SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə89/96
tarix22.03.2024
ölçüsü2,18 Mb.
#183028
1   ...   85   86   87   88   89   90   91   92   ...   96
azerbaycan sefeviler dovleti (1)

Sahib-i tövcih
(tövcih “yollamaq, ünvana göndərmək” deməkdir).
V.Minorski Şarden və Kempferin məlumatları əsasında belə bir fikir
söyləyir ki, “tövcih” ödəniş vasitəsi idi və “tədiyyələrin əksəriyyəti
alıcılara torpaq üçün verilən pullar və digər gəlir mənbələri təxsisatlarla


315
ödənildiyindən, sahib-i tövcidə “təxsisatlar sahibi” kimi baxmaq olar.
“Tarix-i aləm aray-i Abbasi”də “sahib-i tövcih-i divan-i əla” vəzifəsində
işləmiş Hidayət bəy Şirazinin adı çəkilir. O, daha əvvəl “sahib-i tövcih”
vəzifəsində qulluq etmiş Xacə Həbibullanın qohumlarından idi
118
.
Sahib-i tövcihin mirzələr ştatı var idi. O, “şahın sərəncamları” ilə
müxtəlif, təsadüfi vergilərin miqdarını müəyyən etmək və vergilərin
özbaşına artırılmasına yol verməmək vəzifəsini yerinə yetirən mustoufi
əl-məmalikə tabe idi
119
.
Mustoufi-yi ərbab-i təhavil (“ərbab-i təhavil” “təhvildaran”la eyni
mənadadır) – büyutat mustoufilərinə həvalə olunmuş sikkə zərb edilməsi,
əmtəə və xammal işlərinə nəzarət edən məmur. O, şah sarayının müxtəlif
büyutatları arasında bölüşdürülmüş mülkiyyətin məsul nəzarətçisi idi
120
Mənbələrdə “I Təhmasib şahın cəmiyyətinə yaxın olan” bir şəxsin – Ağa
Seyfəlmülük Tehrani adlı mustoufiy-i ərbab-i təhavilin adı çəkilir
121
.
İskəndər bəy Münşi I Şah Təhmasibin müşrifan-i büyutatı arasında
aşağıdakıları xatırladırlar: Mirzə Babai Şirazi, şah xəzinəsinin müşrifi
(müşrif-i xəzinəy-i amirə); Mirzə Qasım Şirazi, tövlə müşrifi (müşrif-i
tövlə); Mirzə Həsən İsfahani, şahın paltarlarının saxlandığı yerin və
dərzixananın müşrifi (müşrif-i rikabxana və qayçaçıxana; Mir Seyid
Seyfi, dəvələrin saxlandığı binanın müşrifi (müşrif-i şotorxan)
122
.
Vəzir-i qorçiyan-i əzəm, mustoufi-yi qorçiyan-i əzəm
(“Böyük
qorçilərin vəziri”, “böyük qorçilərin mustoufisi”). Ehtimal etmək olar ki,
bu halda şah qvardiyaçılarının, qorçilərin hərbi dəstələrinin vəziri və
mustoufisi nəzərdə tutulur. Onlar qvardiyaçılar dəstəsinin rəisi olan
qorçibaşının yanında xidmət edir, qorçibaşı üçün dəftərxana və
mühasibat işlərini yerinə yetirirdilər. “Təzkirət əl-mülük”dən göründüyü
kimi, bu halda vəzir katib və maliyyə nəzarətçisi kimi fəaliyyət göstərir
(təyinatlar üzrə sənədlər hazırlayır, əmrlərə, vəsiqələrə hesabatlara və s.
möhür basır, tapşırıq qeydləri aparırdı)
123
. Görünür ki, mustoufi-yi
qorçiyan-i əzəm mustoufi əl-məmalikin idarəsinə hesabat verirdi.
Mümkündür ki, vəzir-i qorçiyan-i əzəmə divani -əla vəziri nəzarət edirdi
(lakin bunu qəti təsdiq etmək üçün tutarlı əsasımız yoxdur).


316
İskəndər bəy Münşi I Şah Təhmasib dövründə böyük qorçilərin
vəziri olmuş, Ərəbgirli nəslindən çıxmış Əliqulu bəyin adını çəkir. Həm
də bu zaman bildirilir ki, bu vəzifə Səfəvilər hakimiyyətinin əzəlindən
onun atası Hüseyn bəyə və nəslinə məxsus olmuşdur. Əvvəlcə
mustoufiy-i qorçi, sonra isə mustoufi əl-məmalik olmuş Hacı Məlikin
qohumu Mirzə Fəthullah İsfahani “böyük qorçilərin mustoufisi” kimi
xidmət etmişdir
124
.
Mərkəzi aparatın yuxarıda göstərilən vəzifələrindən başqa, saray
nəzdində bir sıra digər əyanlar da var idi: miraxurbaşı - mehtərlərin rəisi,
mehmandarbaşı – xarici səfirlərin və hörmətli qonaqların qəbul işlərinə
baxan müdir, süfrəçibaşı – süfrəyə qulluq edənlərin rəisi, halvaçıbaşı –
saray şirniyyat ustalarının rəisi, şərabçıbaşı – saqilərin rəisi,
münəccimbaşı – saray münəccimlərinin başçısı və b.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə