Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə53/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   49   50   51   52   53   54   55   56   ...   78

 
259 
başladı çöldəki qumru quşlarının 
ecazkar oxusu, çağırışı. 
Bir azdan bu nəğməyə qarışdı 
digər quşların cəh-cəhi. 
Tükənmək bilmədən gəlirdi 
növbənöv səslərin ardı. 
Quruldu bir təbii musiqi festivalı. 
Adi yaz səhərinin bir anında 
nə qədər gözəllik, heyranlıq vardı. 
Amma vaxt öz axarıyla axırdı... 
Axşam bir nəşə aldım, 
səhər bir nəşə. 
İndi isə zaman məni tələsdirirdi 
tamam ayrı işə. 
Hazırlaşmalıydım qəbula, görüşə. 
Hələ bəlkə çağırılaydım 
neçə gözləmədiyim yerə. 
Nə deyirəm, təki ömür o qədər 
duyğulu, mənalı ötüşə, 
vaxt qalmaya şeirə. 
 
 
 
YAS SAXLAYIRAM 
 
Nə vaxtdır ürəyimdə ağır bir kədər, 
yas saxlayıram, 
qolunda böyük təpər, 
ürəyində bir ömürlük səbr
qəlbində köləlik ruhu 
və bir qarın çörək qazanmaq ümidi olan 
boynu bükük duranlar üçün. 
Yas saxlayıram, 
gündə azı bir yol, 
bu cür acı taleliləri görüb 
halını pozmayan, 
xalqın qanını zəli kimi 


 
260
soranlar üçün. 
Yas saxlayıram, 
millətin pənahını, 
ümidini kəsib 
başında duranlar üçün. 
Bir layiq ixtiyar tapmıram 
qəlbimi açmağa. 
Bir halal süfrəli, 
işığı gur yanan tapmıram, 
arabir başımı götürüb yanına qaçmağa. 
Yas saxlayıram, 
ya könüllü, ya məcburi
Vətəndən didərgin düşənlər üçün. 
Yas saxlayıram, 
torpağı düşmən tapdağında yoğrulub, 
özü çadırlarda yaşamaqdan yorulub, 
səhv hərəkətdənmi, 
ya xəcalətdənmi, 
qızdırmadan yananlar üçün. 
Yas saxlayıram, 
nəfsi imanından böyük, 
başı peysərindən kiçik, 
harınlayıb şişənlər üçün. 
Yas saxlayıram, 
özünü siyasətçi və ya 
xalqına elçi sayıb 
burnunun ucundan o yanı 
görməyənlər üçün. 
Yas saxlayıram, 
məramını, məqamını 
ağasının ağzında axtaran, 
ömrü boyu öz istəyi ilə 
danışıb-gülməyənlər üçün. 
Yas saxlayıram, 
bu minvalla 
yüksək vəzifələrdə qərar tutan 


 
261 
yalaqlar üçün. 
Yas saxlayıram, 
məqsədi naminə 
hər şeyə göz yumub, 
alçalmaqla, əzilməklə, 
özündən imkanlılara 
calaqlar üçün. 
Yas saxlayıram, 
əli-qolu sağlam, 
əqidəsi, düşüncəsi 
çolaqlar üçün. 
Ancaq yas saxlamıram, 
diz çöküb, baş əyirəm 
məsləki uğrunda, 
Vətəni yolunlda 
sağlamlığını itirənlər, 
baş qoyub ölənlər üçün. 
Yas saxlayıram, 
Vətəni hərraca qoyanlar, 
ruhları əsarətdə qalanlar üçün. 
Yas saxlayıram, 
yas saxlayıram 
hələ neçə illər, bilmirəm. 
Təki, Allah kömək ola, 
bu hüznün müddəti azala! 
 
 
 
HÜNƏR 
 
Görünür, 
hünər də bir alın yazısıdır, 
o, bir az insanın özündən, 
bir az da şəraitdən asılıdır. 
Ancaq hamı üçün deyil, 
cürətlilər, güclülər 
və istedadlılar üçündür. 


 
262
Cəsarətin yoxdursa qəhrəman
gücün yoxdursa pəhləvan 
                    ola bilməzsən. 
İstedadın yoxdursa, 
özünü axtarma sənətdə, 
Bir sübutsuz hikmət yatır 
                        bu üç həqiqətdə. 
Yerdə qalan insanların qisməti- 
                       ya məmur, ya əsgər, 
                       ya işsiz, ya fəhlə. 
Bəzilərimiz, lap qalxaq yuxarı 
                       bir neçə pillə. 
Fərqi yox, onsuz da 
ömür keçir çərçivələr içində, 
fikir isə axtarışda, seçimdə. 
İşimiz dəryada balıq sevdası, 
qalmışıq Allah ümidinə, qadası… 
Bu cür düşüncələr başımda, 
ömrün ixtiyar yaşında- 
50 yaşın astanasında 
xəyalən yol gedirəm 
(bilmirəm qalxıram deyim, yoxsa enirəm) 
ölməzliyə qovuşmuş 
Babəkin, Xətainin, Nəsiminin 
təxminən 40 olmuş yaşına. 
Əbədiyyət tacı qonmuş 
hər üçünün başına! 
bu cür ömürlülərdən sonra 
ad günümə mübarək deməyə dilim gəlmir. 
Nə  yazıq, insan alın yazısını 
öncədən oxuya bilmir! 
 
 
 
 
 


 
263 
 
SÖZ KARVANIM 
 
Gör, haçandır ürəyimdə cığır salıb açdığın iz, 
gör, haçandır bir səs üstdə köklənmişik hər ikimiz. 
Gör, haçandır təhtəlşüur dayanmışam qulluğunda, 
hara çəkir ilham məni, görən bu söz bolluğunda? 
Gec gül açan bağçam-bağım, tanınmayan adım, sanım, 
                                                            söz karvanım. 
 
Daim səni arzu kimi, istək kimi səsləmişəm,  
kəlmə-kəlmə toplamışam, misra-misra bəsləmişəm. 
Hər gəlişin titrədibdi ürəyimi yarpaq kimi. 
Hər ruhumu oxşadıqca, sevinmişəm uşaq kimi
nəvazişim, iftixarım, ağrım, acım, mehribanım, 
 
 
 
                     söz karvanım. 
Sən ki, hələ gerçəkdən çox şirin ümid, xoş vədəsən. 
Xəyalımda, düşüncəmdə ucaltdığım abidəsən. 
Ey hamıdan gizlətdiyim zərif duyğum, məhrəm hissim, 
söykənc yerim, səcdəgahım, qibləgahım, müqəddəsim, 
canımdan çox istədiyim yaratdığım, yaşatdığım, 
 
 
 
                       söz karvanım. 
 
Nə yaxşı ki, onun-bunun kölgəsində dolanmadın, 
mədhiyyələr, yalmanmalar girdabında bulanmadın. 
Meyl etmədin ucuz, çürük təbliğata, siyasətə, 
cəsarətlə qahmar çıxdın ədalətə, həqiqətə. 
Hər təsirdən uzaq olan öz söhbətim, öz dastanım, 
 
 
 
                         söz karvanım. 
 
Fərqi yoxdur bundan sonra əlli, yetmiş, yüz yaşayım, 
təki sənsiz ötüşməsin bircə günüm, bircə ayım, 
mən olsam da, həm sahibin, həm ərsəyə gətirənin, 
tamam-kamal ixtiyarım əlindədir indi sənin. 
Yazılarmı bu nahamar yollarında son ünvanım, 
 
 
 
 
 
     söz karvanım, 
 
 
 
 
 
     söz karvanım?! 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə