ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 2,23 Mb.
səhifə36/39
tarix19.10.2018
ölçüsü2,23 Mb.
#74964
1   ...   31   32   33   34   35   36   37   38   39

BAYRAM NAMAZININ ƏZƏMƏTİ


Abbasi xilafətinin tədbirli və huşyar xəlifəsi Məmun özünün Məhəmməd adlı qardaşını öldürdükdən, xilafətin bütün böyük ərazilərini öz ixtiyarına keçirdikdən sonra Mərvdə (o dövrdə Xorasan əyalətinin bir hissəsi idi) məskunlaşmışdı. O, Mədinədə olan imam Riza (ə)-a bir məktub yazaraq o həzrəti Mərvə dəvət etdi. İmam Riza (ə) bu dəvəti qəbul etməmək üçün bəzi üzürlü səbəblər gətirsə də Məmun əl çəkmədi və ardıcıl məktublar yazaraq onu dəvət etdi. Nəhayət imam Riza (ə) üçün aydın oldu ki, Məmun əl çəkən deyil.

İmam Riza (ə) Mədinədən Mərvə yola düşdü. Məmun ona belə təklif etdi ki, xilafət işini öz öhdənə götür. İmam (ə) əvvəldən onun mənfur niyyətindən agah idi və bilirdi ki, bu iş tam mənada siyasi məqsədlər daşıyır. Buna görə də təklif olunan işi heç bir vəchlə qəbul etmədi. Bu hadisə iki ay davam etdi. Bir tərəfdən Məmun israr edirdi, digər tərəfdən isə İmam (ə) bu təklifi qəbul etməkdən imtina edirdi. Məmun verdiyi təklifin əsla qəbul olunmayacağını gördükdə vəliəhdliyi təklif etdi. İmam Riza (ə) da bu şərtlə qəbul etdi ki, sadəcə olaraq təşrifati (fəxri) yönə malik olsun və heç bir işin məsuliyyətini öhdəsinə almasın, heç bir işə dəxalət etməsin. Məmun da bunu qəbul etdi.

Məmun bu işlə əlaqədar camaatdan beyət aldı, şəhərlərə elannamələr yolladı və sərəncam verdi ki, İmamın adına sikkə vursunlar, mənbərlərdən onun adına xütbə oxusunlar.

Qurban bayramı günü gəlib çatdı, Məmun İmamın yanına bir nəfər göndərib xahiş etdi ki, bu bayram günündə gedib camaat namazını camaatla qılsın ki, camaat üçün bu işlə əlaqədar tam xatircəmlik hasil olsun. İmam (ə) belə bir cavab yolladı: “Biz belə razılaşmışdıq ki, heç bir rəsmi işdə dəxalət etməyim, buna görə də bu iş üçün gələ bilmərəm.”

Məmun belə cavab göndərdi ki, məsləhət belədir ki, siz gedib vəliəhdlik məsələsini tam təsbit edəsiniz. O qədər israr və təkid etdi ki, axırda İmam (ə) buyurdu: “Məni üzürlü hesab etsən daha yaxşıdır. Əgər hökmən getməliyəmsə bu fərizəni Rəsuli Əkrəm (s.ə.v.v)-in və Əliyyibni Əbi Talib (ə)-ın yerinə yetirdiyi şəkildə yerinə yetirəcəyəm.”

Məmun dedi: “İxtiyar sənin özünlədir: necə istəsən o cür də əməl et.”

Bayram günü erkən qoşun başçıları, əyan-əşraf və digər saray məmurları xəlifələrin dövründə mövcud olan adətə görə bər-bəzəkli paltarlar geyinib bər-bəzəkli atlara mindilər və bayram namazında iştirak etmək üçün İmam (ə)-ın evinin arxasında hazır oldular. Adi camaat da küçə-bazarda özlərini hazırlayıb vəli-əhdlik məqamının cəlalətli mokəbini gözləyirdilər ki, onun hüzurunda hərəkət edib müsəllaya çatsınlar. Hətta qadın və kişilər damların üstünə çıxmışdılar ki, imamın mokəbinin əzəmətini yaxından müşahidə etsinlər. Hamı gözləyirdi ki, imamın qapısı nə vaxt açılacaq və onun əzəmətli mokəbi zahir olacaq.

Digər tərəfdən, imam Riza (ə) əvvəlcədən Məmundan iltizam aldığı kimi bu şərtlə namazda iştirak etməyə razılaşmışdı ki, bu mərasimi Rəsuli Əkrəm (s.ə.v.v)-in və Əliyyi Mürtəza (ə)-ın icra etdiyi kimi yerinə yetirsin, Əli (ə)-dan əvvəlki üç xəlifə kimi yox. Buna görə də sübh tezdən qüsl etdi, başına ağ parçadan əmmamə bağladı, parçanın bir tərəfini sinəsinə atdı, digər tərəfini isə iki çiyninin arxasına saldı. Ayaqyalın hərəkətə başladı. O həzrət ətəklərini qaldırmışdı, öz adamlarına da demişdi ki, siz də belə edin. Baş tərəfində dəmir başlıq olan əsanı əlində tutmuşdu. Öz adamları ilə birlikdə evdən çıxanda bu bayramdakı islami sünnələrə əsasən uca səslə “Allahu Əkbər!” deməyə başladı, camaat da imamla birlikdə bu zikri dedilər. Camaat elə həyəcanla təkbir deyirdilər ki, sanki bu səs asimandan yerə gəlirdi. Bir neçə anlığa evin qapısında dayandı və bu zikrləri ucadan təkrar etdi: Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər əla ma hədana, Allahu Əkbəru əla ma rəzəqəna min bəhimətil-ənam, əl-həmdu lillahi əla ma əblana.”

Bütün camaat bu cümlələri imamla birlikdə və uca səslə təkrar edir, şiddətlə ağlayır, göz yaşı axıdırdılar. Onların duyğuları həyəcanlanmışdı. Rəsmi paltarda gələn ordu başçıları və zabitlər ayaqlarına çəkmə geymiş halda atlara minmişdilər. Elə güman edirdilər ki, vəli-əhdlik məqamı fəxrli libaslarla, səltənət təşrifatı ilə ata minib çölə çıxacaqdır. Amma İmamın çox sadə bir vəziyyətdə və piyada çıxaraq zikr etdiyini gördükdə özləri də hissiyyata qapılaraq göz yaşı axımağa, uca səslə təkbir deməyə başladılar və dərhal atdan enib çəkmələrini çıxartdılar.

Hər kəs bıçaq tapırdısa, çəkmələrinin bağlarını kəsib tullayırdı ki, onu açmaq üçün çox vaxt sərf etməsin, bununla da özünü başqalarından daha xoşbəxt hesab etsin.

Çox çəkmədi ki, Mərv şəhərinin fəzası ah-nalə və ağlamaq səsləri ilə doldu, hamı bir ahəngə həyəcanlanıb fəryad edirdi. İmam (ə) hər on addımdan bir dayanıb dörd dəfə təkbir deyirdi, onunla gələnlər də uca səslə ağlaya-ağlaya həyəcanlı halda həzrəti müşayiət edirdilər. Məna və həqiqətin əzəmət və cilvəsi camaatın duyğularını o qədər həyəcanlandırmışdı ki, maddi təzahürlərin cilvələri və əzəməti zehnlərdən məhv olub getmişdi. Belə ki, əvvəllər camaat maddi təzahürlərin əzəmətinin intizarın çəkirdilər. İndi isə çox həyəcanlı cərgələr müsəllaya tərəf hərəkət edirdi.

Xəbər Məmuna çatdı, yaxın adamları ona xəbərdarlıq edib dedilər: Əgər bu vəziyyət bir neçə dəqiqə davam etsə və Əli ibni Musər-Riza müsəllaya çatsa inqilab təhlükəsi gözlənir. Məmunun dizləri əsməyə başladı və dərhal imamın yanına adam göndərib xahiş etdi ki, geri qayıtsın. Çünki mümkündür narahat olsun və ona zərər dəysin. İmam öz ayaqqabı və paltarlarını geyinib geri qayıtdı.1


USTADIN İBADƏTLƏRİNDƏN BƏZİ NÜMUNƏLƏR


Kitab gözəl şəkildə qurtarsın deyə, yaxşı olardı ki, Allahın layiqli bəndələrinin bəndəçiliyinin əyani nümunəsi olaraq ustadın ibadətlərindən bir neçə nümunə burada inikas edilsin, bəlkə Allahın köməyi ilə Onun dərgahında bəndəçilik və ibadət aşiqlərinin hamısı üçün işıqlı yol göstərən olsun.

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə