Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə52/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   48   49   50   51   52   53   54   55   ...   78

 
254
Beş-on “şirvan” maaş alır həkim, müəllim,  
məmurunsa məvacibi milyondan artıq.  
Pencəyində yamaq gəzir zavallı alim,  
“Ləbbeyk” deyən deputatlar xalqı aldadır.  
 
Siz ey ixtiyar kişilər, müdrik insanlar,  
harda gəzək, nədə tapaq çıxış yolunu?  
On illərdir xoşbəxtliyə sarı gedirik,  
amma yenə görünməyir bu yolun sonu 
 
 
DÜNYANIN 
 
Yüz ildən çox yaşayardıq cahanda, 
görməsəydik kəc üzünü dünyanın. 
Düzəltməyə çalışanlar bir az da 
əyri saldı gərdişini dünyanın. 
 
Gah ucaldıq zirvələrə, gah endik, 
zülm etməyi zəfər sandıq, sevindik. 
Fironluqla, fatehliklə öyündük, 
dağıtdıqca keçmişini dünyanın. 
 
Hər ömürdə sevinci var, qəmi var, 
ağrısı var, nəşəsi var, dəmi var, 
Biz olmasaq, kim duyacaq, kimi var, 
gəlişini, gedişini dünyanın? 
 
Yaddaşında nə sən yoxsan, nə mən yox
hansımızı nə gözləyir, bilən yox? 
O dünyadan hələ ki, bir gələn yox 
öyrətməyə yerişini dünyanın. 
 
Ancaq nə qəm, məhvərindən sapınmaz, 
zərrə qədər nə əyilməz, nə sınmaz. 
Çaldığına oynamayan tapılmaz 
hərdən namərd, hərdən kişi dünyanın, 
insanıyla daha vəhşi dünyanın. 


 
255 
 
AH, BU ŞİRİN, ACI DÜNYA 
 
Başımızın tacı dünya, 
min dərdin əlacı dünya. 
Kimlər səndən doydu getdi, 
şirin dünya, acı dünya? 
 
Ömrün qışı, yazı dünya, 
alnımızda yazı dünya. 
Səndən əziz nəyimiz var
şirin dünya, acı dünya? 
     
Arzuma yol açan dünya, 
yoluma nur saçan dünya. 
Naşı oldum, heç bilmədim 
ömrüm keçdi haçan, dünya! 
 
Hər istəkdən uca dünya, 
yolu daim haça dünya.  
Gah dostumsan, gah düşmənim 
fəndgir dünya, qoca dünya. 
 
 
 
DÜNYA 
 
Yoxdan var olan dünya, 
boşalan, dolan dünya. 
Kimsəyə vəfa qılmaz 
sevgisi yalan dünya. 
 
Sərvətim, malım dünya, 
şəkərim, balım dünya. 
Verdiyini almasa, 
əl çəkməz zalım dünya. 


 
256
Əzəl dünya, baş dünya
dost dünya, qardaş dünya. 
Bizi naz-savaşıyla 
salıbdı çaş-baş dünya. 
 
Gələnə yoldaş dünya, 
gedənə sirdaş dünya. 
Əcdadımı qocaldan 
balamla həmyaş dünya. 
 
 
 
İMANDAN DOĞAN İNAM 
(və ya qəzavat
*

 
Mobil Babayev musiqi bəstələmişdir. 
 
Böyük Qafqazın əzəmətli oğlu Şeyx Şamilin ruhuna 
 
Ey hər kəsdən uca olan 
hər şeyə qadir Allah. 
Mürid bizik,  mürşid bizik. 
qalib bizik inşəallah. 
 
Hidayətçimiz Qurandır, 
haqq, ədalət gəzirik. 
Düşdüyümüz savaşları 
sınaq bilib dözürük. 
 
Ey İslamın düşmənləri, 
yolumuzu kəsməyin. 
Zaman özü qaziləri 
qəzavata səsləyir. 
 
Azadlıq mücahidiyik, 
Şeyx Şamil imamımız. 
Halaldı Vətən yolunda 
tökülərsə qanımız. 
                                                 
*
 Гязават – Ш.Шамилин апардыьы мцгяддяс савашын ады. 


 
257 
Qoy oyanmış ehtiraslar 
qızışmasın daha da. 
İman deyən insanları 
sövq etməyin cihada. 
 
Qorxun Məhşər sorğunsundan, 
zülm, istibdad yetər. 
Hamımız Adəm övladı 
deyək «Allahu Əkbər»! 
 
 
 
MƏZARISTAN EVİMİZ 
 
Bütün tikililərin əzəlisi, əzəmi, 
bu cür müqəddəs olmaz yaratsan da yüzünü. 
Əbədi qoyduğunçün bu torpağa üzünü
son ümid, son təsəlli –  məzarıstan evimiz, 
adı, ünvanı bəlli, məzarıstan evimiz. 
 
Nə əvvəli bilinməz, nə görünməz son ucu, 
burda sevinc dilucu, burda qəhər boğucu. 
Kim gəlmişdir birinci, kim olacaq sonuncu? 
Bir məchul yolayrıcı –  məzarıstan evimiz, 
anlamı ağır, acı, məzarıstan evimiz. 
 
Bura sirli bir ünvan, bura ovsunlu məkan, 
burda uyusa, sanki haqqa qovuşar insan. 
Bəni-adəm binadan möcüzələr yaradan, 
fəqət, sındığı meydan –  məzarıstan evimiz, 
cismi candan ayıran, məzarıstan evimiz. 
 
Siz ey dərdli insanlar, gəlin, burda yas qurun, 
içində güllər əkin, yolunda sərv basdırın. 
Amandı, qəribləri öz yurdunda basdırın, 
qürbətdə güvənc yeri, məzarıstan evimiz, 
soykökə söykənc yeri –  məzarıstan evimiz. 
 


 
258
İSLAM DİNİMİZ 
 
İlham Abdullayev musiqi bəstələmişdir. 
 
Ey böyük, möhtəşəm dinimiz, 
sən bizim hidayət yolumuzsan. 
Vəsfinlə açılır dilimiz, 
əbədi səadət yolumuzsan. 
 
Ucalsın göylərə «əzan» sədası, 
yayılsın qəlblərə «İslam» nidası. 
Ən əzəl sözümüz «Allahu Əkbər», 
ən gözəl sözümüz «Allahu Əkbər». 
 
Sən dostluq, qardaşlıq dinisən, 
əmniyyət, hürriyyət məramın. 
Nə qədər bəşər var, yenisən, 
Quranla bağlı hər qərarın. 
 
Sevginlə Məhəmməd Mustafa 
yetişdi Məqami-Mahmuda. 
Səndədir hər hikmət, hər səfa, 
sənindir həm hünər, həm vəfa. 
 
 
 
ŞEİRDƏN MƏNALI 
 
Gündüz ürəyimdə yaranan yeni şeiri 
gecə oturub yazmaq istədim. 
Həzin, məlahətli bir mahnı səsi 
diqqətimi yayındırdı, huşumu apardı. 
İlham köhlənim təntidi, təbim azaldı, 
beynimdə misraların səfi pozuldu, 
yerində musiqi sədaları düzüldü. 
Oyanıb sübh tezdən, 
keçdim yazı masasının arxasına təzədən. 
Heç fikrimi toplamamış, 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə