SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə88/96
tarix22.03.2024
ölçüsü2,18 Mb.
#183028
1   ...   84   85   86   87   88   89   90   91   ...   96
azerbaycan sefeviler dovleti (1)

Ləşkərnəvis
– “qoşun kargüzarı”. I Şah Təhmasibin
hakimiyyətinin əvvəllərində əmirlər və qoşun arasında böyük nüfuza və
hörmətə malik idi. Belə ki, onun “vəzir vəzifəsinin astanasında”
durduğunu güman edirdilər. Xacə bəy Şirazi ləşkərnəvis idi. Onun
vəfatından sonra bu “yüksək və xeyirxah vəzifəyə” (mənsəb-i vala
ərcüməndi) Əhmədi bəyin qardaşı, o vaxta qədər Azərbaycanın
avaracanəvisi olmuş Məhəmmədi bəy irəli çəkildi. Qardaşından sonra
vəzifəyə Əhmədi bəy gəldi və Şah Təhmasibin vəfatına qədər və II Şah
İsmayılın taxta çıxmasının ilk vaxtlarında bu vəzifəni ifa etdi. O, I Şah
Abbasın hakimiyyətinin əvvəlində vəfat etmişdir. İskəndər bəy Münşi
göstərir ki, onlar hamısı Şirazdan idilər və orada Xakiyə soyadı ilə
tanınırdılar, lakin oranı çoxdan tərk etmişdilər və onların bəziləri İraqda,
Azərbaycanda, həmçinin də sarayda xidmət edirdilər
111
.
Mustoufiy-i mal
(“zabitənəvis”, “müfradanəvis”lə eynidir).
Mustoufi əl-məmalikin başçılığı altında xidmət edirdi. İskəndər bəy
Münşi dəftərxana işçilərinin sayını bir-bir göstərərkən yazır ki,
“mustoufiyi-mal” – bu, indi (yəni XVII əsrin birinci yarısında) həmçinin,
zabitanəvis və müfradənəvis adlandırılanlardandır. Mustoufiyi-mal
vəzifəsində Mir Əbuturab Nətənzinin adı çəkilir
112
. V.F.Minorski göstərir
ki, zabitanəvisin texniki anlamı “vergiləri yığan” deməkdir. “Avaraca”
idarəsindən fərqli olaraq mustoufiyi-malın ştatında olan mirzələr divana
daxil olan pul məbləğlərini (vücuhat) qeydə alırdılar. “Təzkirət əl-
mülük”ə əsasən, zabitənəvis idarəsinə yığılmalı olan məbləğlər – yol
vergiləri (vücuh-i rahdari), tütün ticarəti üçün vergilər, çobanbəyi (mal-
qara üçün vergi) və s. idi
113
.


314
Avaracanəvis.
V.F.Minorski bəzi mənbələr əsasında belə nəticəyə
gəlir ki, “avaraca” – kitab, yaxud sənəd idi. Ona müvafiq olaraq, fərdi
qaydada vergi verənlərdən ödəmələr alınır və növbəti ödəmələr onlarda
elə qaydada yazılırdı ki, oraya əlavələr etmək mümkün olsun”
114
.
Avaracanəvis, mustoufi əl-məmalikin nəzarəti altında fəaliyyət göstərir
və maliyyə idarəsinə aid edilirdi. V.Minorskinin ehtimalına görə,
zabitanəvis bir qayda olaraq, şah mülkiyyəti ilə (və bütün məmalik
vilayətlərindən gələn təsadüfi gəlirlərlə) iş görürdü. Halbuki, avaraca
kitablarına baxanlar dövlət torpaqlarından (məmalik) daxil olan pulları
qeydə alırdılar.
V.
Minorski “Təzkirət əl-mülük”ə əsaslanaraq, avaracanəvisin
aşağıdakı vəzifələrini müəyyənləşdirir. Onların birinci vəzifəsi vergi
verənlərin adlarını kitabda qeyd etmək idi. İkincisi, onlar divan
qulluqçularından daxil olan sənədlərin üzərində müxtəlif qeydlər
edirdilər. Üçüncüsü, onlar tiyula, həme saleyə və s. aid olan sənədləri
(pərvanəcat) qəbul edir və yola salırdılar. Dördüncüsü, vergi
toplanmasını idarə edən vilayət hakimiyyət orqanlarına göndərilən rəqəm
və sənədlərin qeydə alınması, yoxlanması da onların vəzifəsinə daxil idi
15
.
Bu vəzifənin əhəmiyyətini İskəndər bəy Münşinin mülahizələrindən
görmək olar. Onun mülahizəsinə görə, “bəzən
116
istifanın (mustoufi əl-
məmalikin – O.Ə.) vəzifələri şah dəftərxanasının avaracanəvisləri
arasında bölüşdürülürdü və onlardan hər biri öz idarəsinin mustoufisi
olurdu”
117
.
Avaracanəvis vəzifəsini icra etmiş məmurlardan İskəndər bəy
Münşi bunların adlarını çəkir: Azərbaycanın və Şirvanın avaracanəvisi
olmuş Xacə Məhəmməd Əmin; İraqın avaracanəvisi Xacə Rəşid bəy
Şirazi; Xorasan və Kirman avaracanəvisi Ağa Əsəd; Farsın avaracanəvisi
Mir Nemətulla.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə