254
Beş-on “şirvan” maaş alır həkim, müəllim,
məmurunsa məvacibi milyondan artıq.
Pencəyində yamaq gəzir zavallı alim,
“Ləbbeyk” deyən deputatlar xalqı aldadır.
Siz ey ixtiyar kişilər, müdrik insanlar,
harda gəzək, nədə tapaq çıxış yolunu?
On illərdir xoşbəxtliyə sarı gedirik,
amma yenə görünməyir bu yolun sonu
DÜNYANIN
Yüz ildən çox yaşayardıq cahanda,
görməsəydik kəc üzünü dünyanın.
Düzəltməyə çalışanlar bir az da
əyri saldı gərdişini dünyanın.
Gah ucaldıq zirvələrə, gah endik,
zülm etməyi zəfər sandıq, sevindik.
Fironluqla, fatehliklə öyündük,
dağıtdıqca keçmişini dünyanın.
Hər ömürdə sevinci var, qəmi var,
ağrısı var, nəşəsi var, dəmi var,
Biz olmasaq, kim duyacaq, kimi var,
gəlişini, gedişini dünyanın?
Yaddaşında nə sən yoxsan, nə mən yox,
hansımızı nə gözləyir, bilən yox?
O dünyadan hələ ki, bir gələn yox
öyrətməyə yerişini dünyanın.
Ancaq nə qəm, məhvərindən sapınmaz,
zərrə qədər nə əyilməz, nə sınmaz.
Çaldığına oynamayan tapılmaz
hərdən namərd, hərdən kişi dünyanın,
insanıyla daha vəhşi dünyanın.
255
AH, BU ŞİRİN, ACI DÜNYA
Başımızın tacı dünya,
min dərdin əlacı dünya.
Kimlər səndən doydu getdi,
şirin dünya, acı dünya?
Ömrün qışı, yazı dünya,
alnımızda yazı dünya.
Səndən əziz nəyimiz var,
şirin dünya, acı dünya?
Arzuma yol açan dünya,
yoluma nur saçan dünya.
Naşı oldum, heç bilmədim
ömrüm keçdi haçan, dünya!
Hər istəkdən uca dünya,
yolu daim haça dünya.
Gah dostumsan, gah düşmənim
fəndgir dünya, qoca dünya.
DÜNYA
Yoxdan var olan dünya,
boşalan, dolan dünya.
Kimsəyə vəfa qılmaz
sevgisi yalan dünya.
Sərvətim, malım dünya,
şəkərim, balım dünya.
Verdiyini almasa,
əl çəkməz zalım dünya.
256
Əzəl dünya, baş dünya,
dost dünya, qardaş dünya.
Bizi naz-savaşıyla
salıbdı çaş-baş dünya.
Gələnə yoldaş dünya,
gedənə sirdaş dünya.
Əcdadımı qocaldan
balamla həmyaş dünya.
İMANDAN DOĞAN İNAM
(və ya qəzavat
*
)
Mobil Babayev musiqi bəstələmişdir.
Böyük Qafqazın əzəmətli oğlu Şeyx Şamilin ruhuna
Ey hər kəsdən uca olan
hər şeyə qadir Allah.
Mürid bizik, mürşid bizik.
qalib bizik inşəallah.
Hidayətçimiz Qurandır,
haqq, ədalət gəzirik.
Düşdüyümüz savaşları
sınaq bilib dözürük.
Ey İslamın düşmənləri,
yolumuzu kəsməyin.
Zaman özü qaziləri
qəzavata səsləyir.
Azadlıq mücahidiyik,
Şeyx Şamil imamımız.
Halaldı Vətən yolunda
tökülərsə qanımız.
*
Гязават – Ш.Шамилин апардыьы мцгяддяс савашын ады.
257
Qoy oyanmış ehtiraslar
qızışmasın daha da.
İman deyən insanları
sövq etməyin cihada.
Qorxun Məhşər sorğunsundan,
zülm, istibdad yetər.
Hamımız Adəm övladı
deyək «Allahu Əkbər»!
MƏZARISTAN EVİMİZ
Bütün tikililərin əzəlisi, əzəmi,
bu cür müqəddəs olmaz yaratsan da yüzünü.
Əbədi qoyduğunçün bu torpağa üzünü,
son ümid, son təsəlli – məzarıstan evimiz,
adı, ünvanı bəlli, məzarıstan evimiz.
Nə əvvəli bilinməz, nə görünməz son ucu,
burda sevinc dilucu, burda qəhər boğucu.
Kim gəlmişdir birinci, kim olacaq sonuncu?
Bir məchul yolayrıcı – məzarıstan evimiz,
anlamı ağır, acı, məzarıstan evimiz.
Bura sirli bir ünvan, bura ovsunlu məkan,
burda uyusa, sanki haqqa qovuşar insan.
Bəni-adəm binadan möcüzələr yaradan,
fəqət, sındığı meydan – məzarıstan evimiz,
cismi candan ayıran, məzarıstan evimiz.
Siz ey dərdli insanlar, gəlin, burda yas qurun,
içində güllər əkin, yolunda sərv basdırın.
Amandı, qəribləri öz yurdunda basdırın,
qürbətdə güvənc yeri, məzarıstan evimiz,
soykökə söykənc yeri – məzarıstan evimiz.
258
İSLAM DİNİMİZ
İlham Abdullayev musiqi bəstələmişdir.
Ey böyük, möhtəşəm dinimiz,
sən bizim hidayət yolumuzsan.
Vəsfinlə açılır dilimiz,
əbədi səadət yolumuzsan.
Ucalsın göylərə «əzan» sədası,
yayılsın qəlblərə «İslam» nidası.
Ən əzəl sözümüz «Allahu Əkbər»,
ən gözəl sözümüz «Allahu Əkbər».
Sən dostluq, qardaşlıq dinisən,
əmniyyət, hürriyyət məramın.
Nə qədər bəşər var, yenisən,
Quranla bağlı hər qərarın.
Sevginlə Məhəmməd Mustafa
yetişdi Məqami-Mahmuda.
Səndədir hər hikmət, hər səfa,
sənindir həm hünər, həm vəfa.
ŞEİRDƏN MƏNALI
Gündüz ürəyimdə yaranan yeni şeiri
gecə oturub yazmaq istədim.
Həzin, məlahətli bir mahnı səsi
diqqətimi yayındırdı, huşumu apardı.
İlham köhlənim təntidi, təbim azaldı,
beynimdə misraların səfi pozuldu,
yerində musiqi sədaları düzüldü.
Oyanıb sübh tezdən,
keçdim yazı masasının arxasına təzədən.
Heç fikrimi toplamamış,
Dostları ilə paylaş: |