Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə30/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   26   27   28   29   30   31   32   33   ...   78

 
141 
Süleyman peyğəmbər də təkəbbür göstərdi,  
ona elə gəlirmiş ki, quş dili bilməyi,  
ixtiyarlığı və padşahlığı çox böyük hünərdi.  
Yadından çıxıbmış hər növ ölçü, mizan-tərəzi,  
az qala dünyaya susayıbmış nəfsi, gözü.  
Deyirmiş, özümə yüz örvət alaram,  
hərəsindən bir oğul atası olaram.  
Hər birini bir ölkəyə hökmdar qoyaram,  
özümü dünyaya mütləq hakim sayaram.  
Onun bu təkəbbürü Allaha xoş gəlməyib,  
Rəbbin izni ilə sonralar üzü heç gülməyib.  
Xaliq onu bir şikəst övladla cəzalandırıb,  
əziz peyğəmbərini şikəst övlad dağı ilə sındırıb.  
Musa peyğəmbər də lovğalıq eyləyib,  
Tanrıdan gözünə görünməyini diləyib.  
Bunu özünə ən böyük şöhrət bilib,  
ancaq göydən ona ayrı nida gəlib.  
Bu nida ilə dağ-daş silkələnib,  
şiş zirvələr ovulub, tökülüb.  
Musanın qorxudan dili tutulub, dizləri bükülüb.  
Təbii ki, Allah Musanın gözünə görünməyib,  
Göydən ona –  Mən gözə görünməzəm –  yox, 
– sən Məni görə bilməyəcəksən –  nidası enib.  
O zamandan ki, Musa peyğəmbər  
öz acizliyini anlaya bilib,  
həmin andan da təkəbbür dolu ruhu ölüb.  
Başlayıb yenidən öz adi həyatına,  
bəşər də ehtiram göstərib həmişə adına.  
Sonra İsa peyğəmbər gəlib Yer üzünə.  
O da “Allahın oğlu” adını götürüb özünə.  
Bu bir böyük günah idi, əlbət,  
axı –  Mənim heç bir övladım yoxdur –  demişdir  
–  Quranda O Ali Qüdrət!  
Bəs niyə Məryəm oğlu bu xülyaya uymuşdu,  
özünü çətin bir imtahan qarşısında qoymuşdu?  
Bəlkə elə burdan başlanırdı 


 
142
sonrakı əzablarının da səbəbləri,  
hələ də bəşərə bəlli deyil nə ölüsünün,  
nə də dirisinin yeri?!  
Demək,Tanrı heç kimin təkəbbürünü götürməz,  
hətta peyğəmbərlərinə də mütləq  
səlahiyyətlər verməz!  
Yoxdur o bənzərsiz qüdrətin tayı-bərabəri,  
ən yüksək məqamdan da ucadır  
Xudavəndin yeri!  
Tarix boyu nə qədər zülümkar padşahlar,  
qəddar insanlar.  
dağıtdılar nə qədər ölkəni,  
tökdülər nahaq qanlar!  
Çünki onlar öz zəif cəhətlərini görmədilər,  
ədalət carçılarını dinləmədilər,  
haqqa meydan vermədilər.  
Allah qarşısındakı acizliklərini  
anlamaq istəmədilər,  
özlərini hər məqamda hamıdan güclü bildilər.  
Öz zəifliyini görməyən mənən ucala bilməz,  
təkəbbürü çox olan insanın ürəyinə rəhm gəlməz.  
İnsanda rəhm də olmalıdır, güzəşt də, qorxu da,  
heyif ki, ancaq hökm var, iddia var çoxunda.  
Siz ey xudpəsənd və lovğa insanlar,  
bizi məhəbbətə, mərhəmətə çağırır 
səmavi kitablardakı qanunlar.  
Budur bütün dinlərin və elmlərin baş mənası,  
budur insanlığı düşünənlərin iç dünyası.  
Bizi gücsüzlüyümüzü anlamağa çağırır  
 
 
 
fəzilətin qüdrəti,  
Hər kəs idrakında yaşatmalıdır  
 
 
 
bu əbədi hikməti!  
                                                  
 
 
 


 
143 
CILIZLAŞDIRILAN KÜTLƏYƏ 
 
Qoyun quzusunu öyrəşdirir ota,  
   
     aslan isə əniyini ətə.  
Çünki təkcə genlə, qanla deyil,  
güclü yeməklə də yaranır, artır, qorunur  
həm də nəsildən-nəsilə ötürülür  
xasiyyət, güc-qüvvət, qətiyyət.  
Cürəti, qorxmazlığı, qüvvəti  
          ot yeyenlərə yox,  
  
  ət yeyənlərə vermiş 
                                ana təbiət.  
Gücsüzlərdə, qətiyyətsizlərdə 
və ya qoyunkimilərdə 
hardan olsun comərdlik,  
məğrurluq, əzəmət?  
İndi başda gedənlərimiz  
ətsiz ərzaq yeməyi öyrədir camaata.  
Fərq də göz qabağında,  
nə haacət əlavə sitata!  
                                       1991 
 
 
 
GÜZƏŞTİM-SUÇUM 
 
Övlad sözümdən çıxdı,  
bir nadana tay oldu.  
Səhvini gec anladı,  
həyatı “ah-vay” oldu.  
Gözümdə dan söküldü,  
qəlbimdə dərd əkildi.  
Yuxum ərşə çəkildi,  
hər gecəm bir ay oldu.  
Verilsin həm mənimçün,  
qoy cəzası bu suçun.  
Güzəştə getdiyimçün  
ömrüm-günüm zay oldu.  


 
144
 
BİZ HARA GEDİRİK 
 
Televiziyanın bəzi qərəzli verilişlərinə baxarkən 
 
Biz hara gedirik bu yolla görən, 
millətin başında duranlar yazıq? 
Sözdə zərbəmizdən sınır yüz kərən, 
çırmanıb iş görə bilməyə azıq. 
 
İçimiz düşmənlə doluymuş bizim, 
ayazlar, rəhimlər, surətlər nə çox
*

Hərdən ekranlara bərəlir gözüm, 
hərdən kürəyimə sancılır yüz ox! 
 
Hamı satqın imiş, dönükmüş, heyhat, 
hər gələn Vətənə düşmən kəsilmiş. 
Mən belə düşünə bilmərəm heç vaxt, 
kimlər nanəcibmiş, kimlər əsilmiş? 
 
Nə namus bilirik, nə qeyrət, nə ar, 
bu cür olan-qalan ümid də itər. 
Düşməni içində gəzən iqtidar, 
düşməni içində tapdığın yetər. 
 
Hərdən öz-özümə xoflanıram mən: 
–  Nə oldu bu xalqın övladlarına? 
Başsız başçıların əfəlliyindən 
satdıq torpaqları dünya malına. 
 
Gündə bir don alır, bir kostyum geyir
bu boz sifətlilər, yekə qarınlar. 
Qaçqının, şikəstin payını yeyir, 
bu nazir quldurlar, başçı harınlar. 
 
                                                 
*
 ХХ ясрин сон илляриндя мцхалифят мювгели сийаси активляр. 


 
145 
Onları ağrıtmaz əsir gəlinlər, 
onları üşütməz soyuq çadırlar. 
Onlar dəbdəbəli evlərdə hələ 
ziyafət verirlər, rahat yatırlar. 
 
Kütlənin üzünü görürlər ancaq, 
qara maşınların pəncərəsindən. 
Bir milyon işsizsə yata bilməyir, 
öz ac körpəsinin ağlar səsindən. 
 
Çətin anında da, xoş günündə də 
onlara qurbanlıq gərəkdi bizdən. 
Heç biri anlamaq, qanmaq istəmir 
qara qanlar axır ürəyimizdən. 
 
Yurdu dağılıbsa, oğlu ölübsə, 
bu millət necə də yasa batmasın? 
Bir Cövhər Dudayev gərəkdir bizə, 
oğlunu əsgərdən üstün tutmasın. 
 
Ey Vətən, gözləmə bunlardan kömək, 
sənin rəqibin çox, düşmənin çoxdur. 
Bir vahid nöqtəyə vura bilməsək, 
bizim yaşamağa haqqımız yoxdur! 
                                            1992 
 
 
 
2002-CI İLİN QIŞI 
 
Bakıda və məmləkətdə güclü qar yağdı. 
Bir günün içində  
qara şəhərin hisli havası təmizləndi, 
qara yolları ağardı. 
Şəhər sanki tamam dəyişdi, 
paklaşdı, başqalaşdı. 
Amma bu qarın soyuğu 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə