Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə25/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   21   22   23   24   25   26   27   28   ...   78

 
115 
Ah, bizdə bu həsəd hissi olmaya
bir də yersiz umu-küsü olmaya. 
İnsanın xəbisi, pisi olmasa 
dünya başdan-başa Vətən olacaq. 
 
Cənnət görə bilsək cənnət dünyanı, 
ilin dörd fəslində heyrət dünyanı. 
Kəməndə salmasaq sərbəst dünyanı, 
dünya başdan-başa Vətən olacaq. 
 
Seyr edib bənzərsiz mənzərəsini, 
qoruyaq hər zaman, hər zərrəsini. 
Yurd bilsək, ev bilsək Yer kürəsini, 
dünya başdan-başa Vətən olacaq. 
 
 
 
ODLAR YURDUM 
 
Sərdar Fərəcov musiqi bəstələmişdir 
 
Torpağına gülşən dedik, 
ana dedik, Vətən dedik, 
Bir cənnətdir sinən dedik, 
doğma diyar, Odlar yurdum
Azərbaycan, Azərbaycan. 
 
Gül çiçəksən başdan-başa, 
çələng hörüb çəkək başa. 
Çölün-düzün bir tamaşa, 
ey bəxtiyar Odlar yurdum, 
Azərbaycan, Azərbaycan. 
 
Gözəldir həyat, 
günlər bir büsat, 
gülür kainat 
sənin qoynunda. 


 
116
 
Sehrindən qanadlandım, 
Baba dağım, Savalanım. 
Səsim səndə havalansın, 
ey ixtiyar Odlar yurdum, 
Azərbaycan, Azərbaycan. 
 
Bizdən qədim od-ocağın, 
bir aləmdir hər bucağın. 
Abşeironda Yanar dağın, 
ey füsunkar Odlar yurdum, 
Azərbaycan, Azərbaycan. 
 
Sən sirdaşımız, 
qan yaddaşımız, 
qurban başımız 
daim yolunda. 
 
Təbiətin əsrarəngiz, 
bir yanın dağ, biri dəniz
suyun büllur, göyün təmiz, 
ey xoşqərar Odlar yurdum, 
Azərbaycan, Azərbaycan. 
 
Murovdağda yağanda qar, 
Astarada gülər bahar. 
Qarabağda dağ-daş yanar, 
ey ecazkar Odlar yurdum, 
Azərbaycan, Azərbaycan. 
 
Şöhrətim, şanım, 
dinim, imanım, 
qoy qanadlanım 
asimanında. 
 


 
117 
 
Ormanlarda səf-səf bağlar, 
dərələrdə çaylar çağlar. 
Qaynar gözlü buz bulaqlar 
göz oxşayar, Odlar yurdum, 
Azərbaycan, Azərbaycan. 
 
Zərif, incə bir duyğusan
şirin arzu, saf sayğısan, 
həm güvəncsən, həm qayğısan, 
həm ixtiyar, Odlar yurdum, 
Azərbaycan, Azərbaycan. 
 
Adın andımda, 
sevgin canımda, 
olum yanında 
kaş hər anımda. 
 
Başımızın tacı Vətən, 
hər dərdin əlacı Vətən, 
ey taleyi acı Vətən, 
köksü qubar Odlar yurdum, 
Azərbaycan, Azərbaycan. 
 
Nə qədər ki, yurd dərdi var, 
qəm qəlbimdə tutmaz qərar. 
Xətainin ruhu naçar 
bizi tutar Odlar yurdum, 
Azərbaycan, Azərbaycan. 
 
Qüdrətin bəlli, 
qaldır bu eli, 
qoyma nisgili 
qala canımda. 
 


 
118
 
VƏTƏN FƏRYADI 
 
Bir yaralı aslan kimi çəkildin geri, 
itkisinə, ağrısına saç yolan Vətən. 
Həcv deyir indi sənə nakəsin biri
ünvanına söylənilir yüz yalan, Vətən, 
satqınların əlləriylə satılan Vətən. 
 
Bu namərdlər sırasında pozuldu sıran, 
bu tülkülər arasında təkləndin yaman. 
Bu xisləti murdarlardan diləmə aman, 
ədalətsiz döyüşlərə atılan Vətən, 
satqınların əlləriylə satılan Vətən. 
 
Ötüşsə də ömrümüzün yüz ili belə, 
çiçək açmaz arzumuzun bir gülü belə. 
Kimlər çəkir gözümüzə bu mili belə? 
Qəhər olub gözlərimə, a dolan Vətən, 
satqınların əlləriylə satılan Vətən. 
 
Sənin baxtın bir oyunmuş, əsrin oyunu, 
tarixini dəyişənlər dandı soyunu. 
Bir çaldıran döyüşü qur, çaldır toyunu, 
sərkərdəsi əsgərinə mat olan Vətən
*

satqınların əlləriylə satılan Vətən. 
 
Nə bir paltar, nə bir kəfən biçilməz belə, 
nə bir şərbət, nə bir zəhər içilməz belə, 
Vətən adlı müqəddəslik kiçilməz belə, 
oba-oba yad ellərə qatılan Vətən, 
satqınların əlləriylə satılan Vətən. 
                                                 
*
 1992-ъи ил май айынын 8-дя Шуша сцгут едян эцн Республика Президенти вя 
Али Баш Командан вязифялярини мцвяггяти иъра едян ъ. Йагуб Мяммядов 
телевизийа иля чыхыш едяряк халга билдирди ки, мян цч эцндцр мцдафия назири ъ. 
Рящим Газийеви ахтарырам, анъаг тапа билмирям. О, мяня табе олмур. 


 
119 
 
Səndən qisas, imdad umur şəhid balası, 
gözləyirsən, səbr kasan nə vaxt dolası? 
Kimlər verdi bu torpağı, kimlər alası? 
Hiddəti də səbri boyda bir ümman Vətən
satqınların əlləriylə satılan Vətən. 
 
Qeybdən mənə bir səs gəlir, İlahi bir səs, 
indiyəcən satıldığın, satqınlığın bəs. 
Yurda dönük çıxanların başlarını əz! 
Zəfər səsin eşidilsin Batıdan, Vətən. 
satqınların əlləriylə satılan Vətən. 
Ədalətsiz savaşlara atılan Vətən. 
 
 
 
TƏZƏ İL 
 
İlham Abdullayev musiqi bəstələmişdir 
 
Müjdələr gətirdin təzə günlərə, 
Səpirsən torpağa ətir, təzə il. 
Yolunu həsrətlə gözləyənlərə 
Gəl, öz salamını yetir, təzə il. 
 
Zəhmətlə ucalır bu ana torpaq, 
Hünərlə qoyuruq dağ üstünə dağ. 
Başımın üstündə üç rəngli bayraq, 
Sən bizə səadət gətir, təzə il. 
 
Xoş keçsin baharın, qarlı qışın da, 
Günəş çələng olsun sənin başında. 
Vətən torpağının hər qarışında, 
Qələbə gülləri bitir, təzə il! 
 
 
 


 
120
 
ÖLDÜYÜN YER VƏTƏNDİR 
 
Ey həmişə özünü düz, sözünü haqq sayan kəs, 
xoş gününün xatirinə millətini soyan kəs! 
Ey torpağın satan satqın, ey yurduna qıyan kəs, 
Qazandığın, topladığın murdarlanmış kəfəndir. 
 
Yaman tutub gözlərini bu yalançı şöhrətin, 
nə cəbhədə bir nəfərin, nə qanında qeyrətin. 
Sən daşı sərvətlərini, biz çəkərik möhnətin, 
bu çətinlik müvəqqəti, bu gün, sabah ötəndir. 
 
Bu canavar xislətinlə ha dünyanı dolan, gəz, 
qərib yerdə keçən ömür onsuz da bəs eyləməz. 
Ulun harda uyuyursa, o torpaqdır müqəddəs
olduğun yer Vətən deyil, öldüyün yer Vətəndir. 
 
 
 
DƏRD DEMƏYƏ KİMSƏMİZ YOX 
 
Bölündük neçə hissəyə, 
qaldıq azlar arasında. 
Qoyduq sadəlövh kütləni 
kələkbazlar arasında. 
 
«Allahu-Əkbər» söylədik, 
xalqı yalanla küylədik. 
Həcci ziyarət eylədik 
allahsızlar arasında. 
 
Məmləkətin haqsızı çox, 
anlamayır bir acı tox. 
Dərd deməyə kimsəmiz yox, 
bu boz üzlər arasında. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə