Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə73/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   70   71   72   73   74   75   76   77   78

 
367 
 
İSTƏMƏ 
 
Könül, dövran sürməyə kimsədən imkan istəmə
öz azad ruhunla uç, qal sirri pünhan, istəmə. 
 
Ayrı bir xisləti var, çünki xilqəti-adəmin, 
nə ondan bir zərrə um, nə ol bədgüman, istəmə. 
 
Keçdi həyatı çətin Firdovsinin, Füzulinin, 
düşmə taxt-tac eşqinə, sərvəti-sultan istəmə. 
 
Söz məqamından baxıb seyr et Nəsimi mülkünü, 
cismani şöhrət üçün şeirdən ad-san istəmə. 
 
Zahirən möminlərin tacirdir zatən əksəri, 
arif ol, hər Həcc deyən zahiddən iman istəmə. 
 
Fələyin şakəridir Loğmanı xəcil eyləmək, 
Fəxrəddin, gəlsə haçan, əcəldən aman istəmə. 
 
 
 
YALVARIM 
 
And içib əhd eyləmişəm, ömrüm boyu yara yalvarım, 
çəksin məni min naz ilə, qoy dəmbədəm dara, yalvarım. 
 
Fəqət iltimasdan özgə, olmaz ondan ayrı təmənnam, 
opüb əlindən ahəstə, baxım o dildara, yalvarım. 
 
Könlüm dilər gecə-gündüz seyr edə hüsnü-camalını, 
əhli-haldır, rəhmi gəldi bəlkə mən naçara, yalvarım. 
 
Mən dərdi pünhan mərizin yox qeyri həkimi-mütləqi, 
ya alsın heysiz canımı, ya eyləsin çarə, yalvarım. 


 
368
 
Bir şirinin xatirinə yüz acını dadan nə xoşbəxt, 
yarla keçən hər an üçün, razıyam, əğyara yalvarım. 
 
Qorunmayan gözəlliyin, əlbət olmaz qədri-qiyməti, 
o qönçənin xatirinə, xoşdur, yüz yol xara yalvarım. 
 
Fəxrəddin, mən divanəyəm, o dilbər ruhumun Sultanı, 
odur imkansız fəqirtək, gərək iqtidara yalvarım. 
 
 
 
MUĞAM OXU 
 
Gəl, ey xoş avaz, məclisi şad et, muğam oxu, 
söz əhli olan yerdə bir ad et, muğam oxu. 
 
Tanrı dərgahında nə xoş duadı musiqi, 
ruhu burda olanları yad et, muğam oxu. 
 
Sal Məcnunu səhralara, Fərhadı dağlara, 
çək nalə, bəlayi-eşqdən dad et, muğam oxu. 
 
Öldür Leylini şaqraq səsin zənguləsində, 
Fərhad üçün Şirintək fəryad et, muğam oxu. 
 
Hər hıçqırtından qan-yaşlı bir nəşə boylansın, 
könülləri yandırıb abad et, muğam oxu. 
 
Bir incə sənətdir ki, anlayar onu hər kəs, 
bu sirri-Xudaya etiqad et, muğam oxu. 
 
Fəxrəddintək nə çoxdur musiqi cəfakeşi, 
bu əhli-ürfanlara imdad et, muğam oxu. 
 
 


 
369 
 
SARI GƏLİN 
 
Tutub ahın, gör, haçandı aləmi, ay Sarı gəlin, 
cismimin ruhu, yaramın məlhəmi, ay Sarı gəlin. 
 
Nə vaxt səni dinləyirəm, nakam qəlbim qan ağlayır, 
gəlir sınıq ürəyimə yar dəmi, ay Sarı gəlin. 
 
Hansı sellər, sular idi ağuşuna aldı səni, 
qan-qadalı xatirələr həmdəmi, ay Sarı gəlin? 
 
Görmədik bir məşuqə ki, aşiqi rüsva olmasın, 
hardaydı bəs sən Əslinin, Kərəmi, ay Sarı gəlin? 
 
Təsadüfdən, ya məqsədli qəsd eylədin şirin cana, 
üsyan etdin yad oğluna görəmi, ay Sarı gəlin? 
 
Bu dönüklər dünyasında Fəxrəddintək küskün nə çox, 
üzü dönük gördün yarı səndəmi, ay Sarı gəlin? 
       
 
 
GÖZLƏRİMİ YUMAN YOXDUR 
 
Ya Rəbb, məgər əzabımın əlacıyçün güman yoxdur? 
kimə ki, ərz eyləyirəm deyir ona dərman yoxdur. 
 
Ruhum eşqin fəzasında sərgərdandır, aramı yox, 
deməmişkən, bu fəzada heç əzəldən məkan yoxdur. 
 
Hərdən əğyar tənə ilə Məcnun dövrü keçdi, deyir, 
sevməyənlər hardan bilsin sevgi üçün zaman yoxdur? 
 
Üzü dönsün ayrılığın bu cür sitəm verən yerdə,     
nə zərrəcə rəhmi varmış, nə gözündə aman yoxdur. 


 
370
 
Heç bilmədim illər haçan ötdü, ömür xəzan oldu
zaman adlı o zalımda insaf yoxdur, iman yoxdur. 
 
Nə həyatdan bir kam aldım, nə ətrafım duydu məni, 
ay Fəxrəddin, can üstəyəm, gözlərimi yuman yoxdur! 
 
 
 
MƏN OLAYDIM 
 
Ey kaş, nə olaydı, sənə qurban mən olaydım, 
Candan da şirin dərdinə dərman mən olaydım. 
 
Hər gün bəzənib nazla keçəydin küçəmizdən, 
arxanca baxıb dəmbədəm heyran mən olaydım. 
 
Süzgün baxışından çəkiləydim dara yüz yol, 
bu ləzzət ilə eyləyən şükran,mən olaydım. 
 
Bir qönçə olaydım,dəriləydim budağımdan, 
ovcunda solan o gülü-xəndan mən olaydım, 
 
Fəxrədddin, ömür möhlət imiş vəsli-yar üçün, 
bu istək ilə yar ilə bir can mən olaydım. 
 
 
 
YAR QADASI YARA GƏLİR 
 
Tale məndən üz döndərmiş, günüm-gündən qara gəlir, 
tükənmiş səbrim, vücudum dərd əlindən zara gəlir. 
 
Cəfa daim canımdadır, bir dəm aramım yox, fəqət 
Söhraba nuşdarı kimi mənim üçün çarə gəlir. 
 


 
371 
Nə ağlatmaqdan doydurar, nə ağrıtmaqdan bezdirər,       
gündə yüz yol ürəyimi edir para-para gəlir. 
 
İntəhasız sutək daşar, görünməz, əvvəli, sonu, 
heç bilmirəm hardan gəlir, heç bilmirəm hara gəlir. 
 
Mən hissimin əsiriyəm, dərd ruhumun şahzadəsi, 
bir ovçunun ovu kimi çəkir məni dara, gəlir. 
 
Xəyali-vüsalə düşdüm, qismətim iztirab oldu, 
Fəxrəddin, bu həqiqətdir, yar qadası yara gəlir. 
 
 
 
AŞİQ GƏRƏK SEVİNƏ ... 
 
Aşiq gərək sevinə eşqində qovğaya görə, 
cəfa çəkmək nə xoşdur düşdüyün sevdaya görə. 
 
Kim ki, eşq dəryasından bir damla dadmaq istəsə, 
etsin, qoy ömrü fəda bir gülü-rənaya görə. 
 
Hər qəlbin öz istəyi, öz bütü, öz Tanrısı var, 
güldən gözəl heç nə yox bülbülü-şeydaya görə. 
 
Qadına istək bizim, çünki nütvəmizdən gəlir, 
çıxdı Adəm babamız cənnətdən Həvvaya görə. 
 
Zaman-zaman çoxumuz vəsf etdik Leylanı,o da, 
etdi bir nəsli rüsva, Məcnun binəvaya görə. 
 
Qəm yemə hicran üçün, ey bu yolun Mürşidi, döz, 
azmı qurban demişik canı bivəfaya görə? 
 
Fəxrəddin, payımal etmə sözünün qayəsini, 
min cəfanı çəkirlər, sonunda səfaya görə. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə