Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə21/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

 
96
 
CAVANLIQDA 
 
Gördüyün yüz tərbiyənin faydası yox, 
qazanmasan hüsn-rəğbət cavanlıqda. 
Uşaqlıqdan xəcillikdən, tənədən qorx, 
qoy özünə qədir-qiymət cavanlıqda. 
 
Hələ nə çox gizli sirri təbiətin
bir ilahi açılması var hər hikmətin. 
Gözəlliyi olduğu tək duymaq çətin, 
yaranmasa qəlbdə heyrət cavanlıqda. 
 
Yazılmamış qanunu var hər millətin, 
hünərli ol, dilə düşsün söz-söhbətin. 
Yaş ötdükcə ləkəsini yumaq çətin, 
qorunmasa namus, qeyrət cavanlıqda. 
 
Ayağını yerə çırpsan, torpaq yatar, 
yumruğunun zərbəsindən divar batar. 
Zəhmindən fil təntiyər, pələng yatar, 
ram olmayan dəli qüdrət cavanlıqda. 
 
Ovucunun istisində su qaynayar, 
bərk yapışsan daş ovular, dağ oynayar. 
Kürək versən bənd bağlanar, çay dayanar, 
qolda qüvvət, dizdə qaqət cavanlıqda. 
 
Bir ümid var sonluğunda hər zillətin, 
zor dayanır arxasında hər qüdrətin. 
Gündən-günə bu kiçilən məmləkətin 
xilasıyçün göstər cürət cavanlıqda. 
 
Yatmasa da ipə-sapa cavanlıqda, 
insan gərək yolun tapa cavanlıqda. 
Hər şey gərək qazanıla cavanlıqda, 
həm var-dövlət, həm şan-şöhrət cavanlıqda! 


 
97 
 
ATƏŞKƏS DÖVRÜNÜN BAKISI 
 
Əcəb mülayim keçir Bakımızın qışı, 
hələ ki, nə soyuğu var, nə qarı, 
  
 
 
 
nə də güclü yağışı. 
Bu da yanvar ayının iyirmi beşi
artıq bəzi ağacların tumurcuqları şişir. 
Havalar tamam sakit, dəyişməz, həlim. 
Əsl atəşkəs dövrünə uyğun iqlim. 
İşləyənlər öz işlərində, güclərində, 
vaxtları planlı, məqsədli ötüşür. 
İşsizlər isə küçələrdə məlul-məlul gəzişir. 
Heç kimin heç kəslə işi yox, 
çünki güclülər hər şeyi bölüşür. 
Hərənin konkret haqqı və qadağası var. 
Belə şəraitdə, lap qurdla qoyunu 
birgə buraxmaq olar. 
Mən Bakıda heç vaxt bu cür küləksiz, 
şaxtasız qış görməmişdim. 
Deyirəm, bəlkə Bakının havası da  
adamları kimi dəyişir? 
 
 
 
XUDAVƏNDƏ XİTAB 
 
Tanrım, niyə kin yaratdın 
iki qardaş arasında? 
Ölümü də saxlayırsan 
göz ilə qaş arasında. 
 
Sən beləmi mehribandın, 
Adəmin tövbəsin dandın? 
Övladların düşmən sandın, 
saldın savaş arasında. 
 


 
98
Tanıtmamış qışı, yazı, 
ömrə yazdın vaxtımızı. 
Sınayırsan baxtımızı 
zamanla yaş arasında. 
 
Andıq səni ağır anda, 
əziləndə, yıxılanda. 
Kirpiklərim sıxılanda 
sellənir yaş arasında. 
 
Bütün zaman, məkan sənin, 
tamam yaxşı, yaman sənin. 
Şübhə sənin, güman sənin, 
ha indi çaş arasında. 
 
Gözün iti, ağlın dərin, 
nütvəmizdən var xəbərin. 
Qoyma iki peyğəmbərin 
qalaq çaş-baş, arasında. 
 
Ey Laməkan, ey Pürcəlal, 
yetər göndərdiyin zaval! 
Boy atarmı körpə nihal 
iki sal daş arasında? 
 
Xofun daim canımızda. 
məhəbbətin qanımızda. 
Mələklərin yanımızda, 
sirrimiz faş arasında. 
 
Dünya tamam pir olsun, qoy 
cənnət bizə yer olsun, qoy. 
Təriqətlər bir olsun, qoy 
quraq bardaş, arasında. 
 
Eşit məni, Pərvərdigar, 
ürəyimdə min arzum var. 
Nurun versin bizə qərar, 
sevinək, kaş arasında. 


 
99 
YAZ LÖVHƏLƏRİ 
 
Xalq şairi Mirvarid Dilbazi Masallıda, təbiətin qoynunda 
yerləşən «Türkan» sanatoriyasında istirahət müddətini bitirib Ba-
kıya qayıtdığı zaman həyətdə dayanaraq çiçəkli çəmənləri və ya-
şıl ormanları biixtiyar seyr edərkən, onu maşına əyləşməyə tələs-
dirənlərə – «Bu mənim Masallı təbiəti ilə, yəqin ki, son görüşüm-
dür, imkan verin, doyunca baxım», –  demişdi. 
Doğrudan da, duyğulu insanları gözəllikdən ayırmaq çətin olur. 
Ruhu şad olsun. 
 
Ah, nə gözəl çiçəkləyib bu çəmən, 
bu güllərin ləçəkləri solmaya. 
Hər ləçəyin üstündə bir damla şeh
butaların gözü yaşla dolmaya! 
 
Gör, necə də göz oxşayır bu çəmən, 
çəmən deyil, çiçəklərin çələngi. 
Elə bil ki, bu yer üçün yaranıb 
təbiətin gül qoxuyan min rəngi. 
 
Əcəb dadlı, ətirlidi bu çəmən, 
hər qönçədə bir arının bal payı. 
Hər yarpaqda bir kəpənək əksi var, 
hər budaqda bir bülbülün harayı. 
 
Al-qırmızı, al-əlvandı bu çəmən, 
bu allıqdan bir işıq çək, işıqçı. 
Amma möhkəm qorunur ha, bu çəmən, 
qara palıd dörd yanında keşikçi. 
 
Ovsunlanıb, sehrlənib gedirəm
mümkündürmü qəlbim burda qalmaya? 
Bir də nə vaxt yolum düşər, bilmirəm, 
kaş həsrətin sonu ölüm olmaya. 


 
100
 
 
TƏBİƏT 
 
Tükənməz arzudur, hüdudsuz muraz, 
bütün istəklərin başı təbiət. 
Kamilə hər zaman nizamlı, taraz, 
naşının gözündə naşı təbiət. 
 
Ondakı zəriflik, ondakı hünər 
dağlar boyucadı, ümmanlar qədər. 
Ən böyük memarı sehrləndirər 
düzəndə daş üstdə daşı təbiət. 
 
Bu boyda əzəmət, bu qədər qürur 
səhralar qurudur, çaylar dondurur. 
Oldur ki, hərdən də haqsız yandırır 
qurunun oduna yaşı təbiət. 
 
Hər yanı rəngarəng, hər yanı heyrət, 
dənizi, dağlığı, aranı heyrət. 
Baxırsan, bürüyür insanı heyrət, 
bu ərşi-əlanın qaşı təbiət. 
 
Dəlisov cavandı, təmkinli qoca, 
kimsə kam almamış ondan doyunca. 
Axan zaman qədər əbədi, uca, 
yazdırır hər şeyə yaşı təbiət. 
 
Gözəldir hər fəsli qədirbilənə, 
min əhsən qoynuna cənnət deyənə. 
Adəmdən Xatəmə qonubdur sənə 
bəşərin könlünün quşu, təbiət. 
 
Ey qüdrət çələngi, ulu ixtiyar, 
sənə məftunluqla yazıb –  yaradar. 
nə qədər Ziyanın canında can var, 
nə qədər başında huşu, təbiət. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə