Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə55/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   51   52   53   54   55   56   57   58   ...   78

 
268
 
 
AYRILIQ 
 
Ustad Şəhriyara, ruhu şad olsun! 
 
Xumar Qədimova musiqi bəstələmişdir. 
 
Dad, sənin əlindən, aman, ayrılıq, 
məndən can cövhəri uman ayrılıq. 
Qəlbimi zülmünlə ram eylədikcə, 
içimdə inləyən kaman ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
 
Gör, mən nə sayırdım, fələk nə saydı, 
bəlkə bu baxtıma kəsilən paydı? 
Sən mənim yaramı sızlatmasaydın, 
məni sındırmazdı zaman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq. 
 
O getdi, dərdimin dərmanı getdi, 
gələn xoş günümün fərmanı getdi, 
olum yollarının qurbanı, getdi, 
doldu gözlərimə duman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq. 
 
Mən son nəfəsdəyəm, sən can həvəsdə, 
mən qan ağlayıram, sən kam həvəsdə. 
Qəlbim səksəkədə, qulağım səsdə, 
sın, ey çərxi fələk, dayan, ayrılıq, 
dayan bircə anlıq, bir an, ayrılıq,  
aman, ay ayrılıq, aman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
 
 
 
 


 
269 
İKİ ULDUZ 
 
Şamaxıda hər biri ayrı-ayrı təpələrdə yerləşən iki böyük qəbiris-
tanlıq var – Şahi Xəndan və Yeddi gümbəz. 1-cisi şiələrə, 2-ci sünni-
lərə məxsusdur. Böyük Sabir öləndə vəsiyyət edir ki, onu müəllimi 
S.Ə.Şirvaninin yanında – şiə qəbiristanlığında dəfn etsinlər. Tələbə-
ləri şairin vəsiyyətinə əməl edirlər. Lakin bir sıra üzdəniraq ruhani-
lərin hiddət və təkidi ilə, onun torpağa tapşırılmış cismi, axşamın 
alatoranlığında, qəbirdən çıxardılıb Yeddi Gümbəzə apartdırılır. 
 
Şamaxının bir kafiri azaldı deyə, 
dinpərəstlər ölümünü bayram elədi. 
Şahi-Xəndan tabutundan gəldi lərzəyə, 
ruhanilər Seyidə də lənət söylədi. 
 
Bu həpəndlər fəryad çəkib ağlamalıykən 
sevindilər, –  kafir axır gorbagor oldu. 
Şahi-Xəndan nalə çəkdi, qopartdı şivən, 
yeddi Günbəz bu gəlişlə nur ilə doldu. 
 
İstibdadla qabaq – qənşər qalmışdı yenə, 
ruhu xalqın içindəydi, sağ idi Sabir. 
Cismi dözdü cahillərin rəzil hökmünə, 
Şamaxıda bir bənzərsiz dağ idi Sabir
*
.   
 
Hər kəlməsi, hər misrası ilahi hikmət, 
neçə qəsdin qabağını saxlamışdı o. 
Keçirdiyi günlərinə dözürdü, fəqət 
millətinin sabahına ağlamışdı o. 
 
Hansı xalqa çəkilibdir bu boyda sitəm? 
bir təpədə bir dahiyə yer tapılmadı. 
Şirvaninin göynərtisin eşitdi aləm, 
bir imkanlı nadan gəlib tədbir qılmadı
*

                                                 
*
 М.Я.Сабирин: –  Бянзярям бир гоъаман даьа ки, дярйадa дурар. – мяшщур 
мисрасына ишарядир. 


 
270
Ey dinimdə rəhbər Müfti, ey Şeyx ixtiyar, 
azalmasın, qoy İslamın nur qayəsində. 
Gəl, Quranın hər surəsin eyləyək təkrar, 
sünnü, şiə yazılıbmı bir ayəsində?! 
 
Ah, nə böyük xəta etdin, Xətai babam, 
öldü qardaş qırğınında neçə minimiz. 
Sultan Səlim tapdağında qaldı el-obam, 
parçalandı, yasaq oldu İslam dinimiz. 
 
Sultan Səlim, nə düşündün, bu cür nifrətlə 
qılıncını qardaş üstə qaldıranda sən? 
Bu tarixi qələbə yox, məğlubiyyətlə 
tariximə ləkə vurdun Çaldıranda sən… 
 
Bu millətin ən qorxulu düşməni özü, 
perik düşdük, qaçaq düşdük bir-birimizdən. 
Qanımıza boyandıqca Çaldıran düzü, 
oba-oba qovulmuşuq yurd yerimizdən… 
 
…Fikrim uçdu ulum yatan yerin təkinə, 
bu günahı heç göy yumaz yağışla, ustad. 
Bundan sonra bəlkə susmuş vicdanlar dinə, 
bu zavallı millətini bağışla, ustad. 
 
Gör, nə qədər cərəyan var kiçik ölkədə, 
hərə gücün bir tərəfdə sınayır yenə. 
Tərəfbazlıq bu milləti yıxıb bəlkə də, 
düşmən özü indi bizi qınayır yenə! 
 
Yüz illərdir sən mənə yad, mən sənə ögey
yüz illərdir səhvimizi anlamırıq biz. 
Qəlbimizdə dostdan giley, qardaşdan giley,  
fəqət bir yol özümüzü danlamırıq biz. 
                                                                                                           
*
 С.Я.Ширванинин: –  Сеййида, юлмярям, алямдя сясим вар мяним, –  
мяшщур мисрасына ишарядир. 


 
271 
Hüzurunda indi gəlib ağlayımmı, yox, 
qorxuram ki, göz yaşlarım kiçildər səni! 
Sən əbədi bir örnəksən, bərabərin yox
ölməzliyə qovuşdurmuş o illər səni… 
 
İndi iki ulduz yanır iki təpədə, 
bütün sənət dünyasının gözü var orda. 
Ey səyyahlar, o torpağı ziyarət edin, 
deyilməmiş neçə şair sözü var orda! 
 
 
 
AXUND QARDAŞ 
 
Mükəddər məclislərimizin müşərrəfləndiricisi, elimizin «cavan 
ağsaqqalı», qəmli, həzin və məlahətli səsi, kamil dini, yaxşı ədəbi sa-
vada və möhkəm hafizəyə söykənən moizələri ilə dinləyicilərini ovsun-
layıb kövrəltməyi bacaran axund Şadullaya məhəbbət və ehtiramla! 
 
Dəlir yenə də qəlbimi hicran, axund qardaş, 
hər nalən ilə bağrım olur qan, axund qardaş. 
 
Hansı yerdə ki, qəmli bir qəzəl oxuyursan, 
o məclis olur sənəti-ürfan, axund qardaş. 
 
«Segah» üstündə yanğıyla zəngulə vurduqca, 
odunla edirsən bizi büryan, axund qardaş. 
 
Sən oxşadıqca mərhumu göz yaşı içində,  
hıçqırtına, hönkürtünə qurban, axund qardaş. 
 
Oxu, indi də, bu qəsidə «Mahur» üstündə, 
səsindəki qəmdə tapım dərman, axund qardaş. 
 
Heç bir mükəddər məclisimiz olmasın sənsiz, 
min-min ürəkdə salmısan məkan, axund qardaş. 
 
Bu sirli səsin Fəxrəddin də sehrinə düşmüş, 
olmuş şirin avazına heyran, axund qardaş. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə