SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə87/96
tarix22.03.2024
ölçüsü2,18 Mb.
#183028
1   ...   83   84   85   86   87   88   89   90   ...   96
azerbaycan sefeviler dovleti (1)

Mühtəsib əl-məmalik
– “dövlət mühtəsibi” - şəhər bazarlarına
nəzarət qoyan, əmtəələrə qiyməti təsdiq edən mərkəzi aparat məmuru.
Onun başlıca vəzifəsi ticarətin düzgün aparılmasına, ölçü və çəkilərə
əməl olunmasına, fırıldağa yol verilməməsinə nəzarət etmək idi. O,
başqalarına ibrət olmaq üçün belə pozuntuların təqsirkarlarını rüsvayçı
“taxta-kulah” mərasimini icra etməyə məhkum edirdi (yəni qayda
pozanın başına “taxta papaq” keçirirdilər). Mühtəsib əl-məmalikin bütün
vilayətlərdə (məmalik) öz nümayəndələri var idi
107
.
Mənbələr bu vəzifədən nadir hallarda bəhs edirlər. İskəndər bəy
Münşi mühtəsib əl-məmalik vəzifəsini tutmuş iri feodal – Mirzə
Əbdülhüseyn Cahanşahi haqqında məlumat verir
108
.
Qeyd olunan mülki, hərbi, dini və saray əyanlarının hər birinin öz
dəftərxanası və məmurlar ştatı var idi. Onlardan nəzərdən keçirilən
dövrün mənbələrində adı çəkilənlərin, bəzilərinə nəzər salaq.
Yasavul
mənşəcə monqol “yasa” – “qanun-qayda” sözündəndir.
Yasavullar şahın olduğu yerdə qayda yaradırdılar. Yasavullar “yalnız
möhtərəm əmirlərin oğlanlarından ola bilərdi və köhnə vaxtlarda onların
sayı 8, yaxud 9-dan çox deyildi. Şah Yığıncaqlarında (məclis-i xass)
onlar eşikağasıbaşının yerinə xidmət edirdilər. Açıq yığıncaqlarda isə
şahın qarşısında dayanırdılar. Halbuki məclisə eşikağasıbaşı xidmət
edirdi. Yasavullar onların məvacibini və qulluq yerini təsdiq edən
yüksək divanın eşikağasıbaşısının tabeliyində idilər”
109
.
Şərəf xan Bidlisi həmin şah yavərlərinin hazırlanmasının təşkili
işini aydınlaşdırır. Yüksək vəzifəli valideynlərin oğlanları hələ gənc ikən


313
şah hərəmxanasındakı şahzadə qızlara xidmət etmək üçün verilirdilər.
Onlar sınanılmış mənəviyyat və möminlik hamilərinin daimi nəzarəti
altında olurdular. Böyüdükcə onlara çövkən də daxil olmaqla hərbi
oyunların bütün növlərini öyrədirdilər. Onlara rəsm çəkmək də
öyrədilirdi. Çünki şah Təhmasib deyirdi ki, bu, “insanın zövqünü
yaxşılaşdırır”
110
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə