82
Bu mehriban ölkəmizdə
ildən-ilə böyüyürük.
Biz sizinlə fəxr edirik,
işinizlə öyünürük.
Biz hər şeyi anlayırıq,
baxmayın ki, çox uşağıq.
Böyüyəndə hamınızın
xidmətində duracağıq.
Öyrənirik elm, savad,
qəhrəmanlıq, hünər hələ.
Gedəcəyik qaliblərin
zəfər dolu yolu ilə.
Qoruyarıq, yaşadarıq
sizdən qalan od-ocağı.
Həm sabahın qurucusu,
həm əsgəri olacağıq.
ÖMUR VƏFA QILSA
Hələ neçə insanın əlini məhəbbətlə sıxacağam,
hələ neçə füçunkar varlığa min heyrətlə baxacağam.
Hələ neçə alovun üstünə dolu kimi yağacağam,
hələ neçə haqsızlıq önündə şimşək kimi çaxacağam,
ömür vəfa qılsa.
Hələ neçə əməli salehlə yaxşılıqda yarışaram,
hələ neçə gözü nəm çəkənin kirpiyində alışaram,
Hələ neçə dəlisov cavanın günahıyla barışaram,
hələ neçə qəzəb tonqalını söndürməyə çalışaram,
ömür vəfa qılsa.
83
Hələ neçə Müjdəni, xoş anı yaşadaram, yaşayaram,
hələ neçə əlsiz-ayaqsızın möhnətini daşıyaram.
Hələ neçə evsiz-eşiksizlə qışı birgə üşüyərəm,
hələ istək qapımı döyürəm, arzum sonsuz, yaşım yarı,
ömür vəfa qılsa.
Hələ neçə edə bilmədiyim köməyimlə qalacağam,
hələ neçə bənizi solmuşla ağrıyaram, solacağam,
Hələ neçə nisgili, qubarı ürəyimə salacağam,
hələ neçə imkansız üçün mən də imkansız olacağam,
ömür vəfa qılsa.
Mən dünyaya işığı, duyumu, gözəlliyi sevib gəldim,
mən sənəti, sözü anlayanda məftunluqdan, sehrdən öldüm.
Yazdığım hər misra üçün, öncə həyatımı şeirlə böldüm,
hələ bəlkə bir neçə misramı bundan sonra yaza bildim,
ömür vəfa qılsa!
RUH DÜNYASI
Şübhəsiz, elm və hikmət dəryasıdır din –
möhtəşəm, intəhasız, dərin.
Onunla canlanır gözümüz önündə
iç dünyası
ilahiyyat dediyimiz bir sehrli aləmin.
Ruh dünyası da ilahiyyatın bir qoludur.
Bu yol abidlərin, ruhanilərin,
imanı kamillərin yoludur.
İnsansaq, gör, nə qədər böyükdür ruh dünyası.
Meracdan da o yana gedir onun səması.
Və bu səmada dolaşır
zaman-zaman dünyasını dəyişmiş
sayagəlməz insanların ruhları.
Əgər belədirsə, deməli, başımızın üstündə
hər an səslənmədədir ölən doğmalarımızın
84
sevincləri, istəkləri, ağrıları, ahları.
Həmişə əza məclislərində, əllərimiz göydə
dua edirik ki , bağışlansın günahları.
Baxmayaraq ki, nə o dünyadan
bir gələn var,
nə bir ruhu görən.
Ancaq rahat ruh dünyasına qovuşmağı arzulayır
hər ömrü tükənən, hər öz əcəli ilə ölən.
Odur ki, hamımız dünyasını dəyişən doğmalarımıza
hər dəfə hüzür saxlayır,
müxtəlif cür yas mərasimləri keçiririk.
Bəzən də fərqinə varmadan harda.
Kimisi doğma od-ocağında,
kimisi mərasim zalında,
kimisi restoranda,
kimisi də hər iki tərəfdən bağladığı
küçənin ortasında.
Ruhun fəzası geniş olsa da,
uçduğu, döndüyü, qonduğu yer var –
ata ocağı, doğma yurd,
ən uzağı, əmi, qardaş evləri.
Yoxsa ki, şadlıq sarayının, mərasim zalının
ölünün ruhuna nə dəxli?
Heç yas mərasimini də bu cür yerlərdə
keçirmək olar?
Bir az da fərqinə varsaq, əgər anlasa,
ölüsünün ruhunu bu cür sərgərdanlığa
kim aparar?
Məgər din adamı da bu sayaq biznes qurar?
Axı, həm də bu cür verilməli deyil ehsanat,
stolda növ-növ meyvə-tərəvəz, şirniyyat,
bol-bol xörəklər, əlavə də neçə cür məşğulat.
Balam, bu yas mərasimidi, yoxsa toy-busat?
Digər ölü sahibləri yazıqdırlar, axı.
Bilmirsiniz ki, məclislərini heç bunun yarısının
yarısınca verməyə də imkansızdır çoxu?
Hüzür məclisi nə el şənliyidi, nə rəsmi ziyafət.
85
Onu qonaqlığa çevirmək
nə məntiqi olan ənənədir,
nə eldən qalan adət.
Od-ocağı olanın məclisini ora-bura köçürmək
həm mənəviyyatda qüsurdur,
həm dində qəbahət.
Çünki ruh mərhumun yaşadığı evə qayıdar,
təmtəraqlı məclisə, təntənəli yerə yox.
Bəlkə ona görədir ki, insan öz evində
ölməyə çalışar.
Bu məntiqlə hər kəsin ruhu
öz od-ocağında dolaşar.
Belə olmasa, ruh dünyasında da
aləm bir-birinə qarışar.
Siz ey təmtəraq, dəbdəbə aludəçiləri!
Bu qədər şöhrət xəstəsi olmayın,
özünüzü gözə soxmağa çalışmayın,
lüzumsuz israfçılığa varmayın,
şadlıq evlərinin, mərasim zallarının
cəfəng təbliğatına uymayın.
Əzizlərinizin ruhlarını sərgərdan salmayın.
Ölülərinizə öz od-ocağında yas saxlayın.
Ölüləriniz üçün məhəbbətlə ağlayın!
ŞÖHRƏT AZARINA TUTULAN MİLLƏT
Dərdi bir yandadır, nəfsi bir yanda,
sərvət azarına tutulan millət.
Korşalmış qılıncı paslanır qında,
söhbət azarına tutulan millət.
Tamam əks qütblərdir əməli, sözü,
eli talamaqdan doymayır gözü.
Pula hərislikdən bozarıb üzü,
rüşvət azarına tutulan millət.
Dostları ilə paylaş: |