SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə94/96
tarix22.03.2024
ölçüsü2,18 Mb.
#183028
1   ...   88   89   90   91   92   93   94   95   96
azerbaycan sefeviler dovleti (1)

Səfəvi ordusu


324
Səfəvilər dövlətində mərkəzləşdirilmiş nizami ordu yox idi. Ordu
müharibə zamanı əyalət hakimlərinin, bəylərbəyilərin ayrı-ayrı , qeyri-
nizami feodal dəstələrindən (qoşun) təşkil edilirdi. Bu, demək olar ki,
qoşunları özləri gətirən və döyüşə aparan Azərbaycan tayfaları
əmirlərinin süvari dəstələrindən ibrət olurdu. Həmin yığma qoşunların
döyüşçüləri (mülaziman,nukəran) tayfa başçıları tərəfindən saxlanır və
təchiz olunurdular. Hər tayfanın döyüşçüləri sədaqətli qohumluq
əlaqələri əsasında birləşdiklərinə görə, rəhbər şəxs kimi özlərinin əmirinə
tabe olurdular. Buna görə də hətta döyüşlər zamanı da əmirlər xeyli
dərəcədə müstəqil hərəkət edir, öz fəaliyyətlərini hər hansı bir ümumi
taktiki planla uyğunlaşdırmırdılar. Şah ordunun komandanı hesab
olunurdu. Şah yürüşdə iştirak etmədiyi hallarda, orduya Azərbaycan
tayfalarının adlı-sanlı əmirlərindən biri başçılıq edirdi.
I Şah İsmayılın hərbi qüvvələri Ağqoyunlu qoşunlarında mövcud
olmuş tayfa prinsipləri üzrə qurulmuşdu. Bu təşkilat formasının
nöqsanları və geri qalması 1514-cü ildə, Çaldıran vuruşmasında aşkara
çıxdı. Həmin döyüşdə Azərbaycan ordusu, Avropa nizamını qəbul etmiş
və yaxşı silahlanmış Osmanlı Türkiyəsinin qarşısını ala bilmədi.
Müharibə zamanı Səfəvilərin düşmənə qarşı çıxardığı ordusunun
sayı haqqında dəqiq məlumat əldə edilməmişdir. Ehtimal etmək olar ki,
feodal hakimlərin müharibədə iştirakı dərəcəsindən asılı olaraq daim
dəyişmişdir. Bunu hətta sayca az olan mənbələr də təsdiq edir. Alessandri
belə hesab edir ki, müharibə zamanı qoşunların sayı 60 min nəfərə
çatırdı
169
. 1586-cı ildə Səfəvilər sarayına gəlmiş C.Vekyetti də güman
edir ki, “ən diqqətli hesablamalara görə, altmış min nəfərdən artıq adamı
silahlandırmaq olmaz...”
170
. Bu barədə ən qiymətli məlumatları Minadoi
verir. O, müxtəlif vilayətlərin döyüşə çıxardığı feodal yığma
qoşunlarının sayını göstərir. Məsələn, İsfahan və onun əyaləti 8 min nəfər,
Kaşan – 4 min, Savə - 1 min, sultaniyyə - 1 min, Qəzvin – 12 min,
Ərdəbil – 1 min, Şiraz – 8 min, Təbriz – 4 min, Qum - 2 min, Gəncə və
Gürcüstanın bir hissəsi 4 min nəfər atlı verirdi
171
. Bu siyahı heç də tam
deyildir. Çünki Səfəvilər dövlətinin Xorasan, Şirvan, Çuxursəəd,


325
Məşhəd.ı Kirman və s. kimi bir sıra mühüm əyalətlərini əhatə etmir.
Minadoi “Səfəvilər döyüşə 60 minə qədər süvari çıxara bilirdilər” fikrini
göstərərkən ehtimal etmişdir ki, əgər bütün əyalətlərin hakimləri birlikdə
çıxış etsəydilər, o zaman Səfəvilər döyüşə sayı 130-140 min nəfərə çatan
qoşun çıxara bilərdilər
172
.
Ümumiyyətlə, həmin məlumatlar, Səfəvi mənbələrinin o dövrə
aid sənədləri ilə səsləşir. Bu mənada, Xorasana düşmənin növbəti
basqınını dəf etmək üçün I Şah Təhmasibin çağırışı ilə əlaqədar olaraq
hicri 936 (1530)-cı ildə orduya baxışda iştirak etmiş Qazi Əhmədin
qoşun hissələrinin tərkibi, növləri və sayı haqqında müfəssəl məlumatı
mühüm əhəmiyyətə malikdir. Salnaməçinin məlumatına görə, həmin
rəsmi keçiddə iştirak etmiş qoşunların sayı 120 min nəfər olmuşdu
173
.
Qazi Əhmədin məlumatına görə, Təhmasib ölənə yaxın onun şah
təminatında (məvacibində) “qızılbaş tayfalarından və nəsillərindən 200
min adam var idi
174
”. Əgər mərkəzi hakimiyyətə heç vaxt dövlətin bütün
vilayətlərindən yığma qoşunlar toplamağın müyəssər olmadığını nəzərə
alsaq, bu rəqəmin şişirtmə olmadığını zənn edə bilərik.
Beləliklə, ehtimal etmək olar ki, hərbi əməliyyatlar dövründə
Azərbaycan qoşun hissələrinin sayı həqiqətən 120-150 min nəfər
arasında olmuşdur
175
.
Feodal yığma qoşunlarından (çərik, qoşun) əlavə, sayı 4500
nəfərə çatan qorçilərin qvardiya dəstəsi şahın yanında əlahiddə xiidmətdə
olurdu
176
. Minodoiyə görə isə, pretoriya qvardiyasının (yəni qorçilərin)
sayı 6 min nəfər idi. O bildirir ki, onlardan başqa, şahın yanında
həmçinin, yasavulbaşının başçılıq etdiyi, eyni vəzifələri yerinə yetirən
700 nəfərlik yasavul dəstəsi də xidmət edirdi
177
.
Minadoinin şah qvardiyasının məvaciblərinə dair məlumatları maraqlıdır.
6 min nəfər qorçidən 4 mini malikanələrdən (torpaq mülklərindən) gələn
gəlirlərin hesabına yaşayır, qalan 2 mini isə şah xəzinəsindən 160-dan
200-dək tsexin miqdarında mükafat (məvacib) alırdı
178
.
Yay, nizə, qılınc, xəncər, döyüş baltaları və qalxanla silahlanmış
qorçilər tayfa süvari qoşununu təşkil edirdilər. Şeyx Heydərin tətbiq


326
etdiyi qızılbaş tacı həmin cəsur döyüşçülərin özünəməxsus baş geyimini
təşkil edirdi. Yürüşlər zamanı onlar yanaqları boyunca zirehdən
qoruyucuları olan dəbilqələr taxırdılar. Uzun bığ saxlamaları qorçiləri
fərqləndirən xüsusiyyət idi. İskəndər bəy Münşi yazırdı: “ Qorçilərin
cəsurluğu və qorxmazlığı haqqında belə danışırlar ki, istənilən döyüşdə
onların yüz nəfəri (Şah Təhmasibin – O.Ə.) məiyyətinin başqa üzvlərinin
mininə bərabər idilər”.
Qoş7unların lazım olan vaxtda və təyin edilimiş yerdə
cəmləşdirilməsiasan iş deyildi. Çox zaman əmirlər təkəbbür və ara
çəkişmələri üzündən şah qərargahın gecikdiklərinə, yaxud, ümumiyyətlə,
gəlmədiklərinə görə,döyüşlər Səfəvilrəin məğlubiyyəti ilə başa çatırdı.
Zəif intizam və döyüşün ən həlledici anında tayfa düşmənçiliyinin
coşması qızılbaş ordusunun dəfələrlə darmadağın edilməsinə gətirib
çıxarmışdı. Yalnız yığma qoşunlar deyil, habelə qorçilərin qvardiya
dəstəsi də yenə həmin qızılbaş tayfa əyanlarının gənclərindən ibarət
olurdu. Qeyd etdiyimiz kimi, ordu əsasən süvari hissələrindən ibarət
olduğundan, piyadanın rolu əhəmiyyətsiz idi. Qoşun özünün böyük
mütəhərrikliyi, manevr qabiliyyəti ilə fərqlənirdi.
Ordunun silahlanmasına gəldikdə isə Alessandri xəbər verirdi
ki, onlarda qalxan, qılınc, odlu silahlar (muşketlər) var idi. Odlu
silahların lülələrinin uzunluğu 6 qarış (qarış 9 düymədir) idi və onlar
çəkisi 3 unsidən (unsi – 28 qramdır) bir qədər az olan qumbaralar atırlar.
Venetsiyalı yazır: “Onları elə asanlıqla idarə edirlər ki, bu, nə yay
tutmağa, nə də əgər şərait tələb edərsə, yəhərlərinə bərkitdikləri qılıncdan
yapışmağa mane olmur. Odlu silahı arxada gizlədirlər, belə ki, bir silah o
birisindən istifadə edilməsinə mane olmur”
179
. O, Səfəvilərdə hazırlanan
silahların yaxşı keyfiyyətdə olduğunu göstərir və qeyd edir ki, onlarda
silah “hər hansı başqa xalqda olduğundan üstündür və yaxşı
düzəldilmişdir”
180
.
Belə bir fikir vardır ki, Şah İsmayıl dövründə Səfəvilərin odlu
silahı olmamışdır.V.Minorski təsdiq edirdi ki, “İranda odlu silah Şah
Abbasdan xeli əvvəl məlum idi”. Lakin o, qızılbaşların top və tüfənfdən


327
(tup-o-tüfəng) istifadə etməsinə dair mənbələrin ən ilkin məlumatının
Səfəvilərin 1552-ci ildə Ərciş qalasını mühasirəyə almasına aid
olduğunu göstərirdi
181
. I Şah İsmayılın müasirləri olmuş naməlum tarixçi
və İbrahim Əmini 1500-cü ildə Bakını mühasirəyə almış qızılbaşların
yalnız tüfəngdən deyil, həm də top atəşindən (atəş- tup-o-tüfəng) istifadə
etdiklərini göstərirlər
182
. Bu da məlumdur ki, I Şah Təhmasibin 1538-ci il
Şirvana yürüşü zamanı qızılbaş qoşunu Buğurd qalasına qarşı toplardan
istifadə etmişdir
183
. Bütün faktlar onu göstərir ki, Səfəvilərin əzəldən
odlu silahı olmuşdur. Lakin çox güman etmək olar ki, belə silah onlarda
sayca az idi, avropalılar vasitəsilə təsadüfən onların əlinə gəlib düşürdü.
Səfəvilər özləri hələ odlu silah istehsal etmirdilər.
NƏTİCƏ
Qüdrətli Azərbaycan Səfəvilər dövlətinin yaranması orta əsrlər
tariximizdə böyük əhəmiyyətə malik olan hadisələrdən biri olmuşdur.
Şah İsmayılın çox gənc yaşlarında hakimiyyət uğrunda döyüşlərə
atılması, geniş və qüdrətli bir dövlət yaratması onun ulu babalarını
çoxəsrlik mübarizəsinin uğurlu nəticəsi və yekunu idi. Bu dövrdə
Azərbaycan dövlətinin sərhədləri Qaraqoyunlular və Ağqoyunlular
dövründəki sərhədləri aşıb keçsə də, çoxmillətli bir imperatorluğa
çevrilsə də, qaynaqlarda yazıldığı və araşdırmalarda etiraf olunduğu kimi,
“Qızılbaş məmləkəti” kimi tanınırdı. Qonşu dövlətlər də Səfəvi-Qızılbaş
dövlətini Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin qanuni
varisləri hesab edirdilər.
Bu dövlətin “Səfəvilər” adlandırılması isə Şah İsmayılın ulu babalarından
olan və çox sadə şəkildə Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin
Ərdəbilinin (1252-1335) adından götürülmüşdür. XIII-
XIV əsrlərin ərhədində yaşayanŞeyx səfiəddin İshaq Ərdəbilinin
dövründən fəaliyyətə başlayan Ərdəbil “Darül-İrşadı”, nəinki təkcə
Azərbaycan miqyasında, bəlkə bütün Şərq aləmində gedən elmi, fəlsəfi


328
döyüşlərin ən güclü mərkəzlərindən biri kimi tanınmışdır. Həm
xürrəmilik və məzdəkilik, həm də sufizmlə bağlı olan, bir çox hallarda
“qızılbaşlıq” adı ilə tanınan səfəviyyə fikri cərəyanı burada formalaşmış,
buradan Şərqin bir çox ölkələrinə yayılmışdır. “Darül-İrşad” adi bir
təriqət xanəgahı olmaqdan çox, zamanın tələblərindən irəli gəlın bir fikir
və ideologiya ocağı idi. Bu ocağa inamla gələn fədakar sufilər, müridlər
vaxtilə Şah İsmayılın babası Şeyx Cüneydə, atası Şeyx Heydərə dayaq
olmuş, onlara yeni bir dövlətin bünövrəsini qoymaqda yaxından kömək
etmişklər. Şeyx səfiəddin nəslinin nümayəndələri bütün Azərbaycanın
birləşməsi arzusunda idilər.
Uzun sürən mübarizədən sonra nəhayət, bu arzunu
gerçəkləşdirmək İsmayıla nəsib oldu. 1499-cu ildə feodal
münasibətlərinin kəskinləşməsi nəticəsində Ağqoyunlu dövlətinin
dağıldığı, xalqın ümumi narazılığının artdığı bir dövrdə İsmayıl
hakimiyyət uğrunda mübarizəyə atıldı. Xalq İsmayılı ictimai əsasları
yeniləşdirəcək, xalqın rifahı və mnafeyi uğrunda çarpışacaq bir sərkərdə
timsalında görür və ona böyük ümid bəsləyərək ardınca gedirdi.
İsmayılın bayraqları altında Şamlı, Ustaclı, Rumlu, Təkəli, Zülqədər,
Əfşar, Qacar, Varsaq adlı türk (azərbaycan) tayfaları, Qaradağ və Talış
sufiləri birləşdilər. Onlar İsmayılın ordusunun ən fədakar döyüşçüləri
kimi geniş şöhrət qazanmışdılar.
1501-ci ildə İsmayıl Təbrizə daxil olur və Azərbaycanın şahı
elan edilir. Və elə ilk vaxtlardan xalqın inam və etibarını doğruldur.
I Şah İsmayıl dövründə Heratdan Bağdadadək uzanan nəhəng
ərazidə əhali əsasən Azərbaycan dilində danışırdı. Onun yürütdüyü daxili
və xarici siyasət ölkənin, xalqın mənafeyinə xidmət edirdi. Şah İsmayıl
yeni dövlətin əsaslarını möhkəmləndirmək üçün ölkə daxilində islahatlar
aparırdı. O, elmin, mədəniyyətin, incəsənətin, sənətkarlığın inkişafına
geniş yer ayırır, tarixi abidələrə, ziyarətgahlara diqqət və qayğı ilə
yanaşırdı.
Aərbaycan dövlətinin sürətli inkişafı, qısa müddət ərzində
Şərqin ən qüdrətli imperiyalardan birinə çevrilməsi, düşmən dövlətlərinin,


329
xüsusilə də Osmanlı imperiyasının Şah İsmayıla və Azərbaycana qarşı
qorxu, ehtiyat, qibtə və düşmən münasibəti bəsləməsinə səbəb olurdu. Bu
inkişafı gözü götürməyən düşmən dövlətlər, iki böyük qüdrətli müsəlman
dövlətinin – Azərbaycanın və Osmanlı Türkiyəsinin qarşıdurmasını
çoxdan gözləyirdilər. Bu dövlətləri zəiflətmək məqsədilə rəqib dövlətlər,
xüsusilə də Avropa hökmdarları Osmanlılardan istifadə edərək, onlara
silah-sursat və 300 top verirl\ər. Beləliklə, 1514-cü ildə Osmanlı Sulatnı I
Səlim Azərbaycan sərhədində 100 mindən çox nəhəng qoşun toplayır və
Çaldıran düzündə döyüş olur.
Bu vuruşmada Şah İsmayıl yalnız qeyri-bərabər qüvvə
baxımından deyil, silahlanma cəhətdən də Sultan Səlimdən geri qalırdı.
Səfəvilərdə artilleriya demək olar ki, tamamilə yox idi. Səfəvilərin əsas
qüvvəsi olan qızılbaş tayfa süvari qoşunu topların və yeniçəri
nişançılarının atəşi qarşısında aciz idi. Lakin qüvvələrin qeyri-bərabər
olmasına baxmayaraq, Şah İsmayıl və qızılbaş döyüşçüləri bu vuruşmada
misli görünməyən qəhrəmanlıq və rəşadət göstərdilər.
Qızılbaş ordusunun Çaldıran vuruşmasında məğlubiyyətini
müasirlər I Şah İsmayılın özünə arxayınlığı və öz sərkərdələrinin
məsləhətləri ilə hesablaşmaması ilə əlaqələndirirlər. Lakin yuxarıda qeyd
olunan faktlardan göründüyü kimi, Şah İsmayılın məğlubiyyətini şəxsi
səbəblərlə deyil, sultanın ordusunun o dövr üçün qabaqcıl olan
silahlanması və odlu silahı, artilleriyanı geniş tətbiq etməsi ilə
əlaqələndirmək lazımdır.
Azərbaycanın Çaldıran vuruşmasındakı məğlubiyyəti tezliklə öz
acı və ağır nəticələrini göstərdi. Osmanlı sultanı Xoy, Mərənd və Təbrizi
ələ keçirdi, lakin qızılbaş döyüşçülərinin müqaviməti ilə üzləşib Təbrizdə
çox dayanmağa müvəffəq olmadı. Talan etdiyi Azərbaycan sərvətilə
bərabər, bir çox sənətkarları da əsir apardı ki, bu da sonradan Osmanlı
Türkiyəsində sənətkarlığın inkişafında önəmli rol oynadı.
Çaldıran vuruşmasından sonra yaşadığı 10 il ərzində, I Şah
İsmayıl fəaliyyətini yalnız dövlətin möhkəmlənməsi və hərtərəfli inkişafı
istiqamətinə yönəltdi. 1524-cü ildə vəfat etdi.


330
Azərbaycan Səfəvilər dövlətinin banisinin qısa ömrü ərzində
apardığı müharibələr, onun vahid Azərbaycan dövləti yaratmaq arzu və
istəyindən irəli gəlirdi. Şah İsmayıl Azərbaycan dilini saray və dövlət
dilinə çevirmiş, siyasi, ictimai, iqtisadi və mədəi inkişafı üçün böyük işlər
görmüşdür.
Şah İsmayıl vəfat etdikdən sonra qızılbaş tayfalarının əmirləri
arasında güclənən çəkişmələrin nəticəsində mərkəzi hakimiyyət zəiflədi.
Hakimiyyət başında bir-birini ardıcıl olaraq əvəöz etmiş rumlu, təkəli və
şamlı tayfaları feodallarının dövrü 1534-cü ilə qədər uzandı. Kiçik
fasilələrlə 20 ilə qədər davam etmiş Səfəvi-Osmanlı müharibələrinin yeni
dövrünün başlanması da elə bu zaman təsadüf edir. I Sultan Süleymanın
dövründə öz qüdrətinin zirvəsinə çatmış Osmanlı imperiyası bu
müharibədə təcavüzkar tərəf idi. Osmanlı Türkiyəsinin Azərbaycanı ələ
keçirməyə səy göstərməsi, bu ölkənin iri xammal istehsalçısı olmasından,
təbii ehtiyatlarınəön zənginliyindən, Asiya ilə Avropa arasında gəlirli
tranzit yolunun Azərbaycan ərazisindən keçməsindən irəli gəlirdi.
Osmanlı Türkiyəsinin hücumu, öz təsirini Cənubi Qafqazın
qərbinə - Gürcüstana yaymağa cəhd göstərən Səfəvilər dövlətinin inadlı
müqavimətinə rast gəldi. Üstünlük, hər halda istila etdiyi ölkələrin saysız
– hesabsız insan qüvvəsini və maddi ehtiyatını mənimsəmiş Osmanlı
imperiyasının tərəfində idi. 1555-ci il sülhünə görə, Səfəvilər Qərbi
Gürcüstanı Osmanlı Türkiyəsinin nüfuz dairəsi kimi tanımağa məcbur
oldular. Müharibənin gedişində Osmanlı basqınlarının yolu üzərində
yerləşən Cənubi Azərbaycan vilayələrinə böyük ziyan vuruldu. Düşmən
qoşunlarının ölkənin içərilərinə irəliləməsini çətinləşdirmək üçün, bəzi
sərhəd əyalətləri Səfəvilərin özləri tərəfindən qəsdən viran qoyuldu.
Eyni vaxtda Xorasana basqınlar edən özbək xanlarına qarşı mübarizə
aparması da Səfəvilərin vəiyyətini mürəkkəbləşdirmişdi.
I Şah Təhmasibin vəfatından sonra Səfəvilər dövləti qızılbaş
əyanlarının çəkişmələri nəticəsində zəiflədi. Qanlı mübarizə nəticəsində
hakimiyyətə gəlmiş II Şah İsmayıl kütləvi edamlarla öz hakimiyyətini
möhkəmləndirməyə cəöhd göstərdi. Lakin o, feodalların sui-qəsdinin


331
qurbanı oldu. XVI əsrin 70-ci illərinin sonu üçün dövlət əslində qızılbaş
əmirləri araında bölündü. Zəif iradəli Şah Məhəmməd Xudabəndənin
timsalında mərkəzi hakimiyyət iflic vəziyyətinə düşmüş və əməli olaraq
fəaliyyətdən qalmışdı.
Osmanlı Türkiyəsi Səfəvilər dövlətindəki daxili çəkişmələrdən
yenə də istifadə etdi və öz qoşunlarını Cənubi Qafqaza göndərdi. 1590-cı
ilə qədər davam etmiş müharibələrin yeni dövrü başlandı. Bu dövrdə
Osmanlı Türkiyəsi heç bir itki qarşısında geri çəkilməyərəkinadlı və
ardıcıl surətdə Cənubi Qafqazı işğal etməyə nail olurdu. Bu ölkələr ağır
dağıntılara məruz qaldı. Qanlı döyüşlər meydanı olmuş Azərbaycan
xüsusilə böyük ziyan çəkdi. Türklərdən başqa, dəfələrlə Krım xanının
soyğunçu dəstələrinin soxulduğu Şirvan torpağı viran edildi. Səfəvilər
dövlətini daxili mübarizə əhatə etmişdi və ziddiyyətlər onu zəiflədirdi. O,
türk ordusunun hücumunun qarşısın dayandırmaq iqtidarında deyildi və
sülh müqaviləsi bağlamaq məcburiyyətində qaldı. Həmin sülhə görə,
Səfəvilər Osmanlılar tərəfindən Gürcüstanın və Azərbycanın işğalı
faktını etiraf etdilər. Üzücü müharibələr yalnız Osmanklı feodallarının
hökmranlığı altına düşmüş Cənubi Qafqaz xalqlarının tarixi taleyinə
mənfi təsir göstərməsi ilə başa çatmadı. Bu hərbi-siyasi gərginlik Osanlı
imperiyasının qüdrətini də sarsıtdı və onun tənəzzülünü sürətləndirdi.
Bununla birlikdə Səfəvilər dövlətinin Osmanlı imperiyası ilə mübarizəsi
Cənub-Şərqi Avropa xalqlarının Osmanlı işğalına və əsarətinə qarşı
uğurla müqavimət göstərməsinə obyektiv yardım idi.
Azərbaycanın Osmanlı Türkiyəsi tərəfindən XVII əsrin əvvəlinə
qədər davam etmiş işğalıI şah İsmayıl tərəfindən əsası qoyulmuş
Azərbaycan Səfəvilər dövlətinin varlığına son qoydu. Ölkədə Osmanlı
feodallarının 20 ilə qədər davam etmiş hökmranlığı onun sərvətlərinin
talan edilməsinə, Aərbaycan iqtisadiyyatının tənəzzülünə gətirib çıxardı.
Buna görə də Azərbaycan XVII əsrdə Səfəvilər dövləti sistemində aparıcı
mövqeyini və rolunu itirdi və onu İranın daxili əyalətlərinə güzəştə
getməli oldu. Bundan başqa, Azərbaycan əynları və qızılbaş tayfaları
xarici və daxili müharibələrin gedişində olduqca zəifləyərəközünün


332
əvvəlki tərkibinin xeyli hissəsini itirdi. Bunun nəticəsində Azərbaycan
əyanları özlərinin hər yerdəki hökmran mövqelərini XVII əsrdə
dəsaxlamaq iqtidarında olmadılar. Onlar həmişə hesablaşmağın lazım
gəldiyi qüvvə kimi qalmalarına baxmayaraq tədricən İran feodalları
tərəfindən sıxışdırıldılar.
Ölkənin şimal və cənub vilayətlərinin Azərbaycan Səfəvilər
dövləti daxilində siyasi baxımdan birləşməsi feodal Azərbaycanının
tarixində yeni mühüm mərhələ hesab edilməlidir. Dövlət, xüsusilə də
şəxsi feodal torpaq mülkiyyətinin inkişafı, bununla birbaşa əlaqəsi olan
mərkəzləşdirmənin güclənməsi də yeni cəhətlər idi. Mərkəzləşdirilmiş
siyasət yeritmək məqsədilə şərti torpaq sahiblərinin yeni forması – tiyul
meydana çıxmışdı.
Əsrin birinci rübündə əhalinin vəziyyəti bir qədər yüngülləşdi.
Lakin 70-ci illərin sonu və 80-ci illərdə vəziyyət yenidən ağırlaşdı.
Çıxılmaz vəziyyətə salınmış zəhmətkeş kütlələr istismarçılara qarşı
silahlı mübarizə yoluna qdəm qoydular. Bunun da parlaq nümunəsi 1571-
1573-cü illərin Təbriz üsyanı oldu.
Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə Azərbaycanın
məhsuldar qüvvələrinin inkişafı üçün əlverişli şərait yarand. Kənd
təsərrüfatı canlandı, sənətkarlıq və ticarət yüksək inkişaf səviyyəsinə
çatdı. Ümumdünya şöhrəti qazanmış yerli ipək sayəsində Azərbaycanın
Moskva dövləti ilə və Avropa ölkələri ilə iqtisadi əlaqələri inkişaf edir və
möhkəmlənirdi. Ərəş, Təbriz, Şamaxı və Culfa şəhərləri xamna və ipək
məmulatlarının beynəlxalq ticarət mərkəzlərinə çevrildilər. Ərdəbil,
Naxçıvan, Gəncə, Bakı və bir sıra digər şəhərlər də iri sənətkarlıq
istehsalı mərkəzləri idilər.
Azərbaycan mədəniyyətinin inkişafında yeni bir mərhələ də
Səfəvi hakimiyyəti dövrü ilə bağlıdır. Bu Azərbaycan (türk) dilinin geniş
yayıldığı dövr idi. Ümumdünya şöhrəti qazanmış görkəmli ədəbi əsərlər
bu dildə yaradılmışdır. Böyük Füzuli, Xətayi, Həbibi və b. Azərbaycan
(türk) dilində yazıb yaratmışdılar. Geniş şöhrət qazanmış T:əbriz
rəssamlıq məktəbi əsərləri dünya incəsənəti inciləri sırasına daxil olmuş,


333
Sultan Məhəmməd və Kəmaləddin Behzad kimi görkəmli rəssamlar
yetişdirmişdi.
Xalqımızın tarixində Azərbaycan Səfəvilər dövlətinin müstəsna
yeri var. Bu dövlətin tarixi müasirlərimiz üçün bir çox cəhətdən
ibrətamizdir. Səfəvilər dövlətinin zəifləyib süqut etməsinin bir sıra
obyektiv səbəbləri olmuşdur. Qızılbaş tayfaları və əmirlərinin arasında
birliyin olmaması, onların bir-biri ilə münaqişə və düşmənçilik etməsi,
var-dövlət, gəlirli torpaq, mənsəblər və hakimiyyət uğrunda qanlı
toqquşmaları, tayfa mənafelərinin, fərdi mənafeyin ümumi dövlət
ehtiyacları və tələblərindən üstün tutulması – bütün bunlar Azərbaycan
Səfəvilər dövlətinin zəifləməsi və tənəzzülü ilə nəticələndi.
Osmanlı-Səfəvi müharibəlrinin iki qardaş türk xalqlarının
(osmanlı və azəri türklərinin) düşmənçiliyi kimi deyil, Osmanlı və Səfəvi
dövlətlərinin hakim dairələrinin iqtisadi və siyasi mənafelərinin
toqquşması faktı kimi dəyərləndirmək tarixi gerçəkliyə daha yaxındır.
XVI əsrdə siyasi məqsədlərlə şiddətləndirilən sünni-şiə ədavəti də hər iki
türk dövlətinin münasibətlərini son dərəcə kəskinləşdirmişdir.
Həmin dövrdə Avropa dövlətləri iki müsəlman, türk dövlətlərini
müxtəlif vasitə və bəhanələrlə bir-birinə qarşı müharibəyə təhrik edir və
beləliklə onların hər birini zəiflətməyə, osmanlıların Cənub-Şərqi
Avropadakı işğallarının qarşısını almağa çalışırdılar.


334
OUTCOME
The creation of Safavi state was one of the significant events in
the history of the Middle Ages.
Joining from his early ages to the battles for authority and
creating a mighty state was the successful result and end of century's
old struggle of Shah Ismail's ancestors. At those times although the
borders of Azerbaijani Safavi state had been longer than the borders
of Aqqoyunlu (White sheep) and Qaraqoyunlu (Black sheep) states,
becoming the multinational emporship and as it was written in
sources and founded out during scientific researchers it was called
"Qizilbash state". Neighbour states also considered Qizilbash state as
a legal heir of Aqqoyunlu and Qaraqoyunlu states.
These remarks and admissions maintain one more again that, the
Safavi state founded by Shah Ismail was the most powerful state in
Azerbaijan territory.
The state's being called Safavi, which has been taken from
Sheikh Safiaddin Ardabili's (1252-1335) names, one of Shah
Ismail's ancestors who most times simply called Sheikh Safi. "Darul
- Irshad" which existed from XIII-XIV centuries, which set up its
activity during the reign of Sheikh Safiaddin Ishaq Ardabili, was
known one of the most powerful centers of all philosophical battles
occurring not only on Azerbaijan scale, but also in eastern world.
The thought of "Safaviyya", most times known as the name
"Qizilbashliq" and connected with ideas of Sufism, Mezdekism and
Khurramism, had bean formed here and spread through many
eastern countries. The focus "Darul Irshad" was not only the cloister
of sect, but also was an idea and thought hearth coming forward from
the demands of the time. The selfless murids and sufis visited this
hearth with the belief had helped closely in former time to Sheikh
Juneyd, who was Shah Ismail's grandfather, and his father Sheikh
Haidar to establish a new state. The representatives of Shaikh
Safiaddin's generation wished to unite the whole Azerbaijan.
Only Shah Ismail could manage to realize this idea after long
years struggle. As a result of aggravation of feudal relations the
Aqqoyunlu dynasty disintegrated in 1499 and Ismail joined to
struggle for reign while the discontent of public was increasing. The
people looked and hoped Ismail as a leader struggling for welfare and
interests of his public and renovating the social status and went after
him. Some Turkish tribes, called Varsaq, Qajar, Afshar, Zulgadar,
Takali, Rumlu, Ustajlu and Qaradaghlu and Talish sufis had joined


335
under the banner of Ismail. They had gained great fame as the best
and honorable fighters in the troop of Ismail.
Ismail entered to Tabriz and was announced as the Shah of
Azerbaijan. He could gain the faith and confidence of the people
from his first days. During his reign people from Herat to Baghdad
mainly spoke in Azeri Turkish. His foreign internal policy served
just to the public interests. He carried out wide reforms inland of the
country to straighten the foundations of the new state. He paid great
attention to the development of art, culture, mastership and took
care of the historical monuments and places for pilgrimage.
The rapid development of Azerbaijan and its becoming one of
the mighty states in the east caused to arise of the fear, envy,
caution and other enemy relations against Azerbaijan by the
Ottoman Empire and other rival states. Some rival states, feeling
envy of the superior advantage of Azerbaijan had been wishing the
arising such conflicts between two Muslim countries such as
Azerbaijan and Ottoman Empire for ages. To weaken these states
the enemy states, especially England gave ottomans a lot of arms
and 300 cannons. In such a way the Ottoman Sultan Salim I
assembled more than 100 thousand giant troops on the frontier of
Azerbaijan and announced the war to Shah Ismail in Chaldiran
steppe in 1514. In this war Shah Ismail had not only unequal
power, he was also weaker by armament side then the Sultan Salim
I. Safavis didn't have any cannons at all. The main power of
Safavis was land forces of Qizilbash kins and they were very weak
in front of cannons and riflemen. Even so Shah Ismail and his
fighters displayed great bravery and courage in this battle. As the
thought of writers it is supposed that, the defeat of Qizilbash troop
in this battle was the result of Shah Ismail's not consulting with his
commanders and being self - assured. But as it was seen from the
facts, upside of the page his defeat doesn't connect with his personal
features, the main reason is being used the foremost armament,
weapons and cannons by the troop of Sultan Salim for his time.
The defeat of Azerbaijan in the Chaldiran battle showed its
bitter results soon. The Ottoman sultan occupied Khoy, Marand
and Tabriz cities but facing with very strong resistance of Qizilbash
tribes, couldn't stay there so long. They captured a lot of wealth
from the pillaged places and at the same time captivated many
craftsmen of Azerbaijan. Afterwards these craftsmen played great
role in the development of craftsmanship in the Ottoman Turkey.
After Chaldiran battle for his ten year life Shah Ismail spent the
rest of his act to strengthen and develop of his state.


336
The holding wars by the founder of Safavi dynasty came
forward of his wish to create the united Azerbaijan state. Just
during his reign Azerbaijan language become the state and court
language and he did great and unlimited services for the
development of cultural, social and political fields of the state.
After Shah Ismail died the central power was weakened due to
the counteractions among amirs of Qizilbash tribes. The period of
Shamlu, Rumlu and Tekeli feudal tribes coming to the head of state
and replacing each other systematically continued till 1534. The
new period of the wars between Safavis and Ottoman Empire
started and continued 20 years. The Ottoman Empire reaching to
its mighty peak during the reign of the I Sultan Salim's son
Sulayman was an aggressive side in this war. Ottoman Empire
made great effort to occupy Azerbaijan, and this came forward of
Azerbaijan's being reach with national resources, for being
producer of big raw materials and passing the profitable road
between Asia and Europe through its area. The attacks of the
Ottoman Turkey, which tried to spread its influence in the west of
South Caucasus and Georgia, faced with stubborn resistance of
Safavis. The superiority was in the Ottoman side which ransacked
the wealth of many countries after occupation. Safavis was
compelled to recognize the western Georgia under the sway of the
Ottoman Empire according to the peace treaty signed in 1555.
During the wars Azerbaijan was greatly damaged from the assaults
of Ottoman forces for being situated on the way of them. For
making difficult of enemy troops moving forward inside the country
some of the frontier areas were destroyed purposely by Safavis
themselves. While fighting against Uzbek Khans except Turkish,
simultaneously had made Safavi position more difficult. The Safavi
state was weakened as a result of the cotrasts among Qizilbash
noblemen after the death of Shah Tahmasp I. Ismail II, who came
to power after long terrible battles, tried to strengthen his reign by
putting the members of the dynasty who claimed for the power to
death. But not so long he was assassinated by feudal. At the end of
the 70s years of the XVI century the state administration was
Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə