Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə70/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   66   67   68   69   70   71   72   73   ...   78

 
352
Yaratmaq arzusu çağlar hər sənətkar qəlbində
Füzulilərdən qalıbdır yoxdan varın sevgisi. 
 
Bu günkü şeirimizdə, Fəxrəddin, örnək çox, fəqət, 
istəkdən yüksəkdə durmuş Şəhriyarın sevgisi. 
 
 
 
SEHRİN YENƏ MƏST EYLƏDİKCƏ... 
 
Bənzərsiz səsli xanəndə Alim Qasımova 
 
Sehrin yenə məst eyləməkdə hər kəsi, Alim, 
Tanrı qorusun səndəki şaqraq səsi, Alim. 
 
Söz mülkünün sultanları dinsin avazında, 
səs mülkünün qeybdən gələn şahzadəsi Alim. 
 
Mürşidi özünsən indi ölməz muğamımın, 
Cabbarın ruhundan qopan zənguləsi Alim. 
 
Seyyid səsinçün gəzmiş xərabatları bəlkə, 
olmuş, gör, neçə saqinin avarəsi, Alim?
*
 
 
Sən şam kimi yandıqca, səsin sehri açılsın, 
şaman səsinin çoxdur hələ xəstəsi, Alim. 
 
Hürufilik hopub qanına başdan-ayağa, 
hürufilərin ərşə qalxan qüssəsi Alim. 
 
Doğru söz imiş, sevgiyə hökm eyləmək olmaz, 
insan vurulanda dönürmüş qibləsi, Alim. 
 
Fəxrəddinə səndən nə böyük yadigar olar, 
köklənsə səsinlə əgər bir kəlməsi, Alim. 
                                                 
*
 Устад С. Я. Ширванинин мяшщур: 
–  Сизи Танры, йетирин пири-Хярабятя мяни, 
kи, щяля саги ялиндян эилейим вар мяним –  бейтиня ишарядир. 


 
353 
 
ƏHSƏN 
 
Ey sözlə xəzinə yaradan, adına əhsən, 
eşq dağına dağlar çəkən Fərhadına əhsən. 
 
Göz görməsə, qəlb duymasa heyrət də yaranmaz, 
dünyaya məhəbbət gətirən qadına əhsən. 
 
Min hikmət ilə min gözəlin dadına çatmış, 
«Min bir gecə»nin sirli Şəhrizadına əhsən. 
 
Uğrunda fəda getmədiyin qiymətə minməz, 
hər qönçə üçün bülbülün fəryadına əhsən. 
 
Nakəslərə yüz yaxşılıq et, faydası olmaz, 
əxlaqı müqəddəs olanın zatına əhsən. 
 
Bir məclisimiz olmasın, Fəxrəddin, qəzəlsiz, 
hər sirli sözün, söyləyək ustadına, əhsən. 
 
 
 
İNDİ 
 
Yox bir munisim, çatsın mənim dadıma indi, 
fələkdən gəlir kimsələr fəryadıma indi. 
 
O kəslər ki, doğma kimi dövrəmdə gəzərdi, 
biganətək rişxənd eyləyir adıma indi. 
 
Sönmüş çırağım, dörd tərəfim zülmətə məhkum, 
yanmaz gəlib pərvanələrim oduma indi. 
 
Yurd yandı, Vətən getdi, könül mülkü dağıldı, 
qan ağlayıram bir belə bərbadıma indi. 


 
354
 
Öz qanım ilə az sula dağ-daşımı, zalım, 
həsəd çəkirəm qəmxanə Bağdadıma indi. 
 
Əcdadımın nə çəkdiyini, heyf, gec anladım, 
Fəxrəddin, onu, qoy deyim övladıma indi. 
 
 
 
XUMAR OLAN KÖNLÜM 
 
Mənə dünyanı tanıtmış, bu ixtiyar olan könlüm, 
səsimi aləmə yaymış, bu bəxtiyar olan könlüm. 
 
Tükənməz istəyi heç vaxt, uçar arzu qanadında, 
min qəlbə qonar köksümdə meydanı dar olan könlüm. 
 
Gəzər gözəllər içində, vəsf eyləyər huriləri, 
ruhu mələklər yanında ey xoş qərar olan könlüm. 
 
Axtarar tarda muradın, sızlar kaman inləyəndə, 
uyar sehrli bir səsdən, daim huşyar olan könlüm. 
 
Duyar ariflər, Fəxrəddin, məni təbim tutulanda, 
bir muğam içrə əsirdir demək, xumar olan könlüm. 
 
 
 
ÖMRÜMÜZÜN 
 
Öz odunda əriyir yanar şamı ömrümüzün, 
İndidir bəlkə, ey dost, xoş əyyamı ömrümüzün. 
 
Hurilər dövrəsində keçsin qəmsiz çağlarımız, 
Gözəllər qəlbindədir ehtişamı ömrümüzün. 
 


 
355 
Dinlə xanəndələri müsiqi məclislərində, 
axsın muğam üstündə hər kəlamı ömrümüzün. 
 
Yatma xabi-qəflətdə, gəzmə bihudə aləmi, 
bilinməz nə vaxt bitər sərəncamı ömrümüzün. 
 
Bizdən sonra xatirə bir söz, bir sənət qalacaq, 
bir də torpaq üstündə qəbir damı ömrümüzün. 
 
Uyma zahidlərə çox, ay Fəxrəddin, qiymətlidir, 
cənnətin min ilindən bir məqamı ömrümüzün. 
 
 
 
MUSİQİDİR 
 
Yenə də ruhumda eyləyən cövlan musiqidir, 
çünki hər məclisi-ürfanda hökmran musiqidir. 
 
Oxu «Rast»ı təmkinlə, «Segah» odunda yan, alış, 
insanı gah anladan, gah ağladan musiqidir. 
 
Dinlə şövq ilə «Şur»u, «Şahnaz»ı, «Mahur-hindi»ni, 
«Heyratı»yla edən könlümü heyran musiqidir. 
 
«Mənsuriyyə» zilində çatsın ahım fələklərə, 
«Çahargah» dəstgahı cəm olan dastan musiqidir. 
 
Ağrıtmaz «Kəsmə şiksətə»ylə kəsilsə əllərim, 
məni o dəmdə bihuş edən dərman musiqidir. 
 
Söz sərrafları qoy inciməsin, söyləsəm hərgah, 
sənətdə bəlkə də ən böyük divan musiqidir. 
 
Fəxrəddin, bəni-adəm yaradan möcüzə çoxdur, 
bu sehrlər içində ən sirri pünhan musiqidir. 


 
356
PEYMANƏDƏN ÖTRÜ 
 
Saqi, süz içək badəni peymanədən ötrü, 
qoyma ürəyim qəm çəkə meyxanədən ötrü. 
 
Min zövq alıram, can verəndə nurcamallara, 
öldüm yenə bir gözləri məstanədən ötrü. 
 
Fərhad kimi eşq dağını hey başıma çapdım, 
kim ağlayacaq mən, evi viranədən ötrü? 
 
Kəs əllərimi, ver yara ki, vəslinə yetsin, 
o zülfü pərişan görüncə şanədan ötrü. 
 
Xoş halına Məcnunun, əcəb bəxtiyar imiş
yox Leyli indi, can verə divanədən ötrü. 
 
Fəxrəddin, sevəndə elə sev söyləməsinlər, 
əfsus, xərclədi ömrünü biganədən ötrü. 
 
 
 
TƏLƏSMƏ 
 
Ey dil, qəlbimi açmaq üçün yada, tələsmə, 
bir adi sözün verər səni bada, tələsmə. 
 
Sirdaş bilib dost-aşnanın vəfasına uyma, 
sanma hamını özün kimi sadə, tələsmə. 
 
Məcnun kimi divanəliyin tənəsi çoxdur, 
bənzət özünü əzmdə Fərhadə, tələsmə. 
 
Bax Yusifə, eyş-işrəti zindana dəyişdi, 
insana şərəfdir dözüm, iradə, tələsmə. 
 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə