Əyyub Sabiroğlu
16
Analar
(Anam Oğlangərək Əlisoltan
qızının timsalında bütün analara)
Bir gözü ağlayar, bir gözü gülər,
Ürəkdən keçəni bilər analar.
Ən qəmli vaxtında, qəmli çagında,
Körpənin üzünə gülər analar.
Dərdini, qəmini gizli saxlayar,
Oğuldan, uşaqdan gizli ağlayar...
Ümidin hər zaman Tanrıya bağlar,
Övlada səadət dilər analar.
Qurbanam alnının qırışlarına,
Qurbanam nisgilli baxışlarına.
Hər zaman möhtacıq alqışlarına,
Aləmə nurundan ələr analar.
2004
Şəfəq dolu bir nəğmə
17
Ata yurdum- Xanobam
(Atam Sabir müəllimə)
Şah palıd kölgəsini saldı bulağın gözünə,
Sanki «Karvan bulağı» çəkdi niqabın üzünə.
Bir zaman səs-küylə dolu «Qaraskam»
İndi həsrət qalıb uşaq səsinə.
Möhtəşəm qovaqdan bir kötük qalıb.
Yayda yığışardıq biz kölgəsinə.
Yenə dar küçələr palçıqla dolu,
Kimsəsiz həyətlər məzarlar kimi.
Yenə də dolanbac gedirəm yolu,
Gecə kəndə girmiş oğrular kimi.
Ayaq səslərinə itlər hürəndə,
Hasardan boylanıb -baxır qocalar.
Sevinirlər tanış bir üz görəndə,
Quru salama da möhtacdı onlar.
Əyyub Sabiroğlu
18
Yenə də «Miskin»də tonqal qalanıb,
Yenə dövrəsində ahıl adamlar.
Qismətdən gen düşüb, bəxti bağlanıb,
Bu kənddə yenə də ölü yeri var...
Şərin qapısını qıran gərəkdir,
Elə bil bir bədlik bürüyüb kəndi.
Allah da bu kənddən üzün döndərib?
Uçulub-dağılır bərəsi-bəndi.
Bir vaxt dolanardı hamı mehriban,
Ağsaqqal sözünə hörmət də vardı.
Hamı danışardı kənd bağlarından,
Bərəkət də vardı, izzət də vardı.
Bir-bir dönür geri, bir vaxt gedənər,
Kəndin torpağına qarışmaq üçün.
Bəlkə, bu qayıdış bir ruh işidir, -
Əzəllə, əcdadla danışmaq üçün...
Mənim doğma kəndim, doğma ocağım,
Mənim ata yurdum, ana qucağım,
Obalar içində sənsən xan obam,
Mənim ülviyyətim, mənim Xanobam!
Şəfəq dolu bir nəğmə
19
Hər gecə girirsən yuxularıma;
«Karvan bulağı»nla, « Qaraskam»ınla.
Gül-çiçək dərirəm «Həli bağı»ndan,
«Qışlaq dərəsi»ndən, «Qasım bağı»ndan.
Anam:keçdi, -deyə, -naxır «Tala»dan,
Başıma sığalla oyadır məni.
Nurlu çöhrəsində xəfif təbəssüm:
Atam: tənbəl,-deyə, cırnadır məni.
İndi yasaq olub doğma meşələr,
«Balax bulağı»na yollar bağlanıb.
Daha güney, qüzey bölünmüşük biz,
Dillər qıfıllıdır, qollar bağlanıb...
20.10.1992
Əyyub Sabiroğlu
20
BənövĢə
Yoldan ötənləri salamlayır, bax,
Boynunu bükərək yenə bənövşə.
Görəsən, halıma nə vaxt yanacaq,
Bir nəzər salacaq mənə bənövşə?
Büllur şeh damlası yanağındadır,
Bir şeyda bülbülün sorağındadır.
«Söyüdlü çeşmə» nin qırağındadır,
Düşüb səhər- səhər çənə bənövşə.
Əlimi uzatdım, onu qoparam,
Görüşə gedəndə yarçün aparam,
Mənə qəmli- qəmli baxdı bu zaman,
Az qaldı danışa, dinə bənövşə.
Əllərim titrədi, ürəyim əsdi,
Özüm də bilmədim bu nə həvəsdi.
Sirli baxışınmı qarşımı kəsdi,
Ya könlüm qıymadı sənə, bənövşə?
Əyyubam, gözəllik aşiqiyəm mən,
Könlüm ilham alar güldən- çiçəkdən.
O gün ki vuruldum sənə ürəkdən,
Doludur söz ilə sinə, bənövşə.
1979
Şəfəq dolu bir nəğmə
21
Yada sal məni
Sevgilim, keçərkən göy çəmənlikdən,
Bir an ayaq saxla, yada sal məni.
Bilirsən, gözəllik aşiqiyəm mən,
Güldən dəstə bağla, yada sal məni.
«Karvan bulağı»na su dalınca gəl,
Günəş üfüqlərdən boylanınca gəl,
Bülbüllər yuxudan oyanınca gəl,
Bəhsə gir bulaqla, yada sal məni.
Hərdən yolunu sal «Qışlağa» sarı,
Gəzdiyim yerləri gəz, dolan barı.
Mənsiz yetim qalmış dar cığırları
Mənim tək ayaqla, yada sal məni.
Bəlkə, vaxtsız ölüm, amansız əcəl,
Bir səhər ömrümə uzadacaq əl,
Əyyubam, gəl barı, köç zamanı gəl,
Qəbrim üstə ağla, yada sal məni.
30.07.1978
Dostları ilə paylaş: |