əsaslı təsir göstərə bilməsə də, oııun 1918-ci il,
iyunun 4-də Türkiyə ilə bağladığı Batum müqaviləsinin şərtlərinə
uyğun olaraq, birləşmiş Qafqaz İslam Ordusunun Azərbaycan
torpaqlarının daşnak-bolşevik birləşmələrindən təmizlənməsində
böyük rolu olmuşdur. Lakin bir məsələni qeyd edək ki, hələ bu
müqavilədən ə w ə l Naxçıvanm erməni təcavüziindən qorunması
üçün türk hərbi qüw ələri gəlmişdi. Çünki Naxçıvan nümayəndə
heyəti onların gəlişindən ə w ə l kömək üçün Osmanlı hökumətinə
müraeiət etmişdi. Belə ki, mayın 17-də Xəlil bəyin başçılığı ilə bir
qrup Osmanlı hərbiçisi Naxçıvana gələrək, Şaxtaxtında yerləşmiş,
topçu Hüsni Əfəndi azərbaycanlılardan ibarət hərbi dəstələr təşkil
edilməsi və topçular hazırlanması ilə məşğul olmağa başlamışdı (1, s.
194). Türklərin bu gəlişi erməni daşnaklarını öz bədnam əməllərində
daha da fəallaşdırdı. 1918-ci ilin iyun-iyul aylarında ermənilər
Naxçıvanda misli görünməmiş vəhşiliklər törətdilər. Çünki bu zaman
Türkiyə və Azərbaycanın müxtəlif bölgələrində saysız-hesabsız və ən
qəddar üsullarla qırğınlar törədən Andranik Ozanyan Naxçıvan
ərazisinə daxil oldu və bir-birinin ardınca bir çox kəndlərin əhalisini
qıraraq, xarabahğa çevirdi. Onun quldur dəstəsi təkcə Gilançay və
Əlincəçay vadilərində 80-dən artıq kəndi dağıtdı və əhalisinin əksər
hissəsini qırdı. İlk olaraq bu erməni quldurları Yaycı və Aşağı Aza
kəndlərini dağıtdılar. Tək Yaycı kəndində 4 miıı nəfər müsəlman
erməni vəhşiliyinin qurbanına çevrildi. Lakin bütün bunlarla yanaşı
igid Naxçıvan oğullarının qəhrəmanlıqları sayəsində bir sıra yaşayış
məntəqələri daşnaqlardan cəsarətlə müdafiə olunmuşdu. Bclə ki,
sonrakı hücumunu Naxçıvan qəzasınm daha çox əhalisi olan Nehrəm
kəndinə etmiş Andranik burada sərt müqavimətlə qarşılaşdı.
Daşnaklar kəndi mühasirəyə alsalar da, cəsur Nehrəm əhalisi Hacı
Mehdi və Kərbəlayi Muxtar Cəfərzadənin rəhbərliyi altında qanlı
döyüşlərə girərək, erməniləri geri oturtdular. Kəndi tutmağın
mümkün olmadığını görən Andranik öz dəstəsilə oradan uzaqlaşdı.
Bu kəndin müdafiəsində iştirak etmiş Nehrəm taborunun üzvü
Hevdərqulu Həsənov öz xatirələrində yazırdı ki, Andranik Nehrəm
kəndinin kənarından keçib Təzəkənddəki 300 nəfərlik daşnaq
silahlıları ilə birləşmək istəyirdi, lakin nehrəmlilər ona imkan
vermədilər (2, s. 15-16). Bundan sonra Andranik Əlincəçay boyunca
yerləşən bir çox kəndin əhalisini qıraraq, bu yerləri yandırdı və
oradan Naxçıvan şəhərinə hücum etdi. Lakin şəhər özünü müdafıə
dəstələri və bütün polis məmurları daşnaqların hücumunun qarşısını
kəsdilər. Şəhəri mühasirəyə alan Andranik iyulun 2-də Müsəlman
Milli komitəsinə 24 saat müddətində təslim olmaq haqqında
ultimatum göndərdi (2, s. 17). Şəhər müdafiə qüvvələrinin tabe
olmadıqlarını görən daşnaqlar hücuma başladılar. Döyüşlər “Cıdırlı
b a g ’ı istiqamətində - indiki Şərur şosesindən Xətai kəndi də daxil
olmaqla olan ərazidə gedirdi. Kalbalı xan Cəfərqulu xan oğlu
Naxçıvanskinin rəhbərliyi ilə, rəşadətlə vuruşan yerli özünü müdafıə
qüvvələri Andranikin şəhərə daxil olmasına imkan vermədilər. Yeri
gəlmişkən bir məsələni qeyd etmək lazımdır ki, 1918-1921 -ci illərdə
Naxçıvanm erməni təcavüzündən müdafıəsində Naxçıvan xanları və
onların qohumu olan İrəvan xanlarınm nəslindən olan igid oğulların
böyük rolu olmuşdur. 5 iyul tarixində, mübarizənin qızğın vaxtında
Duzdağ tərəfdən, türk toplarından atılan
mərmilər crməni
qərargahınm yamna düşdü. Türklərin yaxınlaşdığım görən daşnaklar
tələsik qaçmağa başladılar. İyulun 8-də türklər Naxçıvan şəhərinə
daxil oldular. Onların gəlişini yerli əhali çox böyiik sevinclə
qarşıladı. Bu zaınan şəhər və ətraf kəndlər daşnaqlardan təmizləndi.
Qcyd cdək ki, tədqiqatçı İ.E.Atnur isə göstərir ki, tiirk qüvvələri 20
iyulda Naxçıvana çatmışdır (9, s. 68). Həmin vaxt tiirklər Naxçıvan
qəzasında crınəni hücumlarından müdafiə olunmaq iiçiin yerli
rnüsəlınanlardan ibarət qoşun hissələri yaratmağa başladılar. Bu işiıı
təşkili Məhəınməd Əli xan Naxçıvanskiyə həvalə edildi (3, s. 74).
Tezliklə təkcə Nehrəm, Qaraçuq və Bulqan kəndlərindən ordu üçiin
200-ə qədər əsgər toplandı (2, s. 18). Bundan sonra Ordubadda Xəlil
bəyin rəhbərliyi ilə nizami hissələr yaradılmağa başladı (9, s. 64-65).
Çiinki, bu zaman Ordubadın müdafıəsi daha vacib sayılırdı. Belə ki,
Naxçıvandan geriyə çəkilən Andranik əvvəlcə Sirab, Qahab və s.
kəndlərin əhalisini qıraraq, bu yerləri dağıtmış, sonra Ordubad
istiqamətində hərəkət etmişdi. Onun məqsədi daşnakların nəzarəti
altında olan Zəngəzura qaçmaq idi. Buna görə də onun quldur dəstəsi
Ordubad qəzasımn Tivi, Bist, Parağa, Nəsirvaz, Der və s. kəndlərinə
toplaşırdı ki, tezliklə bu yerlərdən çıxsınlar (2, s. 19). Həmçinin
həmin vaxt türk hərbi komandanlığı Zəngəzura giriş qapısı olan
Ordubadı nəzarət altına almağı özünün əsas vəzifələrindən biri
sayırdı. Ordubad qəzasında nizami hissələr təşkil olunduqdan sonra
ətrafda yerləşən və əvvəllər üsyan vəziyyətində olan bütün erməni
kəndləri itaət altına salındı. Bu hərbi qüvvələr Zəngəzurun
ermənilərdən müdafıəsində də iştirak etmişdilər (9, s. 64).
1918-ci il avqustun 5-də Türkiyənin I Qafqaz ordusu, iki gün
sonra XI ordu komandam Kazım Qarabəkir Paşa Naxçıvana gəldi (9,
s. 61-62). Onun gəlişi ilə bölgədə erməni təcaviizündən müdafıə
məqsədilə ciddi tədbirlər görüldü. Müsəlman əlıali əmin-amanlıq
əldə etdi. Kazım Qarabəkir Paşanın ilk məqsədi Naxçıvan-Zəngəzur-
Azərbaycan əlaqəsini yaratmaq idi (9, s. 68). Lakin onun bu planı
Şərq orduları qrupu komandanlığı tərəfındən qəbııl olunmadı və türk
ordusu Təbrizə göndərildi. Ən acınacaqlısı isə o idi ki, 1918-ci ilin
noyabrında türklərin bölgəni tamamilə tərk etməsindən sonra
Naxçıvanda erməni təcavüzü yenidən baş qaldırdı. Noyabrın 5-də
Naxçıvanda Araz-Türk Respublikası yaradıldı. Osmanlı hərbi
dairələrinin yaxından köməyi ilə yaradılan bu hökuınət Naxçıvanın
Azərbaycan torpağı kimi qorunub saxlanmasında mühüm rol
oynamışdı.
Qısamüddətli
idarəçiliyi
zamanı
Araz-Türk
Respublikasınm hərbi naziri
İ.Cahangiroğlu torəfindən silahlı
qüvvələr - könüllü xalq dəstələrindən ibarət taborlar yaradıldı. Bu
taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, digərləri isə
Vedibasar, Qəmərli və Zəngibasarda yerləşdirilmişdi (1, s. 199).
Sonrakı daşnak hücumlarından bölgənin müdaflə olunmasında bu
taborçular böyük qəhrəmanlıqlar göstərdilər.
1918-ci ilin dekabrında daşnaklar Şərura hücum etdilər. Bu
zaman Bəhram xan Naxçıvanskinin başçılıq etdiyi Naxçıvan taboru
Dəmirçi kəndi tərəfdən erməni quldurlarımn üzərinə hücuma keçdi.
Döyiişdə 25-30 erməni öldürüldü, xeyli hərbi sursat və ərzaq ələ
keçirildi (2, s. 20). Daşnaklar geri çəkilməyə məcbur oldular.
1919-cu ildə də daşnaklar tez-tez Naxçıvan ərazisinə
hücumlar edərək, qırğın və dağıntılar törətmişlər. Təkcə yanvar-mart
aylarmda Naxçıvan,
Şərur və Ordubad
qəzalarına müxtəlif
istiqamətlərdə hücumlar etmiş və böyük qırğınlar törətmişlər. 1919-
cu il yanvarın axırlarında Şərura hücum edən daşnaklara qarşı Araz-
Tiirk Respublikası Kalbalı xan Naxçıvanskinin başçılığı ilə yerli
miidafıə dəstələri göndərdi. “Qurd qapısı” adlı yerdə erməni
quldurlarının qarşısı kəsildi. Qanlı döyüşlərdən sonra onlar geri
oturduldu.
1918-ci ildə olduğu kimi, 1919-cu ilin də may-iyul ayları
Naxçıvanda erməni təcavüzü daha şiddətli olmuşdur. İngilislərin
yaxından köməyi ilə bölgədə qurulan qondarma erməni idarəçiliyi
zamanı ermənilər Naxçıvanda çoxlu qırğınlar törətmişdilər. Bu
zaman qəhrəman Naxçıvan oğulları iyulun 18-dən 25-dək igidliklə
mübarizə apararaq, erməni rejimini dağıtmış və onları qovmuşdular.
Bir həftə ərzində yerli müdafiə qüvvələri və Xəlil bəyin rəhborliyi ilə
türklər erməni qarnizonunu və daşnak Yaponun quldıır dəstələrini
moğlub edərək, 8 zabit və 800 əsgəri əsir götürmüş, xeyli silah-sursat
zirehli qatar, 4 top, 42 pulemyot və s. ələ keçirmişdilər (5, s. 67).
Qondarma erməni idarəçiliyi ləğv edildikdən sonra Naxçıvanda
1919-cu il, oktyabrın 24-də polkovnik Edmund Dellin rəhborliyi ilə
ycni Amerika general-qubernatorluğu fəaliyyətə başlasa da, o da
bölgədəki erməni-daşnak təcavüzünü dayandıra bilmədi. Çox
keçmədi ki, Amerika dövlətinin də əsl niyyəti - Naxçıvanı
ermənilərə vermək planı üzə çıxdı. Buna görə də yerli türk-
müsəlman əhalinin təkidli tələbi ilə amerikalılar bölgəni tərk etdi və
1920-ci
ilin
yanvarında
Amerika
gencral-qubcrnatorluğıınun
fəaliyyəti dayandırıldı. Lakin elə bu ayda Azərbaycan hökuınətinin
hərbi qüvvələrini Zəngəzurdan çıxarması Naxçıvana qarşı erməni
təhlükəsini daha da artırdı. Bu zaman crmənilərin Zəngəzurda
irimiqyaslı hücumları, qətl və qarətləri gcnişləndi. Kazım Qarabəkir
paşanın fcvralın 14-də ora göndərdiyi hərbi qüvvələr də daşnakların
Dostları ilə paylaş: |