259
başladı çöldəki qumru quşlarının
ecazkar oxusu, çağırışı.
Bir azdan bu nəğməyə qarışdı
digər quşların cəh-cəhi.
Tükənmək
bilmədən gəlirdi
növbənöv səslərin ardı.
Quruldu bir təbii musiqi festivalı.
Adi yaz səhərinin bir anında
nə qədər gözəllik, heyranlıq vardı.
Amma vaxt öz axarıyla axırdı...
Axşam bir nəşə aldım,
səhər bir nəşə.
İndi isə zaman məni tələsdirirdi
tamam ayrı işə.
Hazırlaşmalıydım qəbula, görüşə.
Hələ bəlkə çağırılaydım
neçə gözləmədiyim yerə.
Nə deyirəm, təki ömür o qədər
duyğulu, mənalı ötüşə,
vaxt qalmaya şeirə.
YAS SAXLAYIRAM
Nə vaxtdır ürəyimdə ağır bir kədər,
yas saxlayıram,
qolunda böyük təpər,
ürəyində
bir ömürlük səbr,
qəlbində köləlik ruhu
və bir qarın çörək qazanmaq ümidi olan
boynu bükük duranlar üçün.
Yas saxlayıram,
gündə azı bir yol,
bu cür acı taleliləri görüb
halını pozmayan,
xalqın qanını zəli kimi
260
soranlar üçün.
Yas saxlayıram,
millətin pənahını,
ümidini kəsib
başında duranlar üçün.
Bir layiq ixtiyar tapmıram
qəlbimi açmağa.
Bir halal süfrəli,
işığı gur yanan tapmıram,
arabir başımı götürüb yanına qaçmağa.
Yas saxlayıram,
ya könüllü,
ya məcburi,
Vətəndən didərgin düşənlər üçün.
Yas saxlayıram,
torpağı düşmən tapdağında yoğrulub,
özü çadırlarda yaşamaqdan yorulub,
səhv hərəkətdənmi,
ya xəcalətdənmi,
qızdırmadan yananlar üçün.
Yas saxlayıram,
nəfsi imanından böyük,
başı peysərindən kiçik,
harınlayıb şişənlər üçün.
Yas saxlayıram,
özünü siyasətçi və ya
xalqına elçi sayıb
burnunun ucundan o yanı
görməyənlər üçün.
Yas saxlayıram,
məramını, məqamını
ağasının ağzında axtaran,
ömrü
boyu öz istəyi ilə
danışıb-gülməyənlər üçün.
Yas saxlayıram,
bu minvalla
yüksək vəzifələrdə qərar tutan
261
yalaqlar üçün.
Yas saxlayıram,
məqsədi naminə
hər şeyə göz yumub,
alçalmaqla, əzilməklə,
özündən imkanlılara
calaqlar üçün.
Yas saxlayıram,
əli-qolu sağlam,
əqidəsi, düşüncəsi
çolaqlar üçün.
Ancaq yas saxlamıram,
diz çöküb,
baş əyirəm
məsləki uğrunda,
Vətəni yolunlda
sağlamlığını itirənlər,
baş qoyub ölənlər üçün.
Yas saxlayıram,
Vətəni hərraca qoyanlar,
ruhları əsarətdə qalanlar üçün.
Yas saxlayıram,
yas saxlayıram
hələ neçə illər, bilmirəm.
Təki, Allah kömək ola,
bu hüznün müddəti azala!
HÜNƏR
Görünür,
hünər də bir alın yazısıdır,
o, bir az insanın özündən,
bir az da şəraitdən asılıdır.
Ancaq hamı üçün deyil,
cürətlilər, güclülər
və istedadlılar üçündür.
262
Cəsarətin
yoxdursa qəhrəman,
gücün yoxdursa pəhləvan
ola bilməzsən.
İstedadın yoxdursa,
özünü axtarma sənətdə,
Bir sübutsuz hikmət yatır
bu üç həqiqətdə.
Yerdə qalan insanların qisməti-
ya məmur, ya əsgər,
ya işsiz, ya fəhlə.
Bəzilərimiz, lap qalxaq yuxarı
bir neçə pillə.
Fərqi yox, onsuz da
ömür keçir çərçivələr içində,
fikir isə axtarışda, seçimdə.
İşimiz dəryada balıq sevdası,
qalmışıq Allah ümidinə, qadası…
Bu cür düşüncələr başımda,
ömrün ixtiyar yaşında-
50 yaşın astanasında
xəyalən yol gedirəm
(bilmirəm qalxıram deyim, yoxsa enirəm)
ölməzliyə qovuşmuş
Babəkin, Xətainin,
Nəsiminin
təxminən 40 olmuş yaşına.
Əbədiyyət tacı qonmuş
hər üçünün başına!
bu cür ömürlülərdən sonra
ad günümə mübarək deməyə dilim gəlmir.
Nə yazıq, insan alın yazısını
öncədən oxuya bilmir!
263
SÖZ KARVANIM
Gör, haçandır ürəyimdə cığır salıb açdığın iz,
gör, haçandır bir səs üstdə köklənmişik hər ikimiz.
Gör, haçandır təhtəlşüur dayanmışam qulluğunda,
hara çəkir ilham məni, görən bu söz bolluğunda?
Gec gül açan bağçam-bağım, tanınmayan adım, sanım,
söz karvanım.
Daim səni arzu kimi, istək kimi səsləmişəm,
kəlmə-kəlmə toplamışam, misra-misra bəsləmişəm.
Hər gəlişin titrədibdi ürəyimi yarpaq kimi.
Hər ruhumu oxşadıqca,
sevinmişəm uşaq kimi,
nəvazişim, iftixarım, ağrım, acım, mehribanım,
söz karvanım.
Sən ki, hələ gerçəkdən çox şirin ümid, xoş vədəsən.
Xəyalımda, düşüncəmdə ucaltdığım abidəsən.
Ey hamıdan gizlətdiyim zərif duyğum, məhrəm hissim,
söykənc yerim, səcdəgahım, qibləgahım, müqəddəsim,
canımdan çox istədiyim yaratdığım, yaşatdığım,
söz karvanım.
Nə yaxşı ki, onun-bunun kölgəsində dolanmadın,
mədhiyyələr, yalmanmalar girdabında bulanmadın.
Meyl etmədin ucuz, çürük təbliğata, siyasətə,
cəsarətlə qahmar çıxdın ədalətə, həqiqətə.
Hər
təsirdən uzaq olan öz söhbətim, öz dastanım,
söz karvanım.
Fərqi yoxdur bundan sonra əlli, yetmiş, yüz yaşayım,
təki sənsiz ötüşməsin bircə günüm, bircə ayım,
mən olsam da, həm sahibin, həm ərsəyə gətirənin,
tamam-kamal ixtiyarım əlindədir indi sənin.
Yazılarmı bu nahamar yollarında son ünvanım,
söz karvanım,
söz karvanım?!