Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə22/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

 
101 
 
 
HƏZƏR  BELƏSİNDƏN... 
 
Hal-hazırki müxalifətin tanınan öncüllərinin əksəriyyəti vaxtı 
ilə iqtidarda mühüm məqamlar tutmuş, Yeni Azərbaycan Partiya-
sının yaradıcı heyətində olmuş insanlardır. Onlar vəzifələrindən 
kənarlaşdırılan kimi siyasi baxışları da 180° dönmüş, YAP-ın 
idarə heyətindən uzaqlaşaraq müxalifət partiyalarına doluş-
muşlar. 
Bu cür əqidəsi dönük siyasətçilərdən biri də 13 il Səhiyyə na-
ziri işləmiş, Azərbaycan Səhiyyəsini biabırçı vəziyyətə salmış, ne-
çə-neçə Səhiyyə rəhbərini, YAP-ın üzvü olmadığı üçün, nümayiş-
kəranə işdən qovmuş, ürək ağrısına salmış, tutdurmuş... səhiyyəni 
açıq-aşkar rüşvət meydanına çevirmiş, bir sözlə, ətrafına qan ud-
durmuş Əli İnsanov idi. 
İqtidarda və YAP-ın idarə heyətində olduğu uzun müddət ər-
zində əsl yaramaz sifətini və xislətini gizlədə bilən, müxalifət par-
tiyalarını və onların liderlərini müxtəlif növ tədbirlərdə, ictimai 
yerlərdə, Milli Məclisin iclaslarında və birbaşa efirdə qeyri-etik 
və qeyri-əxlaqi ifadələrlə təhqir edən bu anormal psixikalı xəbis 
məxluq vəzifədən kənarlaşdırılan kimi YAP-ın da ünvanına olma-
zın nalayiq sözlər yağdırdı, müxalifət partiyaları ilə həmrəy oldu-
ğunu bildirdi, həmin partiya rəhbərlərindən, onlara qarşı yanlış 
fikirlər yürütdüyü üçün, üzr istədi və ölkə iqtidarı ilə əks cəbhədə 
mübarizə aparacağı barədə bəyanat verdi. Onu dinləyəndə ürə-
yinlə barışa bilmirsən ki, Heydər Əliyev kimi dərin düşüncəli, 
zəngin idarəçilik və həyat təcrübəsi olan bir rəhbər necə olub ki, 
bu cür azğın, harın və dələduz insanlara çox inanıb, onlara məsul 
vəzifələr etibar edibdir. Yüz heyf ki, belələri yenə də az deyil və 
onlar iqtidarın cəza hədəfindən hələ ki, yayına bilirlər. 
Və nə yaxşı ki, son illər ölkə rəhbərliyi yavaş-yavaş bu cür ac-
göz, kaftarabənzər yırtıcıları snayper dəqiqliyi ilə seçib zərərsiz-
ləşdirməklə cəmiyyətdən təcrid etməyə başlayıb. 
Tanrı nazilən haqqı üzülməyə qoymayan ixtiyarları qorusun! 
 


 
102
 
Yaşayırıq diqtəsiylə, 
neçə yolundan azmışın. 
Çaşıb çılğınlıq eyləsəm, 
Allah günaha yazmasın. 
 
Soxulduqca kürsülərə, 
mədh deyən satılmışlar. 
Dönür dəyərsiz kütləyə, 
gözdən uzaq atılmışlar. 
 
Öz şəxsi marağı üçün 
kim nə bacarır, eyləyir. 
Rəsmi məclislərdə isə 
hamı “xalq”, “millət” söyləyir. 
 
Əsl həqiqətsə budur –  
yox kimsəyə hörmətləri. 
Vəzifə bunlarçun, fəqət 
keyf meydanı, sərvət yeri. 
 
Bu şan-şöhrət əsirləri, 
bu var-dövlət hərisləri. 
Kimlər dartıb başa çəkir
bu cür murdar – xəbisləri? 
 
Nə iman bilirlər, nə din, 
çoxu da quldur, bədxislət. 
Vəzifədən gedən o gün 
dönüb olur müxalifət. 
 
Nə bir sadiq məmuru var, 
nə bölgüsünün meyarı. 
Odur xalqdan dəstək umur 
daim ölkə iqtidarı. 
 


 
103 
 
Bu xırda şahlar əlində 
əsəb oyuna düşmüşük. 
Hər yerə bir tor atırlar, 
torlarına ilişmişik. 
 
Qadağalı insanlarıq, 
sözümüzün dəyəri yox. 
Ha qışqıraq, ha yalvaraq, 
faydası yox, xeyiri yox. 
 
Kar olub, kor olmalısan, 
danışsan, başın ağrıyar. 
Tək onlar qoya bilirlər 
fərqi yalanla doğruya. 
 
Zərrə qədər mərhəmət yox 
soyuq, laqeyd gözlərində. 
Ancaq bir ötkəm görkəm var 
kütlə üçün üzlərində. 
 
Lazım gəlsə, sifətinə 
neçə sifət qatar onlar. 
Bir az çətinə düşəndə 
Vətəni də satar onlar. 
 
Nə yaxşı ki, vaxt hakimdi, 
çox görmüşük beləsini. 
Bu cür alçaq cəbhədə də, 
dosta atar gülləsini. 
 
El içində adları var –  
nakəs, oğru, mərdiməzar. 
Nakəs dönüb kişi olmaz, 
həzər beləsindən, həzər. 
 


 
104
 
 
MƏDHİYYƏÇİ YAZARLARA 
 
Şərəfli bir həyat yaşayın. 
Məhəmməd peyğəmbər (s.a və a.s.) 
 
Ey mədhiyyə, şərəfnamə yazan yazarlar
doğrudanmı yazdığınız təbinizcədir? 
Doğrudanmı sizə elə gəlir ki, ancaq 
iqtidarın qəlbi geniş, ruhu incədir? 
 
Bəs həyatın əsl üzü, acı reallıq, 
gözünüzü deşmirmi bu aclıq, səfalət? 
Vicdanızın səsinə bir səs verin, barı 
məmləkətin harasında vardır ədalət? 
 
Bir səf-nəzər eyləyin bu «seçilmişləri», 
sərvətləri başdan aşan «xırda şahları». 
Azğınlıqdır, quldurluqdur yurdda işləri, 
fəqət birgə şəxs yanında «yox günahları». 
 
Bu yaralı məmləkətdə gündə çal-çağır, 
siz də ilham alırsınız sözdə hünərdən. 
Bu minvalla Qarabağı geri alırıq, 
yox heç yerdə belə xalqdan, belə rəhbərdən. 
 
Sərhəd qoyun fikrinizə, düşüncənizə, 
sındırmayın söz adlı o əlahəzrəti. 
Haram olsun bu istedad, bu vergi sizə
mədhiyyəyə çevirərkən ciddi söhbəti. 
 
Lazımdırmı bu qəlibsiz, duzsuz təriflər, 
bu qaçqınlıq, məhrumiyyət əzmirmi sizi? 
Şöhrət üçün xalqa yalan satan mütriflər 
tarix silər yaddaşından hər birinizi. 
 


 
105 
Sözün də var öz meyarı, halal-haramı, 
məclislərdə qızışanda ayılın hərdən. 
Gözümüzdən salmayın hər toyu, bayramı, 
bir utanın beşmərtəbə mədhiyyələrdən. 
 
Biri deyir korifeydir, biri peyğəmbər, 
biri xalqın vuran nəbzi, coşan qeyrəti. 
Dil boğaza qoymayan ey mütilər, yetər, 
sizə baxıb əcnəbilər söyür milləti. 
 
Aman, Allah, tərifin də ölçüsü olar
bu minvalla müqəddəslər çıxacaq yaddan. 
Qalmayıb bu asilərdə nə iman, nə ar, 
bu nütvəsi natəmizlər yaranır hardan? 
 
Biz özümüz özümüzə qənim kəsilən, 
tərif sevən, mədh deyən dostlarıq, ey zat! 
Bu səbəbdən əli yerdən, göydən üzülən 
unudulmuş insanlartək yaşarıq, heyhat! 
                                                                                1990 
 
 
 
YAŞAYIŞ TƏRZİ, XASİYYƏT FƏRQİ 
 
Görünür, həyatda hər şeyə 
     bir cür mizan-tərəzi var. 
Çünki hər canlının özünəməxsus 
                         yaşayış tərzi var. 
Var nəbatat, var həşərat, 
                         var parazit. 
Var ot yeyən, var ət yeyən
                         var ələbəxan it. 
Yaşam tərzinə görə bölünsə də 
                                heyvanlar, 
xasiyyət fərqinə görə 
                    tanınırlar insanlar. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə