Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə72/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   68   69   70   71   72   73   74   75   ...   78

 
362
BU GECƏ 
 
Qalxdı əflakə yenə yüz ahu-zarım bu gecə, 
köçür şahım, sərvərim, sınmış vüqarım bu gecə. 
 
Sönür ümid çırağım, yandıqca biçarə könlüm
qopmuş qəlbimdə tufan, yoxdu qərarım bu gecə. 
 
Əkdiyim çiçəklərin vağam olmuş ləçəkləri, 
viran qalmış gülşənim, solmuş baharım bu gecə. 
 
İndi naləmdən hər yan töksə də, göz yaşı, fəqət 
sözümü saya salmır o ixtiyarım, bu gecə. 
 
Bu həzin avazımı bir kimsə nöqsan sanmasın, 
Fəxrəddin, ayrılığa köklənmiş tarım bu gecə. 
 
 
 
YOXDU, YOX 
 
Əsiri-dərd  olandan səbrü-qərarım yoxdu, yox, 
qəm əlindən bezaram, bir qəmküsarım yoxdu, yox. 
 
Yüz yol qurban getdiyim bir yol mürüvvət eyləməz, 
daha bəni-adəmə heç etibarım yoxdu, yox. 
 
Bir zərif bənövşəyəm, ətrim bəlaymış başıma, 
neyləyim mən bəxti kəm, üstümdə xarım yoxdu, yox. 
 
Şeirə könül verəndən ruhu laməkan olmuşam
kimsəyə can verməyə heç ixtiyarım yoxdu, yox. 
 
Meylini var-dövlətə, Fəxrəddin, zahidlər salar, 
dünyada sözdən qeyri qiymətli  varım yoxdu, yox. 
    


 
363 
MƏRHƏBA 
 
Məclisə nur gətirən bu hüsnü –  camala mərhəba, 
bizi feyziyab edən bu sahib –  kamala mərhəba. 
 
Gözləyir intizarla əhli –  ziyafət gəlişini, 
bəzənib min zövq ilə, hər biri bir lalə, mərhəba. 
 
Bəyin baxışlarında vardır bir qartal ötkəmliyi
gəlinin, göz dəyməsin, gözləri piyalə, mərhəba. 
 
Valideynlər, doğmalar basdıqca bağrına onları, 
baxır min şövq ilə, el bu xəttü-xala, mərhəba. 
 
Fəxrəddin, nə xoş gündür, cuşa gəlir qəlb fərəhindən, 
yetsin bütün cavanlar, toy ilə vüsala, mərhəba. 
    
 
 
YAR SORAĞI YALAN OLMAZ 
 
Mənim kimi gündə yüz yol gözü yaşla dolan olmaz, 
gəz könlümün xərabəsin, bundan böyük viran olmaz. 
 
Bu dönüklər dünyasında dərdi dağa dönən yazıq, 
dövran dərdə biganəsə, bir misqalın alan olmaz. 
 
Qan ağlama, ey gözlərim, hansı aşiq kama yetib, 
bax yazılan dastanlara, rüsvayi – eşq sultan olmaz? 
 
Ey qəzəlxan, oxu, cana, bir məhəbbət əfsanəsi, 
söz mülkünün xəzinəsi söz deməklə talan olmaz. 
 
Seyr et hərdən, ay Fəxrəddin, gözəllərin oylağını, 
bəlkə yardan bir xəbər var, yar sorağı yalan olmaz. 
 


 
364
GÖRƏK 
 
Göstər ey gül, üzünü, o gülü-rüxsarı görək, 
baxaq Firdovs bağına, biz də bir nübarı görək. 
 
Varmı bir eşq əhli ki, vəslinçün can əsirgəyə? 
Qeysi Məcnun eyləyən Leyli ixtiayarı görək. 
 
Zaman-zaman vəsfinə kim etmədi ömrü fəda? 
bülbülü al qan edən güldəki o xarı görək. 
 
Fizuli, Seyyid, Vahid qoydular bir məktəb bizə, 
bu sənət məbədində indiki memarı görək. 
 
Yazdı göz yaşı ilə hər beytini, qəlbdə ümid
heyf, qismət olmadı bir yol Şəhriyarı görək. 
 
Şeir sənət mülkünün bu günkü ustadı odur, 
Fəxrəddin, səcdə ilə gedək, Bəxtiyarı görək. 
 
 
 
QİBLƏGAHIM MƏNİM 
 
Yandırır dörd yanımı ərşə qalxan ahım mənim, 
son səfər üstündədir o sərvərim, şahım mənim. 
 
Ürək kam ümidində, tale tamam üz döndərmiş, 
bilmədim, ey bəxt yazan, nədir bəs günahım mənim? 
 
Varsa hər zülmün sonu, hər gecənin bir gündüzü, 
niyə bəs keçməz gecəm, açılmaz sabahım mənim? 
 
Köklənsin qəm üstündə, qoy yenə tar ilə kaman, 
ruhuma ağı desin  «Mahur»um, «Segah»ım mənim. 
 


 
365 
 
Onu müqəddəs sanıb, «həmd» söyləsəm dərgahına, 
yəqin bu kafərini əfv edər Allahım mənim. 
 
Fəxrəddin, aləm bilir, ibadət imandan gələr, 
yoxdur o bütdən başqa qeyri-qibləgahım mənim! 
  
 
 
YETSİN 
 
Ya Rəbb, nola səsim bircə yol o gülzarıma yetsin, 
donmuş nəfəsim açılsın, ümid baharıma yetsin. 
 
Dünyam fani imiş, ömrüm keçir xəyali-yar ilə, 
uçub qeybdən gəlsin Simurğ quşum, ah-zarıma yetsin. 
 
Mən burda göz yaşı içində naçar, dilbərim orda,  
barı dualarımın təsiri dildarıma yetsin. 
 
Bu nə sitəmdir, ulu Tanrı, verirsən sevənlərə, 
ərzin nizamı pozulmaz ki, əlim yarıma yetsin. 
 
Fəxrəddin, ölsəm, məni o şuxun yolunda basdırın, 
bəlkə baxışının nuru hərdən məzarıma yetsin. 
 
 
 
QƏM YEMƏ 
 
Ey könül, eşq dağını dərdə dərman bil, qəm yemə, 
sən bu məhzun sirrini öz-özünlə böl, qəm yemə. 
 
Əlbət, aşiqlik bəladır tərki-dünyalıq qədər, 
dəxi ondan umma nəf, göz yaşını sil, qəm yemə. 
 


 
366
Eşqdə divanəlikdən bir kimsə vəslə yetməmiş, 
xəyali –  məşuq ilə sərməst olub öl, qəm yemə. 
 
Aşiqə rüsvalıqdır dillərdə dastan omağı, 
ki, bu rüsvalıq üçün tənə qılsa el, qəm yemə. 
 
Neçə Əsli Kərəmlər boğmuş qəlbində hissini, 
sevgini faş eyləyən bir bəladır dil, qəm yemə. 
 
Fəxrəddin, müştaq olan gizli alışsa, çox əcəb, 
bu cür ömrün üstünə gəlsə də yüz il, qəm yemə. 
 
 
 
OLMASA 
 
Heyrət etməz bir ürək, göz görüb heyran olmasa, 
sevgi qəlbdə bütləşməz, sevməyə canan olmasa. 
 
Ən zərif məxluqun da öz daxili dünyası var,  
ömrün mənası itər, sürməyə dövran olmasa. 
 
Kökdən ayrılmış gülün büllur güldanda nəfi yox, 
ləçəyi vağam olar, canında bir can olmasa. 
 
Bəni-adəmdir, fəqət duyğudan dad dada bilən
nəyə lazım bu aləm, seyrinə insan olmasa? 
 
Xəyali-məşuq ilə uçmaz fəzayi-eşqdə, 
aşiqin rüsvalığı dilində şükran olmasa.     
 
Alışmazdı Əslinin hicrindən Kərəm odlara, 
yaranmazdı dastanı, ortada hicran olmasa. 
 
Fəxrəddin, qəm yemə ki, halın pərişandır yenə, 
yaza bilməz bir qəzəl, şair pərişan olmasa. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə