Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə71/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   67   68   69   70   71   72   73   74   ...   78

 
357 
Kol-kosda ürkək kəkliyi gör, qorxusun anla, 
çünki tez uçan quş ovdu səyyadə, tələsmə. 
 
Səbr eylə ki, səbrin özü Tanrı kəlamıdır, 
təmkinlə yetişmiş çoxu murada, tələsmə. 
 
Fəxrəddin, qəzəlxanlıq bizdən can girov istər, 
şagirdliyə, Vahid kimi ustadə tələsmə. 
 
 
 
KÖNLÜM YENƏ QƏM ÇƏKMƏDƏ... 
 
Könlüm yenə qəm çəkmədə o xoş avaz üçün, 
gözüm yenə yaş tökmədə o sərvi-naz üçün. 
 
Yollar boyunca boylanmaqdan boynum bükülmüş, 
bir boynu bükük bənövşəyəm indi yaz üçün. 
 
Sail saya, kaş hərdən məni sevda sərvərim, 
sevgi sorağıyla gəzəm nəzir-niyaz üçün. 
 
Ruhum ki, ümid carçısıdır, istəyi bitməz. 
peşəm daim dua etməkdir bir muraz üçün. 
 
Fəxrəddin, uyma, aşiq olan vəslə yetişməz, 
çünki bir ömür bəs eyləmir imtiyaz üçün. 
 
 
 
QƏZƏL İLƏ 
 
Ey qəzəlxan, oxu, cana, nəfəs alım qəzəl ilə, 
qəlbim sıxılır, düzəldi bəlkə halım qəzəl ilə. 
 
Sən yanğıyla gəzişdikcə bəm ilə zil arasında, 
düşsün səsinin sehrinə, qoy xəyalım qəzəl ilə. 


 
358
 
Bir ovsunlu məkandır ki, onun hər guşəsi nəşə, 
yəqin fərq eyləməz, enim, ya ucalım qəzəl ilə. 
 
Avazla aç mənasını məclisə türkün şeirinin, 
qalxsın sözün Meracına, kaş kamalım qəzəl ilə. 
 
Cabbarların, Seyyidlərin diləyək ruhuna rəhmət, 
əhli-sənət olmuşları yada salım qəzəl ilə. 
 
Gündə yüz yol dinləsəm də, Fəxrəddin, doymaram, əsla, 
köçəndə dünyadan, nola, ruhən qalım qəzəl ilə. 
 
 
 
OLA BİLMƏZ 
 
Qəzəl oxunan məclisdə könül naşad ola bilməz, 
əhli-sənət olanlara musiqi yad ola bilməz. 
 
Uymuşlara həsədlə bax məclisi-ürfanlar içrə, 
səsin sehrindən məstlərə əsla irad ola bilməz. 
 
Çox bisütunlar yarsa da sənətdə söz sərrafları, 
fəqət Şirinin eşqində kimsə Fərhad ola bilməz. 
 
Məcnun kimi, gör, nə qədər Kəbəsi viran qalan var, 
eşq xərabəsi, əzizim, əfsus, abad ola bilməz. 
 
Qoru qanınla, canınla soydan miras qalanları, 
övlad nankorluq etməsə, naqis əcdad ola bilməz. 
 
Fəxrəddin, şərqin şeirinin əzəl meyarı qəzəldir, 
əruzu bilməyən şair, əlbət, ustad ola bilməz! 
    
 


 
359 
 
KÖNLÜMÜ 
 
Ey təbibim, təşxis eylə dərdi pünhan könlümü, 
gör, hansı mahvəşlər idi, etdi viran könlümü. 
 
Qəlbim eşq avarəsidir, cismim vüsal həsrətli, 
əridib xəmqədd eyləmiş qəmli hicran könlümü. 
 
Görməsə bir gün gözəllik, gözlərim nurdan qalar, 
ovundurmaz heç bir zaman qeyri-dərman könlümü. 
 
Kövrək qəlbim bir şüşədir, sınsa, bitişməz daha, 
sağaltmaz ondan sonra bir əhdü-peyman könlümü. 
 
Əqldən, zəkadan öncə duyğumdur can sirdaşım,  
sehriylə lal eylər hər dəm, tutsa seyran könlümü. 
 
Fəxrəddin, məftunluq imiş dünyanın xoş çağları, 
ömrü heyrətdə keçənlər etmiş heyran könlümü. 
 
 
 
GƏLMƏZ 
 
Neyçün o qəlbim sultanı bircə yol peymanə gəlməz, 
edib məni sevdasında rüsvayi-divanə, gəlməz? 
 
Qalmışam naçar, pəcmürdə, görərəmmi yarı bir də, 
ürəyim dözmür bu dərdə, can evim viranə, gəlməz? 
 
Odur hissimin hakimi, odur ruhumun həkimi, 
yandım yolunda şam kimi, görməz o pərvanə, gəlməz. 
 
Şirindir hər bir ədası, daim beynimdə sədası, 
barı bircə yol qadası, dərd-bəlası cana gəlməz. 


 
360
Dilim nalan, qəlbim talan, yoxdur bir halıma yanan, 
hanı bəs bu canı alan, gəlmişəm əfqanə, gəlməz? 
 
Fəxrəddin, dad eşq əlindən, ayrı düşdüm sevgilimdən, 
o gözəllər gözəlindən bir də bu cahanə gəlməz! 
 
 
 
QƏZƏLXAN OLMUŞAM 
 
O gülü-rüxsarımın hüsnünə heyran olmuşam, 
gizli-gizli yanmışam, zahirdə pünhan olmuşam. 
 
Əsiri-dərdi-qəməm, yoxdur bir qeyri-həmdəmim, 
bu ahu –  zarım ilə bülbülü-nalan olmuşam. 
 
Xəyali-məşuq ilə düşüb sərgərdan çöllərə, 
eşqdə divanəlikçün Məcnuna mehman olmuşam. 
 
Çəkdi Yusif yüz cəfa, yetdi Züleyxaya, fəqət 
bu nakam sevgim ilə dillərdə dastan olmuşam. 
 
Qıymadı Tanrım mənə yar ilə həmraz olmağı,   
o şamın şöləsində həmişə şükran olmuşam. 
 
Yetməsəm də vəslinə, Fəxrəddin, təsəllim budur, 
o şuxu vəsf etmək üçün, şükür, qəzəlxan olmuşam! 
 
 
 
GƏLMƏDİ 
 
Əfsus, ötüşdü gəncliyim, yar-mehriban gəlmədi, 
gələn yollarına gündə oldum qurban, gəlmədi. 
 
Heç vüsala yetməmişdim, fələk məndən kam aldı, 
göz yaşlarım seylab oldu, səsim nalan, gəlmədi. 


 
361 
Mənə min cür nida gəldi eşqimin Meracından, 
fəqət cismimə ruh verən o gizli can gəlmədi. 
 
Yuxum ərşə çəkilərək sirrimi faş eylədi
mələklərim yerə endi, o laməkan gəlmədi. 
 
Göndərsə də qasidlərin Rüstəm nuşdaru üçün, 
əfsus, o dəm ki, Söhrabı apardı qan, gəlmədi. 
 
Fəxrəddin, ağ atlı oğlan əfsanəymiş, nağılmış 
ömür çatdı qürubuna, Sahib-zaman gəlmədi. 
 
 
          
YETİŞSİN 
 
Yetmədi Tanrım, barı fələk dada yetişsin, 
yansın bu ahu-zarıma, fəryada yetişsin. 
 
Ötdü günümüz dərd ilə, biganələr içrə, 
getdi ömrümüz xiffət ilə bada, yetişsin. 
 
Çapmış başına tişəsini, vay, qan içində, 
Şirinə deyin, tez gəlib Fərhada yetişsin. 
 
Söhrablar doğan hürilərdən kama yetmədik, 
nola, arabir səsim Şəhrizada yetişsin. 
 
Dəvət gözləməz dost-doğmalar vəxti-vidada, 
gəlsin, qoy hamı, can evi bərbada yetişsin. 
 
İnsaf yoxdursa, zərrə qədər, əhli-zülümdə, 
edam günün növbəsi cəllada yetişsin. 
 
Fəxrəddin, həzər, gördüyümüz minüzlülərdən, 
bizdən sonra, kaş nəslimiz saf, sadə yetişsin. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə