Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə63/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   59   60   61   62   63   64   65   66   ...   78

 
311 
 
Gah qışımsan, gah yazımsan, 
ovsun dolu avazımsan. 
Sən mənim bəxt ulduzumsan
əlçatmazda sayrışırsan, 
dəli könlüm, dəli könlüm. 
 
Hər vüsalda bir hicran var, 
hər ürəkdə bir viran var. 
Səni yardan ayıran var, 
nə coşursan, nə daşırsan, 
dəli könlüm, dəli könlüm? 
 
 
 
GÖZLƏRİN 
 
Məni ovsunlayır 
nazəndə gözlərin. 
Piyalə içində  
gəzəndə gözlərin. 
 
Aman, bir sehrdir, 
ədadır, əmrdir. 
Cansızı dirildir 
süzəndə gözlərin. 
 
Atdığı kəməndlə 
düşəndən bu bəndə, 
hal qoymaz nə səndə
nə məndə gözlərin. 
 
Qalaram çətində, 
ölərəm o gündə, 
göz yaşı gölündə 
üzəndə gözlərin. 
 


 
312
QƏNİRSİZ GÖZƏL 
 
Səni nə xoş anında 
xəlq edibdi Yaradan. 
Qənirsiz gözəl kimi 
doğulmusan anadan. 
 
Bu nə mənalı tale, 
bu nə ədalı ömür? 
Sən hamıya biganə, 
ətraf səninçün ölür. 
 
Gözəl, həm lal baxışın, 
həm nəvazişin gözəl, 
sakit durun gözəl, 
adi yerişin gözəl. 
 
Bu bir sirri-xudamı, 
gəlirsən, dünya gülür? 
Bu nə dərdi – bəladı, 
sənsiz qəlblərə dolur? 
 
Hər ürəyə məlhəmsən, 
hər məclisə yaraşıq, 
Üzündən nur saçılır, 
gözlərindən gur işıq. 
 
Nə böyük hikmət yaşar 
o gözlərin gölündə, 
o sehrli məkanda 
ölüm mən də öləndə? 
 
Qız, bu hüsnü-camalla
gözəlliyin tacısan. 
Görən, hansı xoşbəxtin 
dərdinin əlacısan? 


 
313 
Bu sərməst aşiqinin 
dərman ol nicatına. 
Bir təbəssüm ehsan et, 
durum salavatına. 
 
Deyim, şükür, Xudaya, 
bu mələkdir, ya xilqət? 
Allahumməsəlli 
əla Muhəmməd 
və ali Muhəmməd! 
 
 
 
SARI GƏLİN 
 
 Bu sevda nə sevdadır, 
səni mənə verməzlər, 
                                        sarı gəlin?… 
   Xalq mahnısı 
 
Hardan qondun yaddaşıma, 
sevdan tac oldu başıma. 
Mənə bu cür doğmalaşdın, 
dilimdən düşməyir adın, 
                       sarı gəlin? 
 
Bu nə sehrli sevgidir, 
bu nə ilahi musiqi? 
Ovsunlayır neçə qəlbi
odlayır neçə aşiqi, 
                       sarı gəlin? 
 
Bir həzin duyğu kimisən, 
bir şirin uyğu kimisən. 
Salmısan kəməndə məni, 
azdırmısan məndə məni, 
                       sarı gəlin. 


 
314
 
Qoy oxusun aləm səni, 
dərdə məlhəm biləm səni. 
Bu nə arzu, bu nə həvəs, 
hansı eşqdən doğur bu səs, 
                       sarı gəlin? 
 
Unut, unut müvəqqəti
sən bu qəmli hekayəti. 
Dayansın o qəm karvanı, 
olum gözlərin qurbanı, 
                       sarı gəlin. 
 
 
 
AZALT BİR AZ ƏZABIMI 
 
Kədər çökür gözlərimə duman kimi, 
səadətin rənglərini unuduram. 
Həyatımda dünən olmuş zaman kimi, 
köçüb getmiş sevincimi axtarıram. 
 
Axtarıram addım-addım, küçə-küçə, 
arayıram göz yaşımı içə-içə, 
Gözləyirəm saatları saya-saya, 
boylanıram gözlərimi oya-oya. 
 
İçimdə bir boşluq vardır səndən sonra, 
o hiss mənim gecə-gündüz yol yoldaşım. 
Sən ki, yoxsan, demək viran qalmış odam, 
kimsə gəlib, olmaz daha, can sirdaşım. 
 
Tənhalıqda varaqlaram ötənləri, 
ürəyimi qanadacaq xatirələr. 
Bu cür qəmli çağlarımda görüşümə 
səndən gizli əksin gələr, ətrin gələr. 


 
315 
 
Bilsən necə əzir məni sənsizliyin, 
gedər-gəlməz yollarınla dönəcəksən. 
Ruhən uçub mələklərə qovuşsan da, 
xəyal olub asimandan enəcəksən. 
 
Gəl, ömrümün bir anına qayıt bir yol, 
sənsiz ölən duyğuları ayılt bir yol. 
Bir az hicran, bir az kədər ovudan ol, 
ya da məni öz arxanca apar bir yol. 
 
Bəlkə elə günahkaram, müqəssirəm, 
odur, ömür yaşamıram, dərd çəkirəm. 
Bacarırsan, azalt bir az əzabımı, 
sənsiz keçən bu həyatı istəmirəm. 
 
 
 
UNUT BU SEVDANI 
 
Nadir Əzimov musiqi bəstələmişdir. 
 
Sənsiz nə çəkirəm, soruşma daha, 
unut bu sevdanı, qurbanın olum. 
Səni and verirəm Pirə, Allaha, 
unut bu sevdanı, qurbanın olum.  
 
Sən ki, ağıllısan, ağlına qurban, 
verdiyin vədənə, nağlına qurban. 
Neçə yol yanılar, yaxılar insan? 
Unut bu sevdanı, qurbanın olum.    
 
Yetməzmi, dərdindən doğranır sinəm, 
daha dərələrdə sürünən çənəm? 
Harda aldanan var, sanıram mənəm, 
unut bu sevdanı, qurbanın olum. 
 


 
316
 
Nə deyim, dünyanın qulağı karsa, 
neyləyim, baxtımın gözləri korsa? 
Yanında zərrəcə qiymətim varsa, 
unut bu sevdanı, qurbanın olum. 
 
Sən Allah, zəng edib qəhər yetirmə, 
olub-ötənləri dilə gətirmə. 
Günümü, gecəmi ahla bitirmə, 
unut bu sevdanı, qurbanın olum. 
 
Daha ləçəkləri soluxmuş güləm, 
Soyumuş ocağam, sovrulmuş küləm. 
Qoymadın yaşayam, izn ver, öləm, 
unut bu sevdanı, qurbanın olum,  
unut bu sevdanı, qurbanın olum. 
 
 
 
GÜLÜM, HEY 
 
Ürəyimdə neçə arzum, həvəsim, 
çatacaqmı ətəyinə əlim, hey. 
Sən ruhuma zərrə qədər ümid ver, 
mən sürünüb dizin-dizin gəlim, hey. 
 
İçimdə bir üzüntü var, ağrı var, 
tayalanıb gözlərimdə qəm, qübar. 
Ya bir söz de,  ya bir görün, nə olar, 
xəyalından nələr keçir, bilim, hey. 
 
Öz başıma bəlaymış öz əməlim,  
daha sinəm üstündədi bir əlim. 
Naşılıqmı, acizlikmi, nə bilim, 
yalvarmaqdan qabar olub, dilim, hey? 
 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə